İdman təbabəTİ VƏ GİGİyena


Əvəz olunan amin turşuları



Yüklə 1,93 Mb.
səhifə157/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   153   154   155   156   157   158   159   160   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Əvəz olunan amin turşuları-bunlar orqanizmdə sintez oluna bilir. Onlara alanin, asparagin turşusu, prolin, serin, tirozin, sistin, sistein və s. aiddir.

Əvəz olunmayan amin turşuları-bunlar orqanizmdə sintez olunmur. Onlara valin, histidin, metionin, triptofan, treonin, fenilalanin, lizin, leysin, izoleysin aiddir. Bu amin turşular ancaq qida maddələrinin tərkibində orqanizmə daxil olur. Zülallar bitki və heyvan mənşəli olurlar. Alimlər tərəfindən müəyyən edilmişdir ki, heyvan mənşəli yeyinti məhsullarındakı zülallarda (ət, süd, yumurta, balıq və s.) əvəz edilməyən bütün amin turşuları vardır, onlar orqanizmdə yaxşı mənimsənildiyi üçün bioloji dəyəri çox yüksəkdir və tam keyfiyyətlidir. Tərkibində bir neçə amin turşusu çatışmayan zülallar keyfiyyətsiz sayılır.

Bitki mənşəli qida maddələrindən soya, düyü, lobya, kartof, vələmir və qarabaşaqda az miqdarda tam keyfiyyətli zülallar vardır. Keyfiyyətsiz zülallar isə çörəkdə, yarmalarda, qarğıdalıda və s. olan zülallardır. Qidanın tərkibində bitki və heyvan mənşəli zülalların nisbəti 45:55 olmalı və 40:60 arasında tərəddüd etməlidir. Müxtəlif peşə qruplarından asılı olaraq orqanizmə gün ərzində 80-120 q-a qədər zülal tələb olunur. Zülalın orqanizmə ən az daxil olan miqdarı hər kq çəkiyə 1 q olmalıdır. Bir qram zülal yandıqda 4,1 kkal enerji verir. Orqanizmin enerji ehtiyacının təxminən 10-12%-i zülalların hesabına ödənilir. Gərgin fiziki və zehni iş zamanı zülallara tələbat artır. Həddindən artıq zülallı qidalar qəbul edilməsi mərkəzi sinir sisteminin, qaraciyər və böyrəklərin funksiyasını pozur. Qəbul edilən qidada zülalların az olması endokrin vəzilərin işini pozur, boy atmaya və cinsi inkişafa mənfi təsir göstərir, kvaşiorkor xəstəliyinin yaranmasına səbəb olur.

Bədən tərbiyəsi və idmanla məşğul olanlarda orqanizmin zülallara olan tələbatı da artır. Gimnastika, ağırlıqqaldırma, boks, qaçış, futbol və s. idman növləri ilə məşğul olanlara zülal maddələr yüksək normada verilməlidir. Onların qidası heyvan zülalları ilə - ət, balıq və onların məhsulları, eləcə də süd, süd məhsulları, yumurta, həmçinin meyvə və tərəvəzlə zəngin olmalıdır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin