İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə156/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   152   153   154   155   156   157   158   159   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Sosial iqtisadi həyat. Yaxın Şərq ölkələrində olduğu kimi, XV əsrdə Azərbaycanda da ənənəvi “torpaq beşliyi” – çeşidli torpaq sahibliyi qalmaqda idi. Bunlar divan, xassə, mülk, vəqf və soyurqal torpaq sahibliyi idi.

Dövlət torpaqları dövlət xəzinəsinə aid torpaqlar idi və iki hissəyə bölünürdü: divan və xassə torpaqları. Bunların arasında yalnız bir fərq var idi ki, divan torpaqlarından yığılan vergilər dövlət xərclərinə yönəl­dilir, xassə torpaqlarından alınan gəlir padşah ailəsinin və bütünlükdə sarayın saxlanılmasına xərclənirdi. Vəqf torpaqları da 2 yerə ayrılırdı – dini müəssisələrə aid torpaqlar vəqfi-xeyri, ruhanilərin özlə­rinə aid olan torpaqlar isə vəqfi-əhli adlanırdı. Oturaq əyanların irsi torpaqları mülk adlanırdı. Bu torpaqlar sözsüz olaraq atadan oğula və ya başqa hüquqi varisə keçə bilir, alqı-satqıya qoyulur, istənilən zaman bu və ya başqa bir şəxsə bəxş edilə və hətta hərraca qoyula bilirdi. Aydındır ki, bu torpaqlarda oturub, onu becərən kəndlilər mülk sahiblərindən tam asılı idilər. Mülk torpaqlarının böyük hissəsi kənd icmasına verilirdi və onları bəzən səhv olaraq “icma torpaqları” adlandırılırdılar. Mülklərin ikinci hissəsi sahələr şəklində ayrı-ayrı kəndlilərə icarəyə verilirdi. İcma torpaqlıarına görə vergi elliklə ödənilirdisə, icarəyə görə hər bir kəndli özü ayrı-ayrılıqda vergi ödəyirdi. Torpaq sahibliyinin sonuncu – 5 - ci forması “soyurqal” monqol ağalığı döv­ründə formalaş­mışdı və “bəxşiş” mənasını verir. Soyurqal hərbi-köçəri əyanlara xidmət müqabilində verilirdi və irsən nəsildən-nəslə ötürülürdü. Azərbaycanda xidmətə görə verilən ilkin soyurqal kimi Səfəvi ordeninin başçısı Şeyx İbrahim Şeyxşaha Ərdəbil maha­lının bəxşiş edilməsini göstərə bilərik. Şeyx­şahdan sonra gələn səfəvilər isə buranın tam hüquqlu hakimləri olmuşlar.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin