İdman təbabəTİ VƏ GİGİyena


HAVANIN RÜTUBƏTİNİN TƏYİNİ-HİQROMETRİYA



Yüklə 1,93 Mb.
səhifə98/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   94   95   96   97   98   99   100   101   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

14.4.2. HAVANIN RÜTUBƏTİNİN TƏYİNİ-HİQROMETRİYA

Atmosfer havasının tərkibində həmişə müəyyən miqdarda su buxarları olduğundan rütubət yaradır. Su buxarları havaya açıq su mənbələrindən-okean, dəniz, çay və göllərdən daxil olur, otaq şəraitində isə məişət işləri ilə (paltar yumaq, xörək, bişirmək, yuyunma və s.) əlaqədar sudan istifadə nəticəsində toplanır.

Quru, nisbətən az rütubətli hava (60%-dən) rütubəti yüksək olan havadan daha əlverişli və daha az zərərli hesab edilir, lakin rütubəti çox alçaq olan (20%-dən az) hava selikli qişaların qurumasına, çatlamasına, onlarda patoloji proseslərin baş verməsinə şərait yaradır.

Havanın rütubətini səciyyələndirmək üçün aşağıdakı anlayışlardan istifadə edilir:



Mütləq rütubət (K) müayinə vaxtı 1 m3 havada olan su buxarlarının qramlarla miqdarı və ya havada olan su buxarlarının mm civə sütunu ilə gərginliyidir.

Maksimal rütubət (F) – müayinə aparılan şəraitdə 1 m3 havanı doydurmaq üçün lazım olan su buxarlarının qramlarla miqdarı və ya müəyyən hərarətdə tam doymuş havada olan su buxarlarının mm civə sütunu ilə gərginliyidir.

Nisbi rütubət (R) – mütləq rütubətin maksimal rütubətə olan nisbətinin faizlə ifadəsinə deyilir.

Doyma defisiti mak/simal rütubətlə mütləq rütubətin fərqidir:

Fizioloji doyma defisiti 370 C hərarətdə havanın maksimal rütubəti ilə müayinə zamanı olan mütləq rütubət arasındakı fərqdir:

Şeh nöqtəsi elə hərarət dərəcəsidir ki, havada olan su buxarları havanı doydurur və artıq miqdarı şeh şəklində yerə düşür. Rütubəti səciyyələndirən göstəricilərdən böyük gigiyenik əhəmiyyəti olan və geniş istifadə edilən nisbi rütubətdir ki, bunun otaq şəraitində səviyyəsinin 30-60% arasında olması normal hesab edilir.

Havanın rütubətini təyin etmək üçün aşağıdakı cihazlardan istifadə edilir: psixometrlər, hiqrometr və hiqroqraf.

Psixometrlərin iki növü vardır:


  1. Avqust psixometri; 2. Sorucu Assman psixometri.

Avqust psixometri xüsusi açıq ştativə paralel bərkidilmiş iki adi civəli və ya spirtli termometrlərdən ibarətdir. Bu termometrlərdən birinin rezervuarı əski parçasına bürünmüş olur və o, şərti olaraq «yaş», digəri isə «quru» termometr adlanır. «Yaş » termometri islatmaq üçün psixometrin ştativinə həmin termometrin rezervuarından 3-4 sm aşağıda kiçik stəkan bərkidilmişdir. Termometrin rezervuarının üstünü örtən parçanın ucu həmin stəkana salınır, stəkana su tökdukdə həmin parça hiqroskopikliyi hesabına həmişə nəm olur. termometrin rezervuarı ilə su doldurulan stəkan arasında müəyyən məsafənin olması isə (3-4 sm) rezervuar ətrafında hava mübadiləsinin sərbəst getməsini təmin edir.

Psixometrin yaş termometrinin rezervuarının səthindən suyun buxarlanması zamanı həmin səth soyuduğundan bu termometrin göstəricisi quru termometrin göstəricisindən aşağı olur. Havanın rütubəti nə qədər az olarsa, yaş termometrin rezervuarının səthindən buxarlanma bir o qədər intensiv gedər və hərarətin fərqi böyük olar. Hərarət fərqi nəzərə alınaraq xüsusi düsturla havanın mütləq rütubəti təyin edilir.

Avqust psixometrii ilə müayinə aparmaq üçün yaş termometrin rezervuarını örtən parçanı distillə edilmiş su ilə isladıb, onu istilik şüalarından və təsadüfi hava cərəyanından qorumaq məqsədilə xüsusi və ya adi kartondan istifadə etməklə müayinə aparılan yerdə döşəmədən 1,5 m hündürlükdə dayaqdan asırlar. İsti aylarda 10 dəqiqədən, soyuq aylarda isə 15-20 dəqiqədən sonra psixometrin termometrlərinin göstəriciləri qeyd edilir və aşağıdakı düsturla havanın mütləq rütubəti təyin edilir.

K = ƒ – a (t-t1) B

Orada: K-mütləq rütubət, f-yaş termometrin göstərdiyi hərarətdə su buxarlarının maksimal gərginliyi (xüsusi cədvəldən götürülür), a-psixometrik əmsal (bu, otaq şəraitində 0,0011, küləksiz açıq hava şəraitində 0,0009, zəif küləkli havada 0,0008, havanın cərəyan sürəti 2-3 m/san olduqda 0,0007-yə müvafiqdir); t-quru termometrin göstəricisi; t1-yaş termometrin göstəricisi; B-barometrik təzyiq (mm civə sütunu ilə).

Havanın nisbi rütubəti aşağıdakı düsturla hesablanır:

R = K . 100 %

F

Burada: R-nisbi rütubət (faizlə); K-mütləq rütubət; F-quru termometrin göstəricisinə uyğun hərarətdə maksimal rütubət (xüsusi cədvəldən götürülür).



Nisbi rütubət göstəricisini otaq və ya qapalı mühit şəraitində (hava cərəyanı sürəti 0,2 m/san-dən az olduqdu) psixometrin quru və yaş termometrlərinin qiymətlərinə əsasən, xüsusi cədvəldən istifadə etməklə də tapmaq olar (cədvəl 3).

Sorucu Assman psixometri də paralel birləşdirilmiş iki adi civəli termometrdən (biri yaş, digəri quru) təşkil olunmuşdur. Lakin Assman psixometrinin termometrlərinin rezervuarları xüsusi parlaq metal patronların daxilində yerləşdirilmiş, psixometrin yuxarı hissəsinə və cihazın termometrləri ətrafında sabit sürətli (4 m/san) hava cərəyanı yaradan kiçik sorucu ventilyator bərkidilmişdir. Bu təkmilləşmələrə görə ətraf mühitin istilik şüaları və hava cərəyanı sürətinin dəyişilməsi psixometrin termometrlərinin göstəricilərinə təsir edə bilmir və havanın rütubəti daha dəqiq təyin edilir.

Assian psixometri ilə müayinə aparmaq üçün əvvəlcə yaş termometrin rezervuarını örtən parçanı xüsusi pipetka vasitəsilə distillə edilmiş su ilə isladırlar. Sonra sorucu qurğunu işə salıb cihazı döşəmədən 1,5 m hündürlükdə dayaqdan asaraq vaxtı qeyd edirlər. İsti aylarda 3-5 dəqiqədən, soyuq aylarda isə 15 dəqiqədən sonra psixometrin termometrlərinin göstəriciləri qeydə alınır və havanın mütləq rütubəti aşağıdakı düsturla təyin edilir.

K = ƒ – 0,5 (t-t1) B

755

burada: K-havanın mütləq rütubəti, f-yaş termometrin göstəricisinə görə hərarətdə su buxarlarının maksimal gərginliyi (1 saylı cədvəldən götürülür), 0,5-psixometrik əmsal; t-quru termometrin göstəricisi; t1-yaş termometrin göstəricisi; B-barometrik təzyiq (mm civə sütunu ilə); 755-orta barometrik təzyiqdir.



Mütləq rütubətin qiymətinə əsasən məlum düsturla havanın nisbi rütubəti təyin edilir. Nisbi rütubətin qiymətini Assman psixometrinin quru və yaş termometrlərinin göstəricilərinə əsasən cədvəldən istifadə etməklə də tapmaq olar.

Hiqrometr nisbi rütubəti ölçmək üçün istifadə edilən cihazlardır. Hiqrometrin işi yağsızlaşdırılmış baş tükünün nəmlik nəticəsində öz uzunluğunu dəyişməsi əsasında qurulmuşdur. Bu aparatdan məişətdə istifadə edilir. Rütubət faizlə göstərilir.

Nisbi rütubətin norma üzrə göstəriciləri aşağıdakılardır: yaşayış binaları üçün – 30-60%, idman zalları üçün – 35-60%, örtülü hovuzlar üçün – 50-65%.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin