Pedaqoji baxımdan tərbiyə dünyanı əks etdirmək və onunla qarşılıqlı psixoloji təsirə girmək qabiliyyətini inkişaf etdirməyin məqsədyönlü prosesidir. Tərbiyə ümumbəşəri mədəniyyətin ünsürüdür.
Psixoloji baxımdan tərbiyə müəllimin uşağın şəxsiyyətinin inkişafına, onun müasir ümumi mədəniyyətə yiyələnməsinə, layiqli vətəndaş olmasına kömək edən məqsədyönlü fəaliyyətdir.
tərbiyəvi təsirin xarakterinin bir-birinə uyğun olmasından asılılığı;
tərbiyə prosesinin effektivliyinin subyektiv və obyektiv amillərinin məcmu halında təsirindən asılılığı;
tərbiyə prosesinin effektivliyinin tərbiyənin və özünütərbiyənin intensiv- liyindən asılılığı;
tərbiyə prosesinin effektivliyinin təlim və inkişaf prosesinin səmərəlili- yindən asılılığı; tərbiyə prosesinin effektivliyinin tərbiyəvi təsirin keyfiy-yətlərindən asılılığı;
tərbiyə prosesinin effektivliyinin şagirdin daxili aləminə təsirinin intensiv- liyindən asılılığı;
tərbiyə prosesinin effektivliyinin şagirdlərin qarşılıqlı münasibətlərinin inkişafından və ünsiyyətin keyfiyyətindən asılılığı.