İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə80/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   76   77   78   79   80   81   82   83   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

XIII F Ə S İ L



GİGİYENA ELMİNİN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ İNKİŞAF TARİXİ. BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GİGİYENASI
13.1.GİGİYENA BİR ELM KİMİ
Gigiyena – qədim yunan sözü olüb, «Hugieinos» sözündəndir, mənası «sağlamlıq gətirən» deməkdir. Rəvayətə görə təbabət allahı Eskulapın iki qızı varmış, onlardan biri xəstələri sağaldarmış, Gigiyena adlı digər qızı isə sağlamlığı qoruyurmuş. Həmin qızı əlində ilan sarınan badə tutmuş kimi təsvir edirlər. Rəvayətə görə gigiyena elminin adı həmin qızın adı ilə bağlıdır.

Gigiyena təbabət sahəsində əsas profilaktik elm hesab olunur. O, bütün nəzəri və kliniki tibb elmlərinin profilaktikaya aid məlumatlarını ümumiləşdirməklə, ətraf mühitin insan sağlamlığına təsir xüsusiyyətlərinin nəzəri əsaslarını, eləcə də profilaktik tədbirlərin prinsipləri və sistemlərini işləyib hazırlayır. Bütün elm sahəsində olduğu kimi gigiyenanın da məqsədi, vəzifələri, tədqiqat obyekti və üsulları var. Onun əsas məqsədi ətraf mühitin müxtəlif amillərinin və istehsalat şəraitinin insan orqanizminə, onun iş qabiliyyətinə və ömrünün uzadılmasına təsirini öyrənməkdir.

Gigiyenanın əsas vəzifələrindən ən başlıcası insanın əmək və həyat şəraitinin sağlamlaşdırılması üçün profilaktik tədbirlər işləyib hazırlamaqdır.

Gigiyenanı digər vəzifələrindən aşağıdakıları göstərmək olar:

1. İnsan orqanizminə təsir edən ətraf mühitin təbii və antropogen amillərinin və sosial şəraitin öyrənilməsi;

2. İnsan orqanizminə müsbət təsir göstərən amillərdən maksimum istifadə etmək, zərərli amilləri aradan qaldırmaq üçün elmi müddəalar əsasında normativlər və profilaktik tədbirlər işləyib hazırlamaq;

3. İşlənib hazırlanmış gigiyenik təkliflərin, qayda və normativlərin təcrübəyə tətbiq edilməsi, onları effektivliyinin yoxlanılması və təkmilləşdirilməsi;

4. Elmi - texniki inkişafın səviyyəsi nəzərə alınmaqla ətraf mühitin sanitariya vəziyyətinin və əhalinin sağlamlığının yaxın və uzaq perspektivlərinin proqnozlaşdırılması, gigiyenik problemlərin müəyyənləşdirilməsi və onların elmi cəhətdən həll edilməsi;

İnsanlar xəstəliklərin qarşısını almaq hələ qədim zamanlardan çalışırdılar. Profilaktik tədbirlərin həyata keçirilməsinə Qədim Misirdə, Yunanıstanda və Romada daha çox fikir verilirdi. Belə ki, Qədim Misirdə bataqlıqların qurudulması, küçələrin düzgün salınması və saxlanılması, su kəmərlərinin çəkilməsi ilk gigiyenik tədbirlərdən hesab edilə bilər.

Məşhur yunan həkimi Hippokrat (eramızdan əvvəl 460 – 377-ci illər) həkimlərdən tələb edirdi ki, onlar «sağlam adamların qayğısına qalmalıdırlar ki, xəstələnməsinlər».

Gigiyena insan orqanizminin inkişafını daha da təkmilləşdirmək, ömrü uzatmaq, qocalmanı mümkün qədər ləngitmək, ölümü uzaqlaşdırmaq kimi vacib məsələlərə xidmət edir.

İnsanı əhatə edən mühit daima inkişaf edib dəyişdiyi üçün onun orqanizmi arası kəsilmədən dəyişən amillərinin təsirinə məruz qalır.

Orqanizmə təsir edən xarici mühit amillərini bir neçə qrupa bölmək olar:

1. Kimyəvi amillər. Orqanizmlə xarici mühitin kimyəvi tərkibi arasında maddələr və enerji mübadiləsi gedir. Bu zaman bir çox kimyəvi element və birləşmələr orqanizmə plastik və energetik prosesləri həyata keçirmək üçün lazım olur.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin