İdman təbabəTİ VƏ GİGİyena


AZƏRBAYCANDA GİGİYENA ELMİNİN



Yüklə 1,93 Mb.
səhifə83/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   79   80   81   82   83   84   85   86   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

13.3. AZƏRBAYCANDA GİGİYENA ELMİNİN

İNKİŞAFI. BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GİGİYENASI

Hər bir xalqın hərtərəfli inkişafı ayrı-ayrı elm sahələrinin inkişafı ilə paralel gedir. Elmin bir sahəsinin inkişafı başqa elmlərin də inkişafına zəmin yaradır, onun həll etdiyi məsələlərdə fəal iştirak edir. Belə elm sahələrindən biridə gigiyena elmidir.

Sonrakı dövrlərdə təbabət inkişaf etdikcə gigiyena da inkişaf etmişdir. Azərbaycanda təbabətin inkişafında, o cümlədən gigiyenik biliklərin yayılmasında mühüm rol oynayan şəxslərdən biri də Ömər Osman oğludur. O, Azərbaycanın görkəmli şairi Xaqaninin əmiri olmuşdur. Ömər həkim olmaqla yanaşı həm də filosof, astronom, riyaziyyatçı, kimyaçı kimi tanınmış böyük alim idi. Şamaxı yaxınlığında Məlhəm kəndində həkimliyə başlamış Ömər Osman oğlu həmin kənddə «Mədrəseyi-tibb» məktəbi yaratmış və orada gənclərin həkimlik təhsili ilə məşğul olmuşdur.

Elm və mədəniyyətin yüksək zirvəsində duran, öz klassik poeziyası ilə Azərbaycan ədəbi xəzinəsinin incisi saylan Şeyx İlyas İbn Yusif Nizami Gəncəvi (1141-1209) əsərlərində fəlsəfə, təbiət, kimya, psixologiya, astronomiya kimi elm sahələri haqqında məlumat verməklə yanaşı tibb elminin mühüm sahələrinə-anatomiya, fiziologiya, terapiya, gigiyenaya aid də qiymətli fikirlər söyləmişdir. O, insanların sağlamlığını, onların ehtirası, qidalanması, əməyi, istirahəti ilə sıx əlaqədar olduğunu bildirirdi.

Azərbaycanda XVI əsrdə tibb elminin inkişafında əhəmiyyətli rol oynayanlardan biri də Yusifi Məhəmməd olmuşdur. Onun Şah İsmayıl Xətaiyə həsr etdiyi «Cəmaül – fəvaid» əsəri (1513) 11 fəsildən ibarətdir, təbabətin bir çox sahələrini əhatə edir. Onun irəli sürdüyü gigiyenik mülahizələr uzun müddətli müşahidələr və xəstələrin müalicəsi əsasında yaranmışdı.

Azərbaycan xalqının tarixinə alim-təbiətşünas, maarifpərvər və demokrat, görkəmli ictimai xadim, Azərbaycanda «Əkinçi» qəzetinin yaradıcısı kimi daxil olmuş Həsənbəy Zərdabi (Məlikov-1842-1907) ölkədə sosial-gigiyenik problemlərin həllində əhəmiyyətli rol oynamışdır.

Elmi-tibbi biliklərin geniş yayılmasında görkəmli dövlət və ictimai xadim, həkim N.Nərimanovun (1870-1925) rolu böyükdür. Onun vərəm, vəba, traxoma, yatalaq və s. kimi xəstəliklər haqqındakı kitablarında, çoxsaylı jürnal və qəz et məqalələrində əhalinin sağlamlıq göstəriciləri, gigiyenik biliklərin yayılması, tibbi yardımın vəziyyəti və s. barədə ətraflı məlumatlar verilmişdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatı və sənaye sahələrinin, xüsusən neft sənayesinin inkişafı, orada çalışan fəhlələrin ağır iş və məişət şəraiti, müxtəlif epidemiyalar, Bakı şəhərindəki antisanitariya vəziyyəti əhaliyə tibbi – sanitariya xidmətinin yüksəldilməsini tələb edirdi. Azərbaycanda, xüsusən Bakıda sanitariya xidmətinin yaradılmasında və inkişafında həkimlərdən N.R.Raak, S.İ.Slonevski, V.İ.Olekav, M.İ.Luryenin və azərbaycanlılardan ilk sanitariya həkimi Mustafa Ağaismayıl oğlu Şərifovun böyük rolu olmuşdur. Həmin dövrdə əhaliyə tibbi xidmətin təşkilində və geniş sanitariya tədbirlərinin həyata keçirilməsində milli həkimlərdən S.M.Əfəndiyevin, M.N.Qədirlinin, Q.M Musabəyovun, T.A.Şahbazinin, A.A.Kazımovun böyük rolunu qeyd etməmək olmaz.

1922-ci ildə respublikamızda ilk Bakteriologiya və Tropik xəstəliklər elmi-tədqiqat institutunun yaradılması bu işə böyük təkan verdi. Sonrakı illərdə də bu sahədə mütəxəssislərin yetişməsi əvvəlcə Bakı Universitetinin tibb fakultəsi nəzdində, sonralar isə Azərbaycan Dövlət Tibb İnstitutunda həyata keçirilməyə başlandı.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təbabətin, o cümlədən, gigiyena elminin inkişafının sürətlənməsində V.Y.Axundovun, Ə.Q.Əlibəyovun, R.O.Əmirovun, İ.H.Səmədovun, Ə.M.Məmmədovun səmərəli fəaliyyəti qeyd edilməlidir.

Bədən tərbiyəsi və idmanın gigiyenası ümumi gigiyena elminin bir hissəsi olub, idmançı orqanizmi ilə ətraf mühitin qarşılıqlı əlaqəsini öyrənir, bədən tərbiyəsi və idmanla məşğul olanların orqanizminin sağlamlığının qorunması, iş qabiliyyətinin artırılması, yüksək nəticələrin əldə edilməsinə yönəldilmiş gigiyenik normativlər və profilaktik tədbirlər işləyib hazırlayır.

Bədən tərbiyəsi və idman gigiyenası ümumi gigiyena elminin bir hissəsi olub, idmançı orqanizmi ilə ətraf mühitin qarşılıqlı əlaqəsini öyrənir, bədən tərbiyəsi və idmanla məşğul olanların orqanizminin sağlamlığının qorunması, iş qabiliyyətinin artırılması, yüksək nəticələrin əldə edilməsinə yönəldilmiş gigiyenik normativlər və profilaktik tədbirlər işləyib hazırlayır.

Bədən tərbiyəsi və idman gigiyenasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- Ətraf mühit şəraitinin və xarici amillərin bədən tərbiyəsi və idmanla məşğul olanların sağlamlığına və iş qabiliyyətinə təsirini öyrənmək.

- Bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün optimal şərait yaratmaq məqsədilə elmi surətdə əsaslandırılmış gigiyenik normativlər, tədbirlər və qaydalar işləyib hazırlamaq.

- İdmançıların sağlamlığını qorumaq üçün orqanizmin harmonik inkişafını təmin etmək, bədəni möhkəmləndirmək, iş qabiliyyətini artırmaq və yüksək idman nəticələri əldə etmək üçün təbiət qüvvələrindən (su, hava, günəş) və gigiyenik amillərdən istifadə edilməsini elmi surətdə əsaslandırmaq.

- İdmançıların səmərəli qidalanmasını, qidanın tərkibində olan zülalların, yağların, karbohidratların, vitaminlərin və mineral maddələrin miqdarını, sərf olunan və qəbul edilən qida payının verdiyi enerjini, onların uyğunluğu və nisbətin öyrənmək.

İdman gigiyenası idmanın təcrübə və nəzəri fəaliyyəti ilə sıx əlaqədardır. İdmançıların hazırlığı üç əsas sistemdən ibarətdir:



  1. İdman məşqləri sistemləri.

  2. Yarışlar sistemi.

  3. Yarışların, məşqlərin effektliyini artıran və tənzim edən əlavə sistemlər.

Bütün göstərilən sistemlərin cəmi idmançılarda müvəffəqiyyət qazandıra bilər. Məşqləri və yarışları tamamlayan əlavə sistemlərdən ən əsası gigiyenik amillərdir. Bunlardan gündəlik rejimi, şəxsi gigiyenanı, bədəni möhkəmləndirilməsini, xüsusi qidalanmanı, gigiyenik bərpa vasitələrini və s. göstərmək olar. İdmançıların hazırlığında bu amillərin çox böyük əhəmiyyəti vardır, onların köməyi ilə orqanizmə hərtərəfli dərin təsir göstərməklə idmanı təkmilləşdirmə prosesini müəyyən dərəcədə optimallaşdırmaq olar.

İdmançıların hazırlığında rast gələn mürəkkəb şəraitdə xüsusi gigiyenik komplekslərdən istifadə edilməsinin böyük təcrübi əhəmiyyəti vardır. Ölkəmizdə ilk dəfə olaraq ionlaşdırılmış havadan, ultrabənövşəyi şüalardan, eritema lampalarından idmançıların iş qabiliyyətinin artırılmasında və bərpa prosesinin sürətləndirilməsində istifadə edilməsi təklif edilmişdir.

Bədən tərbiyəsi və idman gigiyenasının inkişafında və formalaşmasında Azərbaycan alimlərindən E.M.Əfəndiyevin, D.Ə.Babazadənin, rus alimlərindən P.F.Lesqaftın, V.V.Qorinyevskinin, V.A.Voljenskinin, A.A.Minxin, A.P.Laptevin və başqalarının adlarını qeyd etmək olar.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin