Ii mövzu: TƏRBİYƏ prosesiNİn səCİYYƏVİ XÜsusiYYƏTLƏRİ Plan


Hüseynzadə R., İsmayılova M. Tərbiyə işinin metodikası. Bakı, 2011



Yüklə 77,59 Kb.
səhifə2/17
tarix04.04.2022
ölçüsü77,59 Kb.
#54671
1   2   3   4   5   6   7   8   9   ...   17
Hüseynzadə R., İsmayılova M. Tərbiyə işinin metodikası. Bakı, 2011

  • Quliyеv S.M. Tərbiyə işinin mеtоdiкаsı. Bакı: 1991

  • Qaralov Z. İ. Tərbiyə: prinsiplər, məzmun, metodika. (3 cilddə). Bakı: Pedaqogika, 2003.

  • Ağayev M.H. Kicik yaşlı şagirdlərin tərbiyəsi. Bakı: 2006

  • Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: BDU-nun nəşri, 2003.

  • Paşayеv Ə. X. , Rustəmоv F. A. Pеdaqоgika. Bakı: Nurlan, 2007.

    1. Bir çox pedaqoji ədəbiyyatda tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri aşağıdakı şəkildə göstərilir: Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi şagirdə (tələbəyə) yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir. Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir. Tərbiyə dialektik prosesdir. Bu onun fasiləsiz inkişafında dinamikliyində, dəyişkənlyində özünü göstərir. Tərbiyə kompleksli prosesidir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyasına tabedir. Şəxsiyyətin keyfiyyətinin formalaşması kompleks halda baş verir. Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır. Tərbiyə dəyişkən, qeyri-müəyyən prosesdir. Bu proses subyektiv amillərin təsirindən asılıdır: tərbiyə olunanların fərdi fərqlərindən, onların sosial təcrübəsindən, tərbiyəyə münasibətindən asılıdır. Tərbiyə ikitərəfli prosesdir. Bu proses iki istiqamətdə gedir: tərbiyəçidən tərbiyə olunana (birbaşa əlaqə) və tərbiyə olunandan tərbiyəçiyə (əks əlaqə). Prosesin idarə olunması başlıca olaraq əks əlaqələr üzərində qurulur. Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mürəkkəbliyi onun dinamik və dəyişkən olmasındadır. Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə daxildir. Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Məktəb təcrübəsi tərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz, sistematik təsir prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir. Tərbiyənin mahiyyəti haqqında xalqın fikirləri müasir elmi nöqteyi-nəzərə uyğun gəlir: tərbiyə etmək, yaşlıların istədikləri keyfiyyətləri uşaqlara aşılamaq məqsədi ilə onların birgə həyat fəaliyyəti prosesidir. Bu proses şüurlu, mütəşəkkil və planlı surətdə yerinə yetirilir, həm yaşlıların, həm də uşaqların inkişafına yönəldilir və əməkdaşlıq prinsipi üzərində qurulur. Göründüyü kimi, tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri yaşlı adam (tərbiyəçi), o biri isə uşaqdır (tərbiyə olunan). Hər ikisi fəaldır. Ancaq daha fəal olanı tərbiyəçidir. Məhz o, uşağı bəsləyib yetişdirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi sifətlər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möhkəmləndirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tərbiyəçinin özünün də şəxsiyyəti inkişaf edir, formalaşır. Beləliklə, tərbiyə tərbiyəçi ilə uşaq arasında yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qarşılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin prosesdə bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyəçinin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir. Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin mahiyyətini təşkil edir. Məktəbdə verilən tərbiyənin mahiyyəti-şəxsiyyəti yüksək ideyalılıq və “baza mədəniyyəti” (yəni, mənəvi, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyət, həmçinin əmək və ailə münasibətləri mədəniyyəti daxildir) ruhunda formalaşdırmaqda, nəcib bəşəri idealların uşağın intellektual və emosional aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdə ifadə olunur. Şagirdi bu cür formalaşdırmaq üçün ona həm əbədi-ümümbəşəri sərvətləri mənimsətmək, həm də müasir cəmiyyətin hərtərəfli inkişafı gedişində əldə edilən sərvətləri-quruculuq işləri ilə bağlı məsələlər üzrə toplanan çoxcəhətli islahat və idrak təcrübəsini, ictimai-siyasi və mənəvi təcrübəni aşılamaq lazımdır. İstehsalat təcrübəsi dedikdə, adamların əmək fəaliyyəti-ictimai həyatın əsasını əks etdirən təcrübə nəzərdə tutulur. İdrak təcrübəsi ümumi mədəniyyətdə, elmdə, incəsənətdə, dildə ifadə olunan təcrübədir. İctimai-siyasi təcrübə ideologiya və ictimai münasibətlər sahəsində toplanmış təcrübədir. Mənəvi təcrübə isə, ən yüksək bəşəri ideallara uyğun olaraq insanların əxlaqını, şüurunu, davranışını, zövqünü və fiziki kamilliyini vəhdətdə ifadə edən təcrübədir. Ailə münasibətləri mədəniyyəti də əsas etibarilə bu təcrübəyə daxildir. Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir. Bu prosesdə bir tərəfdən sosial-psixoloji, digər tərəfdən pedaqoji əlaqə və asılılıqlar özünü göstərir. Özü də həmin əlaqələr və asılılıqlar bir-biri ilə sıx surətdə bağlıdır. Onları nəzərə almadan tərbiyə prosesini düzgün təşkil etmək olmaz. Sosial əlaqə və asılılıqlar dedikdə, tərbiyə prosesinin gedişində şagirdlərin ictimai sərvətləri mənimsəməsi zamanı özünü göstərən əlaqələr və asılılıqlar nəzərdə tutulur. Misal üçün, elmin əsaslarına yiyələnmək incəsənəti dərindən başa düşməyə və düzgün qiymətləndirməyə kömək edir. İncəsənəti dərindən başa düşmək isə öz növbəsində adamın bilik dairəsini genişləndirir. Psixoloji əlaqə və asılılıqlar-şəxsiyyətin psixi xüsusiyyətləri və xassələri sahəsinə aiddir. Şəxsiyyət özünün bütün psixi xüsusiyyət və xassələri ilə birlikdə məhz mütəşəkkil tərbiyə prosesində daha yaxşı formalaşır. Bu prosesdə şəxsiyyətin səyi, tələbatı, imkanları, fəaliyyət motivləri və digər növ psixi xassələri, xüsusiyyətləri bir-birinin formalaşması üçün şərait yaradır, bir-birinə təsir edir, başqa sözlə desək, uşağın psixi xassələri və səyi, fəallıq səviyyəsi motivlərin məzmununu, fəallıq dərəcəsi tərbiyə prosesinin gedişini və xarakterini şərtləndirir. Pedaqoji əlaqə və asılılıqlar uşağı əhatə edən mühit və tərbiyə qüvvələri tərəfindən göstərilən təsirlərlə bağlı olan əlaqə və asılılıqlardır. Uşaq həmişə müəyyən mikro və ya makro mühitdə yaşayır, həmyaşıdları, valideynləri, bacı-qardaşları ilə ünsiyyətdə olur, məktəbin, müəllimlərin təsirinə məruz qalır, səhnə və ekran əsərlərinə, televizor verilişlərinə baxır, kitab və qəzet oxuyur, radionu dinləyir və s. Müasir dövrdə tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri həyata vəsiqə qazanmışdır: əxlaq tərbiyəsi, əmək tərbiyəsi, ideya-siyasi tərbiyə, fiziki tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, ağıl tərbiyəsi formalaşaraq şəxsiyyətin strukturunda davranışla əlaqədar məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılan mənəvi dəyərlərin qruplarına tərbiyənin tərkib hissələri deyilir. Tərbiyənin tərkib hissələri məfhumuna verilən bu tərif də ilk təşəbbüsdür. Belə bir təşəbbüsə bizi yönəldən amil isə pedaqoji ədəbiyyatda tərbiyənin məzmununu və tərkib hissələri məfhumları arasında fərq qoyulmadığı, onların eyniləşdirilməsi olmuşdur. Tərbiyənin növləri məfhumu da pedaqogikaya ilk dəfədir ki, daxil edilmişdir. Tərbiyə fəaliyyətində xüsusi, təşkilati cəhətindən söhbət getdikdə, adətən, burada müəyyən şəxsiyyətin formalaşmasına olan təsir assosiasiyası nəzərdə tutulur. Tərbiyə ənənəvi olaraq xüsusi inkişaf edən şəxsiyyətə, onun formalaşması məqsədi ilə cəmiyyət tərəfindən müəyyənləşdirilmiş sosial xassə və keyfiyyətinə pedaqoji təsiridir. Tərbiyə dedikdə, biz pedaqoji prosesdə həyata keçirilən müxtəlif növlü fəaliyyətin stimullaşdırılmasını və təşkilini nəzərdə tuturuq ki, onlar ictimai təcrübə əldə etmək üçün şəxsiyyətə imkanlar verir. O, bilik, bacarıq, sosial və mənəvi münasibətləri ilə formalaşır. Tərbiyə cəmiyyətimizin demək olar ki, bütün sahələrində həyata keçirilir. Ailənin, uşaq bağçasının, ümumtəhsil məktəblərinin, texniki peşə məktəblərinin, orta, ali ixtisas məktəblərinin, kolleclərin, idarə, müəssisə və təşkilatların tərbiyə imkanları genişdir. Başqa sözlə, sadalanan ictimai qurumlar tərbiyənin həyata keçirildiyi yerlərdir. Ümumiləşdirilmiş formada desək, tərbiyəçilər və tərbiyə olunanlar tərbiyənin iştirakçılarıdır. Valideynlər, müəllimlər, ustalar, idarə, müəssisə və təşkilatların rəhbərləri və s. şəxslər tərbiyəçilər kimi fəaliyyət göstərirlər.


    Yüklə 77,59 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   17




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin