Ii mövzu: TƏRBİYƏ prosesiNİn səCİYYƏVİ XÜsusiYYƏTLƏRİ Plan


Tərbiyə və təhsilin fərqli cəhətləri aşağıdakılardır



Yüklə 77,59 Kb.
səhifə17/17
tarix04.04.2022
ölçüsü77,59 Kb.
#54671
1   ...   9   10   11   12   13   14   15   16   17
Tərbiyə və təhsilin fərqli cəhətləri aşağıdakılardır:

* Tərbiyə şagirdlərin həyata münasibətlərinin formalaşması qanunlarından bəhs edir; təlim isə şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırıb, onları intellektual inkişaf istiqamətinə yönəldir;

* Tərbiyədə tərbiyələndirmək fəaliyyəti, tərbiyələnmə fəaliyyəti, tərbiyə fəaliyyəti (birgə fəaliyyət), təlimdə isə öyrənmə fəaliyyəti, öyrətmə fəaliyyəti, birgə fəaliyyət (təlim fəaliyyəti) mühüm rol oynayır;

* Təhsil şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırırsa, tərbiyə uşaqların şüurunda davranış qaydalarına riayət etməyin zəruriliyini formalaşdırır. Şagird bu normalara uyğun fəaliyyətini qurur. Əqidə anlayışı təhsildə bilik, rəftar, bacarıq, adət isə vərdiş anlayışına uyğun olaraq işlədilir.

* Təhsildə bilik, bacarıq həyatı dərk etməyə istiqamətlənirsə, tərbiyədə əqidə, rəftar, adət həyata münasibəti formalaşdırır;

* Tədris prosesi şagirdin məktəbə daxil olduğu vaxtdan başlayır və müəllimin rəhbərliyi altında həyata keçirilir. Lakin tərbiyə mühitin, yoldaşların, dostların uşağa göstərdiyi təsirdən əvvəl özünü göstərir. Hər bir şagird müəllimin təsirinə məruz qalmazdan əvvəl müəyyən tərbiyə tərcümeyi-halı qazanır. Bilik müəllimlə şagirdin ünsiyyəti qurulandan sonra əldə edilir.

* Təlimdə müəllim öyrətdiklərinin nəticəsini tez əldə edə bilir. Belə ki, şagirdlərin necə mənimsədiklərini ya dərsin gedişində və ya da növbəti dərsdə üzə çıxara bilir. Lakin tərbiyəvi təsirin bu imkanı yoxdur. Onu yoxlamaq çətindir.

* Təlimlə tərbiyə əməli iş zamanı daxili əlaqədə, dialektik vəhdətdə olurlar. Onlar əməli işdə vəhdətdə həyata keçirilmələrinə baxmayaraq hər birinin spesifik fərqli əlamətləri və xüsusiyyətləri vardır.



Tərbiyə və təlimin oxşar cəhətləri aşağıdakılardır

* Təlim də, tərbiyə də ikitərəfli prosesdir. Tərbiyə edən və tərbiyə olunan var. Hər iki müəllim əsas, böyük qüvvə sayılır.



* Şəxsiyyətin inkişafında təlim və tərbiyənin fərqli cəhətləri olsa da, hər ikisi şagirdin hərtərəfli inkişafına xidmət göstərir.


Yüklə 77,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin