Tərbiyə psixologiyasının problemlərinə aşağıdakılar aid edilir:
-Məktəbdə təlim və tərbiyə fəaliyyəti şəraitində əxlaqi norma və prinsiplərin mənimsənilməsi prosesinin mexanizmləri, qanunauyğunluqları, dünyagörüşün, inandırmanın və s. formalaşması prolemləri;
-Tərbiyə, təlim və sosializasiya arasındakı əlaqə və müxtəlifliyi ilə bağlı problemlər;
-Şəxsiyyətin müxtəlif xassələrinin formalaşmasının şagirdlərin yaş və fərdi xüsusiyyətlərindən asılılığı problemləri;
-Uşaq və gənclər kollektivinin struktur problemləri və onların şagird şəxsiyyətinin formalaşmasında rolu;
-Əxlaqa yönəldilmiş şagirdlərin motivasiya sferası problemləri;
-Şərait problemi və deprivasiyanın nəticələridir.
Dostları ilə paylaş: |