İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Sovet hakimiyyətinə qarşı üsyanlar



Yüklə 0,94 Mb.
səhifə314/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   310   311   312   313   314   315   316   317   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Sovet hakimiyyətinə qarşı üsyanlar. Azərbaycanda Sovet hakimiyyəti qurul­duqdan sonra XI Qırmızı Ordunun siyasi idarəsinin xüsusi şöbəsinin rəisi Pankratov, Azərbaycan partiya təşkilatlarında yuva salmış ermənilər Azərbaycan xalqına qarşı qəddarlıq göstərdi, onun müxtəlif təbəqələrdən olan qabaqcıl adamlarını kütləvi surətdə və məhkəməsiz qırıb fiziki cəhətdən məhv etdilər.Azərbaycan İnqilab Komitəsi birinci bə­yan­naməsində müsavat hökumətini xalq düşməni elan etdi. Azərbaycan Milli Ordusunun 12 generalı, 27 polkovniki və podpolkovniki, 46 kapitanı Nargin adasında bolşeviklər tərə­findən güllələndi. Bu qanlı aksiya XI Qızıl Ordunun Xüsusi şöbəsi, AKP MK və Bakı Komitəsi tərəfindən həyata keçirildi. 1920-1921-ci illərdə Azərbaycan Demokratik Respublikasının liderləri F.Xoyski, N.Yusif­bəyli, H.Ağayev, X.Rəfibəyli, İ.Ziyadxanov və başqaları öldürüldülər. 1920-ci il avqustun 17-də M.Ə.Rəsulzadə Lahıcda həbs edildi. Sonra İ. Stalin onu Moskvaya apardı. O, 1922-ci ildə gizlincə Finlandiyaya adlayaraq, oradan Türkiyəyə getdi.1920-ci ilin 28 apreldən 1921-ci ilin avqustunadək əsasən rus və ermənilərdən ibarət bolşevik orqanlarının terroru nəticəsində Azərbaycan SSR-də 48 min adam öldürüldü.

1920-ci illərdə bolşevik hakimiyyətinə qarşı müqavimət hərəka­tının qüvvət­lənməsinin səbəbi kütləvi terror, talanlar, müsadirələr, islam dininin təqib olunması idi. Kənddə “ərzaq sapalağı”nın tətbiqi kəndlilərin vəziyyətini daha da ağırlaşdırdı.Bu o deməkdir ki, kəndli bütün ərzaq məhsulunu dövlətin qoyduğu qiymətlərlə məcburi şəkildə dövlətə təhvil verməli idi. Siyasi rəqiblər sıradan çıxarıldı, 1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyaları qanundan kənar elan olundu.

Əhali XI Qırmızı Ordunu ərazaqla təmin etmır, vergi vermir, qaçaqçılıq edir, itaət­sizlik göstərirdi. Müqavimət hərəkatı ölkənin bir sıra rayonlarında açıq silahlı üsyana çevrildi, XI Qırmızı Ordunun baş komandanı Levandovski Azərbaycan Milli Ordusunun ləğvinə yönələn xüsusi əmr verdi. O, Azərbaycan Ordusunu ləğv edib XI Qırmızı Ordu­nun tərkibinə qatmaq, onun silah və sursatını da əlindən almaq istəyirdi. Bu əmr Azərbaycan əsgərləri arasında narazılığa səbəb oldu və əsgərlər üsyanda iştirak etdilər. 1924-cü ilə kimi Azərbaycanda Sovet hakimiyyətinə qarşı 60-dan cox silahlı çıxış baş vermişdi.

Sovet rejiminə qarşı ən güclü çıxış 1920-ci il mayın 25-26-da Gəncədə baş vermişdi. Bu üsyan bolşevik hakimiyyətinə və işğalçılara qarşı yönəlmiş azadlıq hərəkatı idi. Üsyançıların əsas hissəsini Milli Ordunun əsgərləri təşkil edirdi. F.X.Xoyski və N.Yusifbəylinin başçılıgı ilə başlanan üsyana rəhbərlik etmək üçün Hərbi Şura yaradıldı. Buraya S.Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik S.Kazımbəyov və başqaları daxil idi. Üsyançılar dəmir yol vağzalını tutdular. Üsyançıların müqavimətinə baxmayaraq, mayın 31-də XI Qırmızı Ordu Gəncəyə daxil oldu. Azərbaycan İnqilab Komitəsinin fövqəladə komissarı Həmid Sultanov Gəncəyə gəldi və üsyanın yatırılmasında iştirak etdi. Gəncədə yaşayan ermənilər rus hərbçilərinə kömək etdilər, şəhər üç gün qarət edildi. Gəncə üsyanı XI Qırmızı Ordunun 8800 nəfər əsgərinin, 13 min nəfər üsyançının, dinc əhalinin – qadın, qoca və uşağın ölümü ilə nəticələndi.

Qarabağda üsyan 1918-ci ilin iyunun əvvəllərində Nuru paşanın başçılığı ilə başladı. Üsyanda 6 min nəfərə qədər əsgər iştirak etdi. İyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi, 15-də Şuşa XI Qırmızı Ordu tərəfindən tutuldu. 1920-ci il lyunun 6-da Zaqatalada Sovet rejiminə qarşı olan üsyan iyunun 18-də yatırıldı.Üsyançıların bir hissəsi Gürcüstanda sığınacaq tapdı. Lənkəran qəzasında üsyan 1920-ci il may ayında başladı. Üsyana Camal paşa başçılıq edirdi. 1921-ci ilin yanvarında bolşevik ordusu onun dəstəsinə zərbə vurdu. Lənkəran üsyan 1921-ci ilin oktyabrın 5-də yatırıldı.

Bu üsyanlar üsyançıların qeyri-mütəşəkkilliyi, vahid rəhbərliyin olmaması, kəndlilərin bir qisminin tərəddüd etməsi, üsyanların müxtəlif vaxtlarda və nizamsız baş verməsi səbəblərindən məğlubiyyətə uğradılar. Bölgələrdə yaşayan rusların, ermənilərin XI Qırmızı Orduya köməyi, üsyançıların zəif silahlanması və heç bir xarici ölkədən yardım ala bilməməsi də üsyanların məğlubiyyətinə gətirən səbəblər idi.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin