P atogenez.
Xəstəliyin patogenezi yoluxma yolundan, orqa
nizmə daxil olmuş mikrobun dozasından, mikrobun virulentlik
dərəcəsindən, quş orqanizminin rezistentliyindən asılıdır. Ali-
mentar yoluxma zamanı həzm traktına düşmüş amil m ədə-bağır
saq sisteminin selikli qişasında toplanır və bağırsaq divarının
limfofollikullarında saxlanır. İlk patoloji dəyişdiklər elə burada
verir ki, buda limfofollikulların hiperplaziyası və eritelioid tu-
berkulların yaranması ilə özünü göstərir. Bağırsaqdan mikobak-
teriyalar limfa vasitəsilə qaraciyərə toplanır və burada ilkin epi-
telioidli və ya limfoidli histositar tuberkullar inkişaf edir. Aero-
gen yoluxma zamanı ağciyərdə də belə analoji dəyişdiklər qeyd
olunur.
Quşların vərəm ində əsas tipik zədələnm ə epitelioid
düyünlərin əm ələ gəlməsilir. Bunun inkişafının ən ilkin m ərhə
ləsi proliferasiya və epitelioid hüceyrələrin mərkəzə toplanma
sı və bunların ətrafında limfoid hüceyrələrdən ibarət xüsusi kap-
sulanın əm ələ gəlməsidir. Sonrakı inkişafla əlaqədar olaraq bu
rada epitelioid hüceyrələrin miqdarı çoxalır, eyni zamanda
düyündə vərəm çöpləri də çoxalır. Bu çöplər isə öz növbəsində
distrofıki dəyişdiklər törədir. Epitelioid hüceyrələri arasında nə
həng hüceyrələr meydana çıxır. Daha sonra hüceyrə elementlə
240
rinin əvvəlcə mərkəzdə, sonra isə periferiyada nekroz yaranır.
Bundan sonra isə düyün ətrafında birləşdirici toxumadan ibarət
olan kapsula əm ələ gəlir.
Əgər orqanizmi ümumi müqavimət qüvvəsi kifayət dərəcə-
dədirsə vərəm düyünü ətrafında kapsula daha da qalınlaşır və
buradan iltihab qonşu sahələrə yayılmır.
Prosesin generalizasiya formasında vərəm prosesi ilkin ocaq
dan hematogen yolla yayılır və orqanda çoxlu miqdarda submi-
liar və miliar tuberkulalar əmədə gəlir. Bu zaman ən əvvəl qa
raciyər, dalaq, bağırsaq və ağciyər zədələnir.
İti gedişli miliar vərəm sonradan xroniki gedişə çevrilir, in-
feksion prosesin sönməsi və kəskinləşməsi bir-birini əvəz edir.
G ed işi v ə k lin iki əlam ətləri.
İnkubasiya dövrünün müddəti
dəqiq şəkildə məlum deyil. Ümumiyyətlə yoluxmadan bir neçə
ay keçmiş bəzi kliniki əlamətlər müşahidə edilir. Əksər xəstə
quşlarda kliniki əlam ətlər xarakterik olmadığı üçün bunları aş
kar etmək üçün allergiya sınaqlarından istifadə edilir.
Şərti olaraq vərəmin açıq və qapalı formaları qeyd edilir.
Açıq vərəm zamanı amil vərəm ocağından müxtəlif vasitələrlə
xarici m ühitə yayıldığı halda, qapalı vərəmdə belə hal müşahi
də edilmir. Ona da qeyd etmək lazımdır ki, xəstəliyin gedişi və
rəm törədicisinin virulentlik dərəcəsi və orqanizmin ümumi re
zistentliyindən asılıdır.
Xəstə quşlar az hərəkətli olmaqla iştahı normada olmasına
baxmayaraq sürətlə arıqlayırlar. Pipikləri solğun və bürüşmüş
olur, yumurta məhsuldarlığı kəskin şəkildə aşağı düşür. Xarak
terik kliniki simptomlardan biri döş əzələlərinin atrofıyası hesab
edilir. Bağırsaqlam zədələnmələri zamanı güclü ishal, qaraciyə
rin zədələm ələri ilə əlaqədar olaraq dəri və selikli qişaların sa
rılığı müşahidə edilir. Əgər prosesə sümüklər tutlubsa quşlarda
axsaqlıq və ayaq pəncəsində şişəbənzər törəmələr nəzərə çar
pır.
Adətən quşlarda vərəm xroniki gedir və kliniki əlamətlərin
241
görünməsindən onun ölümünədək bir neçə ay lazımdır. Ona gö
rə də quşlarda ölüm həddən artıq arıqlama nəticəsində baş verir.
Bəzən toyuqlarda qəflətən ölüm baş verir ki, buda qaraciyər və
dalağın kəskin şəkildə zədələnmələri nəticəsində onların cırıl
ması ilə izah olunur.
Hind quşları, qaz, ördək, göyərçin və digər quş növlərində
toyuqlara nisbətən kliniki əlamətlər daha az nəzərə çarpır. X ə s
təlik uzun müddətlidir, tədricən inkişaf edir, kliniki əlam ətlər
toyuqlarda olduğu kimidir.
P atoloji-anatom ik d əy işilik lər.
Uzun müddətli və xroniki
gedişli vərəmdə patoloji-anatomik dəyişiliklər yaxşı inkişaf et
miş olur. Quş cəsədləri arıq, skelet əzələləri və xüsusilə döş
əzələləri atrofıyalıdır. Dəri quru və anemiyalı, bəzən isə sarım
tıl rəngdə görünür. Görünən selikli qişalar solğun və bəzən sia-
nozludur. Daxili orqanlarda müxtəlif böyüklükdə sarımtıl-boz
yaxud bozumtul-ağ rəngdə çoxlu miqdarda vərəm ocaqları (tu-
berkulalar) aşkar edilir. Qaraciyər və dalaq böyüyür. X üsusilə
qaraciyər bəzən bir neçə dəfə böyükməklə köks-qarın boşluğu
nun çox hissəsini tutur. Parenximası kövrək olur, təsir etdikdə
asanlıqla cırılır, boz-qırmızı və ya boz-yaşıl rəngdə olur, ü zərin
də isə çoxlu miqdarda və müxtəlif böyüklükdə tuberkulalar
görünür. Ağır formalı zədələnmə zamanı qaraciyər və dalağın
cırılması və qarın-köks boşluğuna qan sızmalar nəzərə çarpır.
Bağırsaqlarda çoxlu miqdarda tuberkulalar müşahidə edilir.
Bunların ölçüsü darı dənəsindən quş yumurtasına qədər olur. İri
düyünlər - konqlomeratlar bağırsaqların selikli qişasının tam lı
ğının pozulmasına və bağırsaq mənfəzinə çoxlu miqdarda tərki
bində mikobakteriyalar olan nekrotiki kütlənin keçməsinə səbəb
olur ki, buda bağırsaq vərəminin açıq forması adlanır. Tuberku
lalar qarın-köks boşluğuna açılmır. Əgər bağırsaq divarının
bütün qatları prosesə tutulursa bu zaman yapışıqlı peritonit inki
şaf edərək bağırsaq əyriliklərini bir-birilə möhkəm şəkildə bir
ləşdirir. Çoxlu miqdarda milyar tuberkulalar həm də müsariqə-
242
də və hava yolları kisələrində görünür.
Böyrəklərdə zədələnmə nadir hallarda görünür, onlarda
əmələ gələn tuberkulalar kiçik olmaqla əsasən kapsula altında
inkişaf edir. Yumurtalıq və yumurta borularında tuberkulalar na
dir hallarda müşahidə edilir.
Ağ ciyərlərdə zədələnmələr həm müxtəlif dərinliklərində
və həm də plevra altında görünür. Burada tuberkulalar kiçikdir.
Ancaq bəzən də iri ölçülüləri də qeyd edilir. Əgər iri həcmli tu-
berkulaların nekrotiki prosesə tutulması kəskin şəkildə gedirsə
bu zaman parenximada kavemalar inkişaf edir və bunların içəri
sində boz və ya boz-yaşıl rəngdə kazeozlu kütlə aşkar edilir. Ka-
vema divarı fıbroz birləşdirici toxumadan təşkil olunur. Bəzən
ağır gedişli milyar vərəmdə prosesə plevra da tutulur, plevral
boşluqlarda tərkibində nekrotiki kütlə olan serozlu-fıbrinozlu
kütlə toplanması müəyyən edilir.
Hava kisələri prosesə tutulduqda onların divarlarının qalın-
laşması və bunun üzərində çoxlu miqdarda bərk kütləli boz rəng
də submilyar və milyar düyünlər nəzərə çarpır. Çox vaxt plev-
ranın seroz vərəqləri hava kisələrinin divarları ilə birləşir.
Sümük vərəmi zamanı daha çox borulu sümüklərin zədələn-
məsi, osteomielitlərin baş verməsi qeyd olunur. Sümük iliyində
çoxlu miqdarda xırda tuberkulalar görünür və digər orqanlarda
yaranmış tuberkulalalardan fərqli olaraq onlar solğun-sarı rəng
də olur, konsistensiyası yumşaqlar, kapsulası aydın şəkildə nə
zərə çarpmır və irilərinin içərisində kazeozlu kütlə aşkar edilir.
M üxtəlif quş növlərində vərəmin patoloji-anatomik dəyişi-
liklərini müqayisə etdikdə məlum olur ki, toyuqlarda olduğu ki
mi hind quşlarında də ən çox proses qaraciyər və dalaqda gedir.
Ördək və qazlarda proses daha çöz ağ ciyərdə nəzərə çarpır.
Histoloji müayinə zamanı müəyyən olunmuşdur ki, toyuq
lardan fərqli olaraq hind quşları və ördəklərdə epitelioid düyün
həmişə geniş sahəli limfoid hüceyrələrlə əhatə olunur. Ördək
və qazlarda tuberkulalar nekroz yaranana qədər kapsula içərisi
243
nə alınır. Hind quşlarında düyünün kapsulası ləng inkişaf edir və
digər quş növlərindən fərqli olaraq tam şəkildə inkişaf etmir.
D iaqnoz.
Quşların vərəminə diaqnoz qoymaq üçün onun
epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anato
mik dəyişdikləri nəzərə almır, bakterioloji müayinə və immu-
noloji diaqnostika üsullarından istifadə edilir.
Xəstəliyin diaqnostikasında bakterioloji müayinə ən dəqiq
hesab edilir, ancaq nəticəsi üçün kifayət qədər vaxt tələb olunur.
Bakteriyoloji müayinədə bakterioskopiyadan, amilin təmiz kultu-
rasınm alınmasından və bioloji sınağın qoyulmasından istifadə edilir.
Bakterioskopiyada patoloji materialdan yaxma hazırlanaraq
alovda təsbit edilir, Tsil-Nilsen üsulu ilə boyayıb mikroskopun
immersion sistemində mikroskopiya edilir. Bilmək lazımdır ki,
materialda mikobakteriyalar bəzən az olur, ona görə də m ate
rialdan götürülmüş nümunələr sentrifuqalaşdırma və flotasiya
üsullarından istifadə edilməlidir.
Mikobakteriyaların təmiz kulturasını əldə etmək üçün qida
mühitlərinə əkməzdən əvvəl verilmiş patoloji materiallar Qona,
Levenşteyn-Şumioşi və ya Alikayev üsulu ilə işlənir və nəticə
də alınmış patoloji materialların suspenziyasından qida m ühitlə
rinə əkilir. Bu məqsədlə ən çox Petranyani, Qelberq və s. qida
mühitlərindən istifadə edilir. Bioloji sınaq hind donuzları, ada
dovşanları və toyuqlar üzərində qoyulur.
Vərəmin diaqnozunda allergiya sınaqları daha böyük ə h ə
miyyətə malikdir. Uzun müddət bu məqsədlə alttuberkulindən
istifadə edilmişdir. Hal-hazırda bu məqsədlə quşların vərəminin
müəyyən edilməsi məqsədilə alttuberkulinlə bərabər quşlar
üçün hazırlanmış qum tuberkulo-proteindən (PPD-protein puri
fied derivat) istifadə edilir. Bu allergenlər toyuqların saqqalına,
hind quşlarına çənəaltı, sırğacığa, qaz və ördəklərə çənəaltı qı
rışa, təbiətdə sərbəst yaşayan quş növlərində isə dizin xarici sət
hinə (diz qapağından 1-2 sm yuxarı) inyeksiya edilir.
Quş növlərinin hamısına allergenlər 0,1 ml dozada vurulur
244
və reaksiyanın nəticəsi 30-36 saatdan sonra yaxlanır. İnyeksiya
yerində nəzərə çarpan şişin əmələ gəlməsi onların vərəmlə xəs
tə olmasını göstərir.
Allergiya sınağı yüksək dərəcədə spesifıkdir, ancaq quşlar
antipik mikobakteriyaların quş tipi ilə yoluxduqda reaksiyanın
spesifikliyi pozulur, yəni quş vərəmlə xəstə olmamasına bax
mayaraq əgər onun orqanizmində atipik mikobakteriyalar varsa
reaksiya müsbət kimi nəticə verir. Ona görə də quşlarda tuber-
kulinizasiya zamanı tuberkulinlə bərabər atipik mikobakteriya
antigeni (KAM) də tətbiq edilməlidir.
T ə fr iq i diaqnoz.
Quşların vərəmini aspergillyozdan, ley-
kozdan, pullorozdan, pasterellyozdan və podaqradan təfriq et
mək lazımdır.
Aspergillyoz zamanı quşlarda əsasən ağciyərdə və hava ki
sələrində iltihab qeyd edilir və bu orqanlardan götürülmüş
nümunələri mikroskopiya etdikdə Asperqillus fumiqatusun mi-
sel və sporları müşahidə edilir.
Leykoz zamanı yaranmış düyünlər bozumtuldur, kəsim
səthləri salayabənzərdir. Histoloji müayinə zamanı xəstəliyin
formasından asılı olaraq müxtəlif xarakterli hüceyrələr görünür.
Virusoloji müayinənin nəticəsi əsas hesab edilir.
Pullorozda yumurtalıqların, yumurta yollarının iltihabı, peri-
tonit, bağırsağın kataral iltihabı, daxili orqanlarda nekrotiki
düyünlər, körpələrdə sarı maddənin sorulmasının ləngiməsi və
ağ rəngdə ishal, bakterioloji müayinə əsasında - Salmonella pul-
lorumqallinarum mikrobunun tapılması təfriqi diaqnostikada
əsas hesab edilir.
Pasterellyoz və podaqrada şiş müşahidə edilir ki, buda vərə
min oynaqlarda şiş formasına bənzəyir. Oynaq sahəsinin punk-
tatının bakterioloji müayinəsinin nəticəsi əsas hesab edilir.
M ü a lic ə .
Səmərəli müalicə vasitəsi olmadığı üçün müalicə
aparılmır. X əstə quşlar kəsilir patoloji prosesin intensivlik də
rəcəsindən asılı olaraq ya utilləşdirilir, ya da daxil orqanlardan
245
başqa cəmdək texniki üsulla işləndikdən sonra təsərrüfat daxi
lində realizasiya edilir.
İm m unitet.
Vərəmdə immunitet infeksiondur, faqositoz tam
deyil və faqosit hüceyrələri mikobakteriaları əridə bilmir. Quş
orqanizmində aqqlyutininlər və komliment birləşdirici antitellər
yaranır, ancaq bunların immunitetdə rolu zəifdir. Vərəmə qarşı
Kalmet və Geren tərəfindən BSJ vaksini hazırlanmış və bundan
yalnız insanların və bəzi xəzdərili heyvanların vaksinasiyası
üçün istifadə edilir. Quşlarda vərəmə qarşı spesifik profilaktika
vasitələri yoxdur.
P rofilaktika v ə m übarizə təd b irləri.
Quşların vərəm inə
qarşı aparılan tədbirlərin səmərəliliyini təmin etmək üçün zoo-
gigiyeniki və baytarlıq-sanitariya tədbirlərin kompleks şəkildə
istifadə edilməlidir. Xəstəliyə qarşı sağlam təsərrüfatlarda quş
ların və onların məhsullarının kənar yerlərdən alınması zamanı
həmin zonanın vərəmə görə epizootik vəziyyəti nəzərə alınm a
lıdır. Qeyri-sağlam təsərrüfatlarda isə vaxtaşırı immunoloji diaq
nostika üsulları ilə xəstəliyə həssas quş qrupları yoxlanmalıdır.
Təsərrüfatda vərəm qeyd olunduqda bura məhtutlaşmalar
qoyulur və təsərrüfatın sağlamlaşdırılması üçün infeksiyaya qar
şı tədbirlər sistemi işlənib həyata keçirilir. Xəstəliyə həssas quş
lar allergiya sınaqları ilə və ölmüş quşlar isə bakterioloji müayi
nə ilə vərəmə görə yoxlanır.
Xəstə və zəif quş qrupları təcili olaraq kəsimə verilir, digər
quşlar isə yumurtlama mövsümü qurtardıqdan sonra ət üçün kə
silir. Qeyri-sağlam təsərrüfatlardan toplanmış yumurtalar çörək-
bulka məhsullarının bişirilməsi ilə məşğul olan müəssisələrdə
istifadə olunur. Xəstəlik zamanı quş binaları, müxtəlif avadan
lıqlar mexaniki təmizləndikdən sonra dezinfeksiya edilməlidir.
Bu məqsədlə tərkibində 5% fəal xlor olan xlorlu əhəng məhlu
lundan, 5%-li kalsium-hipoxlorid məhlulundan, 3%-li karbol
turşusundan istifadə edilməli, peyin və yem qalıqları toplanaraq
biotermiki üsulla zərərsizləşdirilməlidir’
246
Bütün xəstə quş qrupu kəsimə göndərildikdən sonra, bina və
onun ətraf sahələrində yekun dezinfeksiya aparılıb və buradakı
quşların allergiya sınaqları ilə mənfi nəticəsi qeyd olunduqdan
sonra təsərrüfat vərəm ə görə sağlam hesab edilir.
L eptospiroz
Leptospirozi (Leptospirosis, infeksion sarılıq) təbii ocaqlı in-
feksion xəstəlik olub quşlarda, temperaturun yüksəlməsi, sarılıq
və həzm orqanlarının funksiya pozğunluqları ilə səciyyələnir.
T a rix i m əlu m a t.
İnfeksion sarılıq ilk dəfə Almaniyada
1886-cı ildə Veil və Rusiyada isə N.P.Vasilyev tərəfindən 1888-
ci ildə insanlarda qeyd edilmişdir.
Xəstəliyin törədiciləri 1914-cü ildə Yaponiyada İnada və
İdo tərəifndən aşkar edilmişdir. Quşlarda bu xəstəliyi ilk dəfə
1934-cü ildə rus alimi V.S.Qusev, N.Poçko və başqaları tərəfin
dən müşahidə edilmiş və 1940-cı ildə S.Y.Lyubaşenko iri buy
nuzlu heyvanların leptospirozuna görə qeyri-sağlam təsərrüfat
larda quşların bu xəstəliyə tutulmasını göstərmişdir. Toyuqların
qaraciyər və böyrəklərindən hazırlanmış histoloji preparatların
Levaditi üsulu ilə boyanıb mikroskopiya edilməsi zamanı çoxlu
miqdarda leptospirlər aşkar edilmişdir.
M ü x təlif növ quşlarda leptospirozun öyrənilm əsində
N.A.Koxan, V.İ.Terskix, Byalik və s. alimlərin müəyyən xid
mətləri olmuşdur.
X əstəliy in törədicisi.
Xəstəliyi spirochaetaceae ailəsinə,
Lepptospira cinsinə mənsub olan mikroorqanizmlər törədir. Lep
tospira cinsi (leptoz - zəif, spera - spiral) iki növdən: parazit lep
tospirlər (L.interroqans) və saprofit leptospirlər (L.biflexa) ibarət
dir. Hal-hazırda patogen leptospirlərin 168 serovarları məlumdur
ki, bunlarda 17 seroqrupa bölünmüşdür. (Y.Q.Çemuza, 1979).
M ikroskopun qaranlıq sahəsində leptospirlər nazik,
gümüşvari saplar şəklində görünməklə zərif qıvrımlara və fəal
hərəkətə malikdir.
247
Bunları maye, yarımmaye və bərk qida mühitlərində xüsusilə
bunlara ada dovşanları və qoçların qan serumunu əlavə etdikdə
yaxşı boy verir. Amilin kulturasmı almaq üçün Terskix, Fervort-
Volf və Lyubaşenko qida mühitlərindən istifadə edilir. Leptospir-
lər aerobdur, bölünmə yolu ilə çoxalır, optimal böyümə tempera
turu 25-30°S-dir. Leptospirlərin patogenlik faktorlarına fıbrinolitik
ferment, enzimlər, hemotoksin və endotoksinlər aiddir.
Leptospirozla xəstə quşlardan baktorioloji müayinə zamanı
L.qrippotyposa, L.pomona, L.bataviae, L.tarassovi və başqaları
tipləri ayrılır.
D avam lılığı.
Leptospirlər fiziki və kimyəvi vasitələrin təsi
rinə davamsızdır, ancaq tipik hidrobiontlardırlar. Suda 200 gün,
çirkab sularında 1-günə qədər, peyin şirəsində 1 günə, nəmli
torpaqda uzun müddətdə, qrupa torpaqda isə qısa müddətdə
inaktivləşir. Termiki təsirə davamsızdır. Beləki 70-90°S tempe
raturda leptospirlər ani olaraq məhv olur.
Kimyəvi dezinfeksiya vasitələrindən 5%-li karbol turşusu, tər
kibində 0,25% fəal xlor olan xlorlu əhəng məhlulu, 0,25%-li for-
maldehid, 1%-li natrium qələvisi məhlulları qısa müddətdə lepto-
spirləri tələf edir. Aşağı temperatura leptospirləri konservləşdirir.
E pizootoloji m əlu m atlar.
Quşlar leptospirozla ilin isti fəsil
lərində xəstələnir. Quşlardan əlavə xəstəliyə əksər növ kənd tə
sərrüfatı heyvanları, xəzdərili vəhşi heyvanlarda çox həssasdır.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
leptospir daşıyan quşlar və heyvanlar hesab edilir. Yoluxma əsa
sən alimentar yolla baş verir. İnfeksiya törədicisinin eştiyat
mənbəyi gəmirici heyvanlardır. Xəstəlik nəmli və bataqlıq tor
paq sahələrində, humusla zəngin və pH-ı neytral və ya zəif qə
ləvi sahələrdə çox müşahidə edilir. Xəstəlik quşlarda zəif epizo-
otiya və sporadiya halında özünü göstərir.
Patogenez.
Orqanizmə alimentar yolla daxil olmuş leptos
pirlər qana keçir və qısa müddət ərzində bütün orqanizmi işğal
edir. Yoluxmanın 3-5-ci günlərində quşların qanında aqqlyuti-
2 4 8
ninləşdirici və leptospirləri lizisə uğradan antitellər meydana çı
xır. Nəticədə leptospirlər qanda azalır. Litik antitellərin təsirin
dən leptospirlər parçalanır və onların endotoksinləri qanın və
parenximatoz orqanların hüceyrələrini parçalayır. Bu da öz növ
bəsində orqanizmdə patoloji-anatomik, biokimyəvi, hematoloji
və digər dəyişdiklər gedir. Eritrositlərin parçalanmasvı nəticə
sində quşlarda anemiya inkişaf edir, qanda çoxlu miqdarda he-
moqlobin toplanır və bundan da bilirubin yaranır. Normal qaraci
yərdə bilirubin-qlyukoron turşusu ilə birləşərək qandan xaric
olur. Zədələnm iş qaraciyərdə bu proses getmir, bilirubin qan
dan toxumalara adsorbsiya olunaraq onlara sarı rəng verir. Lep-
tosfırlərin təsirindən kapillyarların endotelisinin iltihablaşması
nəticəsində damarların divarı kövrəkləşir və daxili orqanlarda
çoxlu miqdarda qan sızmaları baş verir.
G edişi v ə kliniki əlam ətləri.
Xəstəliyin inkubasiya dövrü
1-14 gün arasında olur. Xəstəlik quşlarda iti, yarımiti və gizli,
nadir hallarda isə ildırımvari və xroniki gedir.
Leptospirozun iti və yarımiti formasında quşlarda ümumi zəif
lik, hərəkətsizlik, temperaturanın yüksəlməsi, görünən selikli
qişaların, pipiyin, saqqalın və dərinin əvvəlgə solğun-sarı və son
ra isə zəfəran rəngdə olması nəzərə çarpır.
İldırımvari və latent gedişdə saprılıq və zəif, yada heç müşa
hidə edilmir.
Xəstə quşlarda mədə-bağırsaq sisteminin funksiyası pozğun
luğu, sarımtıl-ağ rəngdə ishal, kəskin anemiyanın baş verməsi
ilə əlaqədar olaraq onlarda asfıksiyadan tələfat qeyd olunur.
P atoloji-an atom ik dəyişd iklər.
Leptospirozdan ölmüş quş
larda baş verən patoloji-anatomik və histoloji dəyişdiklər kənd
təsərrüfatı heyvanlarında olduğu kimidir. Quşlarda əsas patolo
ji-anatomik dəyişdiklər qaraciyər və böyrəklərdə gedir. Ölmüş
quş gəsədlərində anemiya və sarılıq, hemorroji diatez, parenxi
matoz orqanlarda degenerativ dəyişdiklər aşkar edilir.
Qaraciyər həcmin böyüməklə, parenximası kövrək, üzərində
2 4 9
xırda nekroz ocaqları və qan sızmalar, rənginin dəyişilməsi, öd
kisəsinin böyüməsi və içərisində qatı yapışqana ğənzər öd, böy
rəklərdə həcmən böyümə, doluqanlı, rənginin dəyişməsi, fıbroz
kapsulanın asanlıqla soyulması, parenximasında xırda nekroz
ocaqları, böyrək ləyənində qırmızımtıl rəngdə jeleyə bənzər
konsistensiyada kütlə aşkar edilir.
Histoloji kəsiklərin Levaditi üsulu ilə boyanması zamanı
böyrəkdə və qaraciyərdə qızılı-sarı fonda tünd-boz rəngdə qıv
rım törədicilər qeyd olunur.
Diaqnoz.
Quşlarda leptospiroza diaqnoz qoymaq üçün onun
epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anato-
mik dəyişdiklər nəzərə alınır və dəqiq diaqnostika üsullarına
müraciət edilir. Burada baketerioloji müayinə və seroloji reak
siyalardan istifadə edilir.
Bakterioloji müayinədə verilmiş patoloji materialdan yax
maların hazırlanaraq mikroskopiya edilir, qida mühitlərinə əki
lərək amilin təmiz kulturası alınır və laboratoriya təcrübə hey
vanları üzərində bioloji sınaq qoyulur. Bioloji sınaq 20-30
günlük qızılı rəngdə dağ siçovullarında, 10-20 günlük ada dov
şanlarında və 3-5 həftəlik hind donuzları üzərində qoyulur. Təd
qiq olunan material (qan, parenximatoz orqanların suspenziyası)
qızılı dağ siçovullarına 2-3 ml, hind donuzlarına 1-2 ml dərialtı
və ya qarın boşluğuna inyeksiya edilir.
Təmiz kultura almaq üçün patoloji materialdan ən çox Ters-
kix və ya Lyubaşenko qida mühitinə əkilir və termostatda 28-
30°S temperaturda yetişdirilir. Qida mühitlərində leptospirozun
boyu mikroskop altında yoxlanır. Bu məqsədlə hər 5 gündən bir
xarakterik boy alınana qədər nümunə götürülür və mikroskopiya
edilir. Adətən boy əkmədən 10-20 gün keçmiş nəzərə çarpır.
Xəstəliyin diaqnostikasında seroloji reaksiyalardan makro-
aqqlyutinasiya və mikroaqqlyutinasiya reaksiyalarından istifadə
edilir. Onu da qeyd etmək lazımdır ki, quşların qanında spesifik
antitellər yoluxmadan 3-5 gün keçmiş yaranır. Ona görə də se-
250
roloji reaksiyalarla xəstəliyə diaqnoz son dövrlərində daha spe-
sifıkdir.
Dostları ilə paylaş: |