Günəş radiasiyası. Yer kürəsində enerji, istilik və işıq mənbəyi günəşdir. Bütün canlılar günəş radiasiyası sayəsində yaşayır.
Günəşlə Yer kürəsi arasındakı məsafə təxminən 150 mln. km-əmüvafiqdir. Günəşin elektromaqnit şüa seli 300000 km/san sürətlə bu məsafəni 8 dəqiqə 18 saniyəyə qət edir. Günəş şüası görmə analizatoru vasitəsilə mərkəzi sinir sisteminə təsir edib, böyük yarımkürələrin qabığının fəaliyyətini artırır. O, insanın emosional vəziyyətinə müsbət təsir edir, onun əhval – ruhiyyəsini yaxşılaşdırır, həyat tonusunu qaldırır, maddələr mübadiləsinə, ürək-damar sisteminə və s. təsir göstərir. Günəş şüaları güclü profilaktik və müalicəvi təsirə malikdir, onlar orqanizmdəki bütün fizioloji proseslərə təsir edir.
İnsanı günəş radiasiyasının təsirinə uyğunlaşdıran qoruyucu reaksiyalar içərisində epidermis qişanın qalınlaşması və bərkiməsinin, piqment əmələ gəlməsinin (dərinin qaralmasına) böyük əhəmiyyəti vardır ki, bunlar da dərinin baryer funksiyasını gücləndirir.
Dərinin tez qaralması orqanizmin reaktivlik göstəricilərindən biridir. Günəş şüaları orqanizm üçün güclü qıcıqlandırıcıdır.
Lakin günəş şüalarından səmərəli istifadə etdikdə o, bədənə möhkəmləndirici təsir göstərir. Günəş vannalarının sistemli qəbulu insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, orqanizmdə maddələr mübadiləsini, iş qabiliyyətini, qanda eritrositlərin və hemoqlobinin miqdarını artırır, raxit xəstəliyinin qarşısını alır, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Dostları ilə paylaş: |