9. Tərbiyə prosesində şagird şəxsiyyətinin mövqeyini dörd qrupda müəyyənləşdirirlər. Həmin mövqelər aşağıdakı sxemdə təsvir olunmuşdur:
Fəal mövqe. Bununla tərbiyə olunanlar xarakterizə olunurlar. Bu müsbət sosial sistem dəyərlərinə interniorizə edilir, üstəlik onlar öz davranışları ilə onun sabitliyini təsdiqləyirlər. Belə şagirdlər fəal şəkildə bu sistemə əməl edir və onu lazımi mühitdə yaymağa can atırlar. Passiv müsbət mövqe. Bu qrupa aid olan tərbiyə olunanlar da sabit müsbət şəxsiyyət mövqeyinə malikdirlər. Lakin onlar onun reallaşmasında fəallıq göstərmirlər və ailədə bu dəyərlərin təsdiq olunması üçün mühüm, zəruri cəhdlər etmirlər. Belə olduğu halda tərbiyənin vəzifəsi uşaqları bu mövqeyin reallaşmasına sövq etmək lazımdır. Qeyri-sabit mövqe. Bu qrupa aid tərbiyə olunanlar tərbiyəvi hərəkətlərin obyektidir. Onların mövqelərinin istiqamətliliyinin bütövlüyü müsbətdir, lakin onların davranışı sabit deyil,əksər hallarda situasiyadan asılıdır. Əgər müsbət davranış ortaya çıxarsa, o zaman bu tərbiyə olunanlar tərəfindən qəbul olunmuş dəyərlərin xarakterinə müvafiq olmur. Çünki onlar emosional cəhətdən daha mühüm pillədə olurlar. Neqativ mövqe. Bu qrupda tərbiyə olunanlar təkrar tərbiyə obyektidirlər. Belə ki, onların davranış normaları özləri tərəfindən sosial norma kimi qəbul edilir. Onlara sadəcə olaraq xoşagəlməz həərəkətlər etmək daha xoşdur.