İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə166/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   162   163   164   165   166   167   168   169   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

B2 vitamini (riboflavin). Bu vitamin bioloji oksidləşmə-reduksiya proseslərində mühüm rol oynayan fermentlərin tərkibinə daxil olub, toxuma tənəffüsünü, zülal, yağ və karbohidrat mübadiləsini tənzimləyir, həzm, ürək qan-damar və sinir sisteminin fəaliyyətini gücləndirir, kapilyarların tonusuna müsbət təsir göstərir. B2 vitamini görmə analizatorlarına normallaşdırıcı təsir göstərir, gecə görməni və rənglərə adaptasiyanı yaxşılaşdırır.

B2 vitamini çatışmaması nəticəsində dodaqların və burunun künclərindəki selikli qişalarda çatlama əmələ gəlir, gözlər işıqdan qamaşır, yaş axır, saç tökülür, qan yaradıcı üzvlərin fəaliyyətində dəyişiklik baş verir.

B2 vitamini qaraciyərdə, yumurta sarısında, ətdə, süddə, dənli və paxlalı bitkilərdə olur. Pivə mayasında miqdarı daha çoxdur. Gündəlik norma 2-3 mq-dir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin