İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor



Yüklə 0,94 Mb.
səhifə133/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   129   130   131   132   133   134   135   136   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

Memarlıq və İncəsənət. IX-XII əsrlərdə Azərbaycanda memarlıq sənəti özünün ən yüksək zirvəsinə yüksəldi, bir sıra sənət əsərləri yaradıldı. Bu sahədə intibah baş verdi. Bərdə, Naxçıvan, Şamaxı, Təbriz, Bakı, Gəncə və başqa şəhərlərdə gözəl memarlıq abidələri tikildi.

İntibah dövrünün ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış Əcəmi Əbu Bəkr oğlu Naxçıvani idi. O, Naxçıvanda Yusif ibn Küseyr türbəsi (1162), Mömünə xatun türbəsi (1186), Qoşaminarə (1187), Cümə məscidi, Darül-mülk (Eldənizlərin sarayı) və başqa memarlıq nümunələri yaratmışdır. Onların bir neçəsi (Yusif ibn Küseyir türbəsi və Mömünə xatun türbəsi) dövrümüzə qədər gəlib çıxmışdır. Əcəmi özündən əvvəlki memar­lıq ənənələrini daha da zənginləşdirmiş, ona bir sıra yeniliklər gətirmişdir. Əcəmi hələ sağlığında “mühəndislər şeyxi” titulunu qazanmışdı. Onun sənəti bütün Şərq memarlıq sənətinə təsir etmişdir. Naxçıvan memarlıq məktəbi üçün səciy­yəvi olan üslubda XII əsrin sonunda Marağada “Göykümbəz”, Urmiyada “Üçkümbəz”, Culfa yaxınlığında sərda­bələr kimi sənət abidələri tikilmişdi.

XI-XII əsrlərin abidələri içərisində qala, qüllə, müxtəlif sədlərin inşası mühüm yer tutur. Bunlar içərisində “Qız qalası” (Bakı), Gülüs­tanQaleyibuğurd qalaları (Şamaxı), Mərdə­kan qalası (Abşeron) və s. diqqəti daha çox cəlb edir. “Qız qalası” XII əsrdə memar Məsud Davud oğlu tərəfindən tikilmişdir.

Bəhs edilən dövrdə şəhərsalma sahəsində xeyli irəliləyiş var idi. Şəhərlər qala divarları və başqa müdafiə qurğuları ilə əhatə olunmuşdu. Şəhərlərin saxsı tünglər vasitə­silə təchiz olunmuş su və kanalizasiya sistemləri var idi.Bədii sənətkarlıq sahəsində bir sıra uğurlar qazanıl­mışdı. Daş üzərində oyma, naxışlama və s. intibah incəsənətinin gözəl nümunələri idi. Bədii sənət nümunəsi kimi İbrahim Osman oğlunun hazırladığı Gəncə darvazalarının (1063) naxışlarını göstərə bilərik. Azərbaycanda həkkaklıq, zərbetmə, divar bəzəyi, oyma sənəti geniş yayılmışdı. Azərbaycanda toxunan xalçalar və parçalar yüksək bədii sənət nümunəsi kimi də qiymətli idi.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin