V ak sin asiy a ilə əlaq əli olan faktorlar
Vaksinasiyanın keyfiyyətinə yəni quşların infeksiya törədici
lərindən qorunmasına əsas 3 faktor: vaksin, insan və quş fakto
ru əsaslı şəkildə təsir göstərir.
137
Vaksin faktoru onun dəyərliliyi, ştamların seçilinəsi, vaksi-
nasiya proqramı və onun saxlanması şəraiti ilə müəyyən edilir.
İnsan faktoruna vaksinasiyanın təşkili və aparılması və onun
nəticələrinin monitorinqi aiddir.
Quş faktoru onların həssaslığı və onların saxlanma şəraiti ilə
müyyən edilir.
Vaksin faktorunda ştamın seçilməsi mühüm əhəm iyyətə ma
likdir. Ümumiyyətlə seçilmiş vaksin təsərrüfatın istiqamətinə,
təsərrüfatda epizootik vəziyyətinə müvafiq olmalıdır. Seçilmiş
vaksinin tətbiq olunma üsulu həm də quşun yaşma uyğun olma
lıdır.
Hər bir vaksinasiya üçün dəqiq şəkildə onun aparılma tarixi
müəyyənləşdirilməli və epizootik vəziyyətə nəzarət etmək
üçün ən azı ildə 1 dəfə seroloji analiz aparılmalıdır. Vaksinasiya
proqramı təsərrüfatın sanitar proqramına daxil edilməli və bu
zaman müalicə tədbirləri nəzərə alınmalıdır ki, bu tədbirlər bir-
birinə mane olmasın.
Diri və inaktivləşdirilmiş vaksinlər müxtəlif mənfi təsirlərə
davamsız olduğu üçün optimal şəraitdə saxlanmalıdır. Adətən
bu məqsədlə 2-80 temperaturdan istifadə edilməlidir. Əksər
vaksin növlərini və xüsusilə inaktivləşdirilmiş vaksinləri don
durmağa icazə verilmir.
Vaksinasiyalarda insan faktoru müzümdür. Vaksinasiyaların
aparılma texnologiyası sadə olmasına baxmayaraq cüzi səhvlər
onun səmərəliliyinin aşağı düşməsinə səbəb olur. Vaksinasiya-
da istifadə olunan avadanlıqlar 1 gün əvvəl hazırlanmalı və iş
lənməsi yoxlanmalıdır.
Vaksinasiyanın özü də stress kimi quşlara təsir etdiyinə gö
rə həmin gündə onlara optimal şərait yaradılmalıdır. Quşların
baş sayına görə vaksinin miqdarı düzgün götürülməli və vaksi-
nasiyaya uğradılacaq quşların sağlam olması müəyyənləşdiril
məlidir.
138
Vaksinasiyadan 1 gün əvvəl bütün hazırlıq işləri görülməli
dir. Tədbir yerinə yetirilən zaman işçilər arasında iş bölgüsü
aparılmalı və onlar görəcək işləri haqqında təlimatlanmalıdırlar.
Vaksinasiyanın moritorinqi də ona hazırlıq qədər əhəmiy
yətlidir. Xüsusilə enteral üsulla vaksinasiyalar zamanı quşların
hamısının vaksin qəbul etməsinə nəzarət edilməli, bu prosesdə
stressin səviyyəsi və postvaksinal reaksiyalar qeyd edilməlidir.
Vaksinasiyalara immun cavabın qiymətləndirilməsi məqsədilə
seroloji monitorinq aparılmalıdır.
Bütün bu işlər əsasında əldə edilmiş məlumatlar vaksinasiya
proqramının və vaksin növünün seçiminin və dərəcədə düzgün
olmasını göstərir.
Quşun özü də vaksinasiyanın gedişi və nəticəsinə əsaslı şə
kildə təsir göstərir. Quşların həssaslıq dərəcəsi onların immuno-
loji vəziyyətindən və xarici mühit amillərindən asılıdır. Vaksina
siyadan 1-2 gün əvvəl quşların sağlamlığı yoxlanmalı, xroniki və
subkliniki xəstələr müəyyənləşdirilməlidir. Belə hallara fikir ve
rilmirsə vaksinasiyanın keyfiyyət aşağı düşür. Nəticədə vaksina-
siyanın özü sekundar infeksiyanın və postvaksinal reaksiyaların
meydana çıxmasına səbəb olur. Əgər quşların sağlamlığına şübhə
yaranırsa, onda vaksinasiya tədbirləri təxirə salınmalı, diaqnoz
dəqiqləşdirilməli və səmərəli müalicə aparılmalıdır.
Laboratoriya m ü ayin ələri və onlardan istifadə ed ilm əsi
Quşların xarici mühit amillərinə sanitar nəzarət, onlardan pa
toloji matkrialın götürülməsi və müayinəsi və seroloji reaksiya
ların aparılması laboratoriya müayinələrinin əsasını təşkil edir.
Xarici mühit amillərindən su, yem və quş binalarının mikro-
bioloji müayinələri mühüm əhəmiyyətə malikdir. Quşların iç
məli suyu mikrobioloji və kimyəvi normativlərə uyğun olmalı
dır.
139
Su nümunəsinin pH-ı, ümumi codluğu, nitratlar, nitritlər, üzvi
birləşmələri normada olmalıdır. Suyun mikrobioloji müayinəsi
nin aparılması daha mühüm əhəmiyyətə malikdir. Xüsusilə suda
mikroorqanizmlərin ümumi miqdarı, onun bağırsaq çöplərinə, fe-
kal streptokokklara və klostridiozlara görə yoxlanması aparılma
lıdır. Suyun 1 ml-də 300-dən çox mikrob hüceyrələrinin olması
onun hər 100 ml-də 50-dən çox bağırsaq çöpü, fekal streptokok-
klar və klostridilərin olması suyun təhlükəli olmasını göstərir.
Su ildə ən azı 1 dəfə baktrioloji müayinə edilməlidir. Bun
dan əlavə təsərrüfatlarda naməlum etiologiyalaı xəstəliklər
qeyd olunduqda suyun keyfiyyətini aşağı salan faktorlar, xüsusi
lə güclü yağışlar, kimyəvi çirklənmələr və s. hallarda su yoxlan
malıdır.
Quşçuluqda istifadə edilən yemlər qidalılığına və tərkibin
dəki toksiki birləşmələr və xəstəlik törədicilərinə görə yoxlan
malıdır.
Hər 2-5 ton yemdən 100 və ya 200 qram nümunə onun
müxtəlif yerlərindən götürülür. Belə nümunələr ən azı 10-15 ol
malıdır. Sonra bunları ümumi bir qaba töküb qarışdırdıqdan son
ra az miqdarda götürüb müayinə edilir. Əgər yemdə su 13%-dən
çoxdursa bu 450S temperaturada quaıdulmalıdır.
Mikotoksinlərin müəyyən edilməsi üçün qazlı və ya maye
xromatoqrafiyadan, spektrometriyadan və son illər isə ELİSA
metodundan istifadə edilir.
Yemi qidalılığına görə yoxladıqda onun tərkibindəki xam
protein, xam sellüloza, amin turşuları, minerallar və vitaminlər
və mikroelementlər nəzərə alınır.
Yemlərin bakterioloji və mikoloji müayinəsi ümumi qəbul
edilmiş metodika əsasında aparılır.
Xəstə quşlardan nümunə götürən zaman 2 əsas qayda gözlə
nilməlidir: 1) operator və ya prozektorun yoluxmadan qorunma
sı; 2) xarici mühitin yoluxmasının minimuma endirilməsi.
140
Patoloji-anatomik yarma quşçuluqda əsas diaqnostik üsullar
dan biri hesab olunur.
Yarma yüksək septik əməliyyatdır və ona görə də bu zaman
xarici mühitin yoluxması riski mövcuddur. Yarma aparılan otaq
prozektoriya adlanır və burada döşəmə, divarlar və tavan elə
materialla örtülməlidir ki, asanlıqla dezinfeksiya aparılması
mümkün olsun.
Prozektoriyada yarmanı aparmaq üçün lazımi avadanlıqlar
olmalıdır.
Yanna xəstə quşlarda aparılmalıdır, çünki cəsədlərin yox
lanmasına nisbətən xəstə quşlarda müayinələr daha yaxşı və də
qiq nəticə verir. Ölmüş quşlarda müxtəlif mikroorqanizmlərin
intensiv şəkildə çoxalması baş verir, nəticədə əsas xəstəlik tö
rədicisinə görə interferensiya yarada bilər.
Patoloji-anatomik yarma ümumi qəbul edilmiş qayda üzrə
yerinə yetirilməli,qaraciyər, dalaq, mədəaltı vəzi, böyrəklər, yu
murtalıqlar, ürək, ağciyər, mədə-bağırsaq sistemi, beyin,
sümüklər və sümük iliyi diqqətlə müayinə adilməlidir.
cəsəddən nümunə götürməkdə məqsəd patologiyanın əsas
səbəbini aşkar etmək və xəstəlik törədicisini ayırmaqdır. Sero-
loji, hematoloji, biokimyəvi və toksikoloji müayinələri aparmaq
üçün qan nümunələrindən istifadə edilir.
10 günlüyə qədər quşlardan qan əsasən dekapitasiya yolu ilə
yaxud ürəyi reaksiya etmə yolu ilə əldə edilir. Nisbətən yaşlı
cücələr və toyuqlardan qan skarpel və ya infeksiya yolu ilə qa-
nadaltı venadan götürülür.
Ən azı 2-3 mil qan alınmalıdır ki, bundan 0,5-0,75 ml qan se-
rumu almaq mümkün olsun. Alınmış qan serumu 4-80S tempe
raturada 48 saat saxlanmalıdır.
Qandan qan yaxmaları hematoloji müayinələr məqsədilə ha
zırlayırlar. Yaxmalar təcili müayinə edilmirsə bunları havada
qurudub metil spirti ilə təsbit etmək lazımdır.
141
Orqanlardan nümunələr sterilliyə və təmizliyə əməl etmək
lə götürülməlidir.
Nümunələr yeni məcburi kəsilmiş quşlardan götürülməli,
yaxud daha yaxşı olar ki, laboratoriyaya xəstə quş diri halda
göndərilsin. Hansı xəstəliyə şübhə yaranırsa onun törədicisinin
daha çox toplandığı orqanlardan istifadə edilməlidir. Histoloji
müayinə zamanı orqanlardan kəsiklər qayçı ilə yox skalpel vasi
təsilə hazırlanmalıdır. Çünki belə halda hüceyrələrin strukturu
pozulmur. Orqan kəsikləri kiçik olmalıdır ki, fıksator toxumanın
daxilinə keçə bilsin. Fiksator kimi 10%-li fonnalindən və ya
Boyns məhlulundan istifadə edilir. Boyns məhlulundan istifadə
edən zaman nümunələr 4 gündən sonra 800-Ii etil spirtinə keçi
rilməlidir.
Toxuma və orqanlardan virusun ayrılması üçün nümunələrin
kəsikləri 1-2x0,5 sm ölçüdə olmalıdır. Belə nümunələri tərki
bində antibiotik olan qoruyucu mühitə keçirib sonra dondurur,
yaxud pH 7,4-dan bufer məhlulunda 50%-li qliserinə keçirirlər.
Belə nümunələri sonradan virusun ayrılması üçün hüceyrə kul-
turasına və ya toyuq embrionlarına daxil etmək lazımdır.
Maye mühitlərdən bakteriya, göbələk və virusları ayırmaq
üçün tamponlardan istifadə edilir. Bunlardan yaxma hazırlamaq,
maye və bərk qida mühitlərinə əkmək üçün istifadə edilir.
Xəstəliklər zamanı götürülmüş nümunələr qablaşdırılıb nəql
etdirilməsi zamanı onların xarab olmadan laboratoriyalara çatdı
rılmasına və xarici mühit obyektlərinin yoluxmasına imkan ve
rilməlidir. Nümunələr xüsusi müşayatedici sənədlə göndərilmə
li və bu sənəddə lazımi olan məlumatlar göstərilməlidir.
Standart poçt qanunları ölmüş quşların və yolla göndərilmə
sinə icazə vermir. Bu məqsədlə xüsusi şəxslər və nəqliyyat va
sitələri bu işi həyata keçirir.
Xəstə quşların göndərilməsi zamanı onlar xüsusi qəfəsə sa
lınmalı və bunun üzərində «Diri quşlar» etiketi yazılmalıdır.
142
Patoloji materialın göndərilməsi zamanı bunlar perqament
kağıza bükülür, sonra metal və ya plastik qaba qablaşdırılır və
etiketi üzərində «Material bakterioloji və ya virusoloji müayinə
üçün göndərilir, təhlükəlidir, təcili müayinə edilməlidir» yazıl
malıdır. Bundan əlavə, etiketdə: «İstiliyə həssasdır» və «Soyuq
da saxlanmalıdır» qeyd edilməlidir.
Laboratoriyaya daxil olmuş material bakterioloji üsulla
müayinə edildikdə mikroskopiyadan qida mühitlərində təmiz
kulturanın alınmasından və alınmış ştamların patogenliyini
müəyyən etmək üçün laboratoriya təcrübə heyvanları üzərində
bioloji sınağın qoyulmasından istifadə edilir.
Bakterioloji müayinə əsasında alınmış ştam bütün xüsusiy
yətinə görə yoxlanıb növü və cinsi təyin edilməlidir. Xüsusilə
onun morfoloji, tinktorial, kultural və biokimyəvi xüsusiyyətlə
rinə görə yoxlanmalıdır. Bundan əlavə onun sərbəst hərəkətə
malik olub-olmaması, oksigenə münasibəti, qida mühitlərində
müxtəlif qazlar əm ələ gətirməsi və s. xüsusiyyətləri də müəy
yən edilməlidir.
Xəstəliklər zamanı hüceyrə səviyyəsində gedən dəyişdiklə
ri müəyyən etmək üçün histoloji müayinə aparılmalıdır.
Quşçuluqda immunoloji diaqnostika üsullarından əsasən se-
roloji reaksiyalar daha çox istifadə edilir. Seroloji reaksiyalardan
aqqlyutinasiya reaksiyası və onun müxtəlif şəkildəyişmələri,
presipitasiya reaksiyası, diffuz presipitasiya reaksiyası, he-
maqqlütinasiya reaksiyası, hemaqqlyütinasiyanın ləngimə reak
siyası, bərkfazah immunferment analizdən (ELİSA) neytrallaş
ma reaksiyalarından və s. istifadə edilir.
Seroloji reaksiyalar mühüm diaqnostik əhəmiyyətə malik ol
maqla bərabər həm də vaksinasiyaların monitorinqində də
mühüm əhəm iyyətə malikdir.
143
NYUKASL XƏSTƏLİYİ
Nyukasl xəstəliyi (Morbus nevcastli, yalançı taun) - toyuq
lar dəstəsinə mənsub olan quşların yüksək kontagioz xəstəliyi
olub, tənəffüs, həzm orqanları və mərkəzi sinir sisteminin zədə-
lənmələri ilə səciyyələnir.
T arixi m əlum at.
Xəstəlik ilk dəfə 1926-cı ildə İndoneziya
nın Yava adasında Kranevald tərəfindən qeyd edilmişdir. 1927-
ci ildən nyukasl xəstəliyi dünyanın bir çox ölkələrində müşahi
də olunmuş və İngiltərə tədqiqatçısı Doyl Nyukasl şəhəri yaxın
lığında aşkar edərək həmin şəhərin adına müvafiq olaraq - Nyu
kasl xəstəliyi adlandırmışdır.
İkinci dünya müharibəsi zamanı xəstəlik Avropa ölkələrini
tamamilə işğal edərək ayrı-ayrı ölkələrdə bu quşların taunu, ya
lançı taun, asiya taunu, nyukasl xəstəliyi və s. adlarla qeyd olun
muşdur. ABŞ-da xəstəlik 1935-ci ildən quşların pnevmoensefa-
liti kimi göstərilmişdir.
Keçmiş SSRİ ərazisinə xəstəlik 1941-1945-ci illərdə gətiril
miş və əksər müttəfiq respublikaların ərazisində yayılmışdır.
İqtisadi zərər.
Kütləvi şəkildə xəstələnmə və ölüm, təsər
rüfatın normal fəaliyyətini pozan ciddi karantin tədbirləri, təsər
rüfatların sağlamlaşdırılmasına çəkilən xərclər və s. böyük m əb
ləğdə iqtisadi ziyana səbəb olur.
X əstəliy in törədicisi.
Bu RNT-Ii virus olub paramiksoviride
ailəsinin paramiksovirus cinsinə məxsusdur. Virus 120-180 nm
ölçüdədir, göyərçinlərin, toyuqların, hind quşlarının, ada dov
şanlarının eritrositləri ilə hemaqqlötininləşdirici xüsusiyyətə
malikdir. Virusun müxtəlif ştamları immunoloji cəhətdən eyni-
cinsli, virulentlik cəhətdən kəskin şəkildə müxtəlifliyi ilə özünü
göstərir. Virus 9-12 günlük toyuq embrionlarında reproduksiya
etməklə onların ölümünə səbəb olur. O, ilkin və keçirilən
hüceyrə kulturasında çoxalmaqla onlarda sitopatik təsirə səbəb
144
olur. Hal-hazırda viruslu materialın kənar mikrofloradan təmiz
lənməsi üçün antibiotiklərdən və tiomersandan istifadə edilir.
Davam lılığı.
Virusun müxtəlif fiziki və kimyəvi faktorların
təsirinə davamlılığı mühitin pH-ı və zülalın miqdarından asılı
dır. Ümumiyyətlə, pH 2,0-10,0 diapozonunda o davamlılığığı ilə
səciyyələnir. Günəşin düz şüaları virusu 2 günə, səpələnmiş
şüaları 15 günə inaktivləşdirir, qurudulmuş orqanlarda otaq tem-
peraturası şəraitində amil öz aktivliyini 2 ilə, quş binalarında qış
dövrlərində 140 günə, yay dövründə 7 günə qədər sağ qalır.
Çürüyən quş cəsədlərində virus 3 həftəyə, donmuşlarında isə
800 günə qədər öz həyatını davam etdirir. M üxətlif taxıl növlə
rində amil 16-360S temperatura şəraitində virus 45 gün sağ qa
lır. Viruslu materialın 55-750S-yə qədər isidilməsi onu 30 dəqi
qəyə, qaynatma və ultrabənövşəyi şüaların təsiri isə bir neçə sa
niyəyə məhv edir.
Formalinin 1-2%-li, xlorlu əhəngin 3%-li, natrium qələvisi
nin 2%-li, ksilonaft - 5-in 4-5%-li məhlulları virusu bir neçə də
qiqəyə inaktivləşdirir.
Epizootoloji m əlum atlar.
Təbii halda nyukasl xəstəliyi toyuq
lar dəstəsinə (toyuqlar, hind quşları, fırəng quşları, turaclar, tovuz
quşları) mənsub quşlarda müşahidə edilir. Bəzi vəhşi yaşayış tər
zinə malik olan quş növlərində də bu xəstəliyə təsadüf edilir.
Müxtəlif cins və yaş qrupuna aid olan quşlarda həssaslıq eyni
deyil. Körpələr yaşlı quşlara nisbətən xəstəliyə daha çox həsas-
lıq göstərir.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
quşlar hesab edilir. Onlar əksər sekret və ekspertləri vasitəsilə,
həmçinin yumurta və tənəffüs zamanı verdiyi hava ilə amili xa
rici mühitə ifraz edir. Virus orqanizmdən xəstəliyin inkubasiya,
kliniki əlam ətlər dövrünə və rekonvalisensiya dövründə ayrılır.
Kliniki sağalmadan 2-4 ay keçmiş quşların orqanizmində virusu
müəyyən etmək olur.
145
Virusun yayılmasında xəstə quşlardan alınmış yumurta, tük,
lələk, məcburən kəsilmiş quş cəsədləri, onlara qulluq vasitələ
ri, yem, döşənək materialı böyük rola malikdir. Virusla yolux
muş quşların inkubasiyası zamanı virus toyuq embrionlarında
septisemiya və ölümə səbəb olur. Ölmüş embrion hiperemiyalı
və şişmiş şəkildə olmaqla onların ətraflarında və baş nahiyyə-
sində çoxlu miqdarda nöqtə şəklində qan sızmaları müşahidə
edilir.
Təbii olaraq quşların yoluxması alimentar və aerogen yolla
baş verir. Xəstəliyə görə salamat təsərrüfatlara virus əsasən xəs
tə quşlardan alınmış yumurtaların inkubasiyası zamanı baş verir.
İnfeksiya törədicisinin ehtiyat mənbəyi vəhşi quş növləri
həmçinin ördək və qazlar hesab edilir. Nyukasl xəstəliyi adətən
epizootiya halında gedir. Xəstəlikdə dövrülük, mövsümülük n ə
zərə çarpır. Xüsusilə infeksiya yay-payız fəslində daha çox
müşahidə edilir ki, buda həmin dövrdə təsərrüfatlarda quşların
baş sayının artımı və təsərrüfat fəaliyyətinin güclənməsi ilə izah
edilir.
Sənaye təmayüllü iri quşçuluq təsərrüfatlarında bir qayda
olaraq xəstəliyin stasionarlığı nəzəri cəlb edir ki, bu da virusun
xarici mühit obyektlərində uzun müddət sağ qalması ilə izah
olunur.
Müəyyən edilmişdir ki, nyukasl xəstəliyi virusu quş binala
rında yaşayan gənə orqanizmində (Arqus persinus) 200 gündən
çox aktiv vəziyyətdə saxlanır. Xəstələnmə 100%, letallıq isə
80-90%-dir.
P atogenez.
Həssas quş orqanizminə düşmüş virus 20 saat
dan sonra qanda görünür və qan vasitəsilə bütün orqan və toxu
malara yayılır, mərkəzi sinir sistemini, tənəfffiz və həzm orqan
larını zədələyir, seroz və selikli qişalarda çoxlu miqdarda qan
sızmaları baş verir. Virusun təsirindən quşlarda hematoensefali-
tik baryerin keçiricilik qabiliyyəti pozulur və viremiya baş verir.
146
Qan damarlarının endoteli hissəsinin zədələnməsi nəticəsində
onun elastikliyi pozulur, qan damarı damardaxili təzyiqə davam
gətirə bilmir və nəticədə damar ətrafı sahəyə qan sızmalar baş
verir. Ürək əzələsində distrofık, degenerativ dəyişdiklər yara
nır, nəticədə qan dövranı pozulur. Buda gövdənin ayrı-ayrı na-
hiyyələrində hipermiyalara, durğunluğa, şişlərə və qan sızmala
ra səbəb olur.
N.İ.Leonov və V.M.Krasov göstərirlər ki, virusun təsirindən
quşların qanında biokimyəvi dəyişdiklər baş verir, bəzən isə
onun proteolitik aktivliyi tam şəkildə itir, qalıq azot isə çoxalır.
Dipoidlərin qan serumunda miqdarı kəskin şəkildə aşağı düşür.
Bir çox müəlliflər bunu qaraciyərdə yağ turşuları sintezinin po
zulması ilə izah edirlər. Daxili orqanların zədələnm ə dərəcəsin
dən asılı olaraq müxtəlif kliniki əlamətlər meydana çıxır.
G edişi v ə kliniki əla m ətləri.
Virusun daxil olma yolu və vi-
rulentlik dərəcəsindən, quşun yaşından və onların saxlanma şə
raitindən asılı olaraq xəstəliyin inkubasiya dövrü 2-15 gün da
vam edir. Xəstəliyin iti, yarımiti və xroniki gedişi, tipik və ati-
pik formaları mövcuddur. Xəstəliyin iti gedişi adətən 1-4 gün,
yarım iti gedişi 7-10 gün, xroniki gedişi isə 2-3 həftəyə qədər
davam edir.
Xəstəliyin tipik formasında quşların ümumi temperaturası-
nın yüksəlməsi, ümumi xəiflik, hərəkət müvazinətinin pozul
ması, yuxululuq, iştahın itməsi, xəstə quşların 40-70%-də çinə
danın böyüməsi nəzərə çarpır. Quşların ağzından kəskin pis iy
li mayenin ayrılması, kal kütləsinin duru və içərisində selik, qan
və ödün olması qeyd olunur. Xəstəliyin inkişaf dərəcəsindən
asılı olaraq quşlarda tənəffüsün çətinləşməsi,tənəffüs yollarının
qatı, selikli eskudatla tutulması nəticəsində onların ağzı açıq hal
da nəfəs alması, tənəffüs zamanı müxtəlif səslərin edilməsi, as
qırma, başını tez-tez silkələmə hərəkətləri görünür. Pipik və
saqqalın çox vaxt sianozluğu müşahidə edilir. Mərkəzi sinir sis-
147
Ş a k i l 8 . N y u k a s l x ə s t ə l i y i n ə t u t u l m u ş q u ş l a r
teminin funksiya pozğunluqları əlamətləri, yəni gövdənin ayrı-
ayrı nahiyyətlərində parez və iflic nəticəsində boyunün burul
ması, qanadların sallanması, başın titrəməsi, manej hərəkətlər
ətrafların zədələnməsi qeyd olunur. Yumurta məhsuldarlığı kəs
kin şəkildə aşağı düşür, yoluxmadan 3-5 gün keçmiş sarılıqlı pe-
ritonit və keratokonyuktivit baş verir.
Xəstəliyin atipik formasında xarakterik kliniki əlam ətlər çox
vaxt görünmür və adətən bu forma görpə quşlarda qeyd olunur.
Bu forma bir çox ölkələrdə «cücələrin taunu», «cücələrin pnev-
moensefaliti» kimi adlandırılır. Atipik forma zamanı bir qayda
olaraq mərkəzi sinir sisteminin funksiya pozğunluqlarına aid
əlam ətlər üstünlük təşkil edir. Xəstələrdə boyunun burulması,
ayaqların və qanadların iflici, başın geriyə və qarınaltı nahiy-
yəyə qatlanması, qıcolma və s. əlam ətlər meydana çıxır. Hind
quşlarının görpələrində sinir sisteminin pozğunluğu əlamətləri
daha aydın şəkildə nəzərə çarpır. Onu da qeyd etmək lazımdır
ki, atipik forma bəzən simptomsuz halda da gedə bilir. Ayrı-ay
rı ölkələrdə aparılan tədqiqatlar və müşahidələr göstərir ki, nyu
kasl xəstəliyinin atipik forması zəif virulentliyə malik virus
ştamlarının müxtəlif gərginlikli immunitetə malik olan quşlar
qrupunda sirkulyasiyası zamanı özünü göstərir. Bundan əlavə
çoxlu miqdarda müalicə vasitələri alan quş qrupunda da xəstə
148
liyin atipik forması qeyd edilir. Hal-hazırda bir sıra ölkələrdə vi
rusun təbii zəif şatmları əldə edilmişdir. Belə ştamlara misal
olaraq Bİ/ABŞ), F/İngiltərə), Florens/İtaliya) və s. göstərmək
olar. Bu ştamlar bir qayda olaraq quşlarda immunlaşdırıcı subin-
feksiyaya səbəb olmaqla xəstəliyin kliniki əlamətləri inkişaf et
mir.
Patoloji-anatom ik dəyişiliklər.
Orqanizmin rezistentliyi və
xəstəlik törədicisinin virulentlik dərəcəsindən asılı olaraq patolo
ji-anatomik dəyişiliklər öz müxtəlifliyi ilə səciyyələnir. Xəstəli
yin iti gedişindən ölmüş quşlarda septisemiyaya məxsus olan pa-
toloji-anatomiki dəydiklər aşkar edilir. Xüsusilə həzm traktının
selikli qişalarında çoxlu miqdarda qan sağıntıları nəzərə çarpır.
Ayrı-ayrı tədqiqatçıların məlumatına görə nyukasl xəstəliyindən
tə lə f olmuş quşların 100%-li kor bağırsaq çıxıntılarının əsasında,
98,2%-də düz bağırsağın əsasında və 60%-də isə vəzili mədə ilə
əzələli mədə sərhəddində qan sağınğıları müşahidə edilir. Bun
dan əlavə epikard üzərində və dəri üzərində də qan sızmalar nə
zərə çarpır. Xəstəliyin xroniki gedişindən ölmüş quş cəsədlərin
də arıqlıq, kloaka ətrafında tüklərin kalla çirklənməsi, bağırsaq
şöbəsinin müxtəlif sahələrində difteritiki yaralar aşkar edilir. Bə
zən əzələli mədənin kutikulasında kəskin hiperemiya və diffuz
halda qan sızmalar görünür. Xəstəliyin sekundar bakterial mikro-
flora ilə mürəkkəbləşməsindən tələf olmuş quşlarda hava kisələ
rinin iltihabı, nekrotiki hepatit, serozlu-fibrinozlu peritonit və ova-
riosalpinqit qeyd olunur. Qaraciyərdə baş verən dəyişiliklər daimi
xarakterə malik deyil. Bəzi quşlarda qaraciyərin böyüməsi, dolu-
qanlılıq, öd kisəsinin qatı tünd rəngli ödlə dolu olması, dalağın bə
zən kiçilməsi, tənəffüs yolları selikli qişalarının hiperemiyası bə
zi yerlərdə zərif difteritiki çöküntülər aşkar edilir.
Patoloji prosesə uğramış orqan və toxumaların histoloji
müayinəsi zamanı həzm traktının selikli qişasının kəskin şəkil
də qalınlaşması, örtücü epiteli və epiteli kripti selikli distrofi-
149
yaya uğrayır. Selikaltı qişanın birləşdirici toxuma lifləri iltihab
və limfosit həmçinin digər qan elementlərinin infiltrasiyası he
sabına bir-birindən kəskin şəkildə aralanmış halda görünür.
Nyukasl xəstəliyi üçün xarakterik histoloji dəyişiklik yoğun
bağırsaq şöbəsinin zədələnməsidir.
Mərkəzi sinir sistemi və daxili orqanlarda kapilyarlar və xır
da qan damarları boyunca hüceyrə proliferativ reaksiyaların in
kişafı qeyd edilir. Dalaqda, qaraciyərdə, böyrəklərdə və mədə-
bağırsaq şöbəsində paycıqlararası, kanalçıqlar arası və birləşdi
rici toxumanın epitelisi altında proliferativ iltihab nəzərə çarpır.
Dalaqda həmçinin follikulların kəskin hiperplaziyası, qan da
marları divarının nekrozu, böyrəkdə qıvrım kanalçıqların epite-
lisinin nekrobiozu və ağır nekroza məxsus dəyişdiklər qeyd olu
nur. Ağciyərdə həmişə durğun hiperemiya və şiş, nadir hallarda
rekrotiki pnevmoniya müşahidə edilir.
Dostları ilə paylaş: |