İNFEKSİON BRONXİT
İnfeksion bronxit (Bronchitis infektiosa) kəskin kontagioz
virus etiologiyalı xəstəlik olub körpə quşlarda tənəffüs üzvləri
nin, yaşlılarda isə reproduktiv orqanların zədələnməsi və yu
murta məhsuldarlığının aşağı düşməsi ilə səciyyələnir.
T arixi m əlu m at.
İnfeksion bronxiti ilk dəfə 1931-ci ildə
Şalk və Xavn ABŞ-da qeyd etmişlər. Hal-hazırda bu xəstəlik
Avropanın bir çox ölkələrində, Yaponiyada, Misirdə, Avstrali
yada və Latın Amerikası ölkələrində geniş şəkildə yayılmışdır.
İnfeksion bronxitin virusu ilk dəfə 1936-cı ildə ABŞ-da Biç və
Şalk tərəfindən ayrılmışdır. Rusiyada infeksion bronxiti 1946-cı
ildə P.M.Sopikov xarici ölkələrdən gətirilmiş yumurtalardan
çıxmış cücələrdə aşkar etmişdir.
Z.Y.Çistov, V.N.Syurin və başqaları Moskva vilayətinin
quşçuluq təsərrüfatlarında infeksion bronxitin 4 ştamını ayırmış
və antigenlik xüsusiyyətlərinə görə «Konnektikut» və «Massa
çusets» standart ştamlardan fərqli olmuşlar.
X ə stəlik tö rəd icisi.
İnfeksion bronxitin törədicisi RNT-li vi
rus olub coranaviride ailəsinin Coranavirus cinsinə mənsubdur
və Coranovirus avian adlandırılmışdır. Virionlarm ölçüsü 80-
100 nm olmaqla polimorfdur və hüceyrə sitoplazmasında repro
duksiya edir. Hal-hazırda bunun 20-dən çox serotipi aşkar edil
mişdir. Keçmiş SSRİ ərazisindən ayrılmış ştamlar eyni cinsli
olub Massaçusets serotipi ilə yaxındır. Virus inkişaf edən toyuq
162
embrionlarının xoriollantois qişasında və allontois boşluğunda
artıb çoxalır. Əksər təbii ştamlar ilk passaj zamanı yalnız
müəyyən qədər embrionları öldürür. Patogen effekt əldə etmək
üçün virusun ən azı 6 passajı tələb olunur. V.N.Syurin və başqa
ları göstərirlər ki, birinci passaj zamanı toyuq embrionlarının 10-
20%-i tə lə f olduğu halda yeddinci passajda bu 80-90% və
onuncuda 100%-ə bərabər olur.
Virusun təsirindən embrionun inkişafı ləngiyir və inkubasi-
yanın 17-19-cu günlərində onun böyüklüyü normal həcmin yarı
sına bərabər olur ki, buna da «cırtdan» embrionlar adı verilmişdir.
İnfeksion bronxit virusu hemaqqlyutininləşdirici xüsusiyyə
tə malik deyil və hal-hazırda onun əsas 5 serotipi: «Massaçu
sets», «Konnektikut», «Lova-97», «Qrey» və «Z\Holt» ayırd
edilmişdir. Bu serotiplərin hamısı zəif dərəcədə antigenlik uy
ğunluğuna malikdir.
D a v a m lılığ ı.
Virus toyuq embrionunun allantois mayesində
370S temperaturda 10 gün, 50%-li qliserində konservləşdirilmiş
viruslu toxumada nisbətən aşağı temperaturda 80 gün sağ qalır.
Virus üçün optimal pH-7,8-dir. Dondurma və əritmə virusun pato-
genliyinə təsir etmir. Hofstad 1956-cı ildə qeyd etmişdir ki, lio-
fılizasiyalı virus vakuumda saxlandıqda 13 il öz virulentliyini
itirmir. Quş binalarındakı obyektlər üzərində virus 17-23°S tem
peraturda 1 həftə, peyində 3 aya qədər - 30"S-də isə 17 ilə qə
dər yaşama qabiliyyətini saxlayır. Ultrabənövşəyi şüaların v
dezinfeksiya vasitələrinin təsirinə həssasdır.
E p izootoloji m əlum atlar.
İnfeksion bronxit yüksək konta-
giozluğu ilə səciyyələnir və qısa müddətdə bütün quş qrupunu
əhatə edir. Xəstəlik müxtəlif yaş qrupuna mənsub olan quşlarda
müşahidə edilir. Ancaq Next (1966) göstərmişdir ki, 16-22 həf
təlik quşlar infeksion bronxit virusuna daha çox həssaslıq göstə
rir. Körpə cücələrdə müəyyən müddət ərzində qeyri-həssaslıq
onlarda transovarial immunitetin əldə edilməsi ilə izah olunur.
163
Eksperimental yolla göyərçinləri, ada dovşanlarını, yarasaları
yoluxdurmaq mümkündür.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
quşlar hesab edilir. Virusdaşıyıcılıq 3 ay davam edir və belə quş
lar göz yaşı, burun axıntısı, kal və yumurta vasitəsilə virusu xa
rici mühitə ixrac edir. Xəstəliyi keçirib sağalmış quşlarda virus
neytrallaşdırım antitellər 1 ilə qədər müəyyən edilir.
Təbii halda yoluxma əsasən aerogen və kontakt yolla baş
verir. Eksperimental olaraq intratraxeyal, intranazal, əzələiçi,
dərialtı, qarın boşluğu yoluxdurma mümkündür.
Virusun ilk dəfə xəstəliyə görə sağlam təsərrüfatlara
düşməsi nəticəsində buradakı əksər quşların aerogen və kon
taktla yoluxması baş verir. Bu qrup içərisində bəzi yaşlı quş
lar xəstəliyi latent infeksiya halında keçirməklə sonrakı nəs-
lə transovarial yolla immuniteti keçirir. Xəstəliyin yayılma
dərəcəsinə quşların konsentrasiyası, onların yaşı, quş binala
rında mikroiqlimin vəziyyəti, yemləmə və s. böyük təsir gös
tərir. İnfeksion bronxitə görə qeyri-sağlam təsərrüfatlarda quş
lar bir çox infeksiyalara xüsusilə infeksion larinqotraxeitə, ko-
libakterioza, respirator mikoplazmoza daha çox həssas olurlar.
X əstə yaşlı quşlarda yumurta məhsuldarlığı 50%-ə qədər
aşağı düşür.
Xəstəliyin quşlar arasında subklinik formada yayılmasında
ayrı-ayrı ölkələrdə tətbiq edilən diri virus vaksinlərin rolu xüsu
si olaraq qeyd edilməlidir.
Patogenez. İnfeksion bronxitin törədicisi orqanizmə daxil
olma yolundan asılı olmayaraq ən əvvəl respirator orqanları zə-
dələyir. Burada o traxeyanın epiteli hüceyrələrində reproduk
siya edərək onda distrofık proseslərə səbəb olur. Sonra virus
ümumi qan dövranına düşür və qan vasitəsilə orqanizmin hər
yerinə yayılır. Bu prosesdə qanın formalı elementləri xüsusi rol
oynayır. Virus daxili orqanlardan daha çox ağciyərə, dalağa,
164
böyrəklərə və yumurtalıqlara toplanır və orqanların kəskin pato
loji dəyişdiklərini törədir.
İmmunofluoressensiya metodu vasitəsilə virusu traxeyada,
ağ ciyərdə, böyrəklərdə, dalaqda və fabrisium kisəsində aşkar
etmək olar. Qan damarlarının divarının keçiricilik qabiliyyətinin
artması ilə əlaqədar olaraq traxeya və bronxların selikli qişasın
da şişkinlik qeyd olunur.
İnfeksiyanın xoşgedişli formasında əksər quşlarda sağalma
müşahidə edilir. Ancaq nekrodistrofıki dəyişdiklərin baş vermə
si ilə əlaqədar olaraq latent proseslərin fəallaşması müşahidə
edilir. M əhz buna görə də infeksion bronxit respirator mikoplaz-
moz və kolibakteriozla assosiasiya halında gedir. Belə qarışıq
infeksiya zamanı orqanlarda ağır patoloji-anatomik dəyişdiklər,
xüsusilə fıbrinozlu rinit, sinusit, larinqit, traxeit, krupoz pnev-
moniya, serozlu-fbrinozlu aerosakkulit inkişaf edir ki, buda quş
ların asfıksiya nəticəsində kütləvi tələfatına səbəb olur.
G ed işi v ə kliniki əla m ə tlə ri.
Təbii yoluxma zamanı xəstə
liyin inkubasiya dövrü 2-10 gün arasında davam edir. Kliniki
əlam ətlərin baş verməsinə quşların yaşı, saxlanma şəraiti və vi
rusun virulentliyinin böyük təsiri vardır. İnfeksion bronxit zama
nı 3 kliniki sindrom müşahidə edilir.
Respirator sindrom. Belə sindrom ən çox cücələrdə müşahi
də edilir. Bu zaman onlarda öskürmə, tənəffüsün çətiıdəşməsi,
traxeal mənşəli xırıltılar, serozlu burun axıntısı, bəzən rinit,
konyunktivit və sinusit qeyd olunur, cücələrdə iştah itir, istilik
mənbəyi olan yerə toplanırlar. Respirator sindrom 1-3 həftə da
vam edir və 1-3 həftəlik cücələrdə letallıq 5-33% olur. I aylıq
dan yuxarı cücələrdə asqırma, öskürmə, quru xırıltılar, cücələ
rin inkişafının zəifləməsi müşahidə edilir. Xəstəlik 5-10 gün da
vam edir və çox vaxt sağalına ilə nəticələnir.
Reproduktiv orqanların zədələnməsi sindromu. Bu yaşlı quş
larda müşahidə edilməklə kliniki əlam ətlər xarakterik deyil.
165
Əvvəlcə toyuqlarda rinit, konyunktivit, tənəffüsün çətinləşməsi
nəzərə çarpır. Xəstəliyin 1 bəzən isə 2-ci həftəsindən sonra yu
murtlama kəskin şəkildə aşağı düşür. Yumurtalar tam keyfiyyət
li olmur. 3-4 həftədən sonra yumurta məhsuldarlığı tədricən
aşağı düşür. Xəstəliyin belə gedişindən ölüm faizi çox aşağıdır.
Nefrit-nefroz sindromu. İnfeksion bronxit virusunun bəzi
ştamları xəstəliyin ilk 2 həftəsi ərzində böyrəklərin və sidik
axarlarının iltihabını və urat çöküntülərinə səbəb olur. Xəstələr
də ümumi zəiflik, diareya və zəif dərəcədə respirator sindrom
əlamətləri nəzərə çarpır. Virusun təsərrüfatda ilk sirkulyasiyası
zamanı letallıq yüksək olmaqla 50-70% arasında dəyişir.
P atoloji-anatom ik d əy işilik lər.
Xarakterik patoloji-anato-
mik dəyişiliklər 1 aylığa qədər cücələrdə müşahidə edilir. Əsa
sən respirator orqanların zədələnmələri aydın şəkildə müşahidə
edilir. Burun boşluğunun, infraorbital sinuslarm və traxeyanın
selikli qişasının hipermiyah olmaqla serozlu və ya kataral eksu-
datla örtülü olur. Ağ ciyərin kəskin hiperemiyası və şişkinliyi,
bronxların köpüklü maye ilə doluluğu, qaraciyər və böyrəyin
danəli distrofıyası qeyd edilir. Çox vaxt hava kisələrinin serozlu
və ya serozlu-fibrinozlu iltihabı müşahidə edilir.
Yaşlı quşlarda xarakterik patoloji-anatomik dəyişiliklər yu
murtalıq və yumurta borularında qeyd olunur. Bunlarda yumur
ta borularının qısalması, mənfəzinin bəzi yerlərində tamamilə
daralması, ovulyasiyanın qarın boşluğunda getməsi və bunun
nəticəsində sarılıqlı peritonit inkişaf edir.
Nefrit-nefroz sindromu zamanı böyrəklərin böyüməsi və
böyrəkdə rəng dəyişdikləri, sidik kanalcıqlarının uratlarla dolu
olması aşkar edilir.
Histoloji dəyişdiklərdən yuxarı tənəffüs yollarında xüsusilə
qırtlaq və traxeyada selikli qişanın kəskin qalınlaşması, burada
kı epiteli hüceyrələrinin distrofıyası və deskvamasiyası, ancaq
bazal hüceyrələrin saxlanması və çoxalması hesabına onların
1 6 6
tamlığının pozulmaması nəzərə çarpır. Respirator epiteli hücey
rələrinin proliferasiyası və limfoid follikulların hiperplaziyası
nadir hallarda görünür. Ağ ciyərin zədələnmələri zamanı para-
bronxial komplekslərdə və interstisial birləşdirici toxumada lim
foid, histositar və psevdoeozinofıl hüceyrələrin infıltrasiyası aş
kar edilir.
D ia q n o z.
İnfeksion bronxitə diaqnoz qomyaq üçün onun epi-
zootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik
dəyişdikləri nəzərə alınır, virusoloji müayinə və seroloji reak
siyalardan istifadə edilir.
Virusun ayrılması və identifıkasiyası üçün xəstəlikdən ölmüş
quşların respirator orqanlarının suspenziyası ilə 8-10 günlük to
yuq embrionlarının yoluxdurulmasından istifadə edilir. Yoluxmuş
embrionların ölümü 36-48 saatdan sonra baş verir. Eyni vaxtda
10-20 günlük 4-6 baş cücələrin traxeya içərisinə viruslu suspen-
ziya 0,5 ml dozada yeridilir. 18-36 saatdan sonra cücələrdə xəs
təliyə uyğun kliniki əlamətlərin baş verməsi patoloji materialda
infeksion bronxit virusunun olmasını göstərir. Ayrılmış virusun
identifıkasiyası üçün NR, DFR və İFR-dan istifadə edilir.
M üəyyən edilmişdir ki, virus neytrallaşdırın antitellər yoluxma
nın 11-ci günündən 36-cı günə qədər toplanır və cücələrin qan
serumunda 483 günə qədər qalır. Xəstəliyin ekspress diaqnosti
kası üçün DPR-dan istifadə edilir, ancaq bu reaksiya vasitəsilə
antitellərin müəyyən edilməsi hər vaxt mümkün olmur.
T ə fr iq i diaq n oz.
İnfeksion bronxiti infeksion larinqotraxeit-
dən, nyukasl xəstəliyindən, respirator mikoplazmozdan, infeksi
on bursitdən və s. təfriq etmək lazımdır.
İnfeksion larinqotraxeit zamanı quşların qırtlağı və traxeya-
sında fıbrinozlu çöküntü və tıxac müşahidə edilir. Toyuq embrion-
larında larinqotraxeit virusu xoriollantois qişasında nekrotiki
ocaqlar yaradır. Virusun ailəsi və tipinin təyin edilməsi ilə diaq
noz dəqiqləşdirilir.
1 6 7
Nyukasl xəstəliyi üçün mədə-bağırsaq selikli qişasının kata-
ral-hemorroji iltihabı və bağırsağın fıbrinozlu-nekrotiki iltihabı
xarakterikdir. Nyukasl xəstəliyi virusu infeksion bronxit viru
sundan fərqli olaraq hemaqqlyutininləşdirici xüsusiyyətə malik
dir.
Respirator mikoplazmoz infeksion bronxitdən fərqli olaraq
xroniki gedişlidir. Mikoplazmozun törədicisi ilə yoluxmuş toyuq
embrionları normal böyüyür və onlarda ölüm müşahidə edilmir.
Xəstə və xəstəlikdən sağalmış quşların qanında aqqlyutinasiya
reaksiyası ilə aqqlyutininlər və hemaqqlyutinasiyanın ləngiməsi
reaksiyası vasitəsilə antihemaqqlyutininlər aşkar edilir.
İnfeksion bursit əsasən 2-6 həftəlik quşlarda müşahidə edi
lir. Quşlarda fabrisium kisəsinin iltihabı, köks və ətraf əzələlər
də qan sızmalar, nefrit aşkar edilir. Laboratoriya müayinələrinin
nəticəsi həlledici rol oynayır.
M ü alicə.
İnfeksion bronxitin müalicəsi aparılmır.
İm m unitet.
Xəstəliyi keçirmin quşlarda immunitet yaranır.
Belə quşları virusun homoloji ştamları ilə yoluxdurduqda onlar
da davamlılıq qeyd olunur. Xəstəliyin spesifik profilaktikası
üçün xarici ölkələrdə diri xəitlədilmiş və inaktivləşdirilmiş vak-
sinlərdən istifadə edilir. Bu məqsədlə daha çox Noblis-H-52 şta-
mından alınmış vaksindən istifadə edilir. Keçmiş SSRİ-də infek
sion bronxitin spesifik profilaktikası üçün hələlik heç bir vasitə
işlənib hazırlanmamışdır. Son zamanlar inaktivləşdirilmiş vak-
sin və AM ştamından hazırlanmış quru virus vaksin sınaqdan ke
çirilir.
P rofilaktika və m übarizə təd b irləri.
Təsərrüfatı kliniki
sağlam quşlarla komplektləşdirmək lazımdır. Profilaktika məq
sədilə yumurtalar inkubatora qoyulmadan əvvəl 30 dəqiqə ər
zində formaldehid buxarı ilə dezinfeksiya edilməlidir. Bu məq
sədlə inkubasiya ediləcək yumurtalar xüsusi kameraya yığılır və
bunun hər m2-nə 25-30 ml formalin, 17-20 qram kalium-per-
168
manqanat və 12-15 ml su götürüb xüsusi qabda qarışdırılır. Re-
saksiya nəticəsində formaldehid buxarları yaranaraq kamerada-
kı yumurtaları etibarlı şəkildə dezinfeksiya edir.
Quş saxlanacaq binalarda quşları köçürməzdən əvvəl 1%-li
formaldehid, 2%-li natrium qələvisi və tərkibində 2% fəal xlor
olan xlorlu əhəng məhlulları ilə dezinfeksiya edilməlidir. Quş
lar binada olan şəraitdə də dezinfeksiya aparmaq olar. Bu məq
sədlə ən yaxşı vasitə süd turşusunun aerozol halında tətbiqidir.
Bundan əlavə rezorsinin və ya üçetilenqlükolün suda 20%-li
məhlulu h ər lm3 həcmə 0,025 q preparat olmaq şərtilə götürüb
2 saatlıq fasilə ilə 2-3 dəfə işlədilməlidir.
Təsrrüfatda xəstəlik müşahidə edildikdə o, qeyri-sağlam he
sab edilərək məhtutlaşma tədbirlərindən istifadə edilir. Tə
sərrüfat daxilində sağlamlaşdırma tədbirləri işlənib hazırlanır.
Əgər xəstəlik yalnız bir quş binasında qeyd binasında qeyd olu
nursa xəstə və zəif quşları sanitar kəsim şöbəsində öldürüb, cə
sədləri utilləşdirm ə və ya yandırmaqla məhv etmək lazımdır.
Digər quş qrupu isə kəsimə göndərilir. Əgər xəstəlik bir neçə
quş binalarında müşahidə edilirsə bu zaman xəstə və zəif quşlar
gündəlik olaraq çıxdaş edilir, sanitar kəsim şöbəsində kəsilərək
ət-sümük unu istehsalı üçün istifadə edilir.
Yumurtaların ticarət şəbəkələrində realizasiya edilməsindən
əvvəl onlar formaldehid buxarları ilə dezinfeksiya edilir, kəsil
miş quş cəmdəkləri işə ictimai-iaşə müəssisələrinə göndərilir.
Peyin və döşənək materialları toplanaraq biotermiki üsulla zə
rərsizləşdirilir.
İnkubator, quş binaları, müxtəlif avadanlıqlar təmizləndik
dən sonra 2%-li natrium qələvisi məhlulu ilə dezinfeksiya edil
məlidir. Xəstəlik ləğv olunanədək binalar hər 2-3 gündən bir,
bina ətrafı sahə isə həftədə bir dəfə dezinfeksiya edilməlidir.
Quşlar binada olan şəraitdə cari dezinfeksiya tərkibində 2%
fəal xlor olan natrium hipoxloridlə (hər lm3 həcmə 0,5 ml, ek
169
spozisiya 15 dəqiqə), həmçinin xlorskipidarla (cavan quşlar
üçün 1 q xlorlu əhəng 0,1 ml skibidar, ekspozisiya 7 dəqiqə, ya
şlı quşlar üçün 2 qram xlorlu əhəng, 0,2 ml skibidar, ekspozisiya
15 dəqiqə) aparılır.
Təsərrüfatdan məştutlaşmalar axırıncı xəstə quşun aşkar
edilməsindən 3 ay keçmiş və yekun dezinfeksiya aparıldıqdan
sonra götürülür.
İNFEKSİON LARİNQOTRAXEİT
İnfeksion larinqotraxeit - Larynqotracheitis infektioza - kon-
tagioz xəstəlik olub, kataral və fibrinozlu-hemorroji rinit, tra-
xeyit, konyuktivit və asfiksiya ilə səciyyələnir.
T arixi m əlu m at.
Xəstəlik ilk dəfə 1925-ci ildə ABŞ-da
Mey və Titsler tərəfindən qeyd edilmişdir. 1925-1930-cu illərdə
bu xəstəlik Biç, Kernoqen, Boundeft və Hudzon tərəifndən
müəyyən edilmiş və infeksion bronxit adlandırlmışdır. Bir neçə
il infeksion bronxit və infeksion larinqotraxeyitin bir xəstəlik ol
ması güman edilmiş, ancaq 1930-cu ildə Biqs və başqaları tərə
findən qeyd edilən hər iki xəstəliyin sərbəst bir-birindən bir çox
xüsusiyyətlərinə görə fərqlənən xəstəlik olması əsaslı şəkildə
müəyyən edilmişdir.
1931-ci ildə ABŞ-in baytarlıq assosiasiyası tərkibində fəa
liyyət göstərən quşların xəstəliyi üzrə Komitə quşların qırtlaq
və traxeyasının zədələnm əsinə səbəb olan xəstəliyin infeksion
larinqotraxeyit kimi qeyd etmişdir.
Rusiyada xəstəlik ilk dəfə 1932-ci ildə R.T.Batanov tərəfin
dən aşkar edilmiş, A.P.Kiur-Muratov və Pançenko tərəfindən
bəzi xüsusiyyətləri öyrənilmişdir.
Xəstəlik dünya qitələrinin hamısında quşçuluqla məşğul öl
kələrdə çox vaxt epizootiya halında müşahidə edilən təsərrüfat
lara böyük iqtisadi ziyan vurur.
1 7 0
X əstəliyin törədicisi.
Törədicisi DNT-li virus olub herpesvirus
ailəsinin herpesviaıs cinsinə mənsubdur və Herpes virus qalli-1
adlanır. Virionların ölçüsü 80-100 nm-dir. Amil 9-12 günlük toyuq
embrionlarmın xorioallantois qişasında, həmçinin ilkin və keçirilər
hüceyrə kulturasında yetişdirilir. Yetişdirmənin 3-4-gü günündə
virusun sahib hüceyrəsində sitopatik təsiri müşahidə edilir.
Təbiətdə virusun yüksək virulentli ştamlarından əlavə həm
də z əif virulentli ştamlarıda dövr edir.
D avam lılığı.
Xarici mühit şəraitində virus zəif davamlılığı
ilə özünü göstərir. Yumurtanın qabığında 0,37°S temperaturda 2-
12 saata inaktivləşir. Tenniki təsirə davamsız olmaqla 55üS-də
10 dəqiqəyə, 60°S-yə isə 2 dəqiqəyədək davam gətirir.
Qurutma və dondurma virusu konservləşdirir. Xəstəlikdən
məcburi kəsilmiş quşların traxeyasında - 8...-10°S temperaturda
virus 370 günə qədər, donmuş quş cəsədində isə - 18...-28°S
temperaturda isə 19 ay sağ qalır.
Liofilizasiya olunmuş və vakuum şəraitində virus 13,5 il ər
zində öz virulentliyi itirmir. Quş binalarında amil 6-9 günə, tor
pağa basdırılmamış quş cəsədlərində 30 günə, 1 m 20 sm dərin
liyində torpağa basdırılmış quş cəsədlərində isə 47 günə inak
tivləşir.
Əksər dezinfeksiya vasitələri zəif konsentrasiyada xəstəliyi
törədicisini tez məhv edir. Belə ki,natrium qələvisinin 1%-li,
krezolun 3%-li, xlorlu əhəngin 2%-li məhlulları herpes virusunu
1-2 dəqiqəyə inaktivləşdirir.
Epizootoloji m əlum atlar.
İnfeksion larinqotraxeit virusuna
təbii şəraitdə toyuqlar, hind quşları, qırqovullar, firənq toyuqla
rı həssasdır. Eksperimental olaraq virusu yuxarı tənəfflis yolla
rının selikli qişasına və konyuktivaya tətbiq etməklə xəstəliyi
əldə etmək mümkündür. Təbii şəraitdə yoluxma aerogen yolla
baş verir. Xəstəlik bütün yaş qrupuna mənsub olan quşlarda
qeyd edilir, ancaq 60-100 günlüklər daha çox həssaslıq göstərir.
1 7 1
İnfeksion larinqotraxeitə görə stasionar təsərrüfatlarda 25-30
günlük cücələrin də yoluxması müşahidə edilir.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirm iş
quşlar hesab edilir. Virusdaşıyıcılıq 2 ilə qədər davam edir. X əs
təlik törədicisinin yayılmasında virusla yoluxmuş hava, yem, su,
quşlara qullu vasitələri mühüm rola malikdir.
İnfeksiya törədicisinin ehtiyat mənbəyi qansoran buğum lu-
ayaqlı şəhəratlar hesab edilir. S.F.Şennikov və Y.A.Petrovskaya
göstərmişlər ki, diri vaksinlə peyvənd olunmuş quşlarda virus
daşıyıcılıq 1 ilə qədər davam edir.
İmmun olmayan quş qrupunda infeksion larinqotraxeit z ə if
epizootiyalar halında gedir. Stasionar təsərrüfatlarda daha çox
cavanlar qrupunun xəstələnməsi qeyd edilir. Xəstəlikdə stasio-
narlıq uzun müddət virusdaşıyıcılıq və quşların saxlanma texno
logiyasının pozulması ilə izah edilir. Binalarda quşların sıx yer
ləşdirilməsi, nəmliyin çox olması, ventilyasiya qurğularının pis
işlənməsi ilə əlaqədar bina daxilində karbon qazı, aıumonyak və
hidrogen-sulfıdin toplanması, həmçinin yem payının düzgün tu-
tulmaması infeksion larinqotraxeitin baş verməsi üçün zəmin
yaradır.
Virusun epizootik ştamlarının virulentliyi kəskin şəkildə
dəyişkəndir. Bəzi təsərrüfatlarda quşlar arasında immunlaşdırıcı
subinfeksiyaya səbəb olan zəif virulentli virus ştamlarının dövr
etməsi qeyd edilir. Virusun yumurta vasitəsilə yayılması
müəyyən edilmişdir.
İnfeksion larinqotraxeit bəzən çiçəklə, respirator mikoplaz-
mozla, kolibakteriozla, infeksion bronxit ilə qarışıq halda gedir.
Belə qarışıq infeksiyalar quşlarda letallıq faizini kəskin şəkildə
artırır.
Əlverişli yemləmə və saxlama şəraitində infeksion larinqot
raxeitin yayılması adətən 2-4 həftədən sonra tədricən zəifləyir
və ləğv olur.
172
P a tog en ez.
Virus orqanizmə konyunktivanın, ağlız və burun
boşluğunun selikli qişaları vasitəsilə daxil olduqdan sonra, qırt-
laq və traxeyanın selikli qişasının epiteli hüceyrələrində repro
duksiya edir, nəticədə burada serozlu-kataral iltihab və nüvəda-
xili cisim ciklər törədir. Zədələnmiş epitel hüceyrələrində sito-
plazmanın bölünməməsinə baxmayaraq nüvənin kəskin şəkildə
artması müşahidə edilir. Adətən 24 saatdan sonra virus qanda
görünür. Xəstəliyin bu dövründə respirator orqanların selikli qi
şalarında epiteli hüceyrələrinin deskvamasiyası, traxeyanın da
xilində isə qanla qarışıq selikli eksudat toplanır. Xəstəliyin son
rakı dövrlərində qırtlaq və traxeyanın selikli qişasının zədələn-
məsinin güclənməsi tək virusun təsirindən yox, həm də burada
distrofıki dəyişdiklərin baş verməsi ilə əlaqədardır. Yekunda tə
nəffüs yollarının mənfəzinin daralması və burada kezeozlu
kütlədən ibarət olan tıxacın yaranması nəticəsində quşlarda
boğulma və ölüm baş verir.
Dostları ilə paylaş: |