İkt-baza bilikləri



Yüklə 114,4 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix13.12.2023
ölçüsü114,4 Kb.
#175693
1   2   3   4   5   6   7
Epidemiologiya14

 
 
 
 
 


Poliomielit 
Poliomielit 
— sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və 
ölüml
ə nəticələnə bilən yoluxucu xəstəlikdir. Yoluxma fekal-oral (çirkli 
əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya 
hava-
damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş 
verir. Poliomielit
ə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə 
böyükl
ər də yoluxa bilərlər. Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər. 
Poliomielitin ilkin 
əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində 
müşahidə olunur. 
X
əstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə 
başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər 
inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət 
aktivliyi itir v
ə tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi 
üçün xüsusi l
əvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər. Poliomielitin 
diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur. 
Tör
ədici xəstə ilə kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər. 
Bağırsağın selikli qişasında viruslar artır, çoxalır və qana sorulur. Ən əvvəl temperatur yüksəlir, 
üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq fəaliyyəti pozulur. Onurğada ağrılar duyulur. Sonra 
iflic dövrün
ə keçir. Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə qədər 
uzana bil
ər.Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin qarşısını almaq 
üçün döşək hamar və bərk olmalıdır. Ağrıkəsicilər, qamma-qlobulin, qan köçürülməsi, qlütamin 
t
urşusu, C, B1, B12 vitaminləri təyin edilir yəni hərəki neyronlarda lokalizə olunur. 
götürülmüşdür.Adətən ifliclə fəsadlaşdığı üşün buna “ uşaq spinal iflici xəstəliyi” də 
deyilir.Poliomielit x
əstəliyinin törədicisi olan polioviruslar RNT tərkibli pikonaviruslar ailəsinə 
m
əxsusdur. 
Pikonaviruslar ail
əsi 4 cinsə bölünürlər.Aftoviruslar ,Kardioviruslar ,Enteroviruslar və 
Rinoviruslar.Çox xırda ölçüyə malik polioviruslar 3 seroloji tipi ayırd edilir. Poliomielit xəstəliyindən 
sonra davamlı immunitet yaranır. 
Poliomielit 
əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının 
(h
ərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları və s.) yüngülləşdirilməsindən 
ibar
ətdir. Poliomielit keçirmiş insanların çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya 
olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur. 
Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır. 
Peyv
ənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna 
damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4 və 
18 aylığında edilir. Beləliklə hər bir uşaq 2 yaşınadək MÜTLƏQ həmin vaksinin 5 dozasını 
almalıdır. Peyvəndin yalnız tam kursunu alan uşaq poliomielitdən qorunmuş hesab olunur. 
Hindistan, Pakistan, Əfqanıstan və Nigeriyaya, həmçinin poliomielit virusunun yayıldığı istənilən 
dig
ər ölkəyə səyahət etməzdən əvvəl poliomielitə qarşı peyvənd etdirmək tövsiyə olunur. 

Yüklə 114,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin