İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə90/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   86   87   88   89   90   91   92   93   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

Atmosfer təzyiqi. Atmosfer təbəqəsi yer səthinə, orada olan cisimlərə, o cümlədən insan orqanizminə də müəyyən təzyiq göstərir ki, buna atmosfer təzyiqi deyilir. Dəniz səviyyəsində 00 C hərarətdə, 450 dərəcə en dairəsində bu təzyiq 760 mm civə sütununa (bir atmosfer), yaxud 1013,2 millibara bərabərdir. Bu, vahid kimi qəbul edilmişdir.bu zaman hər m2 sahəyə orta hesabla 1,033 kq, insanın bədən səthinə isə təxminən 15-18 ton təzyiq düşür. Lakin bu təzyiq orqanizmin daxili təzyiqi ilə tarazlışdığına görə insan onu hiss etmir. Atmosfer təzyiqi gün ərzində az dəyişir. Mövsüm üzrə fərq isə 20-30 mm civə sütununa çata bilər.

Adətən, sağlam adamlar bu dəyişikliyi hiss etmir və bu, onların əhval-ruhiyyəsinə təsir göstərmir. Lakin yaşlı adamlar, revmatizm, ürək və s. xəstəliyi olanlar bu dəyişikliyə həssas olur və onların orqanizmində müxtəlif üzvlərin funksiyasının pozulması müşahidə edilir.

Əmək fəaliyyəti ilə əlaqədar olaraq insanlar bəzən yüksək və aşağı atmosfer təzyiqinin təsirinə məruz qalır.

İnsan yüksəkliyə qalxdıqda geoloji axtarışlar zamanı aşağı atmosfer təzyiqinin təsirinə məruz qalır. Atmosfer təzyiqi aşağı düşdükcə havada oksigenin porsial təzyiqi azalır. Alveolların havasında oksigenin normal təzyiqinin azalması orqanizmin hipoksiyasına səbəb olur. 3000 m hündürlükdən başlayaraq, insanda bir sıra patoloji pozğunluqlar-baş ağrıları, görmə zəifliyi, kəskin yorğunluq, dəri örtüklərinin və selikli qişaların solğunluğu, qulaqda səs, nəbzin sürətlənməsi, hərəkətlərin koordinasiyasının pozulması və s. kimi hallar meydana çıxır. Bu vəziyyət yüksəklik və ya dağ xəstəliyi adlanır ki, o da hipoksemiyanın nəticəsidir.

Dəniz səviyyəsindən aşağı endikdə isə atmosfer təzyiqi yüksəlir. Müəyyən peşələrlə əlaqədar olaraq şaxtaçılarda, su altında üzənlərdə orqanizm yüksək atmosfer təzyiqinə məruz qala bilər. Bu zaman porsial təzyiq çox olduğu üçün havada olan qazlar qanda həll olur. Əgər orqanizmdə təzyiq birdən-birə azalarsa, kesson və ya dalğıc xəstəliyi əmələ gəlir. Bu zaman qanda həll olan qazlar qabarcıq şəklində damarlarda dövran edərək qaz emboliyasına səbəb olur ki, bu da ölümlə nəticələnə bilər.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin