D vitamini (kalsiferol). Bu vitamin kalsium və fosfor mübadiləsini tənzimləməklə həmin maddələrin bağırsaqlardan sorulmasına və sümük toxumasında toplanmasına səbəb olur. D vitamini balıq və suiti yağında, qaraciyərdə, yumurta sarısında, az miqdarda, süddə və kərə yağında vardır.
D vitamininin çatışmamazlığı nəticəsində kalsium fosfor mübadiləsi pozulur, normal sümükləşmə ləngiyir, uşaqlarda raxit xəstəliyinə səbəb olur.
D vitamini dəridə, ultrabənövşəyi şüaların təsiri nəticəsində sintez olunur. Odur ki, günəş şüaları az olan yerlərdə, xüsusən, şimalda D vitamininin hazır preparatlarından istifadə etmək lazımdır. Uşaqlarda raxit xəstəliyinin qarşısını almaq üçün profilaktika məqsədilə balıq yağından istifadə edilir.Bu vitaminə gündəlik tələbat 2,5(100 MV) olduğu müəyyən edilmişdir.
Dostları ilə paylaş: |