Ii mövzu: TƏRBİYƏ prosesiNİn səCİYYƏVİ XÜsusiYYƏTLƏRİ Plan



Yüklə 77,59 Kb.
səhifə6/17
tarix04.04.2022
ölçüsü77,59 Kb.
#54671
1   2   3   4   5   6   7   8   9   ...   17
3. Məqsəd meyarına görə tərbiyə prosesinin strukturu vəzifələrin məcmusundan ibarətdir. Tərbiyə alanın tələb olunan davranışın norma qaydalarını başa düşməsi. Bunsuz şəxsiyyətdə nəzərdə tutulan davranış qaydalarının formalaşdırılması uğurlu ola bilməz. Davranışın vaxtında korreksiyası vəziyyətin müsbət yönümdə olmasına gətirib çıxarır. Biliklərin əqidəyə çevrilməsi. Əqidələrsiz tərbiyə prosesi ləng inkişaf edir, istənilən nəticəni vermir. Odur ki, biliklərin əqidəyə çevrilməsində tərbiyə işinin düzgün təşkili də mühüm rol oynayır.Hisslərin formalaşdırılması. Təlim və tərbiyə prosesində müəllimlər (tərbiyəçilər) hisslərə istinad etməklə tələb olunan normaların və qaydaların şagirdlər tərəfindən düzgün və tez mənimsəmələrinə nail olurlar. Tərbiyənin vəzifələri hər bir halda tərbiyə olunanların yaş xüsusiyyətləri, fərdi və cinsi xüsusiyyətləri nəzərə alınmaqla konkretləşdirilir. Çünki eyni mənəvi keyfiyyət haqqında məlumat, anlayış və təsəvvürlərin və bununla əlaqədar olan əməli bacarıq və vərdişlərin səviyyəsi müxtəlif yaş dövrlərində olan və müxtəlif ailələrdə boya-başa çatan şəxslərdə eyni olmur. Hər bir mənəvi keyfiyyətlə əlaqədar bu cür müxtəlif səviyyə nəzərə alınmaqla müəyyənləşdirilən yaxın tərbiyə vəzifəsi daha tez və konkret nəticə verir. Tərbiyə olunanların bir halda hisslərinə, digər halda şüuruna, üçüncü halda əməli fəaliyyətinə təsir göstərmək lazım gəlir. Deməli, tərbiyənin vəzifəsini müəyyənləşdirmək üçün tərbiyəçini maraqlandıran mənəvi keyfiyyətlərin tərbiyə olunan şəxslərdə necəliyi, onun səviyyəsi öyrənilməli və müvafiq tərbiyəvi addımlar atılmalıdır. Göründüyü kimi, Milli pedaqogikaya görə, tərbiyənin uzaq, ali məqsədinə xidmət edən, habelə gənc nəsildə bu və ya digər milli və ümumbəşəri mənəvi dəyərlərin səviyyəsinə uyğun gələn yaxın, xəyali nəticə tərbiyənin vəzifəsidir. Tərbiyə fasiləsiz prosesdir və planlı, mütəşəkkil tərbiyə özünütərbiyə ilə nəticələnir. Özünütərbiyə adamın özünü saflaşdırmasıdır, yəni, öz xarakterini, təbiətini müsbət mənada dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq üçün öz üzərində şüurlu, məqsədyönlü və müstəqil surətdə işləməsidir. Özünütərbiyə- insanın özündə zehni, mənəvi, fiziki və estetik keyfiyyətləri, adət, rəftar və davranışı təkmilləşdirməyə yönəldilmiş şüurlu və müntəzəm fəaliyyətdir.

Tərbiyə prosesinin ümumi vəzifələrinə aşağıdakılar daxildir:

  • Şəxsiyyətin imkanlarının hərtərəfli, ahəngdar inkişafı məqsədini nəzərə almaqla onu tam və bütöv halda formalaşdırmaq;

  • Ümumbəşəri dəyərlər əsasında şəxsiyyətin əxlaqi keyfiyyətlərinin, emosional və iradi sferasının ahəngdar inkişafına nail olmaq;

  • Tərbiyə sistemində şəxsiyyətin hüquq və vəzifələrinə müvafiq olaraq həyat mövqeyinin tərbiyəsini formalaşdırmaq;

  • Şəxsiyyətin imkanlarını, arzularını və sosial tələblərini nəzərə almaqla onun maraqlarının inkişafına zəmin yaratmaq;

  • Məktəblilərin (tələbələrin) fərdi və ictimai şüurunu inkişaf etdirən idrak fəaliyyətini formalaşdırmaq;

  • Sosial gərginliyin artdığı şəraitdə şəxsiyyətin mühüm sosial funksiyasının-birgə fəaliyyətdə ünsiyyətin inkişafına nail olmaq və s.


Yüklə 77,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin