19.4. KARBOHİDRATLAR
Karbohidratlar orqanizmə enerji verən əsas qida maddəsidir. Gündəlik enerjinin 55%-dən çoxu karbohidratların hesabına düşür. Onun qida payındakı miqdarı 300-600 q olmamalıdır.
Karbohidratlar orqanizmə qida vasitəsilə monosaxaridlər (qlükoza, mannoza, ksiloza, fruktoza), oliqosaxaridlər (laktoza, saxaroza, maltoza), polisaxaridlər (nişasta, qlikogen, pektin maddələri və sellüloz) şəklində daxil olur.
Karbohidratlar mənimsənilən və mənimsənilməyən olmaqla iki qrupa bölünür. Mənimsənilən karbohidratlara, fruktoza, saxaroza, laktoza, maltoza, nişasta, dekstrinlər və qlikogen; mənimsənilməyənlərə isə sellüloz, hemisellüloza, pektin maddələri və s. daxildir. Mənimsənilməyən karbohidratları cüzi miqdarda insanda mədə-bağırsaq fermentlərinin təsirindən parçalamır.
Karbohidaratların əsas mənbəyi bitki məhsulları, xüsusən, un məmulatı, yarmalar və şirniyyatdır. Orqanizmə onların 60-70%-ə qədəri taxıl məhsulları ilə, 14-20%-i şəkər və qənnadı məmulatı ilə, 10%-ə qədər kartof və kök meyvəlilərlə, 5-7%-i isə tərəvəz və meyvələrlə daxil olur. Karbohidratların miqdarı heyvan məhsullarından süddə və bəzi süd məhsullarında çoxdur.
Karbohidratlar ən çox qənddə (99,9%), konfetdə (80-90%), balda (80%), peçenyedə, marmeladda, zefirdə (70-80%), düyüdə (71%), yarmalarda (60-70%), ərik və gavalı qurusunda (65%) olur.
Qidanın tərkibində sadə karbohidratların miqdarı çox olduqda mədəaltı vəzinin fəaliyyəti pozulur, nəticədə şəkərli diabet xəstəliyi baş verə bilir.
İdmançıların qidalanmasında o, bir qədər fərqlənməlidir-1:0,8:6, yəni yağların miqdarı bir qədər azaldılmalıdır.
Dostları ilə paylaş: |