Havanın hərəkəti. Məlum olduğu kimi hava daim hərəkətdədəir. Bu günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması nəticəsində əmələ gəlir. Havanın hərəkətini xarakterizə etmək üçün onun istiqamətinə və sürətinə nəzarət etmək lazımdır.
Hər bir yer üçün xarakterik olan küləklər mövcuddur ki, bu da hakim küləklər adlanır. Hakim küləklərin istiqaməti «külək gülü» adlanan qrafik sxem vasitəsilə təyin edilir. Hakim küləklərin istiqaməti yaşayış yerləri, sənaye müəssisələri, yaşayış binaları, xəstəxana, uşaq müəssisələri, idman qurğuları planlaşdırılan zaman və tikilərkən nəzərə alınmalıdır. Havanın sürəti m/san. ilə ölçülür. Havanın hərəkəti orqanizmdən istiliyin konveksiya və buxarlama yolu ilə ayrılmasını artırır, orqanizmin istilik mübadiləsində mühüm rol oynayır. İsti günlərdə havanın hərəkəti müsbət amildir, belə ki, o, orqanizmi həddən artıq qızmaqdan qoruyur. Atmosfer havasıının təmizləməsində, yaşayış, ictimai binalar və sənaye müəssisələrinin havasının dəyişdirilməsində havanın hərəkəti mühüm rol oynayır.
Güclü və uzun müddət davam edən külək insanın sinir sisteminə mənfi təsir göstərir, əhval-ruhiyyəsini pisləşdirir, fiziki işlə məşğul olmasını çətinləşdirir.
Dostları ilə paylaş: |