D iaqnoz.
Nyukasl xəstəliyinə diaqnoz qoymaq üçün kom
pleks diaqnostika üsulundan istifadə edilir. Yəni xəstəliyin epi-
zootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik
dəyişdikləri nəzərə alınır, dəqiq diaqnoz məqsədilə virusoloji
müayinə və seroloji reaksiyalardan istifadə edilir.
Patoloji materiallardan viruslu materialı əldə etmək üçün
ölmüş quşların beyni, traxeyası, dalağı və qaraciyərindən pH-ı
7,2 olan ətpeptonlu bulyonda, yaxud fosfat-bufer məhlulunda
suspenziyası hazırlanır. 1 ml suspenziyaya bakterial mikroflora-
nın məhv edilməsi üçün 3-5 min T.V.penisillin və stremtomisin
əlavə edilir. Sonra bu qarışığı fizioloji məhlulla: l:50-də durul
dub bundan 0,5 ml quşların əzələsinə və ya dərialtına infeksiya
edilir. Sonra çöküntü üzərindəki suspenziyanı götürüb 10-12
günlük toyuq embrionlarını alantois boşluğuna yoluxdurma apa
rılır. Yoluxdurulmuş quşların 3-10 gündən sonra embrionları isə
2-4 gündən sonra tələf olması patoloji materialda nyukasl xəstə
liyi virusunun olmasını göstərir.
150
Xəstəliyin diaqnostikasında hemadsorbsiyanın ləngiməsi reak
siyası, hemaqqlyutinasiya reaksiyası, hemaqqlyutinasiyanın lə
ngimə reaksiyası, neytrallaşma reaksiyası və s. istifadə edilir.
T əfriq i diaqnoz.
Xəstəliyi quşların qripindən, infeksion la-
rinqotraxeyitindən, infeksion bronxitdən, pasterellyozdan, spiro-
xetozdan və zəhərlənmələrdən təfriq etmək lazımdır.
Qripdən ölmüş quşlarda həmişə dərialtı toxumanın infiltratlı
şişi, pipik və saqqalın intensiv sianozluğu laboratoriya müayinə
si əsasında virusun ailəsi və cinsinin müəyyən edilməsi əsasın
da təfriq olunur.
İnfeksion larinqotraxeit zamanı quşlarda qırtlaq və traxeya-
nın kəskin iltihabı, qırtaqda xüsusi irinli tıxac aşkar edilir və vi
rusoloji tədqiqatın nəticəsi əsas götürülür.
İnfeksion bronxitdə mərkəzi sinir sisteminin zədələnmələri-
nə məxsus əlam ətlər olmur. Respirator sindrom və reproduktiv
orqanların zədələnmələri nəzərə çarpır. Virusoloji tədqiqatın
nəticələri əsas hesab edilir.
Pasterellyoz zamanı quşlarda ağ ciyərin kəskin iltihabı nəzə
rə çarpır. Parenximatoz orqanlarda çoxlu miqdarda qan sızmala
rı və qaraciyərdə nekroz ocaqları görünür. Baktorioloji müayinə
zamanı - Pasteurella miltocida mikrobu aşkar edilir.
Spiroxetoz zamanı toyuqlar dəstəsinə mənsub olan quşlardan
əlavə ördək və qazların da xəstəliyə tutulması müşahidə edilir.
Qanın müayinəsi zamanı - Spirocheta anserinum aşkar edilir.
Z əhərlənm ələrdə infeksion proses olmur, laboratoriya
müayinələrinin nəticəsi mənfidir, və yem dəyişdirildikdə xəstə
lik ləğv olur.
M ü alicə.
Səmərəli müalicə vasitələri olmadığına görə və
törədicinin yayılma təhlükəsi olduğunu nəzərə alaraq müalicə
aparılmır, xəstə quşlar öldürülür və yandırılır.
İm m u n itet.
Xəstəliyi keçirib sağalmış və peyvənd olunmuş
quşlarda immunitet yaranır. Belə quşların qan serumunda virus
151
neytrallaşdırıcı, komplementtesbitedici antitellər və antihemaq-
qlyutininlər müəyyən edilir.
Virulentlik dərəcəsinə və tropizm xüsusiyyətinə görə Nyu-
kasl xəstəliyi virusu 5 qrupa bölünür:
1) Viserotrop velogen ştamlar; 2) Neyrotrop velogen ştamlar;
3) Pnevmotrop mezogen ştamlar; 4) Respirator lentogen ştamlar;
5) Enterotrop apatogen ştamlar.
Viserotrop və neytrotrop velogen ştamlar yüksək dərəcədə
viaüentliyə malik olmaqla təsərrüfatlarda tipik nyukasl xəstəliyi
törədir və 100% ölümə səbəb olur. Laboratoriya şəraitində belə
ştamların reaktogenlik qabiliyyətini aşağı salmaq mümkün ol
madığı üçün bu qrupa mənsub olan ştamlardan Vaksin ştamları
əldə eğmək mümkün deyil.
Pnevmotrop mezogen ştamlar orta dərəcədə virulentliyə ma
lik olmaqla laboratoriya üsulları ilə onun reaktogenliyini aşağı
salmaq və
immunogenliyinin sabitliyini
təmin etmək
mümkündür. Bu qrup ştamlardan «H» Rqakin və Komarov vak-
sinləri əldə edilmişdir. Vaksinlərin müsbət cəhəti onun 48 saa
ta yüksək gərginlikli immunitet yaratmasıdır. Mənfi cəhəti on
dan ibarətdir ki, vaksin qrup şəklində yox, fərdi qaydada inyek-
siyalar yolu ilə tətbiq olunur. Bundan əlavə bəzən vaksiyanasi-
yadan sonra mürəkkəbləşmələr də müşahidə edilir.
Mezogen vaksin ştamları 2 aylıqdan aşağı quşlarda işlədil
mir. Bundan əlavə əvvəllər lektogen vaksin ştamları ilə pey
vənd olunmamış quşlarda da tətbiqinə icazə verilmirdi.
Lepto gen və apatogen ştamlar vaksin hazırlanmasında əsas
mənbə hesab edilir.
Respirator leptogen ştamların virulentliyi zəifdir və bunlar
spontan zəif gedişli infeksiyalar zamanı əldə edilir. Belə ştam
lardan Bİ, La-Sota, Bor-74 və s. vaksinləri hazırlanmışdır. Bu
vaksinlərin müsbət xüsusiyyəti onların enteral və aerozol tətbiq
edilməsidir. Mənfi cəhəti ilə yüksək gərginlikli immunitetin əl
152
də edilməsi üçün vaksin bir neçə dəfə xüsusi sxem əsasında tət
biq olunmasıdır.
Apatogen ştamlardan Ulster 2 C və Phy ZMV 42 vaksin
ştamları əldə edilmişdir ki, bunlarda əsasən Leptogen vaksin
ştamlarında olduğu kimi enteral və aerozol halında tətbiq olunur
və vaksinasiyadan sonra heç bir mürəkkəbləşmə qeyd edilmir.
Çünki onların virulentliyi çox zəifdir və enterotrop olduqlarına
görə heç bir postvaksinal reaksiyalar törətmir.
Lentogen və apatogen vaksin ştamları nyukasl xəstəliyinin
spesifik profilaktikası üçün mühüm rola malikdir. Ancaq bu vak-
sinlər ilk dəfə quşlara tətbiq olunduqda bəzən postvaksinal reak
siyalara səbəb olur. Belə hal 2 səbəbdən meydana çıxır.
Birinci səbəb ondan ibarətdir ki, bu qeyd olunan zəiflədilmiş
vaksinlərdə bəzən qalıq patogenlik müəyyən qədər qalır. Pato-
genliyin intraserebral indeksi testinə görə qalıq patogenlik 0,2-
dən (B İ) 0,44-ə qədər (La-Sota) dəyişilə bilir.
İkinci səbəb - bu ştamların respirator tropizmi ilə əlaqədar
dır. Ona görə də bu ştamlar tənəffüs üzvlərinin selikli qişasında
reproduksiya edir. Nəticədə quşlarda respirator sindromlarla
özünü göstərən zədələnmələr qeyd olunur. Onu da qeyd etmək
lazımdır ki, zədələnmə dərəcəsi quşların kliniki statusundan və
xarici mühitin temperaturasından, nisbi nəmliyindən, quş binala
rında sıxlıq dərəcəsindən, döşənəyin keyfiyyətindən, ammon-
yakın faizindən və s. asılıdır. Vaksinasiyadan 3-5 gün əvvəl və
5-7 gün sonra antibiotiklərin və sulfanilamid preparatlarının quş
lara verilməsinə icazə verilmir. Yüksək gərginlikli və uzun
müddətli immunitetin əldə edilməsi üçün peyvənddən 5-7 gün
əvvəl və sonra yem payına vitaminlər əlavə edilməlidir.
P rofilaktika və m übarizə təd birləri.
Xəstəliyə görə sağ
lam təsərrüfatlara virusun müxtəlif yollarla daxil olmasına im
kan verilməməlidir. Təsərrüfata daxil olmuş quş partiyası 30
gün profilaktiki karantində saxlanmalıdır.
153
Quş fabrikləri və fermaları ətraf ərazidən təcrid edilməli və
kənar şəxslərin belə müəssisələrə daxil olmasına icazə verilmə
məlidir.
Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda epizootik plan
əsasında baytarlıq qanundakı təlimatlar əldə rəhbər tutaraq spesi
fik və ümumi profilaktik tədbirlər vaxtında yerinə yetirilməlidir.
Quşçuluq müəssisələrinə quşun və quş ətinin daşınmasından
sonra daxil olmuş hər cür taralar 3%-li soda məhlulu ilə yuyul
malı və hər m3 həcmə 40%-li formalini 15-20 ml hesabı ilə dezin
feksiya aparılmalıdır. Bu zaman dezinfeksiya kamerasında tem
peratura 12-150S-dən az olmamalıdır.
Quşlar yaş qrupu əsasında yoxlanmalıdır.
Nyukasl xəstəliyi təsərrüfatlarda müşahidə edildikdə karan-
tin tətbiq edilir. Xəstə quşlar öldürülür və yandırılır, xəstələrlə
kontaktda olan quş qrupu kəsilir və termiki işləndikdən sonra rea-
lizasiya olunur. Təhlükə altında olan quş qrupu vaksinasiya edi
lir. Karantin dövründə quşun, quş ətinin və yumurtanın kənara
çıxarılmasına icazə verilmir. Qiyməti az olan avadanlıqlar yan
dırılmaqla zərərsizləşdirilir, quş binaları və inventarlar 1,5%-li
natrium qələvisi, 3%-li xlorlu əhəng məhlulu, 5%-li kreolin
emulsiyası ilə dezinfeksiya edilməlidir. Xəstə quş qrupundan
ayrılmış peyin yandırılır, şərti sağlamlardan toplanmışlar isə bi-
otermiki üsulla zərərsizləşdirilir.
Karan təsərrüfatdan xəstə quşların ləğvindən 30 gün keçmiş
və son dezinfeksiya aparıldıqdan sonra götürülür.
Qrip
Quşların qripi (Qrippus avium, quşların avropa taunu, klassik
taunu, lambard xəstəliyi) kontagioz, virus etiologiyalı xəstəlik
olub ümumi zəiflik, şişlər, tənəffüs və həzm orqanlarının zədə-
lənmələri ilə səciyyələnir.
154
Tarixi m əlum at.
Xəstəlik ilk dəfə 1880-ci ildə İtaliyada
Perronçito tərəfindən «toyuqların eksudativ tifi» kimi qeyd edil
mişdir. Sonradan bu xəstəlik müxtəlif ölkələrdə də müşahidə
edilmiş və ayrı-ayrı adlarla daha çox isə quşların avropa taunu və
quşların klassik taunu kimi adlandırılmışdır. 1901-ci ildə İtaliya
alimləri Gentani və Savonusi xəstəliyin törədicisinin virus olma
sını göstərmiş və bunu - exudativus qalinarum adlandırmışlar.
Uzun müddət bu xəstəlik quşların klassik və ya avropa taunu ki
mi qeyd edilmiş, yalnız 1955-ci ildə törədicini influenza virus A
kimi və xəstəliyi isə 1971-ci ildə quşların qripi kimi qeyd etmiş
lər. Rusiyada xəstəlik ilk dəfə 1902-ci ildə M.Q.Tartakovski tə
rəfindən qeyd edilmiş, sonralar isə V.N.Syurin, N.Q.Osidze və
başqaları tərəfindən ətraflı şəkildə öyrənilmişdir.
X ə stəliy in törədicisi.
Bu RNT-li virus olub, ortomiksovirus-
lar ailəsinin, mikrovirus tipinin inflyuenza cinsinə mənsubdur.
Ölçüsü 80-120 nm-dir, və 8 yarımtipi mövcuddur (A1-A8).
Nyuksal xəstəliyi virusundan fərqli olaraq qrip virusu turşulara
həssas, qələvilərə isə davamlılığı ilə səciyyələnir. İmmunobio-
loji xüsusiyyətinə görə Nyukasl xəstəliyi virusundan kəskin şə
kildə fərqlənir. Xəstəliyin törədicisi insanların: atların və do
nuzların A tip qrip virusu ilə müəyyən qohumluğu aşkar edil
mişdir. Virus toyuq embrionunda və hüceyrə kulturalarında re
produksiya edir, bir çox quş növlərinin, məməli heyvanların və
insanların eritrositinə görə hemmaqlyutininləşdirici xüsusiyyətə
malikdir. Quş orqanizmində virus antihemaqqlütinin, virus ney
trallaşdırım və komplement təsbitedici antitellər yaradır.
D a vam lılığı.
Virus 65-70°S temperaturda 3-5 dəqiqəyə və
100°S temperaturda isə ani olaraq tələf olur. Aşağı temperatura
şəraitində virus infeksion və hemaqqlütininləşdirici xüsusiyyə
tini bir neçə həftə saxlayır, çürüyən quş cəsədlərində bir neçə
aya qədər sağ qalır. Virusu aşağı temperatura və liofilizasiya ha
lında 2 ilə qədər saxlamaq mümkündür. Dərin dondurma şərai
155
tində (-70°S) virus ətdə 1 ilə qədər öz virulentliyini itirmir. Gü
nəş quşlarının təsirinə 2 həftəyədək davam gətirir. Virus 5%-li
karbol turşusunun, 3%-li xlorlu əhəngin, 2%-li natrium qələvisi
məhlullarının təsirindən tez inaktivləşir.
Epizootoloji m əlum atlar.
Qrip bir çox ev və vəhşi quş
növündə aşkar olunmuşdur. Yaşlı quşlar cavanlara nisbətən xəs
təliyə daha çox həssaslıq göstərir. Toyuqlardan, hind quşların
dan və göyərçinlərdən ayrılmış virusun Al yarım tipi bir çox la
boratoriya təcrübə heyvanları üçün patogendir. Quşların qrip vi
rusunun elə ştamları aşkar edilir ki, onların superkapsid qişasın
da neyraminidaza ferment var və bu xüsusiyyətinə görə insanla
rın və atlarına qrip virusu ilə eynilik təşkil edir. İnsanların qrip
virusun quşlar arasında dövr etməsi təcrübələr əsasında təsdiq
edilmişdir. Onu da qeyd etmək lazımdır ki, vəhşi və ev quşları
arasında eyni vaxtda insanların, quşların və ev heyvanlarının
qrip virusunun antigenlik cəhətdən müxtəlif növünün dövr et
məsi də müəyyən edilmişdir.
Quşların qrip virusu təsərrüfatlara yemlə, quşlara qulluq va
sitələri ilə daha çox isə quş əti və yumurta daşman, dezinfek
siya edilməyən taralarla gətirilir. Zəif vimlentliyə malik olan vi
rusun quş orqanizmindən bir neçə dəfə passaja onun virulentli
yini kəskin şəkildə artırır. Qrip infeksiyası təsərrüfatlarda qısa
dövr ərzində bütün həssas quş qrupunu yoluxdurur.
Eksperimental olaraq parenteral və enteral yollarla quşlarda
xəstəliyi törətmək mümkündür.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
quşlar hesab edilir. Virus daşıyıcılıq belə quşlarda 2 aya qədər da
vam edir. Virus xəstə quş orqanizmindən əksər sekret və ekskret-
ləri vasitəsilə xarici mühitə ayrılır. Xəstəlik törədicisinin yayıl
masında bir çox gəmirici növləri, vəhşi quşlar böyük rola malik
dir. Virusdaşıyıcılıq sayəsində təsərrüfatlarda epizootik ocaq fasi
ləsiz şəkildə fəaliyyətdə olur ki, buda stasionarlıqla nəticələnir.
156
Qripə görə qeyri-sağlam təsərrüfatlarda bir qayda olaraq quş
lar kolibakteriozla, infeksion larinqotraxeitlə və respirator miko-
plazmozla xəstələnirlər. Yaşlı xəstə quşlarda yumurta məhsul
darlığı 40-60% aşağı düşür və kliniki sağlamadan 1,5-2 ay keç
miş bərpa olunur. Onu da qeyd etmək lazımdır ki, qriplə xəstə
lənmədən sonra onların nyukasl xəstəliyi, infeksion larinqotra-
xeit, infeksion bronxit və çiçəyinə qarşı olan immuniteti itir.
Qriplə xəstələnmə 80-100%, letallıq isə 10-90% arasında
olur.
P atogen ez.
Virusun patogenlik dərəcəsi, orqanizmdə tropiz-
mi və quşların rezistentliyindən asılı olaraq xəstəliyin generali
zasiya və respirator forması müşahidə edilir. Tənəffüs yollarının
selikli qişasına düşmüş virus fəal şəkildə reproduksiya edir və
ümumi qan dövranına düşür. Sonra virus eritrositlər tərəfindən
absorbsiya olunur və bütün orqanizmə yayılır. Ən çox parenxi-
matoz orqanlara miqrasiya edir və burada onun təkrar reproduk
siyası başlayır. Virusun reproduksiyası bir qayda olaraq toksiki
məhsulların toplanması ilə müşayət olunur. Həmin toksiki məh
sulların təsirindən quşlarda ümumi intoksikasiya və ölüm baş
verir.
Qrip virusunun əksər virulentli ştamları quşlarda xəstəliyin
generalizasiya formasını törədir. Bu zaman limfoid orqanların hi-
poplaziyası, limfositopeniya və orqanizmin qoruyucu qüvvəsi
zəifləyir, nəticədə viremiyanın baş verməsinə, ayrı-ayrı orqan və
toxumaların hüceyrələrində virusun replikasiyasına səbəb olur.
G ed işi və kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
spontan qrip zamanı 1-5 günə, eksperimental qripdə isə 12-36
saata qədər davam edir. Xəstəlik iti, yarım iti və xroniki gedişlə
özünü göstərir.
Xəstə quşlarda ümumi zəiflik, iştahın zəifləməsi, konyunk-
tivit, tənəffüsün çətinləşməsi müşahidə edilir. Quşlar başlarını
aşağı sallayaraq gözləri yumulu halda olur. Görünən selikli qişa
157
lar hiperemiyalı və şişkindir, bəzən ağızdan yapışqanlı mayenin
ayrılması, burun dəliklərinin yapışqanlı eksudatla tutulması nə
zərə çarpır.
Quşların bəzilərində başın şişməsi, pipik və saqqalın kəskin
sianozlu görünür. Temperatura xəstəlik zamanı 44°S-yə qədər
yüksəlir və ölüm qabağı 30°S-yə qədər aşağı düşür. Qrip virusu
nun Al yarım tipi yoluxmuş quşlarda ölüm 100% təşkil edir.
Yarım iti və xroniki gedişdə letallıq zəif olmaqla 20%-dən
yuxarı qalxmır.
Qripin bütün gedişlərində quşun baş, boyun, döş nahiyyələ-
rinin dərialtı toxumalarında infıltratın toplanması nəticəsində şiş
nəzərə çarpır. Bəzi quşlarda qıcolma, hərəkət müvazinətinin
pozulması, ətrafların parezi müşahidə edilir.
Xəstə quşlarda respirator simptomokomplekslə bərabər həm
də diareya qeyd olunur.
Vaxtilə M.T.Tartakovski qripin kliniki əlamətləri və patolo-
ji-anatomik dəyişdiklərinə əsasən onun tif, bağırsaq, sinir, difte-
ritiki və ağciyər vormalarını göstərmişdir. M üəllif hind quşların
da qripin əsasən bağırsaq formasının geniş yayılmasını qeyd et
mişdir.
Qaz və ördəklərdə kliniki əlamətlər toyuqlarda olduğu kimi
dir, ancaq həm də sinir oyanıqlığı əlamətləri üstünlük təşkil edir.
P atoloji-anatom ik d əyişd ik lər.
Quşların qripindən ölmüş
quşlarda hemorroji diatez, sarımtıl mayenin çənəaltı sahədə, göz
ətrafında toplanması, qarın, köks və perikardial boşluqlarda isə
jelatinvari eksudatın toplanması aşkar edilir. Dərialtı toxumada,
skelet əzələlərində, miokardda qan sızmalar görünür. Quş cə
sədlərinin 45%-də rinit, farinqit və konyuktivit, 60%-də həzm
traktında qansızmalar nəzərə çarpır. Qrip zamanı quş cəsədlə
rində həmişə qastroenterit, peritonit, bronxit, perikardit, pnev-
moniya, aerosakkulit, daxili orqanların hamısında venoz durğun
luq, baş beyində hemorroji meninqit aşkar edilir.
158
Histoloji müayinələr zamanı müxtəlif orqan və toxumalarda
durqun hiperemiya, dalaq və qaraciyərdə danəli distrofıya və
parenxiına hüceyrələrinin nekrozu, ağciyərdə şişkinlik və qan
sızmalar, baş beyinin hemorroji iltihabı, beyin maddəsinin yum
şalması, neytronların distrofıyası, qliya hüceyrələrinin prolifera-
siyası nəzərə çarpır.
Xəstəliyin yarımiti və xroniki gedişindən ölmüş quş cəsəd
lərində kataral-hemorroji enterit, bağırsaq xovlarının qalınlaş-
ması, deformasiyaya uğraması, 12-barmaq bağırsağın selikli qi
şasının epiteli hüceyrələrində sitoplazmatik cisimciklər qeyd
edilir. Qaraciyər, böyrək və miokard qan damarlarının doluqan-
Iılığı bunların parenxima hüceyrələrinin danəli və yağ distrofı-
yası halında olması müşahidə edilir.
D iaq n oz.
Qripə diaqnoz qoymaq üçün onun epizootoloji
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik
ləri nəzərə alınır, diaqnozun dəqiqləşdirilməsi və oxşar xəstə
liklərdən təfriq etmək üçün virusoloji müayinələr və seroloji reak
siyalardan istifadə edilir.
Virusoloji müayinə üçün quş cəsədlərinin ayrı-ayrı orqanla
rı götürülərək təcili şəkildə rayon baytarlıq laboratoriyalarına
göndərilir. İlin isti fəsillərində patoloji materialın xarab oqlma-
ması üçün buqlar dondurulmuş halda və ya 50%-li qliserində
göndərilməlidir.
Viruslu materialın əldə edilməsi üçün patoloji material steril hə
vəng-dəstədə və ya homogenizatorda doğranır və fosfat-bufer məh
lulunda suspenziyası alınır. Süzüldükdən sonra bunun hər 1 ml-nə 5
min. TV penisillin və streptomisin əlavə edilir. Belə fıltratdan 9-12
günlük toyuq embrionlannın allantois boşluğuna inyeksiya edilir. Yo
luxdurmadan 48 saat keçmiş allantois mayesini götürüb hemaqqlyu-
tinasiya reaksiyası vasitəsilə serumun olub-olmamasına görə yoxla
nır. Bundan əlavə virusun sitopatik təsirini müəyyən etmək üçün to
yuq embrionlannın çoxqatlı hüceyrə kulturasından istifadə edilir.
159
Virusun patogenliyini yoxlamaq məqsədilə 2-4 aylıq cücələr
0,5-1 ml miqdarında viruslu suspensiya ilə əzələ içi yoluxduru
lur. Patoloji materialda qrip virusunun olması yoluxdurulmuş
cücələrdə 3-5 gündən soqra bəzən ölümlə nəticələnən respira
tor simptomlar kompleksinin meydana çıxması ilə təsdiq olunur.
Xəstəliyin diaqnostikasında seroloji reaksiyalardan he-
maqqlyutinasiyanın ləngiməsi reaksiyası, presipitasiya reaksiya
sı, komplementin birləşməsi reaksiyasından istifadə edilir.
Praktiki olaraq kütləvi müayinələrdə hemaqqlyutinasiyanın
ləngiməsi reaksiyası sadə və spesifıkdir. Bu reaksiyadan həmçi
nin xəstəliyi keçirmiş quşların retrospektiv diaqnostikası üçün
istifadə edilir.
T əfriq i diaqnoz.
Qripin generalizasiya formasını nyukasl
xəstəliyindən, respirator formasını isə respirator mikoplazmoz,
infeksion bronxit, infeksion larinqotraxeit və digər respirator xəs
təliklərdən təfriq etmək lazımdır. Bütün hallarda virusoloji
müayinələrin və seroloji reaksiyaların nəticələri əsas götürülür.
M ü alicə.
Qriplə xəstə quşlar müalicə edilmir. Onlar qansız
üsulla öldürülür və yandırılır.
İm m unitet.
Xəstəliyi keçirmiş sağalmış quşlarda gəoginliyi
6 aya qədər davam edən qeyri-steril immunitet yaranır. Spesifik
profilaktika məqsədilə hal-hazırda inaktivləşdirilmiş alümi-
nium-hidroksidli embrion vaksin, maye və quru inaktivləşdiril
miş vaksinlərdən istifadə edilir. Embrion vaksin 14 gün fasilə
ilə 2 dəfə, digərləri 1 dəfə əzələyə vurulur. Vaksinasiya yalnız
kliniki sağlam quşlarda 45 günlükdən etibarən aparılır. Vaksina-
siyadan 2-3 həftə keçmiş immunitet yaranaraq quşları 6 ay qo
ruyur. İmmunitetin gərginliyi vaksinasiyadan 21-30 gün keçmiş
hemaqqlyutinasiyanın ləngiməsi reaksiyası vasitəsilə yoxlanır.
Yoxlanılan quşların 80%-də antihemaqqlyutininlərin titri 1:10-də
olursa immunitet gərginlikli hesab edilir.
P rofilaktika v ə m übarizə təd b irləri.
Xəstəliyin profilakti
1 6 0
kası məqsədilə müxtəlif yaş qrupuna mənsub olan quşların ayrı-
ayrılıqda saxlanması və baytarlıq-sanitariya tədbirlərinin planlı
qaydada aparılması mühüm əhəmiyyətə malikdir. Quş sexlərin
də profilaktiki fasilələrdən sonra binalarda əsaslı mexaniki tə
mizlik aparıldıqdan sonra və ardıcıl olaraq 3 dəfə dezinfeksiya
aparılmalıdır. Xəstəliyə görə salamat təsərrüfatlarda onun qrip
virusu ilə yoluxmasının qarşısını almaq məqsədilə təsərrüfatla
ra quşlar və onların məhsulları yalnız sağlam təsərrüfatlardan
alınmalıdır. Quşların və onların məhsullalırının daşınmasında is
tifadə edilən nəqliyyat vasitələri, taralar və digər avadanlıqlar
ciddi şəkildə dezinfeksiya edilməlidir.
Xəstəlik baş verən təsərrüfatlara karantin qoyulur. Əgər xəs
təlik yalnız bir quş binasında görünürsə onda xəstə və xəstəliyə
şübhəli quşların hamısı qansız üsulla öldürülür və yandırılır, di
gər quş qrupunu isə ət üçün kəsirlər. Əgər xəstəlik bir neçə quş
binasında aşkar edilirsə gündəlik olaraq xəstə və zəif quşlar çıx
daş edilib məcburən kəsilir, quş cəmdəyində patoloji-anatomik
dəyişdiklər müşahidə edilirsə onlar daxili orqanları ilə birlikdə
texniki itilləşməyə göndərilir. Əgər dəyişdik qeyd olunmursa
onda daxili orqanlar utilləşdirilir, cəmdək isə bişirilir və qida
vasitəsi kimi istifadə edilir. Xəstə quşlardan alınmış yumurtalar
10 dəqiqə qaynadılmaqla zərərsizləşdirilir.
Quş binalarının cari dezinfeksiyası üçün 3%-li natrium qələ
visi, 1%-li formaldehid, 3%-li xlorlu əhəng məhlulu və s. istifa
də edilir.
İnkubasiya məqsədilə yumurtalar yalnız sağlam təsərrüfat
lardan götürülməlidir. İnkubatordan götürülmüş hər bir cücə
partiyaları uyğun zoogigiyniki şəraitdə saxlanmalı və 45
günlüyə çatdıqda inaktivləşdirilmiş vaksinlərlə müvafiq təlimat
əsasında peyvənd edilməlidir.
Şərti sağlam quş qruplarının kəsimindən əldə edilmiş tük və
lələklər xüsusi quruducu qurğularda 85-900S temperaturda 15
1 6 1
dəqiqə ərzində qurudulmalı, yaxud müəyyən həcmə malik olan
qablarda 3%-li isti (45-500S) formaldehid məhlulu ilə 30 dəqi
qə ərzində dezinfeksiya edilir və sonra qurudulur.
Karantin, xəstəliyə görə qeyri-sağlam quş qrupunun kəsimi
nin aparılması və son dezinfeksiya aparılmasından sonra
götürülür.
Dostları ilə paylaş: |