İdman təbabəTİ VƏ GİGİyena


Cədvəl 11.Müxtəlif idman növlərində intensiv və ekstensiv göstəricilər



Yüklə 1,93 Mb.
səhifə79/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   75   76   77   78   79   80   81   82   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Cədvəl 11.Müxtəlif idman növlərində intensiv və ekstensiv göstəricilər


İdman növləri

Göstəricilər

İntensiv

Ekstensiv

1000 idmançı arasında

zədələnmələrin sayı

Müraciət edən idmançıların(%) faizi


Boks

158,1

14,0

Güləş

103,0

6,1

Atıcılıq

101,0

0,4

Qılıncoynatma

64,2

2,7

Tennis

48,3

1,7

Moto idman

41,4

1,7

Gimnastika

29,0

1,8

Hokkey

25,7

1,1

Atcılıq

20,0

1,2

Ağır lıqqaldırma

19,1

0,4

Avarçəkmə

18,3

1,0

Sambo

17,1

3,1

Üzgüçülük

13,2

0,5

Velosiped idmanı

11,4

12,0

Basketbol

8,1

17,0

Voleybol

5,9

13,5

Futbol

5,0

4,4

Atletika

2,0

12,6

Travmaların sayı idmanın növündən asılıdır (məsələn, boks-158,1; atletika-2,0 və s.). Məşq, yarışlar və məşq toplanışlarında travmaların sayı müxtəlif olur. Məsələn, yarışlarda bu göstərici-8,3, məşq prosesində-2,1; tədris-məşq toplantılarında 20,0-yə çatır. Göstəricilərin müxtəlifliyi travmatizmin profilaktikasının təşkilindən asılıdır. Məşğələlərdə məşqçi və ya müəllim iştirak etmədikdə zədələnmələrin 4 dəfə artıq müşahidə edilir.

Travmaların sayının idmançıların hazırlıq dərəcəsindən də asılıdır. İdmançının hazırlığından asılı olaraq zədələnmələr müxtəlif sayda ola bilər: hazırlıq səviyyəsi aşağı olduqda travmalar daha çox müşahidə olunur.

Xarici dəri örtüklərinin zədələnməsindən asılı olaraq travmalar açıq və ya qapalı xarakterdə olur. Zədələnmələr sahəsinə görə makro və mikrotravmalara ayrılır.

Qapalı travmalarda dəri örtüklərinin tamlığı zədələnmir, açıq travmalarda isə dəri örtüyünün tamlığı pozulur və bu səbəbdən də orqanizmə infeksiya daxil ola bilir.

Makrotravmalar orqanizmin toxumalarının böyük sahələrinin zədələnmələri ilə xarakterizə olunur. Mikrotravmalar zamanı zədələnmə sahəsi kiçik olduğundan çox vaxt o gözlə görünmür.

Travmanın əsas əlaməti ağrıdır. Mikrotravmalarda ağrı hissiyatı çox az olduğundan idmançı onu hiss etmir və məşq prosesini davam etdirir. Belə olduqda mikrotravma makrotravma vəziyyəti alır.

Cədvəl № 12.İdman zədələnmələrinin növləri


Zədələnmələrin

xarakteri

Zədələnmələrin %


V.K.Dobrovolskinin

məlumatına görə

Mərkəzi travmatologiya

ortopediya institutunun

məlumatına görə

Əzilmələr

40,1

40,5

Bağların yarımçıq və tam qırılması

29,1

26,4

Əzələlərin dartılması, yarımçıq və tam qırılması

15,1




Sürtük və sıyrıntılar

5,0

10,0

Yaralanmalar

2,6

14,2

Sümüklərin çat və sınıqları

2,5

2,1

Çıxıqlar

0,8

2,9

Digərləri

4,8

3,9

İdman travmaları çox vaxt qapalı xarakter daşıyır: əzilmələr, dartılmalar, əzələlərin və bağların yarımçıq və ya tam qırılması (cədvəl № 12)

Əzilmələrin 50%-i oynaqların hesabına düşür, bunlardan diz oynağının zədələnməsi 30% təşkil edir. Açıq zədələnmələr az baş verir və onlar əsasən sürtuk və əzilmələr şəklində müşahidə olunur. Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun məlumatına görə xəstəxana şəraitində müalicə tələb edən travmaların 47,6%-ni diz oynağı menisklərinin zədələnməsi təşkil edir.

İdman növündə zədələnmələrin xarakteri cədvəldə göstərilir (cədvəl 13)


Cədvəl № 13.İdman nəticəsində zədələnmələrin xarakteri

(V,K.Dobrovolskiyə görə)

İdman növü

Zədələnmələrin növü


Əzilmə

Əzələlərin zədələnməsi

Bağların dartılması

Oynaqların çıxıqları və digər oynaq

zədələnmələri

Sınıqlar

Beyin silkələnməsi

Sürtünmə, sıyrıntı,yaralanma

Digər zədələnmələr

Gimnastika

27,97

11,9

87,6

4,7

2,0

1,1

14,1

0,8

Atletika

26,1

14,3

36,9

3,1

0,9

1,1

16,2

1,4

Futbol

48,7

5,1

25,6

3,3

1,7

0,9

13,9

2,2

İdman oyunları

39,4

4,2

33,6

5,1

1,5

0,5

14,5

1,0

Ağırlıqqaldırma

17,5

18,7

40,6

2,5

1,7

0,7

13,0

1,4

Güləş

30,2

8,7

38,8

3,5

4,3

0,9

7,5

2,2

Boks

47,9

4,3

25,0

4,0

2,7

3,0

13,4

2,7

Üzgüçülük, suya tullanma

25,4

6,4

24,2

0,3

2,0

3,2

27,8

2,4

Avarçəkmə

40,6

-

21,8

12,5

-

-

25,0

0,2

Velosiped idmanı

28,9

1,8

17,6

5,9

4,0

1,5

39,2

0,1

Hokkey

50,8

3,3

12,8

3,6

2,5

3,1

27,9

1,6

Cədvəldən aydın görünür ki, əzilmələr çox vaxt hokkey, futbol, boks, idman oyunları, güləş idman növlərində, əzələ və vətərlərin zədələnməsi isə ağırlıqqaldırma və gimnastika idman növlərində müşahidə olunur.

Bağların zədələnməsi ağırlıqqaldırma, güləşdə, gimnastikada, atletikada, idman oyunlarında və boksda daha çox baş verir. Sümüklərin sınıqlarına isə güləş, velosiped, hokkey, boks və futbolda, yaralanma və sürtüklər velosiped, hokkey və avarçəkmə idman növlərində baş verir. Velosiped, üzcüçülük, boks, suya tullanma, avarçəkmə idman növlərində beyin silkələnməsi daha çox müşahidə olunur.

İdmançılarda çox vaxt ətraflar (bütün zədələnmələrin 80%-dən çoxu), xüsusilə diz və baldır-pəncə oynaqları zədələnir.

İdmanın xarici zədələnmələrinə nokayt, əl qabarlarının qopması, bud əzələlərinin qırılması və s. daxildir. Gimnastika ilə məşğul olanlarda yuxarı ətrafların zədələnmələri üstünluk təşkil edir (70%), basketbolçu və voleybolçularda əl barmaqları (80%), boskçularda başın və sifətin zədələnmələri (65%), tennisçilərdə-dirsək oynağı (70%), futbolçularda-diz oynağının zədələnmələri daha xarakterikdir.

İdman zədələnmələri ağırlığına görə üç dərəcəyə ayrılır: yüngül (90%), orta ağırlıqlı (9%) və ağır (1%). İdman zədələnmələrinin ağırlığı idmanın növündən asılıdır (cədvəl № 13).

Yüngül travmalarda orqanizmdə böyük pozğunluqlar meydana çıxmır və idmançı ümumi iş qabiliyyətini itirmir.

Orta dərəcəli travmalarda idmançı həm ümumi iş qabiliyyətini, həm də müvafiq idmanla məşğul olma qabiliyyətini itirmiş olur.

Ağır travmalarda idmançı sağlamlıq vəziyyətini kəskin itirir və o xəstəxana şəraitində uzun müddət ərzində müalicə almalı olur.

Cədvəl № 14.İdmanın növündən asılı olaraq zədələnmələrin ağırlığı (%)

(Z.S.Mironovaya görə)



Ağırlıq dərəcəsi

İdmanın növü

İdman

gimnastikası

Atletika

İdman

oyunları

Güləş

Boks

Velosiped

idmanı

Yüngül

57,7

75,6

58,4

28,4

29,6

72,0

Orta

30,3

21,3

38,2

56,5

56,5

13,2

Ağır

12,0

3,1

3,4

15,1

13,9

14,8

İdman zədələnmələrinin etiologiyasında daxili və xarici amillər mühüm rol oynayır.

Zədələnmələrin meydana çıxmasında daxili amillərə aşağıdakılar aiddir:

1. Məşqlərin aparılmasının metodikasında çatmamazlıqlar və səhvlər. Bütün zədələnmələrin 30-60%-i bu səbəbdən meydana çıxır. Bu zaman məşqçi və ya müəllim təlimin əsas prinsiplərini, məşğələlərin müntəzəmliyini, yükün tədricən artırılmasını, hərəkət vərdişlərinin mənimsənilməsinin ardıcıllığını və tədris-məşq prosesinin fərdiləşdirilməsini pozmuş olur. İdmançı yorulmuş vəziyyətdə məşq etdikdə, məşq zamanı qoruyucu tədbirlərin olmaması və ya onun düzgün aparılmaması, bədənin qızdırılması kifayət qədər olmadıqda və ya düzgün aparılmadıqda travmanın meydana çıxma ehtimalı artır.

2. Məşğələlərin və yarışların təşkilində çatmamazlıqlar. Zədələnmlərin 4-8% bu səbəbdən baş verir. Buraya tədris-məşq prosesinin aparılması haqqında təlimat və göstərişlərin pozulması, həmçinin təhlükəsizlik qaydalarının, yarışların proqramının düzgün tərtib edilməməsi və onların aparılma qaydalarının pozulması aiddir.

Bura məşq edənlərin düzgün yerləşdirilməməsi, məşq yerlərində idmançıların və ya tamaşaçıların sayının həddən çox olması, məsələn, idman meydançasında eyni zamanda disk, qumbara və nizə atmaq, futbol oynamaq və ya hovuzda üzgüçülüklə bərabər suya tullanma yarışının keçirilməsi, müxtəlif qrupların yerdəyişməsinin düzgün təşkil edilməməsi, qrupların formalaşdırılmasında şəxslərin hazırlıq və yaş səviyyəsinin, cinsinin, çəki kateqoriyalarının nəzərə alınmaması, məşqlər zamanı məşqçi və ya müəllimin iştirak etməməsi daxildir.

3. Məşğələnin maddi-texniki təchizatının pozulması zamanı zədələnmələr 15-25% təşkil edir. Bura idman qurğularının aşağı keyfiyyətli olması, idman avadanlığının, meydançaların, zalların, stadionların yarışlara və məşğələlərə pis hazırlanması da və s. daxildir. İdmançı geyimlərinin idman növünə və meteoroloji şəraitə uyğun olmaması da zədələnmələrə səbəb ola bilir.

4. Gigiyenik və meterioloji şəraitin pis olması zamanı zədələnmələr 2-6% təşkil edir. Buraya idman qurğularının sanitar vəziyyətinin qeyri-kafi olması, işıqlandırılmanın, ventilyasiyanın, havanın və suyun temperaturunın, havanın rütubətliyinin gigiyenik qaydalara uyğun olmaması, yağışlı, qarlı, dumanlı, küləkli hava şəraiti daxildir. Dağ şəraitinə kifayət qədər uyğunlaşma olmadıqda da zədələnmələr arta bilir.

5. İdmançıların davranış qaydalarını pozması zamanı zədələnmələr 5-15% təşkil edir. Belə zədələnmələr idmançıların diqqətsizliyi, tələskənliyi və intizamsızlığı nəticəsində baş verir. İdmançıların kobudluğuna hakimlərin liberallığı və ya onların hazırlıqlarının aşağı səviyyədə olması da zədələnmələrin baş verməsinə səbəb ola bilir.

6. Həkimlərin tələblərinin pozulması nəticəsində zədələnmələr 2-10% təşkil edir. Məşğələlərə həkimin icazəsi olmadan başlamaq, məşqçi və həkimin məsləhəti olmadan məşğələləri davam etdirmək, yükün intensivliyini nəzərə almamaq və s. zədələnmələrə səbəb olur.

İdman zədələnmələrinin daxili səbəblərinə idmançıların vəziyyətində müxtəlif səbəblərdən dəyişkənliyin meydana çıxmasıdır. Bunlara aşağıdakılar aiddir:


  1. Yorulma və həddən artıq yorulma vəziyyəti.

  2. Müxtəlif səbəblərdən məşğələlərdə yaranan fasilə nəticəsində orqanizmin müxtəlif sistemlərində funksional vəziyyətin dəyişilməsi.

3. Hərəkətlərin biomexanikasının pozulması.

4. Gərgin və ya mürəkkəb koordinasiyalı hərəkətlərin yerinə yetirilməsi üçün idmançının fiziki hazırlığının kifayət qədər olmaması.

5. Əzələlərin damarlarında spazmaların baş verməsi.

İdman zədələnmələrinin profilaktikasında məşq prosesinin rasional təşkili, xəstəlik və zədələnmələrdən sonra həkim məsləhətinə əməl edilməsi önəmli yer tutur.



12.2. İdmançılarda xəstəliklər
Bədən tərbiyəsi və idman ancaq müəyyən şərtlərə əməl edildikdə orqanizmin sağlamlıq səviyyəsinə, onun funksional vəziyyətinə müsbət təsir göstərir. Bunun üçün fiziki yükdən düzgün istifadə etmək, idmançının fərdi xüsusiyyətlərini nəzərə almaq, həddən artıq fiziki və emosional gərginlikdən qorunmaq, gün rejimini düzgün qurmaq mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, idmançıların xəstələnməsində xarici mühitin mənfi amilləri, o cümlədən bədənin soyuması, infeksiyalar və s. böyük rol oynayır.

Xəstəlik, adətən tədricən başlayır. Xəstəlik prosesindən əvvəl həddən artıq məşqlilik, həddən artıq yorulma və gərginlik, nikotin və spirtli içkilərdən istifadə etmək nəticəsində intoksikasiya və s. kimi hallar müşahidə olunur. Odur ki, məşqçi və müəllimdə belə vəziyyətlər haqqında təsəvvür olmalı, onları vaxtında və düzgün qiymətləndirməlidirlər.

Xəstəliklərin meydana çıxmasına səbəb olan amillər iki qrupa bölünür: 1)bədən tərbiyəsi və idmanla əlaqədar olmayan; 2) bədən tərbiyəsi və idmanla əlaqadar olan amillər.

Birinci qrupa bütün yoluxucu xəstəliklər, xarici mühitin mənfi amilləri ilə bağlı xəstəliklər daxildir.

İdmançılarda xəstəliklər adətən yüngül formada keçir və bu səbəbdən də onları aşkar etmək çətin olduğundan ağır formaya keçə bilir.

Amillərin ikinci qrupuna məşğələlərin formal olaraq düzgün təşkil edilən və düzgün təşkil edilməyən formaları aiddir.

Xəstəliklər idmançıda məşqlərin təşkili və metodikasının düzgün aparılmaması, həkim və məşqçinin düzgün hərəkət etməməsi nəticəsində meydana çıxır.

Məşqçi və müəllimin düzgün olmayan hərəkətlərinə idmançının sağlamlıq vəziyyəti nəzərə alınmadan idman nəticəsinin əldə edilmə arzusu, məşqlərə həkimin icazəsi olmadan cəlb edilməsi aiddir.

Həkimin düzgün olmayan hərəkətlərinə sağlamlıq vəziyyətində çatmamazlığı olan şəxslərin məşq prosesinə cəlb edilməsinə icazə verməsidir.

Məşqlərin təşkil edilməsi və onun metodikasının düzgün qurulmasında ilk növbədə məşqçi və idmançının özü məsuliyyət daşıyır. Bura həkimin məşq və gün rejiminə, qidalanması və istirahətinə aid göstərişlərinin yerinə yetirilməməsi, pis vərdişlərin olması və s. daxildir.

Mərkəzi sinir sisteminin funksional xəstəliklərinin baş verməsi gərgin məşqlərin böyük zehni əməklə eyni vaxtda həyata keçirilməsi ilə əlaqədardır.

Bu səbəblərə məşq prosesində həddən artıq fiziki yükdə istifadə edilməsi də aiddir.

Məşqçi-müəllim dərk etməlidir ki, yorulma, həddən artıq yorulma, həddən artıq məşqlilik və gərginlik zamanı orqanizm xarici mühitin mənfi amillərinə, emosional təsirə və s. daha çox həssas olur.

Əgər yorulma tez-tez müşahidə edilirsə və yükdən sonra bərpa baş vermirsə, idmançıda fizioloji yorğunluq həddən artıq yorulma vəziyyətinə keçir.

Həddən artıq yorulma bəzi hallarda həddən artıq intensivliklə aparılan birinci yükdən sonra meydana çıxır. Onun meydana çıxmasında xroniki infeksiya ocaqları, xəstə vəziyyətdə məşq etmə, istirahət, qidalanma rejiminin pozulması böyük rol oynayır.

Həddən artıq yorulma ümumi yorğunluq, əzginlik, yuxunun, iştahın pozulması və s. ilə xarakterizə edilir.

İdmançıların funksional vəziyyəti kəskin pisləşir, idman nailiyyətləri azalır. Bir çox hallarda kifayət qədər istirahətdən sonra funksional vəziyyət bərpa edilir və idmançı məşq prosesini davam etdirə bilir.

Müvafiq tədbirlər həyata keçirilmədikdə orqanizmin bütün sistemlərində və üzvlərində müxtəlif xəstəliklər baş verir.

Mərkəzi sinir sisteminin həddən artıq gərginləşməsi nevroz xəstəliyinə səbəb olur. İdmançılarda iş qabiliyyəti ya əvvəlki səviyyədə qala bilər, ya da bir qədər azala bilər. Bununla bərabər, yeni hərəkət vərdişlərinin əmələ gəlməsi, mürəkkəb taktiki vəzifələrin yerinə yetirilməsi çətinləşir. Obyektiv olaraq əzələlərin güc göstəricilərinin azalması, kooordinasiyanın pisləşməsi və yükə olan reaksiyanın zəifləməsi, bərpa prosesinin uzanması müşahidə edilir. Bəzi hallarda ürək ritminin pozulması, arterial qan təzyiqinin dəyişilməsi, əzələ tonusunun yüksəlməsi kimi əlamətlər meydana çıxa bilir.

Həddən artıq məşqlilik patoloji vəziyyət olaraq beyin qabığının güclü qıcıqlanması hesabına mərkəzi sinir sisteminin nevroz tipli pozulmasıdır. Eyni zamanda, endokrin sisteminin, xüsusilə hipofizin və böyrəküstü vəzilərin fəaliyyətinin pozulması qeyd olunmalıdır.

Həddən artıq məşqlilik vəziyyəti aşağıdakı əlamətlərlə xarakterizə olunur: əhval-ruhiyyənin pisləşməsi, tez yorulma, halın tez-tez dəyişkənliyi, yuxunun və iştahın pozulması, ürək nahiyəsində xoşagəlməz hissiyatlar, ürəkdöyünmə, baş ağrıları, ayaqlarda və qaraciyər nahiyəsində ağrı hissi, iş qabiliyyətinin və idman nəticələrinin azalması, məşq və yarışlara qarşı nifrət, öz gücünə inamsızlıq, şübhəlilik və s.

Bu əlamətlər hesabına idmançılarda hərəkət texnikası pozulur, bədənin çəkisi və əzələ gücü azalır, cinsi fəaliyyət və qadınlarda menstruasiya sikli dəyişir, xəstəliklərə qarşı immunitet azalır, koordinasiya və vestibulyar sınaqlara qarşı reaksiya zəifləyir, hərəkət reaksiyaları yavaşıyır, tərləmə müşahidə edilir.

Onlarda ürək ritminin pozulması, arterial qan təzyiqinin dəyişkənliyi, qaraciyərin böyüməsi, sağ qabırğaaltı nahiyədə ağrılar da nəzərə çarpır. Bununla bərabər, maddələr mübadiləsinin yüksəlməsi, qanda şəkərin miqdarının azalması, istilik tənziminin pozulması və s. müəyyən edilir.

Həddən artıq məşqlilik vəziyyətinin müalicəsinin aparılması məqsədilə orqanizmin ümumi müqavimətlik qabiliyyətinin yüksəldilməsi, ümumi rejimin və yuxunun normaya salınması vasitəsilə mərkəzi sinir sisteminin funksional vəziyyətinin bərpası, tam keyfiyyətli qidanın və vitaminlərin qəbul edilməsi çox mühüm rol oynayır. Bununla bərabər mənfi amillərin aradan qaldırılmasında müxtəlif fizioterapevtik vasitələrin (ultrabənövşəyi şüalar, elektroforez, müxtəlif duşlar, masaj və s.) böyük əhəmiyyəti vardır.

İdmançının müalicə və reabilitasiyası ancaq xəstəxana şəraitində aparılmalıdır.
12.3. Kəskin patoloji vəziyyətlər
Kəskin patoloji vəziyyətlər zamanı orqanizmin ümumi həyat fəaliyyəti pozulur. Bu pozğunluqlar çox vaxt tez keçici olaraq idmançının həyatı üçün böyük təhlükə törətmir, bəzi hallarda isə həkiməqədər təcili yardım göstərilmədikdə ölümə səbəb olur.

Meydana çıxmasına görə patoloji vəziyyətlər müxtəlif olur.


Travmatik şok
Travmatik şok çox vaxt ağır zədələnmələr nəticəsində meydana çıxır. Şok zamanı orqanizmdə çox güclü qıcığa qarşı həyat proseslərini nizamlayan sinir sisteminin fəaliyyəti pozulur. Bununla əlaqədar hemodinamikada, tənəffüsdə və maddələr mübadiləsində ağır dəyişikliklər meydana çıxır.

Şokun meydana çıxmasında zədələnmənin baş verdiyi şərait əsas rol oynayır.

Şok zamanı şəxsin huşu itməsə də, onun cavab reaksiyaları zəifləyir, göz bəbəkləri işığa zəif cavab verir, maksimal qan təzyiqi 80-100 mm Hg sütununa bərabər, nəbzin dəqiqəlik sayı 120 vurğudan çox olur, tənəffüsü tezləşir və səthi xarakter daşıyır, bədənin temperaturu aşağı düşür.

Şəxsə təcili tibbi yardım göstərilmədikdə o, tələf olur. İlk növbədə onu isti və quru otağa köçürmək, əks-göstəriş olmadıqda isti şirin çay vermək lazımdır. Ağrıkəsici dərmanlar vurulur, vena daxilinə qan və qan əvəzediciləri (dekstran, polivinilatkoqol) daxil edilir.

Qan təzyiqi aşağı düşdükdə vena daxilinə noradrenalin və mezaton, qlükoza, vitaminlər, ürək fəaliyyəti üçün dərman preparatları daxil edilir.
Ürəkgetmə (bayılma)
Ürəkgetmə zamanı şəxsin qəflətən huşu tam və ya natamam itir. Huşun uzun müddət itməsi koma adlanır.

İdmançılarda ürəkgetmə bir çox səbəblərdən meydana çıxa gəlir. Ürəkgetməyə səbəb məşğələnin həddindən artıq gərgin olması, idmançıların yarışlara hazırlıqsız və ya xəstə halda çıxmasıdır. Ürəkgetmə psixi travmalarda (yarışlarda pis nəticə göstərdikdə), uzun sürən fiziki yükdən sonra şiddətli ağrılar nəticəsində, ürək xəstəliklərində, çoxlu qan itirdikdə, zəiflədikdə baş verə bilir.

Ürəkgetmənin bir növü nokdaun və nokaut hesab edilir. Bu zaman huşun itməsi azan sinirin tonusunun kəskin artması ilə əlaqədar ürəyin fəaliyyətinin pozulmasıdır. Huşun itməsi nokdaun zamanı 10 san, nokautda isə 10 saniyədən çox müşahidə edilir. Nokaut zərbə aşağı çənəyə, boyunun yan səthinə, sol və sağ qabırğaaltına, gicgaha, başa, günəş kələfinə endirildikdə yaranır.

Ürəkgetmə zamanı qan dövranı və tənəffüs çox zəifləyir, beyinə gedən qanın miqdarı qəflətən azalır. Çox vaxt ürəkgetmədən əvvəl insan ümumi zəiflik, narahatlıq, qulaqlarında küy, ürək bulanma, başgicəllənmə hiss edir, nəbzi zəifləyir, göz bəbəkləri daralır, sifət solur və nəhayət, huş itir.

Nokaut və ya nokdaun texniki və taktiki cəhətdən zəif hazırlıqlı idmançılarda müşahidə edilir. Ürəkgetmə zamanı ilk yardım məqsədilə şəxs horizontal vəziyyətdə uzandırılır, ayaqları bir qədər qaldırılır, boynunu sıxan əşyalar götürülür, sifətinə və döşünə su çilənir, naşatırlı pambıq iylədilir. Huşa gəldikdə isə ona isti çay, kofe, ürək dərmanları verilir.

Hipoqlikemiya vəziyyəti
Hipoqlikemiya vəziyyəti qanda şəkərin miqdarının azalması ilə bağlıdır. Bu kəskin vəziyyət, əsasən uzaq məsafəyə qaçan, uzaq məsafəyə velosiped və xizək yarışlarında iştirak edən, uzaq məsafəyə üzən idmançılar arasında daha çox rast gəlinir.

Qanda şəkərin normal miqdarı 80-120 mq %- dir. Şəkərin artıq hissəsi mədəaltı vəzinin hormonu insulinin təsiri altında qlikogenə çevrilərək, ehtiyat halında əzələlərdə, qaraciyərdə toplanır. Fiziki yük zamanı xaric olan adrenalinin təsiri altında qlikogen parçalanaraq qlikozaya çevrilir, qaraciyərdən sinir sisteminə və işləyən əzələlərə daxil olaraq orqanizmin enerji tələbatını ödəyir. Uzun sürən və gərgin fiziki iş nəticəsində qanda şəkərin miqdarı azalır. Qanda şəkərin miqdarı 40 mq%-dən aşağı düşdükdə ağır hipoqlikemik vəziyyət yarana bilir. Bu vəziyyət mərkəzi sinir sistemində qlikozanın azalması ilə bağlıdır.

Hipoqlikemik vəziyyətin erkən əlamətlərindən aclıq hissiyatının yaranmasıdır. Sonra zəiflik, baş gicəllənmə, soyuq tər meydana çıxır. Bundan sonra isə mərkəzi sinir sisteminin pozulmasının əlamətləri – huşun itməsi, nitqin pozulması, hərəkətlərdə uyğunsuzluq, göz bəbəklərinin genəlməsi, nəbzin zəifləməsi, qan təzyiqinin aşağı düşməsi müşahidə olunur.

İdmançı yarış zamanı qeyri-adi hərəkətlər edə bilir, məsələn, qaçış zamanı o qəflətən hərəkət istiqamətini dəyişdirərək finişdən starta doğru qayıdır.

Yüksək ixtisaslı idmançılarda hipoqlikemik vəziyyətin meydana çıxması yarışlarda yorğun vəziyyətdə və xəstəlikdən sonra vaxtından əvvəl iştirak etməkdir.

Bunları nəzərə alaraq idmançılar yarışdan əvvəl və yarış zamanı tam keyfiyyətli qida ilə təmin olunmalıdırlar. Yarışlardan əvvəl orqanizmin karbohidrat ehtiyatını ödəmək məqsədilə, xüsusilə marafon və digər uzun məsafəli yarışlarda 100-120 qr şəkər qəbul etmək məsləhət görülür. Ondan artıq şəkərin qəbul edilməsi məqsədəuyğun deyildir, çünki bu çəkinin artmasına səbəb ola bilər (məsələn, qlikogen ehtiyatının 7 qr artması çəkinin 2 kq çoxalmasına səbəb olur).

Uzun sürən yarışlarda (məsələn, marafon yarışında) qida məntəqələri hər 5 km-dən bir təşkil edilə bilər.

Hipoqlikemik vəziyyət meydana çıxdıqda idmançıya şərbət, çörək, şəkər, şəkər tozu vermək məsləhət görülür.


Qravitasiya şoku
İdmançı intensiv qaçışdan, velosiped yürüşündən sonra birdən-birə öz hərəkətlərini dayandırdıqda onda qısa müddətli ürəkgetmə müşahidə edilə bilir. Hərəkəti qəflətən saxladıqda qanın çox hissəsi aşağı ətrafların genişlənmiş venalarına dolur və nəticədə baş beyinə gələn qanın miqdarı azalır, idmançı huşunu itirir. İdmançıda baş gicəllənmə, başağrısı, ümumi zəiflik, tərləmə kimi hissiyatlar yaranır. Bu zaman arterial qan təzyiqi kəskin surətdə aşağı düşür, nəbz əvvəlcə sürətlənir, sonra isə seyrəlir.

İlk yardımın göstərilməsi ürəkgetmədə olduğu kimidir.

Qravitasiya şokunun qarşısını almaq üçün idmançı finişdən sonra da bir qədər hərəkəti davam etdirməlidir. Zəif məşqlilik, yorğunluq və yaxın zamanda keçirilən yoluxucu xəstəliklər idmançıda qravitasiya şokunun yaranmasına səbəb ola bilir.
Ortostatik kollaps
İdmançı uzun müddət vertikal vəziyyətdə dayandıqda huşun itməsi baş verə bilir. Belə vəziyyət ortostatik kollaps adlanır.

Ortostatik kollapsın meydana çıxması onunla bağlıdır ki, ağırlıq qaldırdıqda döş və qarın boşluqlarında təzyiq kəskin artdığından venoz qanın ürəyə qayıtması çətinləşir. Bunun nəticəsində sol mədəcikdən toxumalara, o cümlədən beyinə gələn arterial qanın həcmi azalır. Bunu nəzərə alaraq ağırlıq qaldıranlar ştanqı qaldırmaqdan əvvəl dərin nəfəs almaqla ağciyərlərin hiperventilyasiyası süni surətdə yaranır.


İstivurma və günvurma
Günvurma və istivurma ölümlə nəticələnə bilən patoloji haldır. İstivurma orqanizmdə istilik tənziminin pozulması nəticəsində yaranır.

Artıq istiliyin xaricə verilməsi isə fiziki yolla olur. Bu prosesdə dəri və daxili üzvlərin qan damarları mühüm rol oynayır. İdman fəaliyyətində həddindən artıq kəskin iş, xarici mühitin yüksək rütubəti və s. amillər orqanizmdə yaranan artıq istiliyin xarici verilməsini çətinləşdirir, nəticədə orqanizmdə istilik normadan çox artdığından orqanizm qızır. Bu zaman ürək vurğularının sayı artır, tənəffüs sürətlənir və səthi olur, yanğınlıq hissi yaranır, ağızın selikli qişası quruyur və s. İdmançı bu vəziyyətdə məşqi davam etdirərsə orqanizmin hərarəti kəskin yüksəlir, sifətin rəngi avazıyır, qallusinasiya müşahidə olunur və idmançı huşunu itirə bilir. Məhz buna görə məşqçi məşqdən əvvəl və məşq prosesində idmançının ümumi vəziyyətini və məşq aparılan otağın hərarətini ciddi nəzarətdə saxlamalıdır.

Günvurma uzun müddət baş açıq günün şüaları altında işlədikdə infraqırmızı şüaların təsirindən yaranır. Günvurmanın əlamətləri aşağıdakılardır: beyinin qan damarlarının hipermiyası, beyinin ödeması, kəllə daxili təzyiqin artması, üzün qızarması, orqanizmin hərarətinin qalxması, başgicəllənmə və bəzən huşun itməsi. Günvuran şəxsi təcili olaraq kölgəyə aparmaq, başına və üzünə soyuq su çiləmək və ona ürək dərmanları vermək lazımdır.

Suda boğulma
Suda boğulmanın 4 növü vardır: 1-ilkin, həqiqi və ya «yaş» boğulma, 2-ci asfiksiya və ya «quru» boğulma, 3-cü ikincili boğulma və 4-cü suda ölüm.

Suda boğulmanın 75-95%-ni «yaş» boğulma təşkil edir.

Suda üzən adam yorulduqda və ya onun orqanizminin oksigen ehtiyatı tükəndikdə hipoksiya yaranır və o suyun altına gedir. Su altında qeyri-iradi nəfəs aldıqda su xarici tənəffüs yollarına və alveollara dolur, tənəffüs çətinləşir və həmin şəxs huşunu itirir.

Suda boğulma zamanı ilk dəqiqələrdə tənəffüs dərinləşir və ağciyərlərdən hava xaricə qovulur. Boğulmanın ilk saniyələrində qan təzyiqi kəskin artır, bradikardiya (ürək vurğularının sayının azalması) yaranır və ürəyin fəaliyyəti dayanan anlarda taxikardiya (ürək vurğularının şiddətlənməsi) ilə əvəz olunur. Ağciyərlərdəki su qana keçib onun hemolizinə (eritrositlərin parçalanmasına) səbəb olur.

Bəzən suya batan adamda reflektor yolla tənəffüs yollarının spazması yaranır, su ağciyərlərə dola bilmir və həmin şəxs asfiksiyadan ölür. Belə boğulma çox zaman çirkli və kimyəvi maddələrin çox olduğu sularda baş verir.

İnsan birdən soyuq suya girdikdə «soyuqluq şoku» yaranır. Belə halda tənəffüs yollarının spazması baş beyinin işemiyasına və ürəyin fəaliyyətinin dayanmasına səbəb olur. Suya tullandıqda qarın nahiyəsinə, cinsi üzvlərə və başa dəyən zərbədən yaranan travmatik şok da boğulmaya səbəb ola bilir. Bu, boğulmanın ikincili formasına aiddir.

Suyun daxili qulağa keçməsi vestibulyar aparatın funksiyasını pozur. Belə halda suda olan adamda koordinasiya pozğunluğu yaranır və əgər o, uzun müddət su altında qalarsa asfiksiyadan ölür. Bəzən usta üzgücülər də kiçik dərinlikdə olan su hövzələrində boğulurlar.

Usta üzgücülər suya girməzdən əvvəl bir neçə dəfə dərindən nəfəs alırlar. Bu zaman ağciyərlərdə yaranan hiperventilyasiya nəticəsində qanda karbon qazının gərginliyi 20 mm c.s. qədər azalır. Eyni zamanda, oksigenin də gərginliyi azalır, baş beyinin hipoksiyası yaranır və idmançı su altında huşunu itirir, ağciyərlər su ilə dolur və boğulma baş verir.

Suda ölüm miokardın kəskin işemiyası nəticəsində də meydana çıxa bilir. Bu zaman soyuq suyun təsiri altında yaşlı şəxslərdə reflektor olaraq ürək damarları büzülür və ürəyin infarktı inkişaf edir.

Boğulmaların bütün növlərində ilk yardımda onun tənəffüsünü və ürək fəaliyyətini bərpa etmək lazımdır.

Xəstəni sudan çıxartdıqda onun ağzını və burnunu selikdən, torpaqdan təmizləyib təcili süni tənəffüsə və ürək nahiyəsində masaja başlamaq lazımdır.

Süni tənəffüsü «ağızdan-ağıza» və ya «ağızdan-buruna» üsullu ilə aparmaq olar.



II H İ S S Ə

BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GİGİYENASI






Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin