İdman təbabəTİ VƏ GİGİyena


ATMOSFER HAVASININ FİZİKİ AMİLLƏRİNİN GİGİYENİK ƏHƏMİYYƏTİ



Yüklə 1,93 Mb.
səhifə86/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.1. ATMOSFER HAVASININ FİZİKİ AMİLLƏRİNİN GİGİYENİK ƏHƏMİYYƏTİ
Havanın hərarəti. Atmosfer havası günəşin yer səthini qızdırması nəticəsində qızır. Müəyyən edilmişdir ki, qumlu torpaq günəşdən aldığı istiliyin 37 faizini havanın qızmasına verir. Havanın bir günlük, aylıq və illik hərarəti dəyişməsinə günəş radiasiyasının intensivliyi, ərazinin xüsusiyyəti, relyefi, dəniz səthindən hündürlüyü, dənizlərə yaxınlığı, yerin bitki örtüyü və s. təsir göstərir.

Havanın hərarətinin artması və ya azalması orqanizmdə fizioloji proseslərin gedişinə təsir göstərir. Hərarətin 25-350 qədər yüksəlməsi nəticəsində orqanizmdə maddələr mübadiləsi bir qədər ləngiyir, nəfəsalma sürətlənir və səthiləşir, ağciyərin ventilyasiyası dəyişir. Yüksək hərarətin orqanizmə uzun müddət təsiri nəticəsində su və duz mübadiləsi pozulur. Bu cür dəyişikliklər xüsusilə, fiziki işlə məşğul olduqda nəzərə çarpır. Tər ifrazının artması nəticəsində orqanizm suyun, duzların və suda həll olan vitaminlərin gündəlik qəbul normasının 15-25% itirə bilir. Tərləmə zamanı orqanizmdən duzlar, suda həll olan vitaminlər, xüsusən C vitamini və B qrupu vitaminləri xaric olur. Yüksək hərarətin ürək-damar sisteminə təsiri nəticəsində səthi damarların qanla təchizi artır, nəbz sürətlənir, qan təzyiqi aşağı düşür, qanda hemoqlobinin və eritrositlərin miqdarı artır. Uzun müddət yüksək hərarətin təsirinə məruz qaldıqda mədə-bağırsaq sisteminin də fəaliyyəti pozulur. Xlor ionlarının orqanizmdən xaric olması, çoxlu miqdarda su qəbulu mədənin sekrotor fəaliyyətinin zəifləməsinə səbəb olur, nəticədə mədə şirəsinin bakterisid təsiri azalır, bu da mədə-bağırsaq sistemində iltihabi proseslərin əmələ gəlməsinə əlverişli şərait yaradır. Yüksək hərarət mərkəzi sinir sisteminə də mənfi təsir göstərir-diqqət zəifləyir, reaksiya azalır, hərəkətlərin koordinasiyası pozulur. Göstərilənlər aradan qaldırılmazsa istivurma və ya günvurma baş verə bilər.

Soyuq havanın təsiri nəticəsində orqanizmdə müxtəlif ümumi və yerli reflektor dəyişikliklər əmələ gəlir. Bu zaman üşümə hissi yaranır, tənəffüs orqanlarının, əzələ, oynaq,bağ aparatlarının, periferik sinir sistemi xəstəliklərinin baş verməsi üçün şərait yaranır. Soyuq havanın uzun müddətli təsiri nəticəsində bədənin yoluxucu xəstəliklərə qarşı müqaviməti də azalır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin