İdman təbabəTİ VƏ GİGİyena


MİKROİQLİM ŞƏRAİTİNİN ORQANİZMƏ



Yüklə 1,93 Mb.
səhifə93/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.2. MİKROİQLİM ŞƏRAİTİNİN ORQANİZMƏ

KOMPLEKS TƏSİRİ

Hava insanın sağlamlığına və onun yaşayışına təsir edən meteoroloji amillərin mürəkkəb və çox müxtəlif yığımından ibarətdir. Hava atmosferdə gedən fiziki proseslərdən asılıdır. O, günəş radiasiyasının miqdarı, hərarəti, rütubəti, havanın hərəkəti, atmosfer təzyiqi, havanın tozlaşması, elektrik sahəsi, atmosferin şəffaflığı, buludların xarakteri və yağıntının olub-olmaması ilə xarakterizə olunur.

Hava müəyyən müddət ərzində tədricən və ya kəskin dəyişə bilər. Belə dəyişmələr müntəzəm olmur. Bu cür qeyri-müntəzəm dəyişmələr hava cərəyanını əmələ gətirir. Hava hərəkət edib ərazi üzərindəki havanı əvəz edir, bu da onun dəyişməsinə səbəb olur. İnsanın yaşla əlaqədar, xüsusilə, müxtəlif xəstəliklərdən sonra orqanizminin hava şəraitinin dəyişməsinə uyğunlaşma qabiliyyəti azalır. Meteoroloji amillərin kəskin dəyişməsi orqanizmin tənzimedici aparatının işini artırır və bəzən onun müxtəlif funksiyalarının pozulmasına səbəb olur. Bu zaman bir çoxlarında əhval – ruhiyyə pozulur, baş ağrıları, baş gicəllənmələri, qulaqda səs-küy, təngənəfəslik, ürək nahiyyəsində ağrılar və s. müşahidə edilir.

Meteoroloji amillərin müəyyən yer üçün daimi, səciyyəvi orta vəziyyətinə iqlim deyilir. İqlim hər şeydən əvvəl, coğrafi en və uzunluq dairəsindən, günəş radiasiyasından, yerin xarakterindən, hava axınlarından asılıdır. İqlimi yaradan amillərə, eyni zamanda, insanın məqsədə uyğun fəaliyyəti – süni su hövzələrinin yaradılması, qoruyucu meşə zonalarının salınması və s. aiddir. Azərbaycan yanvar və iyul aylarının orta hərarətinə görə dörd iqlim rayonuna bölünür: I-soyuq, II-mötədil, III-ilıq, IV-isti iqlim rayonu.

İqlim yalnız insan orqanizmindəki fizioloji proseslərə təsir etmir. O, insanın təsərrüfat fəaliyyətində onun yaşayış və sanitariya şəraitinə xeyli təsir göstərir.

Orqanizmin müxtəlif iqlim şəraitinə uyğunlaşmasına iqlimə uyğunlaşma deyilir. Müəyyən edilmişdir ki, sağlam orqanizm dəyişən iqlim şəraitinə asan uyğunlaşır. İqlimə uyğunlaşmada orqanizmin fərdi xüsusiyyətləri (yaşı, cinsi, səhhəti və s.) mühüm rol oynayır. İqlimə uyğunlaşmanın müddəti iqlim şəraitinin yaxınlığından da çox asılıdır. İsti iqlim şəraitinə uyğunlaşma nəticəsində nəbz döyüntüsü, tənəffüsün sayı azalır, qan təzyiqi aşağı düşür, bədən temperaturu və maddələr mübadiləsi zəifləyir. Aşağı hərarət şəraitinə uyğunlaşma nəticəsində maddələr mübadiləsi sürətlənir, istilik ayrılması artır, qanda bəzi vitaminlərin miqdarı azalır. Adətən, isti hərarətə uyğunlaşma soyuq hərarətə uyğunlaşmaya nisbətən çətin olur.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin