PP vitamini (nikotin turşusu). Nikotin turşusu oksidləşmə reaksiya proseslərini sürətləndirir, aralıq mübadilə reaksiyalarının hamısında iştirak edir. PP vitamini MSS-nin, həzm orqanlarının, qaraciyər və dərinin normal funksiyası üçün vacibdir.
PP vitamininin çatışmaması nəticəsində iş qabiliyyəti aşağı düşür, əhval-ruhiyyə pozulur, insan özünü pis hiss edir, dəri quruyur, diş əti şişib tünd qırmızı rəng alır, dadbilmə hissi pozulur. Ağır halları pellaqra (cod dəri) xəstəliyinə gətirib çıxarır. Xəstəliyin əsas əlamətlərindən mədə-bağırsaq sistemi pozğunluqları-diareya, dəridə iltihab prosesləri və açıq yerlərində tünd-tunc rəngdə ləkələrin əmələ gəlməsini-dermatit, psixozlar, yaddaşın itirilməsi, zehni fəaliyyətin aşağı düşməsi (demensiya) şəklində özünü göstərir. Bu vitamin dənli və paxlalı bitkilərdə,mal və qoyun ətində, yumurta və tərəvəzlərdə, balıqda və s. çox olur. Gündəlik norma 14-15 mq-dır.
PP vitaminini çox qəbul etdikdə damar reaksiyası verir, dəri qızarır, insan özünü narahat hiss edir. Bu reaksiya iz buraxmadan keçir.
Dostları ilə paylaş: |