Patoloji-anatom ik dəyişiliklər.
Xəstəliyin iti gedişindən
ölmüş quşlarda iti septiki prosesə məxsus olan dəyişiliklər nəzə
rə çarpır. Parenximatoz orqanlar hiperemiyalıdır, degenerativ
dəyişiliklər müşahidə edilir. Selikli qişalarda bəzən qan sızmalar,
bağırsaqların selikli qişasının katara iltihabı görünür. Stafılokok-
koz üçün xarakterik patoloji-anatomik dəyişiliklər serozlu və se-
rozlu-fibrinozlu sinovitlər, artritlər, tendovaginitlər hesab edilir.
Bəzən həm də peritonitlər və perikarditlər də qeyd olunur.
Xəstəliyin yarımiti və xroniki gedişindən ölmüş quşlarda oy
naq mayesi fıbrinozlu və ya irinli-kareozlu xarakterə malik olur.
Oynaq qığırdaqlarının zədələnməsi, osteomielitlərin meydana
çıxması və ətraf toxumaların nekrozuna səbəb olur. Xəstəliyin
xroniki gedişi zamanı quş cəsədlərində həm də kaxeksiya, ətraf
əzələlərin atrofıyası və onaqlarda anikilozlaşma müşahidə edi
lir.
304
D iaqnoz.
Stafılokokkoza diaqnoz qoymaq üçün kompleks
diaqnostika üsulundan istifadə edilir. Quş sağ ikən qanadaltı ve
nadan götürülmüş qan, oynaq mayesi, öldükdən isə parenxima
toz orqanlardan yaxma hazırlanaraq Pfeyfer fuksini ilə və ya
Qramla boyanır və mikroskopiya edilir. Eyni vaxtda patoloji ma
terialdan qanlı aqara, ƏPA, ƏPB və s. qida mühitlərinə əkilir.
Alınmış koloniyalarda Petri fincanında ƏPA qida mühitinə əkib
təmiz kultura əldə edilir və bunun identifikasiyası üçün plazmo-
koaqulyasiya reaksiyası qoyulur. Bu məqsədlə ada dovşanları
nın qanı 5%-li limon turşusunun natrium duzunun məhlulu ilə
qarışdırılır. Alınmış plazma fizioloji məhlulla 1:4 duruldulur və
bundan 0,5 ml miqdarında steril mixbərlərə tökülür, tədqiq olu
nan kultura əkilir və termostata qoyaraq nəticəsi 1,2, 3 və 18 sa
atdan sonra qeyd olunur. Ada dovşanlarının sitratlı plazmasını
çürütmə qabiliyyəti patogen stafilokokkların əsas xüsusiyyətlə
rindən biri hesab edilir.
Stafilokokkların potensial hemolitik qabiliyyəti qanlı aqarda
KAMP-testi ilə aşkar edilir.
T əfriq i diaq n oz.
Stafılokokkozu streptokokkozdan və paste-
rellyozdan təfriq etmək lazımdır.
Streptokokkozda oynaqların iltihabı qeyd olunmur, bakterio-
loji müayinədə isə patogen streptokokklar aşkar edilir.
Pasterellyoz zamanı quşlarda tənəffüsün çətinləşməsi, ağci
yərin kəskin iltihabı, bakterioloji müayinə nəticəsində isə
P.multocida mikrobu əldə edilir.
M ü alicə.
Quşların stafilokokkozunda əsasən tetrasiklin sıra
sı antibiotikləri və neomisin-sulfat antibiotiklərindən müalicə
məqsədilə istifadə olunur. Bu antibiotiklər quşların hər kq canlı
kütləsinə 6-10 min T.V. hesabı ilə 12 saatlıq fasilə ilə 2-4 infek-
siya aparılır. Levomisetin hər kq canlı kütləyə 60 mq və ya erit-
romisin isə 10-15 min T.V. ilə yemə qatıb quşlara verilməlidir.
Belə müalicə yemləməsi gündə 2 dəfə 4-5 gün aparılmalıdır.
İm m u n itet.
Xəstəliyə qarşı spesifik profilaktika vasitələri
yoxdur. M üxətlif müəlliflər tərəfindən hazırlanmış autovaksin-
305
lər səmərəli olmamışdır.
Profilaktika və m übarizə tədbirləri.
Xəstəliyə görə sağlam
təsərrüfatlarda xəstəlik törədicisinin bura daxil olmasına səbəb
olan faktorlar aradan götürülməlidir. Xüsusilə quşçuluq fabriklə
rinin sex və inkubator şöbələrində ciddi şəkildə baytarlıq-sanita-
riya tədbirləri yerinə yetirilməlidir. Bu məqsədlə yumurtaların,
inkubatorların, yumurta taralarının inkubasiyadan qabaq dezinfek
siyası aparılmalı və bu məqsədlə formaldehid buxarından istifadə
edilməlidir. İnkubator şkaflarının dezinfeksiyası üçün hər m3 in
kubator həcminə 45 ml formalin, 30 qram kaliumOpermanqanat
və 22 ml su götürülür. Dezinfeksiya 37°S temperaturda və 70%
nisbi nəmlik şəraitində aparılır. Ekspozisiya 1 saatdan az olmama
lıdır. Yumurtaların dezinfeksiyası üçün müvafiq olaraq 30 ml for
malin, 20 qram kalium pennanqanat və 15 ml su götürülməlidir.
Hər cücə çıxımından sonra inkubatorlar və müxtəlif inventarlar
mütləq dezinfeksiya edilməlidir. Quşlar sexlərə köçürüldükdən
əvvəl sexlər tam təmizlənməli və burada formaldehidlə aerozol
dezinfeksiya edilməlidir. Bu məşsədlə hər m3 binanın həcminə
10-15 ml formalin 15°S temperatur və 65-95% nisbi nəmlik şərai
tində aerozol halında tətbiq edilməlidir. Quş binalarında ventilya-
siyanın normal işləməsi və vaxtaşırı civə-kvars lampalarının işlə
dilməsi binadakı havanın mikroblarla çirklənməsinin qarşısını
alır. Son zamanlar quşlar olan şəraitdə quş binalarının havasını zə
rərsizləşdirmək üçün süd turşusu və ya rezorsinin yüksək dispres
aerozolunun tətbiqi məsləhət görülür.
Təsərrüfatda stafilokokkoz müşahidə edildikdə məhtutlaş-
malar qoyulur, xəstələr ayrılır, patoloji prosesin dərəcəsindən
asılı olaraq ya texniki utilləşidirlir, ya da kəsilir, binalar və
m üxtəlif inventarlar təmizləndikdən sonra dezinfeksiya edilir.
Travma törədə biləcək bütün vasitələr ləğv edilir. Heyvan mən
şəli şübhə doğuran yemlər stafilokokkozlara görə yoxlanmalı və
lazım gəldikdə istifadə edilməməlidir. Quşlar yüksək keyfiyyət
li yemlərlə təmin edilməli və normal zoogigiyeniki şəraitdə sax
lanmalıdır.
306
Təsərrüfat stafılokokkoza görə sağlamlaşdırıldıqdan sonra
yekun dezinfeksiya aparılır və qoyulmuş m əhtutlaşm alar
götürülür.
Tulyarem iya
Tulyaremiya (Tularaeremia) müxtəlif növ heyvanların və quş
ların təbii ocaqlı infeksion xəstəliyi olub isitmə, hemorroji sep-
tisemiya, tənəffüs orqanlarının iltihabı ilə səciyyələnir.
T a r ix i m əlum at.
Xəstəlik ilk dəfə 1912-ci ildə Kole və Xa-
pin tərəifndən sünbülqıranlarda Kaliforniya ştatının Tulyare əra
zisində qeyd edilmiş, onun əldə edilmiş törədicisi isə
B.tularense adlandırılmışdır. Quşlarda bu xəstəliyi ABŞ-ın
Montano ştatında qeyd etmişlər. Keçmiş SSRİ-də tulyaremiya
K.A.Dorofeyev tərəifndən 1947-ci ildə qeyd edilmiş, törədicisi
nin toksonomiyası öyrənilmiş və nəticədə Francisella cinsi ay
rılmışdır.
Tulyaremiya Amerika, Asiya və Avropada m üxtəlif növ hey
van və quşlar arasında yayılmışdır. Xüsusilə kəmiricilər çox
olan ərazilərdə xəstəlik geniş şəkildə qeyd edilmişdir.
X ə stə liy in törəd icisi.
Francisella tularensis 3 coğrafi növ
müxtəlifliyinə: amerika, avraziya və orta asiyaya bölünür. Bun
lar polimorf, zərif kapsulaya malik olan xırda çöplərdir. Sərbəst
hərəkətə malik deyil, spor yaratmır, qram mənfidir, anilin boya
ları ilə yaxşı boyanır. Aerobdurlar, xüsusi qida mühitlərində ye
tişdirilir. Sistin və qan əlavə edilmiş ƏPA, yumurta sarısı mühi
tində amil 2-7 gündən sonra zərif boy verir. Francisella tularen-
ze virulentli-S və amirulent-R formalı kloniyalar yaradır.
Virulentli kulturalar O, H və V antigeninə. avirulentlər isə
yalnız O-antigeninə malikdir. Xəstəliyi keçirmiş heyvan və quş
ların qanında aqqlyutininlər, presipitinlər və komplementbirləş-
dirici əkscisimlər aşkar edilir.
D avam lılığı.
Amil su və nəmli torpaqda 4°S temperaturda vi-
rulentliyini itirmədən 4 aydan çox yaşayır. Donmuş ətdə 3 ay
307
dan çox, donmuş süddə isə 3,5 ay sağ qalır. Mikrob qurumaya
davamlıdır və xəstəlikdən ölmüş gəmiricilərin dərisində 45 gü
nə qədər yaşayır. Günəş şüalarının təsirindən 30 dəqiqəyə inak-
tivləşir.
Kimyəvi dezinfeksiya vasitələrinin təsirindən tez tə lə f olur.
Xüsusilə lizol, karbol turşusu və kreolinin 2-3 %-li məhlulları
etibarlı dezinfeksiyanın əldə edilməsinə səbəb olur.
E pizootoloji m əlum atlar.
Təbii halda xəstəliyə 125 növ
onurqalılar və 100 növ onurqasızlar həssaslıq göstərir. Təbiətdə
xəstəlik ən çox gəmiricilərdə, yırtıcı heyvanlarda, vəhşi quş
növlərində, amfıbiyalarda və balıqlarda qeyd olunur. Xəstəliyə
insanlar çox həssasdır. Toyuqlar dəstəsinə mənsub olan quşlar
daha çox həssaslıq göstrəir. Xəstəlik törədicisinin quşlar və tə
sərrüfatlar arasında yayılmasında bir çox qan soran həşəratlar
böyür rol oynayır. Xəstəlik quşlarda çox vaxt latent infeksiya
halında özünü göstərir. Yaşlılara nisbətən cavanlarda xəstəlik
daha çox müşahidə edilir. Təbii yolda yoluxma aerogen və
transmissiv yolla baş verir.
Xəstəlik törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
quşlar, ehtiyat mənbəyi isə təbiətdə geniş yayılmış gəmiricilər
hesab edilir.
Tulyaremiya ən çox yaz-yay fəsillərində müşahidə edilir ki,
buda həmin dövrdə gəmiricilərin və həşəratların aktivliyi ilə
izah olunur.
Bir çox tədqiqatçılar tərəfindən dəvələrdə tulyaremiyanın
triponozomozla, gəmiricilərdə isə listeriozla birlikdə getməsi
qeyd olunmuşdur.
Tulyaremiya təbii ocaqlı xəstəlikdir və onun təbiətdə ocaq
ları olduqca davamlı olmaqla 50 ildən artıq dövrdə öz aktivliyi
ni saxlayır.
Patogenez.
Xəstəliyin patogenezi tam şəkildə öyrənilməyib.
Orqanizmə müxtəlif yollarla daxil olmuş tulyaremiyanın törə
dicisi qan vasitəsilə orqanizmə yayılır, ümumi və yerli reaksiya
ların əmələ gəlməsinə səbəb olur.
308
G edişi və kliniki əla m ətləri.
İnkubasiya dövrü bir neçə
gündən bir həftəyə qədər davam edir. Ümumi zəiflik, iştahın it
məsi, arıqlama, pipik və saqqalın solğunluğu, bəzi hallarda sino-
vit, artrit, başın üz hissəsinin şişi qeyd olunur. Toyuqlarda yu
murtlama qabiliyyəti 50-70% aşağı düşür.
Patoloji-anatom ik dəyişd ik lər.
Quşlarda dilin kökündə,
udlaqda iltihabı fokuslar və kareozlu kütlənin toplanması müşa
hidə edilir, cəsəd arıq olmaqla qaraciyərin və dalağın böyüməsi
və bəzən da nekrotiki sahələr aşkar edilir. Digər orqanlarda dəyi
şdiklər görünmür.
D iaq n oz.
Xəstəliyin kliniki əlamətləri və patoloji-anatomik
dəyişdikləri xarakterik olmadığı üçün laboratoriya müayinələ
rindən istifadə edilir.
Quş cəsədi bütöv halda laboratoriyaya göndərilir. Burada
təhlükəsizlik qaydalarına əməl etməklə bakterioskopiya, təmiz
kulturanın alınması və bioloji sınağın qoyulmasında istifadə edi
lir. Hazırlanmış yaxmalar Romanovski-Himza üsulu ilə boyanır.
Təmiz kultura almaq üçün Mak-Koy, Droyevkinə və Yemelya
nov qida mühitlərindən istifadə edilir. Bioloji sınaq ağ siçan və
bəzən hind donuzları üzərində qoyulur. Orqanlardan əldə edil
miş suspenziya 0,5 ml dozada dərialtı və ya qarınboşluğuna ye
ridilir. Ağ siçanların 3-5 gündən sonra, hind donuzlarının isə 4-
10 gün ərzində tələf olması və onların daxili orqanlarından xəs
təlik törədicisinin kulturasının alınması diaqnozu dəqiqləşdirir.
Xəstəliyin diaqnostikasında AR, PR və s. istifadə edilir.
Xüsusilə AR daha spesifik olduğu üçün bundan daha çox istifa
də edilir. Antigen kimi tulyaremiya diaqnostikumundan istifadə
edilir. İstifadə etməzdən əvvəl onu fizioloji məhlulla elə durult
maq lazımdır ki, alınmış suspenziyanın hər ml-də 1 mlrd, mik
rob hüceyrəsi olsun. Tulyaremiyada diaqnostik titr 1:25 və 1:50-
də hesab olunur.
Vasitəsiz hemaqqlyutinasiya reaksiyası tulyaremiya antigeni
ilə sensibilizasiya olunmuş eritrositlərlə və ya eritrositar dianos-
tikumla qoyulur. Birinci antigenlə quşların serumunun, ikinci ilə
309
antigenin quş cəsədinə müəyyən edilməsi üçün istifadə edilir.
Allergiya sınağı aparmaq üçün tulyarın allergeni hazırlanmış və
bundan xəstəliyin ilkin dövrünü və həm də retrospektiv diaqnosti
ka üçün istifadə edilir. Tulyarın quşların sırqa sahəsinə 0,2 ml do
zada inyeksiya edilir və nəticəsi 24-48 saatdan sonra yoxlanır.
T əfriq i diaqnoz.
Xəstəliyi çiçəkdən və infeksion larinqotra-
xeitdən təfriq etmək lazımdır.
Çiçək dəri, difteriya və kataral formada gedir. Bakterioloji
müayinənin nəticəsi mənfidir. Hüceyrə daxili cisimciklər aşkar
edilir.
İnfeksion larinqotraxeyitdə əsas proses respirator orqanlarda
gedir və qırtlaqda kazeozlu kütlədən ibarət tıxac qeyd olunur.
M üalicə.
Aparılmır.
İm m unitet.
Xəstəliyi keçirmiş quşlarda immunitet yaranır,
qanda antitellər nəzərə çarpır, xəstəlik törədicisinin antigeninə
orqanizmdə sensibiliyzasiya baş verir. Kənd təsərrüfatı heyvan
ları və quşların tulyaremiyasına qarşı vaksinasiya aparılmır.
1946-cı ildə V.Y.Elbert və N.A.Qayski tərəifndən diri vaksin
hazırlanmış və bundan insanların peyvəndi üçün istifadə edilir.
P rofilatika və m übarizə təd b irləri.
Xəstəliyin profilakti
kası üçün infeksiya ocağında epizootoloji müayinə aparılmalı,
infeksiya törədicisinin mənbəyi və ehtiyat mənbəyi və keçirici
amillər müəyyən edilməlidir. Bundan əlavə quşçuluq binaların
da, yem ambarlarında müntəzəm şəkildə deratizasiya və dezin
feksiya tədbirləri yerinə yetirilməlidir.
Xəstəlik baş verdikdə təsərrüfata məhtutlaşmalar qoyulur,
xəstələr öldürülür, quş cəsədləri toplanaraq yandırılmaqla zə
rərsizləşdirilir. Quşların yemləndirilməsi üçün istifadə edilən ta
xıl məhsulları taxıl qurudan aqreqatlarda qurudulmaqla zərərsiz
ləşdirilir.
Profilaktika və mübarizə tədbirlərini aparan zaman insanların
təhlükəsizliyi tam təmin edilməlidir, cari dezinfeksiya tədbirləri
müntəzəm şəkildə yerinə yetirilməlidir. Bu məqsədlə 3%-li for
malin, 3%-li xlorlu əhəng məhlullarından istifadə edilməlidir.
3 1 0
Məhtutlaşma təsərrüfat sağlamlaşdırıldıqdan və son dezin
feksiya aparıldıqdan sonra götürülür.
Botulizm
Botulizm (Botulismus) iti gedişli infeksion xəstəlik olub quş
larda mərkəzi sinir sisteminin zədələnmələri, ayrı-ayrı nahiyyə-
lərdə ifliclərin baş verməsi ilə səciyyələnir.
T arix i m əlum at.
1820-1822-ci illərdə Kemer Kolbasadan
zəhərlənm iş insanlarda xəstəliyin kliniki əlamətlərini qeyd et
miş və göstərmişdir ki, kolbasada zəhər əmələ gəlir və bu əksər
xüsusiyyətlərinə görə mineral və bitki zəhərlənmələrdən fərq
lənir. Quşlarda botulizm 1917-ci ildə Dikson tərəfindən müşahi
də edilmiş və o göstərmişdir ki, «yumşaq boyun» adı ilə məlum
olan xəstəlik botulizmdir. 1897-ci ildə Van-Ermenqem qaxac
edilmiş donuz ətindən zəhərlənib ölmüş insanın bağırsaq və da
lağından sporlu anaerob mikrob ayırmış və bunu Bacillus botu-
linus adlandırmışdır. 1930-1935-ci ildə Kalmbax və Qenderson
ABŞ və Kanadada «ördəklərin qərb xəstəliyi» adı ilə məlum
olan xəstəliyin botulizm olmasını göstərmişlər. Sonra bu xəstə
liyin dünyanın bir çox ölkələrində ayrı-ayrı quş növlərində də
qeyd edilmişdir. Keçmiş SSRİ-də xəstəliyin törədicisi ilk dəfə
1936-cı ildə İ.A.Dukalov tərəfindən əldə edilmişdir.
X ə stəliy in törədicisi.
Clostridium botulinum - çöp şəklində
mikrob olub uzunluğu 4-5 mkm: eni 0,5-1,2 mkm-dir. Törədici
üçün əlverişsix mühitdə, qida mühitlərində, yeyinti məhsulların
da, suda, torpaqda və digər substratlarda o subterminal sporlan-
maya səbəb olur və mikroba tennis formasını verir.
Cl.botulinum toksininin 7 tipi - A, B, C, D, E, F və V -
mövcuddur ki, bunlarda bir-birindən immunobioloji xüsusiyyət
lərinə görə fərqlənir, yəni bu tiplərin hər biri müvafiq antitoksik
serumla neytrallaşır. Mikrob əksər anilin boyalarını qəbul edir,
qram müsbətdir. Sərbəst hərəkətə malikdir, obliqat anaerobdur.
Bunun toksin əm ələ gətirməsi üçün ən yaxşı mühit neytral və ya
3 1 1
zəifqələvi mühit və 18-380S temperatura hesab edilir. Turş
mühitli yemlərdə, 5-10% xörək duzu olan mühitlərdə, nitritlər,
yağ turşuları və antibiotiklər olan şəraitdə amil çoxalır.
Botulinus toksini ən güclü zəhərdir. Törədicinin A tipinin
bulyon kulturasının fıltratının 1/10000000 ml dozası hind donu
zunu öldürür, 1 qram toksin 60 mlrd, ağ siçanı öldürmək qabi
liyyətinə malikdir ki, bu qədər ağ siçanların canlı kütləsi 1200
min tondur. Bir unisiya (28,3 qram toksin) 24 min qaramalı
öldürür. 3500 siçanlar üçün letal doza insan üçün ölüm dozası
hesab edilir.
D avam lılığı.
Cl.botulinum yüksək temperatura təsirinə ol
duqca davamlıdır. 100°S temperatura amili yalnız 5 saatdan son
ra, 105"S 2 saatdan sonra, 120°S isə 10 dəqiqədən sonra öldürür.
Mədə şirəsi və həzm traktı enzimləri toksinə təsir göstərmir.
Qamma və ultrabənövşəyi şüaların birlikdə təsiri yaxşı zərərsiz-
ləşdirici təsirə malikdir.
Botulinus toksini maye mühitlərdə qaynamaya 15-20 dəqiqə
davam gətirir. M üxtəlif bərk kütləri ərzaq məhsullarında botuli
nus toksikini parçalamaq üçün azı 2 saat qaynadılmalıdır.
E p izootoloji m əlum atlar.
Xəstəliyin törədicisi təbiətdə ge
niş yayılmışdır. Bunu əksər xarici mühit obyektlərində müşahi
də etmək olar. Spontan xəstəliyi əksər növ kənd təsərrüfatı hey
vanları və quşlar keçirir. Quşlardan toyuqlar, ördəklər, qazlar,
hind quşları, qağayılar, göyərçinlər və başqaları daha çox həs
saslıq göstərir.
Quşlarda botulizmi xəstəliyin törədicisinin C bəzən isə A və
В tipləri törədir. Cl.botulinum təbiətdə geniş şəkildə yayılmaq
la onu torpaqda, m üxtəlif bitkilərdə, tərəvəzdə, meyvədə, hey
van və quş peyinində, çürüyən cəsədlərdə, milçək sürfələrində,
müxtəlif dəniz və şirin su hövzələrindəki balıqların və digər hid-
robiontların bağırsaq möhtəviyyatı və toxumalarında, quşlarda,
heyvanlarda aşkar etmək mümkündür.
Müəyyən temperatura, nəmlik, mühitin pH-ı və anaerobioz
şəraitdə saxlanan yemlərdə botulizmin törədicisi çoxlır və tok-
312
sin hasil edir. Quşlar belə yemlərlə yemləndirildikdə yoluxur və
xəstəlik baş verir. Kütləvi zəhərlənmələr ilin isti fəsillərində
daha çox qeyd edilir. Onu da qeyd etmək lazımdır ki, yemlərdə
botulinus toksini yalnız müəyyən sahələrdə olur və belə yemlər
xarici görkəminə görə digər yemlərdən fərqlənmir.
Məlum olmuşdur ki, quşların botulinus toksini ilə zəhərlən
məsi bütün həzm orqanları boyunca baş verir. Bundan əlavə
amilin travma sahəsində çoxalması və toksin yaratması aşkar
edilmişdir. Həşəraiların bütün inkişaf mərhələlərində özlərində
toksin və amilin vegetativ və spor formalarını saxlayır. Həm də
diri və ölmüş həşəratlarda toksinin aktivliyi tədricən zəifləyir
və müəyyən şəraitdə ölmüş həşəratlarda toksinin əm ələ gəlmə
si də qeyd olunur.
Quşlarda xəstəlik intoksikasiya halında bəzən isə toksikoin-
feksiya kimi özünü göstərir.
P atogenez.
Yemlə orqanizmə daxil olmuş toksin nazik bağır
saq şöbəsinin divarindan qana sorulur və qısa müddət ərzində
orqanların əksəriyyətində qeyd olunur. 1 saat keçmiş toksinin
konsentrasiyası bu orqanlarda azalır, ancaq böyrəklərdə və əzə
lələrdə isə çoxalır. Botulinus toksininin reseptorları güclü şəkil
də qıcıqlandırıması ilə əlaqədar olaraq baş beyində funksiya poz
ğunluqları baş verir, sinir hüceyrələri həddən artıq qıcıqlandığı
üçün fəaliyyətdən düşür və məhv olur.
Uzunsov beyində müxtəlif mərkəzlərin zədələnməsi nəticə
sində əzələlərin, udlağın, dilin və alt çənənin iflici baş verir.
Toksin periferik sinir sisteminə təsir edir, asetilxolinin ayrılma
sını ləngidir, nəticədə sinir-əzələ əlaqələri pozulur. Bu isə öz
növbəsində gövdə əzələlərinin, tonusunun aşağı düşməsinə, hə
rəkətin pozulmasına, tənəffüs və ürək əzələlərinin iflicinə, as-
fiksiyaya və ölümün baş verməsinə səbəb olur.
G edişi v ə kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
bir neçə saatdan bir neçə günə qədərdir. Xəstə quş ölgündür, çə
tinliklə hərəkət edir və hərəkət müvazinəti pozulur, daha çox
oturur, qanadları sallanır, iştah itir, ağızda seliyin toplanması,
313
gözün yarıörtülü olması nəzərə çarpır.
Boyunda S-vari əyilmə və başın çiyinə doğru qatlanması, di
lin yarı açılmış dimdikdən xaricə çıxması, həzm orqanlarının
funksiya pozğunluqları, temperaturun normada və normadan
aşağı olması müşahidə edilir. Xəstəliyin sonunda quş qarın və ya
yanı üstə olmaqla ayaq və qanad əzələlərinin iflici nəticəsində
hərəkət müafizənitinin pozulması, ördək və qazlarda suyun üzə
rində olmasına baxmayaraq üzmə hərəkəti edə bilmir, başını su
dan yuxarı tutur və su içə bilmir. Qıcıqlara həssaslıq itmir, göz
bəbəyi genişlənmiş halda nəzərə çarpır. Qaz və ördəklərdə ölüm
qəflətən suyun üzərində, digər quş növlərində koma nəticəsində
baş verir. Toyuqlarda və qırqovullarda tük və lələklərin follikul-
larda zəif təsbiti nəticəsində onların tökülməsi qeyd olunur.
P atoloji-anatom ik d əyişilik lər.
Kəskin intoksikasiyalar za
manı patoloji-anatomik dəyişiliklər xarakterik olmur. Xəstəlik
2-3 gün davam edirsə cəsədlər yarıldıqda bağırsaqların selikli
qişasının kataral iltihabı, vəzili mədənin hemorroji iltihabı və
şişməsi, qırtlaq və traxeyanın başlanğıcında yemlə qarışıq selik
li kütlə görünür. Qaraciyərin, dalağın və böyrəklərin doluqanlı
olması qeyd olunur. Baş beyində şişkinlik və üzərində çoxlu
miqdarda qan sızmalar nəzərə çarpır.
Diaqnoz.
Xəstəliyə diaqnoz qoymaq üçün kompleks diaqnos
tika üsulundan istifadə edilir. Laboratoriya müayinələrinin nəti
cəsi əas sayılır.
Baytarlıq laboratoriyasına şübhəli yem və ölmüş quş cəsəd
ləri göndərilir. Bakterioloji müayinə aparmaq üçün qaraciyər
dən, dalaqdan, çinədan və bağırsaq möhtəviyyatından suspen-
ziya hazırlanır, tənzifdən süzüldükdən sonra Kitt-Tarossi və ya
Liber beyin qida mühitinə əkilir. Hər bir nümunə iki qabda əki
lir. Biri əkildikdən sonra 80°S temperaturda 20 dəqiqə ərzində
isidilir, digəri isə olduğu kimi saxlanır. Sonra hər iki nümunə
termostatda 37°S temperaturda yetişdirilir. Eyni zamanda ümumi
qayda üzrə mikroskopiya edilir.
Bioloji sınaq qoymaq üçün ağ siçan və ya hind donuzlarını
314
isidilməmiş suspenziya ilə dərialtı və ya qarın boşluğuna 0,5-1
ml dozada yoluxdurulma aparılır. Laboratoriya təcrübə heyvan
larının ölməsi patoloji materialda toksinin olmasını göstərir.
Toksinin tipini təyin etmək üçün homoloji antitoksik serumlarla
neytrallaşma reaksiyası qoyulur.
Dostları ilə paylaş: |