YOLUXMA
İnfeksiyanın mənbəyi xəstə şəxs və ya virusgəzdirici şəxs hesab olunur.
Xəstəlik sağlam şəxslərə
alimentar yolla fekal-oral mexanizml
ə keçir.Lakin hal-hazırda bu xəstəliyin burun və udlaq
nahiy
ələrindən ifraz olunan selik vasitəsilə hava-damcı mexanizmi ilə keşməsi də istisna edilmir.
PATOGENEZ
Bel
əliklə orqanizmə qida maddələri və ya hava –damcı yolu ilə daxil olan viruslar qalça bağırsağın
v
ə ya burun-udlaq nahiyəsinin selikli qişasında loklalizə olunur.1-3 gündən sonra polioviruslara
artıq udlağın və qalça bağırsağın selikaltı qatlarında olan limfoid follikullarda rast gəlinir. Əksər
hallarda viruslar bu limfoid follikullardan knara çıxa bilmir.Belə hallarda xəstəliyin inapparant
forması baş verir.Bəzən isə limfoid follikullardan artıb çoxalan viruslar
sonradan regionar limfa
düyünl
ərinə oradan isə nəhayət qana keçərək virusemiyaya səbəb olurlar.
Çox az hallarda t
əxminən bütün yoluxmaların yalnız 1% -nə isə viruslar hemato-ensafalitik baryeri
d
ə dəf edərək mərkəzi sinir sisteminə keçə bilirlər.Virusların mərkəzi
sinir sisteminə keçməsi
mexanizmi bu gün
ə qədər dəqiq aydınlaşdırılmamışdır.Bəzi qrup alimlər poliovirusların mərkəzi
sinir
sistemin
ə keçməsinin hematogen yolla; digər qrup alimlərin isə bu keçidin əzələlərdən
periferik sinir lifl
əri vasitəsilə , yəni neyrogen yolla baş veridyini göstərirlər.
Beyin toxum
ası boyunca yayılan viruslar əsas
etibarilə hərəki, həmçinin də avtonom neyronlara
daxil olur.Bu neyronların nüvələrinin RNT-si ilə sıx əlaqəyə girir, özləri artıb çoxalır , neyronların
zülal sintezi pozur, onların destruksiyasına və nekrozuna səbəb olur.Nekrozlaşmış
neyronlardan
çıxan viruslar yaxınlıqdakı yeni neyronlara daxil olurlar.Nekrozlaşmış neyronarın ətrafında iltihabi
reaksiya baş verir, bu isə son nəticədə həmin nahiyələrdə , yəni nekrozlaşmış neyronların yerində
qlioz toxumanın meydana çıxması ilə başa çatır.
Dostları ilə paylaş: