İdman təbabəTİ VƏ GİGİyena


HAVANIN HƏRARƏTİNİN TƏYİNİ-TERMOMETRİYA



Yüklə 1,93 Mb.
səhifə97/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   93   94   95   96   97   98   99   100   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.4.1. HAVANIN HƏRARƏTİNİN TƏYİNİ-TERMOMETRİYA
Hava hərarəti insan orqanizminin istilik tənziminə güclü təsir göstərən amillərdəndir. Orqanizmdə istiliyin hasil olması və verilməsi havanın hərarətinin dəyişməsi ilə sıx əlaqədardır.

Hava hərarətinin kəskin və sürətli dəyişmələri sağlamlıq üçün daha təhlükəlidir, çünki orqanizm belə dəyişikliyə uyğunlaşa bilmir. Hava hərarətinin dəyişməsi ürək qüsuru, damar sklerozu, böyrək, ağciyər, oynaq xəstəlikləri keçirmiş şəxslər üçün çox təhlükəlidir və bununla əlaqədar həmin xəstəliklərin ağırlaşması və residivləşməsi baş verir.

Havanın hərarətini ölçmək üçün termometrlərdən istifadə olunur. Bunlara adi, maksimal və minimal termometrlər aid edilir. Adi termometrlər civəli və spirtli olmaqla müayinə aparılan müddət ərzində havanın hərarətini göstərir. Maksimal termometrlər adətən civəli olub, müayinə müddətində havanın maksimal hərarətini, minimal termometr isə spirtli olmaqla müayinə aparılan müddət ərzində havanın hərarətini göstərir. Civəli termometrlər dəqiq olur, lakin onlar aşağı hərarəti ölçməyə yaramır. Çünki civə - 390 C–də donur. Adi termometr kimi havanın rütubətini ölçmək üçün tətbiq olunan sorucu psixometrin quru termometrindən də istifadə etmək olur. Minimal termometrlər ən aşağı hərarəti göstərir və spirtli olur. Bu termometrlərlə işlədikdə onları üfüqi vəziyyətdə sıxlamaq lazımdır.

Havanın hərarətini otaq şəraitində üç nöqtədən-pəncərənin yanından, otağın mərkəzindən və daxili divar yaxınlığından döşəmədən 0,1, 1,0 və 1,5 m hündürlükdə 5-10 dəqiqə ərzində təyin edirlər. Müayinə zamanı termometrin rezervuarına günəş və qızmış cisimlərin istilik şüaları və soyuq əşyalar təsir etməməlidir. Əgər termometr belə təsirlərdən qorunmazsa, o, havanın həqiqi hərarətini deyil, iqlim hərarəti adlanan göstəricini təyin etmiş olar.

Havanın hərarətini ölçmək üçün hazırda elektrik və metal termometrlərdən də istifadə edilir.

Termoqrafiya havanın hərarəti üzərində müşahidə aparmaq məqsədilə, onun dəyişməsini yazan alətdən-termoqrafdan istifadəyə əsaslanır. Termoqraflar avtomatik olaraq müəyyən müddət ərzində havanın hərarətini yazır. Termoqraflar 1 gün, 1 həftə və 1 aylıq olur.

Termoqraf aşağıdakı hissələrdən ibarətdir: biometallik lövhə, tənzimedici dartıcı yay, ox və lingdən ibarət hərarət ötürücüsündən, əqrəb, qələm, saat mexanizmi olan barabandan ibarət qeyd edici hissədən və diaqram kağızından asılan qapaqlı korpusdan.

Havanın hərarəti dəyişdikdə biometallik lövhənin əyriliyi artır və ya azalır, həmin dəyişiklik lingə verilir, ling dartıcı yayı, oxu və əqrəbi hərəkətə gətirir, o da qələm vasitəsilə diaqram kağızı üzərində hərarəti qeyd edir. Termoqraf -450-dən və 550 C-dək hərarəti qeyd edə bilir.

Hərarəti ölçərkən aşağıdakı ümumi qaydalara əməl olunmalıdır:

Hərarət ölçən alətlər elə yerə qoyulmalıdır ki, onları günəş şüası, istilik cihazları qızdırmasın və soyuducu cihazlar təsir göstərməsin. Termometrləri ştativdən asmaq lazımdır. Onları əldə saxlamaq və ya onların üzərinə əyilmək olmaz. Hərarətin göstəricilərini termometr asılandan 10 dəqiqə sonra qeydə almaq olar.

Binalarda və qapalı idman qurğularında hərarət şaquli və üfüqi istiqamətlərdə üç nöqtədə-xarici və daxili divarların önündə, həmçinin binanın ortasında ölçülür. Ölçmə divardan 20 sm, döşəmədən 10,100 və 150 sm məsafədə aparılır.

Yaşayış bin230alarında havanın normal hərarəti isti iqlim rayonlarında 17-180 C, motədil rayonlarda 18-190 C, soyuq rayonlarda isə 21-220C olmalıdır.

İdman qurğularında - boks, gimnastika, ağırlıqqaldırma, güləş, voleybol, basketbol, stolüstü tennis, qılınc oynatma zallarında hərarət 150 C, hazırlanma otaqlarında 180C, masaj otağında 220C, soyunub-geyinmə otaqlarında 230C, duşxanada 250 C, örtülü su hovuzlarında hərarət 260 C, olmalıdır. Bundan əlavə pəncərə olan divarla qarşı divar arasında hərarət fərqi üfüqi istiqamətdə 20 C, döşəmə ilə baş səviyyəsində şaquli istiqamətdə isə 2,50 C-dən artıq olmamalıdır.

Üstüaçıq idman qurğularında hərarət norması təyin edilmir, lakin 300 C-dən yuxarı 250 C aşağı hərarətdə məşq və yarışların keçirilməsi məsləhət görülmür.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin