T əfriqi diaqnoz.
Xəstəliyi hipovitaminoz E, Bİ, B2-dən, Nyu-
kasl xəstəliyindən, Marek xəstəliyindən təfriq etmək lazımdır.
Hipovitaminoz E həmdə ensefalomalyasiya adlanır, əsasən
3-5 həftəlik toyuq cücələrində və 2-3 həftəlik ördək cücələrin
də baş verir. Xəstəlik kliniki əlamətlərinə görə ensefalomielitə
bənzəyir, dərialtı toxumanın, beynin, beyin qişalarının və beyin-
217
ciyin şişi, həmçinin beyincikdə yumşalma və qan sızmalar əsas
götürülür.
Avitaminoz В 1 (polinevrit) yem payında bu vitaminin çatış-
mamazlığı zamanı həm cücələrdə və həm də yaşlı quşlarda
müşahidə edilir. Polinefrit zamanı quşlarda ətrafların titrəməsi,
ayaq və qanadların iflici və parezi, qaraciyərdə yağ degenerasi-
yası, böyrəküstü vəzilərin böyüməsi, baş beyin və beyinciyin hi-
peremiyası nəzərə çarpır.
Nyukasl xəstəliyində tənəffüs, həzm orqanları və mərkəzi
sinir sisteminin zədələnm ələrinə məxsus əlam ətlər nəzərə çar
pır, bağırsaq şöbəsində qan sızmaları və vəzili madə ilə əzələri
mədə sərhəddində kəmərvari qan sızma əsas hesab edilir.
Marek xəstəliyində parenxitamoz orqanlarda neoplastik tö
rəm ələr və perifenik sinir sisteminin iltihabı qeyd olunur.
M ü alicə.
Səmərəli müalicə vasitəsi yoxdur.
İm m unitet.
Xəstəliyi keçirmiş quşlarda immunitet yaranır.
Xəstəliyə qarşı Kalnek ştamından zəiflədilmiş vaksin hazırlan
mışdır. Ana antitelləri quşları yalnız 8 həftəyə qədər qoruya bi
lir. cavanların peyvəndi 8 həftədən, analar isə yumurtalamaya 1
ay qalmış peyvənd olunur. Kalnek ştamından hazırlanmış vaksi-
nin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu bir quşdan digə
rinə olduqca yaxşı verilmə qabiliyyətinə malikdir.
Vaksinasiya 3 üsulla aparılır:
1. Vaksin dozasının dimdiyə fərdi təyinatı ümumi quş qrupu
nun 5-10%-də aparılır. Vaksinasiyanın bu üsulu döşəm ə üzərin
də saxlanan quşlarda istifadə edilir. Quşların belə saxlanma üsu
lunda vaksinin bina daxilində yayılması asanlaşır. Ancaq alınan
qoruyucu xüsusiyyət eyni olmur, dəyişkənliyi ilə səciyyələnir.
2. Birinci vaksin dozası su ilə daxilə tətbiq edilir.
3. Qanadaltı nahiyyəyə çiçək vaksini ilə birlikdə inyeksiya
olunur.
Vaksinasiyanın səmərəliliyini onun aparılmasından 2 həftə
218
dən 3 həftəyə qədər olan dövründə seroloji reaksiyalarla yox
layırlar. Ə gər istənilən nəticələr alınmırsa yumurtalama
dövründən əvvəl quşlarda mütləq revaksinasiya aparılmalıdır.
Onu da qeyd etmək lazımdır ki, quşların infeksion ensefalomie-
litinə qarşı vaksinasiya müvəqqəti immunosupressiya törədir.
Ona görə də hər hansı bir xəstəliyə qarşı vaksinasiya bu vaksi
nin təyinatından 2 həftə keçənə qədər aparılması əks göstəriş
dir.
P rofilak tik a v ə m übarizə təd b irləri.
Xəstəliyin profilakti
kası m əqsədilə quşlar uyğun zoogigiyeniki şəraitdə saxlanmalı,
keyfiyyətli yemləmə tətbiq edilməlidir. Hər hansı quş qrupu tə
sərrüfata daxil edilməzdən əvvəl profilaktiki karantində saxlan
malı və şübhə doğuran hallar qeyd edildikdə müvafiq diaqnosti
ka üsullarından istifadə edilməklə yoxlama aparılmalıdır.
Təsərrüfatda xəstəlik müşahidə edildikdə quşlar müayinə
dən keçirilir, xəstə və xəstəliyə şübhəlilər kəsilir. Hələlik sağ
lamlarda vaksinasiya aparılır. Müntəzəm şəkildə quş binaları və
onun ətrafları mexaniki təmizlik aparıldıqdan sonra dezinfeksiya
edilir. Müəyyən fasilə tətbiq edildikdən sonra yeni sağlam qru
pu qəbul edilir. İnfeksion ensefalomielitə görə qeyri-sağlam tə
sərrüfatlardan toplanmış yumurtaların inkubasiya edilməsinə ica
zə verilmir, onlar yalnız həmin təsərrüfat daxilində çörək-bulka
məmulatlarının bişirilməsində və kulinariyada istifadə edilir.
İnfeksion rinit
İnfeksion rinit (Riniris infektiosa, infeksion zökəm) quşların
infeksion xəstəliyi olub əsasən burun boşluğunun selikli qişası
nın, bəzən isə traxeya, qırtlaq və konyunktivanın zədələnm ələ-
ri ilə səciyyələnir.
T arixi m əlu m a t.
Bu xəstəlik sərbəst bir xəstəlik kimi çox
dan məlumdur. H ələ 1911-ci ildə V.F.Otte bunu sərbəst bir xə
219
stəlik kimi qeyd etmişdir. Ancaq xəstəliyin törədicisi uzun
müddət dəqiq şəkildə müəyyən edilməmişdir. Bu xəstəliyi əv
vəllər çiçəyin difteriya forması ilə qarışıq salmışlar. Hal-hazırda
quşların infeksion riniti dünyanın hər yerində geniş şəkildə yayıl
mışdır və təsərrüfatlara böyük miqdarda iqtisadi ziyan yetirir.
X əstəliy in törəd icisi.
Əksər tədqiqatçılar əvvəllər xəstəliy
in törədicisini virus kimi qeyd etmiş və hemofil bakteriyaları se-
kundar infeksiya törədicisi kimi göstərmişlər. Ancaq sonradan
Şelm, Biç və R.S.Polkovnikova göstərmişlər ki, quşların infek
sion rinitinin törədicisi hemofil çöp olan Bact.hemophilus qalli-
narumdur. Hal-hazırda dəqiq şəkildə müəyyən edilmişdir ki, in
feksion rinitin törədicisi toyuqlarda Haemophilus paraqalli-
narum, hind quşlarında isə Bordetella avium-dur.
Bu mikroblar kokkvari, hərəkətsiz, qram mənfi çöp şəklində
mikrob olub, 20% miqdarında quşların qanı əlavə edilmiş ƏPA-
da yaxşı boy verir. Belə qida mühitində zərif diffuz boy verir.
Kultura və nativ materialdan hazırlanmış yaxmaların mikrosko-
piyası zamanı onlarda bipolyar boyanma, mikrobların qarma-qa
rışıq düzülməsi, cavan kulturalarda isə sap şəklində görünməsi
müəyyən edilmişdir.
Patoloji materialdan mikrobu ayırmaq çətindir. Bunu yalnız
iti gedişli xəstəliyin əvvəlində əldə etmək mümkündür. Bu
məqsədlə burun boşluğunun, gözaltı sinusun, konyuktivanın
yuyuntusundan istifadə edilir. Xəstəliyin törədicisinin 3 serotipi
(A,B,C) vardır.
Davamlılığı.
Xəstəliyin törədicisi fiziki amillərin və kimyəvi
dezinfeksiya vasitələrinin təsirinə orta dərəcədə davamlılıq göstərir.
E pizootoloji m əlum atlar.
İnfeksion rinitə toyuqlar, hind quş
ları, qirqovullar və toyuqlar dəstəsinə mənsub olan digər quş
növləri, həmçinin göyərçinlər həssaslıq göstərir. Bəzi müəllif
lər qazların da xəstəliyə tutulmasını qeyd edirlər.
İnfeksion rinit bütün yaş qrupuna mənsub olan quşlarda
220
müşahidə edilirsə, daha çox yaşlıların xəstəliyə tutulması nəzə
rə çarpır.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar olmaqla bunlar
yuxarı tənəffüs yollarının axıntısı ilə və kal vasitəsilə amili xa
rici mühitə ixrac edir.
İnfeksiya törədicisinin ehtiyat mənbəyi xroniki xəstə quşlar
və yaxud sağlam mikrobdaşıyıcılardır. Müəyyən edilmişdir ki,
sağlamlar xəstəliklərə kontaktda olduqda asanlıqla yoluxur. Bun
dan əlavə xəstəliyin törədicisi ilə yoluxmuş yem, su və müxtəlif
avadanlıqlar la xəstəliyin yayılmasında böyük rola malikdir.
Keyfiyyətsiz yemlərlə quşların yemləndirilməsi, xüsusilə
yem payında A vitaminin az olması və quş binalarında ammon-
yak və hidrogensulfıdin konsentrasiyasının çoxluğu xəstəliyin
baş verməsinə şərait yaradır.
P atogen ez.
Xəstəliyin törədicisi orqanizmə respirator, ali-
mentar yolla və konyunktiva vasitəsilə daxil olur. Amil giriş yo
lunun epiteli hüceyrələrində çoxalır və toxumalarda iltihab törə
dir. Xəstəliyin patogenezində yemdə A vitaminin olmaması və
ya azlığı, həmçinin quş binalarında ammonyakın konsentrasiya-
sının çox olması böyük rol oynayır. A vitaminin çatışmazlığı za
manı konyuktivanın, yeırı borusunun və yuxarı tənəffüs orqanla
rının selikli qişası epiteli hüceyrələrinin buynuzlaşması baş ve
rir. Selikli qişalar quru və kövrək olur. İnfeksion rinit çox vaxt
sekundar bakterial mikroflora ilə mürəkkəbləşir (pasterellyoz,
kolibakterioz).
G edişi və kliniki əlam ətləri.
İnkubasiya dövrü 2-14 gün
arasında davam edir. Xəstəliyin ilk dövrlərində quşlarda
ölgünlük, suya tələbatın güclənməsi və asqırma nəzərə çarpır.
Burun yolundan əvvəlcə şəffaf axıntı, sonra isə bu qatılaşır, rən
gi tündləşir, quruyaraq qartmaqlar əmələ gətirir. Qartmaqlar tə
nəffüs yollarını tutduğu üçün tənəffüs çətinləşir, quş dimdiyi
açıq halda tənəffüs edir. Burun yolundakı selikli kütlədən azal
221
olmaq üçün quş tez-tez başını silkələyir. Xəstəliyin 6-8-ci
günləri quşların 10-40%-də göz yaşının ayrılması, konyunktivit
qeyd olunur. Göz qapaqları şişir, onlarda işıqdan qorxma baş ve
rir, quş qaranlıq yerlərə yığılır. İrinli konyunktivitin baş verm ə
si nəticəsində göz qapaqları bir-birinə yapışır, keratit və bəzən
də panoftalmit inkişaf edir. Bir, bəzən isə hər iki göz zədələnir.
Çox vaxt prosesə gözaltı cibciklər tutulur, burada kifayət miq
darda serozlu-fıbrinozlu eksudatın toplanması müşahidə edilir.
Gözaltı sinuslar şişir və hər iki tərəfdə belə prosesin baş verm ə
si zamanı quşun başı bayquş başına bənzəyir.
Xəstəliyin törədicisi yüksək virulentliyə malik olduqda ilti
hab prosesi qırtlağı da işğal edir və belə hal ətlik cinsli quşlarda
daha çox müşahidə edilir.
Pis yemləmə, quşların sıx yerləşdirilməsi, binada nəmliyin
çox olması, ventilyasiya qurğularının normal işləməməsi, bina
larda antisanitariyanın hökm sürməsi xəstəliyin baş verməsinə
və onun ağır gedişinə səbəb olur.
Xəstəliyin iti gedişi cavanlarda 2-6 gün gedir və müəyyən
qədər tələfatla nəticələnir. Xəstəliyin xroniki gecidi yaşlı quş
larda qeyd edilir və 30 gün və daha çox davam edir.
Patoloji-anatom ik d əyişilik lər.
Ölmüş quş cəsədləri arıq
dır, əsas dəyişiliklər yuxarı tənəffüs yollarında qeyd olunur. Tə
nəffüs yolları qurumuş kütlə ilə doludur. Burun yollarını sıxdıq
da buradan yapışqanlı selikli və ya selikli-irinli kütlə ayrılır. Bu
run və gözaltı cibciklərin selikli qişası şişkin və htperemiyalıdır.
Konyunktiva hipermiyalı olmaqla və göz qapaqlarında nöqtə şə
kilində qan sızmalar nəzərə çarpır. Xəstəliyin xroniki gedişin
dən ölmüş quşların 3-cü göz qapağının altında şorvari kütlə nə
zərə çarpır.
Bəzi hallarda qırtlaq və traxeyada hiperemiya, ağciyərin şiş
məsi və hiperemiyası qeyd edilir.
Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün epizootoloji xüsu
222
siyyətləri, patoloji-anatomiki dəyişdikləri, kliniki əlamətləri nə
zərə alınır, diaqnozun dəqiqləşdirilməsi üçün və oxşar xəstəlik
lərdən təfriq etmək üçün bakterioloji müayinələrdən istifadə
edilir. Bakterioloji müayinə üçün patoloji materialdan yaxma ha
zırlanaraq mikroskopiya edilir qida mühitlərinə əkib amilin tə
miz kulturası alınır və bioloji sınaqdan istifadə edilir.
Bioloji sınaq 2-4 aylıq toyuq və hind quşlarında qoyulur. Bu
məqsədlə burun boşluğu və ya gözaltı cibciklərdəki eksudatdan,
yaxud traxeya və ağciyərdən alınmış xəstəlik törədicisinin bul-
yon kulturası ilə cücələr 0,3-0,5 ml dozada intranazal və ya in-
tratraxeyal yoluxdurulur. Yoluxdurmadan 2-8 gün keçmiş cücə
lərdə rinit və konyuktivit müşahidə edilməsi amilin patogenliy-
ini göstərir.
T əfriq i diaq n oz.
İnfeksion riniti çiçəkdən, infeksion bron-
xitdən, infeksion larinqotraxeyitdən, respirator mikoplazmoz-
dan, pasterellyozdan, Avitaminoz-A-dan, soyuqlama nəticəsin
də baş verən zökəmdən təfriq edilməlidir.
Quşların çiçəyi infeksion rinitdən onunla fərqlənir ki, udlaq,
qırtlaq və ağız boşluğunda difteritiki çöküntünü çətinliklə ayır
maq olur və yerində isə qanlı eroziyalar müşahidə edilir. Çiçək
də bakterioloji müayinənin nəticəsi mənfidir, çünki xəstəliyi
avipoxvirus cinsli viruslar törədir.
İnfeksion bronxit 30 günlüyədək cücələrdə qeyd olunur,
sürətlə yayılma qabiliyyətinə malikdir. Burada əsasən bronxla-
rın iltihabı baş verdiyi halda infeksion rinitdə rinit və konyukti
vit qeyd olunur. Laboratoriya müayinələrinin nəticəsi əsas sayı
lır.
İnfeksion larinqotraxeyitdə qırtlaqda şorvari kütlədən ibarət
olan tıxac nəzərə çarpır. Bunun virusu 8-9 günlük embrionları-
nın xoriollantois xarakterik dəyişiliklər törədir.
Respirator mikoplazmanın gedişi xronikidir. Əsas dəyişilik
lər hava kisələrində nəzərə çarpır. Laboratoriya müayinələri
223
əsasında patogen mikoplazmalar aşkar edilir.
Pasterellyozda bakterioloji müayinə əsasında bipolyar, qram
mənfi boyanmış və laboratoriya təcrübə heyvanları üçün pato
gen olan P.multocida mikrobu əldə edilir.
Avitaminoz-A zamanı quşların yem borusunda agımtıl-sarı
rəngdə xırda düyünlər, böyrəklərdə isə sidik turşusu duzları aş
kar edilir. Bunda infeksion xüsusiyyət yoxdur və yem payına vi
tamin A əlavə etdikdə xəstə cücələrdə sağalma qeyd olunur.
Soyuqdəymə etiologiyalı zökəmdə saxlama şəraiti yaxşılaş
dıqda tez bir şəkildə sağalma qeyd olunur. Burun boşluğunun
axıntısı həmişə maye halındadır və gözdə isə yüngül gedişli se-
rozlu konyuktivit müşahidə edilir.
M ü alicə.
Xəstəliyə qarşı sulfanilamid preparatları, nitroflı-
ranlar və antibiotiklər işlədilir. Hər bir baş xəstə quşa 0,25 mq
sulfadimezin yemlə gündə 2 dəfə 4-5 gün daxilə verilir.
Xlortetrasiklin və oksitetrasiklin hər kq canlı kütləyə 5-10
mq gündə 2 dəfə 5-6 gün yemlə daxilə verilir. Streptomisin hər
kq canlı kütləyə 10-12 min. T.V. əzələ içinə inyeksiya edilir.
Furazolidon quşların yem payına 0,04-0,06% miqdarında qa
tılır və 4-6 gün verilir.
Müalicə vasitələrinin tətbiqi ilə yanaşı onlarda xlor-skibidar-
la inqalyasiya aparılması yaxşı nəticə verir. Bunun üçün binanın
hər m3 həcminə 1 qram xlorlu əhəng və 0,1 ml skibidar
götürülür. Ekspozisiya 10-15 dəqiqədir.
İm m unitet.
Xəstəliyi keçirmiş quşlarda immunitet yaranır.
Hal-hazırda quşların vaksinasiyası üçün adyuvant inaktivləşdi-
rilmiş vaksindən istifadə edilir ki, bunun da tərkibində xəstəli
yin törədicisinin hər 3 serotipi mövcuddur.
Vaksinasiya 10-16 həftəlik quşlarda 3-4 həftəlik fasilə ilə 2
dəfə aparılır.
Profilaktika və m übarizə tədbirləri.
Quşlar müvafiq zoogi-
giyeniki şəraitdə saxlanmalı və yem payında vitaminlər, mineral
224
birləşmələr normada olmalıdır. Bina daxilində havanın qaz tər
kibi ciddi şəkildə nəzarətdə olmalı, xüsusilə ammonyakın kon-
sentrasiyasına fikir verilməlidir.
Təsərrüfatda infeksion rinit müşahidə edildikdə məhtutlaş-
malar tətbiq edilir. Quşlar kliniki müayinədən keçirilir, xəstələr
müalicə olunur, hələlik olunur, hələlik sağlamlar isə adyuvant
inaktivləşdirilmiş vaksinlə müvafiq təlimat əsasında peyvənd
edilir. İmkan varsa quşlar yeni quş binalarına keçirilir.
Quş binaları və onun ətraf sahələri, həmçinin m üxtəlif infen-
tarlar 2-3%-li natrium qələvisi, 2%-li xlorlu əhəng məhlulları ilə
dezinfeksiya edilir.
İnkubasiya üçün yalnız sağlam quşlardan götürülmüş yumur
talardan istifadə edilir.
Təsərrüfatda quşlar yaş qrupları üzrə saxlanmalıdır. Məhtut-
laşmalar quşlar tam sağaldıqdan və yekun dezinfeksiya aparıl-
dıqdan sonra götürülür.
Ö rd ək lərin viruslu hepatiti
Ördəklərin viruslu hepatiti (Hepatitis viralis anoticularum)
infeksion kontagioz xəstəlik olub, ümumi zəiflik, qaraciyərin il
tihabı və ilk günlərdən tələfatın baş verməsi ilə səciyyələnir.
T arixi m əlu m a t.
Ördəklərin viruslu hepatiti ilk dəfə 1949-
cu ildə ABŞ-da Levin və Fabrikamt tərəfindən qeyd edilmişdir.
Keçmiş SSRİ-də xəstəlik 1960-cı ildə M.T.Prokovyeva və
İ.N.Doroşko tərəfindən müəyyən edilmişdir.
X əstəliy in törəd icisi.
Xəstəliyin törədicisi RNT-li virus
olub pikamoviride ailəsinin enterovirus cinsinə mənsubdur. Vi
rus m üxtəlif növ quşların embrionlarında yetişdirilir. Adətən
embrionlar yoluxdurmadan 2-6 gün keçmiş tələf olur, ancaq bə
ziləri normal inkişaf edir və sağ qalır. Bundan əlavə virus ördək
embrionlarının ilkin hüceyrə kulturalarında da yetişdirilir. Virus
225
müxtəlif növ quşların eritrositləri ilə aqqlyutinasiya vermir. Xə
stəliyi keçirmiş və immun quşların qan serumu virusu neytrallaş
dırmaq qabiliyyətinə malikdir. Bu xüsusiyyətdən istifadə edə
rək virusun təyini üçün neytrallaşma reaksiyası tətbiq olunur.
D avam lılığı.
Bina daxilində xəstəliyin törədicisi 4 həftə, 2-
40S temperaturada 700 günədək sağ qalır. Amil 56°S tempera
turda 1 saata, 62°S-də isə 30 dəqiqəyə məhv olur. Xəstəliyin tö
rədicisi natrium qələvisinin, karbol turşusunun və formal inin 2-
3%-li məhlullarının təsirindən qısa müddətdə inaktivləşir.
Virus antibiotiklərin, sulfanilamid preparatlarının və nitrofu-
ran birləşmələrinin təsirinə davamlıdır.
E p izootoloji m əlu m atlar.
Xəstəliyə əsasən ördək və qazlar
həssasdır. Toyuqlar dəstəsinin nümayəndələri və laboratoriya
təcrübə heyvanları virusa həssas deyil. Viruslu hepatit üçün xa
rakterik xüsusiyyət quşlarda yaşdan asılı olaraq baş verməsidir.
Bələki, ördək cücələri 1-30 günlükdə olduqca həssas olmasına
baxmayaraq yaşlı ördəklərdə hətta böyük dozaların təsirindən
kliniki xəstəliyi törətmək mümkün deyil.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
quşlar hesab edilir. Xəstəliyi keçirmiş ördəklər 300-650 günədək
virus daşıyan kimi özünü göstərir. Bunlar virusu əsasən kalla, yu
murta ilə və burun yolunun axıntısı ilə xarici mühitə ixrac edir.
Xəstəlik törədicisinin yayılmasında qeyri-sağlam təsərrüfatlar
dan toplanmış yumurtaların inkubasiya edilməsidir mühüm rol
oynayır. Viruslu hepatitin törədicisi ilə yoluxmuş yumurtaların
inkubasiyası zamanı embrionların 10-50%-ə qədəri öz inkişafla
rının müxtəlif dövrlərində tələf olur. Təsərrüfat daxilində virus
sağlam və xəstə quşların bir yerdə saxlanması zamanı geniş şə
kildə yayılır. Bundan əlavə xəstəlik törədicisinin yayılmasında
yem, su, döşənək, xidmət əşyaları və s. böyük rol oynayır.
Təzə epizootik ocaqda xəstəlik iti getməklə qısa müddət ər
zində bütün quş qrupunun yoluxmasına səbəb olur. Sonra isə in-
226
feksion proses zəifləyərək yarımtı və xroniki gedişlə özünü gös
tərir. Ördəklərin xəstələnməsi və ölümü 5-10 günlüklərdə mak
simum səviyyədə olur. Xəstələnmə 80-90%, letallıq isə 70-
80%-dir yaşlı ördəklərdə xəstəlik latent formada və immunlaş-
dırıcı subinfeksiya halında qeyd olunur.
P atogen ez.
Quş orqanizmində virus reproduksiya etdikdən
sonra qan vasitəsilə bütün orqan və toxumalara yayılaraq septi-
semiya törədir. Qaraciyər kəskin şəkildə zədələnir və onun
baryer funksiyası pozulur. Nəticədə ördəklərdə həzm prosesi
pozulur və disbakterioz inkişaf edir. Onu da göstərmək lazımdır
ki, ölüm ümumi intoksikasiya nəticəsində baş verir. Viruslu he-
patitlə intoksikasiya əsasən qaraciyərin zədələnməsi ilə əlaqə
dar olaraq ödün bağırsağa tökülməsinin zəifləməsi, mədəaltı və
bağırsaq vəzlərinin hasil etdikləri fermentlərin fəallığının aşağı
düşməsi, yağların parçalanmasının ləngiməsi və bağırsaqların
peristaltikasının zəifləməsi ilə izah olunur.
G edişi v ə k lin iki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
2-5 gündür. Xəstəlik ildırımvari, iti, yarım iti və xroniki gedir.
Daha çox iti gedişli viruslu hepatit müşahidə edilir. Belə gediş
də iştahın itməsi, hərəkətsizlik, sinir sisteminin funksiya po
zğunluqları müşahidə edilir. Sonra konyunktivit inkişaf edir. Ör
dəklər ayaqlarını aralı vəziyyətdə saxlamaqla yanı üstə yıxılır
və ayaqları ilə üzmə hərəkətləri edirlər. Ölümdən qabaq başları
geri qatlanır, yəni pistotonus vəziyyəti alır. Xəstəlik sürətlə in
kişaf edir və ördəklər bir neçə saata ölür. Ördəklərin bəzilərin
də xəstəlik yüngül getməklə adətən yoluxmadan 72-96 saat keç
miş onlarda ümumi zəiflik, iştahsızlıq və sinir sistemi rozğun-
luğu əlam ətləri görünür. Sonra kliniki əlam ətlər itir və ördəklər
sağalır.
Yaşlı ördəklərdə xəstəlik latent infeksiya halında gedir. Bə
zi hallarda onların gövdəsinin duruş vəziyyəti pozulur və pinq-
227
vini xatırladır və müəyyən vaxtdan sonra belə ördəklər opisto-
tonus əlaməti ilə ölür.
P atoloji-an atom ik d əyişilik lər.
Ölmüş ördəklərdə patoloji-
anatomik dəyişiliklər əsas qaraciyərdə müşahidə edilir. Qaraci
yər həcmən böyüməklə rəngi sarımtıl-qırmızı və ya palıdı rəng
də olur. Konsistensiyası kövrəkləşmiş olmaqla parenximası üzə
rində nöqtəvari qan sağmtılar aşkar edilir. Öd kisəsi ödlə dolu
vəziyyətdə görünür. Miokardda degenerativ dəyişiliklər gedir,
rəngi bişmiş əti xatırladır, koronar qan damarları doluqanlı olur,
perikardda bəzən serozlu maye müşahidə edilir. Böyrəklər şiş
kin olmaqla qandamarları doluqanlıdır. Bağırsaqların selikli qi
şasının kataral iltihabı nəzərə çarpır.
Hava yollarının və mədə-bağırsaq sisteminin selikli qişasının
iltihabı viruslu hepatitin salmonellyoz və kolibakteriozla m ürək
kəbləşməsi zamanı qeyd olunur.
Viruslu hepatitin xroniki gedişindən ölmüş ördəklərdə qa
raciyər və dalağın böyüməsi, üzərində nekroz ocaqları periartrit-
lər və sarılıqlı peritonit müşahidə edilir.
Histoloji müayinə zamanı əsas mikroskopik dəyişdiklərin
qaraciyər və baş beyində getməsi aşkar edilir. Beləki, qaraciyər
də hüceyrələrin nekrozu, öd axarlarında proliferasiya, əvvəlcə
qranulositlərlə və plazmotik hüceyrələrlə perivaskulyar infıltra-
siya aşkar edilir. Baş beyindəki dəyişiliklər serozlu ensefaliti xa
tırladır.
Diaqnoz. Xəstəliyi diaqnoz qoymaq üçün onun epizootoloji
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik
ləri nəzərə alınır və laboratoriya müayinələrindən istifadə edi
lir. Laboratoriya müayinəsi üçün qaraciyər, dalaq, və beyin ho-
mogenizatorda və ya steril həvənq-dəstədə əzilir və fizioloji
məhlulda 1:2-də qarışığı əldə edilir. Belə suspenziyanın üzərinə
xloroform əlavə edib 30-60 dəqiqə ərzində sentrifuqadan keçi
rilir. Çöküntü üzərindəki maye ilə 9-12 günlük toyuq və ördək
embrionları yoluxdurulur, eyni zamanda ördəklər üzərində bio
228
loji sınaq qoyulur. Bu məqsədlə 7-11 günlük toyuq embrionları
və ya 12-14 günlük ördək embrionları 0,2 ml miqdarında sus-
penziya ilə allantois boşluğuna yoluxdurulur. Bioloji sınaq m əq
sədilə 1-3 günlük ördək cücələri ya 0,5 ml dozada dərialtına ya
xud 2-3 damla intranazal yoluxdurma aparılır.
Yoluxdurulmuş ördək cücələrinin 1-5 gündən sonra və emb-
rionların isə 48-96 saatdan sonra ölməsi yoxlanılan materialda
virusun olmasını göstərir.
Virusun identifıkasiyası üçün toyuq embrionları üzərində
neytrallaşma reaksiyasından və difuz presipitasiya reaksiyasın
dan istifadə edilir.
Son zamanlar ördəklərin viruslu hepatitinin diaqnostikası
üçün immunoflyuoressensiya reaksiyasının köməkliyi ilə eks
press diaqnostika üsulu işlənib hazırlanmışdır.
Dostları ilə paylaş: |