B12 vitaminini (siankobalamin). Bu vitamin qan yaranma prosesini normallaşdırır. Mübadilə proseslərinə müsbət təsir göstərir. MSS-nin funksional vəziyyətini yüksəldir. Boy artımına və ümumi vəziyyətin yaxşılaşmasına kömək edir. Çatışmaması nəticəsində anemiya-qan azlığı əmələ gəlir. B12 vitaminini yalnız heyvan qida məhsullarında-qaraciyərdə, böyrəkdə, malıq, mal və toyuq ətində olur. Gündəlik tələbat 2 mkq-dır.