İdman təbabəTİ VƏ GİGİyena


ATMOSFER HAVASININ KİMYƏVİ TƏRKİBİ



Yüklə 1,93 Mb.
səhifə95/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   91   92   93   94   95   96   97   98   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.3. ATMOSFER HAVASININ KİMYƏVİ TƏRKİBİ

Atmosfer havası oksigen, azot, karbon qazı, azon, arqon və s. kimi qazların qarışığından ibarətdir. Bəzən atmosfer havasında zərərli qazlar – dəm qazı, kükürd qazı, fenol, xlor, fluor birləşmələri və s. də olur. Bunlar, adətən, sənaye müəssisələrinin tullantılarıdır. Atmosfer havasının kimyəvi tərkibi sabitdir, lakin tənəffüs prosesi zamanı bu tərkib dəyişir:

Cədvəl № 15. Normal şəraitdə havanın kimyəvi tərkibi.

Qaz

Atmosfer havası (%)

Azot

Oksigen


Arqon

Karbon qazı

Neon

Helium


Radon

Kripton


Hidrogen

Ksenon


Ozon

78,08

20,95


0,93

0,03


0,0018

0,0005


6-1018

0,000108


0,00005

0,000008


0,000001

Oksigen. Bu, havanın daimi tərkib hissələrindən biridir. İnsanın həyat fəaliyyətində oksigenin böyük əhəmiyyəti vardır. Oksigen təbiətdə heyvan və insanın tənəffüsünə, yanma və oksidləşmə prosesinə sərf edilir və bərpa olunur. Oksigenin normal miqdarının bərpa olunmasında fotosintez prosesi mühüm rol oynayır. Yerüstü bitkilər hər il atmosferə 1,5 . 1015 ton oksigen verir ki, bu da tələbatı tam ödəyir. Bir adam sakit halda bir dəqiqə müddətində 0,3 l oksigen sərf edir. Fiziki iş zamanı oksigen sərfi bir dəqiqədə 4,5 l qədər arta bilər. Alveolların porsial təzyiqi ağciyər kapilyarlarındakı qanın parsial təzyiqindən çox olduğundan, oksigen alveolların havasından qana keçir. Toxumaarası mayedə isə parsial təzyiq çox olmur. Ona görə də, oksigen arterial qandan toxumalararası mayeyə keçir. Hüceyrələrdə oksigenin təzyiqi çox cüzi olduğundan oksigen toxumaarası mayedə qalmayıb asanlıqla hüceyrələrə keçir.

Havada oksigenin 16-17%-ə qədər azalması orqanizmin funksiyalarının pozulmasına səbəb olur, onun 7-8%-ə qədər azalması son həddir, bundan az olduqda ölüm baş verir.



Karbon qazı. Bu qaz atmosfer havasının tərkibində 0,03-0,04% olur. Karbon qazı havaya tənəffüs prosesi, qıcqırma, çürümə, üzvi maddələrin parçalanması, yanacağın yanması nəticəsində verilir. Orqanizmdə karbon qazı toxuma mayesindən toxumalararası mayeyə, oradan venoz qana, sonra alveolar havaya keçir.

Karbon qazı tənəffüsün tənzimləyicisidir, belə ki, o, tənəffüs mərkəzinin fizioloji qıcıqlandırıcısıdır. Qandakı karbon qazının miqdarı tənəffüs mərkəzinə həm bilavasitə, həm də qanda RN-nın dəyişməsi sayəsində təsir edir.

Havada karbon qazı 1-2%-ə qədər olduqda tənəffüs tezləşir və dərinləşir, 4% olduqda orqanizmə mənfi təsir göstərərək, baş ağrısına, ürək döyüntüsünə, qan təzyiqinin artmasına və s. səbəb olur, 10-12%-ə çatdıqda ağır zəhərlənmiş olur və ölüm baş verir. Havada karbon qazının çox olması toxumalarda oksigen aclığının yaranması ilə nəticələnir.

Yaşayış və ictimai binaların havasında normal halda karbon qazı heç vaxt həddindən artıq olmur, yalnız nadir hallarda 1%-ə çatır. Qəbul edilmişdir ki, yaşayış binalarının və qapalı idman qurğularının havasında karbon qazı 0,07-0,1%-ə qədər olduqda bu hava «ağırlaşmış» hava hesab edilsin, buna görə də gigiyena nöqteyi-nəzərindən karbon qazının bundan çox olmasına icazə verilmir.



Azot. İnsanın nəfəs aldığı və verdiyi havada azotun miqdarı təxminən eyni olur. Havanın tərkibinin çox hissəsini azot təşkil edir ki, həyatın əmələ gəlməsi də bununla bağlıdır. O, zülalların və digər azotlu birləşmələrin tərkibinə daxildir. Təbiətdə fasiləsiz azot dövranı gedir, atmosferdəki azot üzvi birləşmələrə çevrilir və yenidən həmin üzvi birləşmələr parçalanazraq azotu havaya qaytarır. Normal təzyiq şəraitində azot fizioloji cəhətdən fəal deyil. O, oksigen üçün durulaşdırıcı rol oynayır, çünki təmiz oksigenlə nəfəs almaq mümkün deyil. Havada azotun kəskin artması hipoksiyaya səbəb ola bilər. Azot orqanizmə yüksək təzyiq altında daxil olduqda narkotik təsir göstərir. Belə halda insanın halı dəyişir, çox danışır, fikri dolaşır, yaddaşı zəifləyir, tənəffüsü çətinləşir, hərəkətlərinin koordinasiyası pozulur, hallyusinasiya əmələ gəlir, bəzən də xəstə huşunu itirir. Alimlər bu vəziyyətə dalğıc xəstəliyi deyirlər. Havada azotun miqdarının 93%-ə qədər yüksəlməsi ölüm törədir.

Atmosfer havasında azotdan əlavə başqa təsirsiz qazlara – arqon, neon, helium, kripton, ksenona da rast gəlinir. Toxuma mayesində onların həll olma dərəcəsi parsial təzyiqdən asılıdır. Toxumalarda və qanda bu qazların mütləq miqdarı çox cüzi olub, orqanizmə heç bir zərər yetirmir.



Ozon. Atmosfer havasında az miqdarda olur. Bunlar elektrik boşalmaları zamanı çoxlu miqdarda suyun buxarlanmasından, habelə günəşin ultrabənövşəyi şüalarının təsirindən əmələ gəlir.

Ozonu xarakter iyinə görə asanlıqla təyin etmək olur. Havada 0,002 mq/l ozon olduqda belə onun iyi hiss edilir.

Ozon güclü oksidləşdirici təsirə malikdir. O parçalanaraq oksigen atomu əmələ gətirir. Ozon havada xırda qarışıqları və mikrobları oksidləşdirib məhv edir. Buna görə də yaşayış binalarının havasında ozon olmur. Ozonun bioloji əhəmiyyəti böyükdür. Ozon bütün canlılara öldürücü təsir göstərən qısa dalğalı ultrabənövşəyi şüaları udur. Ozon eyni zamanda Yer kürəsindən xaric olan uzundalğalı infraqırmızı şüaları udmaqla onun səthinin həddindən artıq soyumasının qarşısını alır.

Yaşayış yerlərinin havası kükürd qazı, hidrogen sulfid, dəm qazı, azot oksidləri, xlor, civə buxarı, fosfor və s. qazlarla çirklənə bilər. Bundan əlavə havada miqdarı sabit olmayan asılı maddələr də olur. Asılı maddələr həm təbii yolla, həm də insanların fəaliyyəti nəticəsində əmələ gələ bilər (kosmik, vulkanik və yerin səthindən qalxan tozlar).

Əhalinin sağlamlığını qorumaq üçün bütün dünyada atmosfer havasının çirklənməsi ilə ciddi mübarizə aparılır. Bu sahədə ölkəmizdə də müəyyən işlər aparılır. Atmosfer havasının təmizliyini təmin etmək məqsədilə qazanxanaların, elektrik stansiyalarının və istilik-elektrik mərkəzlərinin, avtomobil nəqliyyatının tullantılarını və zərərli qazların miqdarını azaltmaq üçün ciddi profilaktik tədbirlər görülür.

Havanı çirkləndirən sənaye tullantılarından, tozdan, tüstüdən və qazlardan təmizləmək üçün sanitar-texniki tədbirlərdən həm sadə (toz çökdürən kameralar), həm də mürəkkəb quruluşlu qurğular (silikon, multisilikon və s.) işlədilir. Bundan əlavə, əhali yaşayan zonalarda atmosfer havasını çirkləndirən müəssisələrin tikilməsini qadağan etmək, şəhərləri geniş miqyasda yaşılaşdırmaq, abadlaşdırmaq və səmərəli sanitariya təmizliyi aparmaq atmosfer havasının mühafizəsində mühüm rol oynayır.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin