T əfriq i diaqnoz.
Xəstəliyi nyukasl xəstəliyi və Marek xəs
təliyindən təfriq etmək lazımdır.
Nyukasl xəstəliyi toyuqlar dəstəsinə mənsub olan quşlar ara
sında müşahidə edilməklə həzm və tənəffüs orqanlarının funk
siya pozğunluqları və mərkəzi sinir sisteminin zədələnmələri
ilə səciyyələnir. Bakterioloji müayinənin nəticəsi mənfidir,
çünki xəstəliyi paramiksoviridə ailəsinə mənsub olan viruslar
törədir.
Marek xəstəliyi zamanı parenximatoz orqanlarda neoplastik
törəm ələr və periferik sinir sisteminin zədələnm ələrinə məxsus
olan əlam ətlər qeyd olunur. Bakterioloji müayinənin nəticəçsi
mənfidir, çünki xəstəliyi herpesviruslar ailəsinə mənsub olan vi
ruslar törədir.
M ü a licə.
Səmərəli müalicə vasitəsi yoxdur. Həzm traktını
toksiki məhsullardan azad etmək üçün quşlara yemlə birlikdə iş
ləmə vasitələri vermək lazımdır. Xəstəliyin ilk dövrlərində bo-
tulinus əleyhinə «C» tip serumunun yaxşı nəticə verməsi göstə
rir. Xəstə quşlar soyuq və qaranlıq binalarda saxlanmalıdır.
İm m unitet.
Xəstəliyi keçirmiş heyvan və quşlarda antitok
sik immunitet yaranır. Quşların botulizminə qarşı səmərəli vak-
sin hazırlanmamışdır. Antitoksik serum 6-7 gün ərzində profi
laktiki təsirə malikdir.
P rofilaktika və m übarizə təd b irləri.
Yemlərin işlənib ha
zırlanması və saxlanması zamanı onların tərkibinə torpağın, xır
da hqyvan cəsədlərinin, xüsusilə gəmirici və həşəratların
düşməsinə qarşı diqqət yetirilməlidir. Nəmli, kifli və xarab ol
muş yemlər quşlara verilməməlidir. Heyvan mənşəli məhsullar
yalnız 2 saat müddətində bişirildikdən sonra istifadə edilməlidir.
Quşların yoluxmaması üçün onların gəzinti yerləri müntəzəm
315
şəkildə nəzarət altında olmalı, burada gəmirici cəsədləri yığılıb
yandırılmalıdır. Gilli su sahələri çürüntülü yemlərdən təm izlən
məli və quşların bunlarla kontaktına imkan verilməməlidir.
Botulizmin profilaktikasında əsas məsələ quşların yüksək
keyfiyyətli bitki və heyvan mənşəli yemlərlə yemləndirilməsi-
dir.
Ornitoz
Omitoz (Ornithosis, psittakoz, xlamidioz) infeksion respira
tor xəstəlik olub, əsasən yuxarı tənəffüs yollarının və konyunk-
tivanın zədələnmələri ilə səciyyələnir.
T arixi m əlum at.
İlk dəfə tutuquşları ilə kontaktda olan in
sanlarda ağciyərin iltihabı, ishal və isitmə ilə özünü göstərən bu xəs
təliyi 1874-cü ildə Yurqenson qeyd etmiş və 1879-cu ildə İsveç
rədə ekzotik quşları saxlayan bir ailədə Ritter tərəfindən omitoz
xəstəliyinin infeksiyasını müşahidə edilmişdir. 1891-1897-ci il
lərdə Paris şəhərində bu xəstəlik bir neçə dəfə qeyd edilmişdir.
Nokar 1892-ci ildə bu xəstəliyin epizootoloji xüsusiyyətlərini və
kliniki əlamətlərini ətraflı şəkildə öyrənmişdir. 1895-ci iolə Mo-
ranje bu xəstəliyi psittakoz-tutuquşu adlandırmağı təklif etmişdir.
1929-1930-cu illərdə bir-birindən asılı olmadan Lilli ABŞ-da,
Levintal Almaniyada və Konlz İngiltərədə xəstəliyin törədicisi
ni aşkar etmiş və xəstə quşların retikuloendotelial sistem hücey
rələrində spesifik cisimcikləri müəyyən etmişlər. Bedson, Ves-
tem və Simpson göstərmişlər ki, bu cisimciklər xəstəlik törədi
cisinin elementar hissəcikləridir. Sonradan müxtəlif alimlər tərə
findən müəyyən edilmişdir ki, infeksiya törədicisinin mənbəyi
tək tutuquşu yox, həm də digər növ quşlardır. Ona görə də xəs
təliyi omitoz (omis - quş) adlandırmağı qərara aldılar.
Hal-hazırda omitoz 132 növ quşda müəyyən edilmişdir. Xəs
təlik dünyanın əksər ölkələrində müxtəlif növ quşlar arasında
müşahidə edilir. Xəstəlik quşlarda böyük tələfata səbəb olmasa-
da epidemioloji cəhətdən təhlükəlidir. İnsanlar xəstəliyin törə
316
dicisinə olduqca həssas olmaqla yoluxma aerogen yolla baş verir.
X ə stəliy in törədicisi.
Törədici xlamidiya cinsinə mənsub
olan Chlamydiae psittaci-dir. Bunlar kokkvari mikroorqanizm
olub sərbəst hərəkətə malik deyil. Bunun xarakterik xüsusiyyə
ti obliqat hüceyrədaxili həyat tərzinə malik olmasıdır. Bu mik
roorqanizm xırda elementar cisimciklər (infeksion forma) və
nisbətən inisial cisimciklər (vegetativ və qeyri-infeksion forma)
yaradır ki, bu da sonradan sahib orqanizminin yoluxmuş hücey
rələrində bölünmə yolu ilə çoxalır.
Xlamidiyaların inkişaf sikli 40 saata qədər davam edir, nəti
cədə hüceyrənin sitoplazmatik vakuolunda elementar cisimcik-
lərin mikrokoloniyalarının formalaşması ilə yekunlaşır. Elemen
tar cisimciklər yoluxmuş hüceyrələrin sitoplazmasında qeyd
olunur və iri topa halında tutun meyvəsini xatırladır. Xəstəliyin
törədicisi Romanovski-Himza, Makkiavello və Stamp üsulu ilə
yaxşı boyanır.
Xlamidiyaların hüceyrələrdən kənarda yetişdirilməsi işlən
məmişdir. Ona görə də xəstəlik törədicisinin patoloji material
dan ayrılması üçün 6-8 günlük toyuq embrionlarından istifadə
edilir. Bu məqsədlə həm də 3 həftəlik siçanlarda nazal və ya se-
rebral, hind donuzları və göyərçinlərdə isə qarın boşluğuna yo
luxdurma aparılır.
Xlamidiyaların törədicisi mürəkkəb antigen quruluşuna ma
likdir, yəni cins, növ və tipspesifık antigenliyi ilə özünü göstə
rir. Diaqnostika cəhətdən kompliınenttesbitedici antigen daha
mühüm olmaqla 2 komponentdən: cins üçün spesifik olan termos-
tabil və növ üçün spesifik olan termoloabil komponentlərdən
təşkil olunmuşdur. Müxtəlif növ quşlardan əldə edilmiş xəstəlik
törədicilərinin ştamlarını təfriq etmək üçün neytrallaşma reak
siyasından istifadə edilir.
D a vam lılığı.
Xəstəliyin törədicisi davamsızdır. Beləki 60°S
temperaturda amil 10 dəqiqəyə, otaq temperaturunda 1-2 günə
inaktivləşir. Suda 17 gün, quş peyinində 4 ay, günəş şüaları al
tında 6 gün sağ qalır. Kimyəvi dezinfeksiya vasitələrindən 3%-
317
li karbol turşusu, 2%-li formaldehid, 5%-li lizol məhlullarının
təsirindən xəstəliyin törədicisi bir neçə saata tələf olur.
E p izootoloji m əlum atlar.
Xəstəliyə bütün növ quşlar həs
sasdır. Xüsusilə daha çox tutu quşları, göyərçinlər, qazlar, ör
dəklər, hind quşları, toyuqlar həssaslıq göstərir. Yaşlılar körpə
lərə nisbətən davamlıdır. Laboratoriya təcrübə heyvanlarından
ağ siçanlar, ada dovşanları və dağ siçanları Chl.psittaci.-yə həs
sas olduğuna görə bioloji sınaq onların üzərində qoyulur.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar və xlamidiya-
daşıyan quşlar hesab edilir. X əstəliyi keçirmiş quşlar
uzunmüddətli xlamidiya daşıyıcılar olmaqla amili m üxtəlif yol
larla xarici mühitə ixrac edir.
Xəstəlik ən çox aerogen və alimentar yoluxma yolu ilə baş
verir.
Quşların çoxunda omitoz latent infeksiya halında getm əklə
onlarda heç bir kliniki əlamət görünmür. Xəstəliyin baş verm ə
si, yayılması və gedişində quşların yemləmə-saxlama şəraiti
böyük rol oynayır. Xüsusilə quşlar pis şəraitdə saxlandıqda, key
fiyyətsiz yemlə yemləndirildikdə, binada sıx yerləşdirildikdə və
bəzi xəstəliklərə tutulduqda xəstəliyin kliniki əlamətləri və pa-
toloji-anatomik dəyişdikləri aydın şəkildə nəzərə çarpır.
Omitoz təbii ocaqlı infeksion xəstəlikdir. Köçəri quşların
belə ocaqlarla kontaktı infeksiya törədicisinin geniş ərazilərə
yayılmasına səbəb olur. Omitozun təbii ocağının təbiətdə sax
lanmasında gəmiricilərin rolu təsdiq edilmişdir. Bəzi m üəlliflər
transovarial yoluxma yolunu qeyd edirlər.
Patogenez.
Xəstəliyin törədicisi quş orqanizminə yuxarı tə
nəffüs yollarının və həzm traktatının selikli qişası vasitəsilə da
xil olduqdan sonra qısa müddətdə qana keçir və qan vasitəsilə
əksər orqan və toxumalara yayılır, əsasən retikuloendotelial sis
tem hüceyrələrində artıb çoxalır. Nəticədə respirator orqanlar
da, qaraciyərdə, dalaqda, sümük iliyində iltihab və degenerativ
dəyişdiklər törədir. Orqanizmdə maddələr mübadiləsi pozulur,
orqanizmin ümumi rezistentliyi aşağı düşür ki, buda sekundar in-
318
feksiyaların baş verməsinə səbəb olur. M üxtəlif stress-faktorla
rın təsirindən çox vaxt latent infeksiya kliniki xəstəlik forması
na çevrilir.
G edişi və kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
dəyişkən olmaqla 3 gündən bir neçə aya qədər davam edir. Or-
nitoz quşlarda iti, yarımiti və xroniki gedir və patoloji prosesin
xarakterinə görə xəstəliyin respirator, bağırsaq və qarışıq forma
ları qeyd olunur. Onu da qeyd etmək lazımdır ki, omitoz çox
vaxt quşlarda latent inapparant infeksiya halında gedir.
X əstəlik tutu quşlarında daha xarakterik nəzərə çarpan klini
ki əlam ətlərlə özünü göstərir. Xəstə quşlarda yuxululuq, ümumi
zəiflik, iştahsızlıq və ishal qeyd edilir. Skilet əzələlərində titrə
mə, xəstəliyin sonunda arıqlır və 1-2 həftəyə ölüm baş verir.
Göyərçinlərdə konyunktivit, işıqdan qorxma, tənəffüsün çə-
tinləşməsi bəzən bağırsaqların funksiya pozğunluqları, irinli ae-
rosakkulit və yumurtlama qabiliyyətinin kəskin şəkildə aşağı
düşməsi nəzərə çarpır.
Hind quşları, ördək və qazlarda ümumi zəiflik, ishal, keratit,
konyunktivit, ağciyərin iltihabı və arıqiıq müşahidə edilir. Sal-
monellyozla bu quş növlərinin xəstələnməsi omitozun gedişini
mürəkkəğləşdirir. Yaşlı quşlar körpələrə nisbətən davamlı ol
maqla ornitoz onlarda çox vaxt subkliniki formada gedir. Körpə
lərdə bəzən əzələ titrəmələri, hərəkət müvazinətinin pozulma
sı və mərkəzi sinir sisteminin zədələnmələrinə məxsus olan
əlam ətlər müşahidə edilir.
Omitozun xroniki gedişi ən çox göyərçinlərdə nəzərə çarpır
və kliniki əlamətlər xarakterik deyil, ancaq onların yuvalarında
14-20 günlük balalarının ölümü qeyd olunur, müayinə zamanı
bağırsaqların və hava kisələrinin kəskin iltihabı qeyd edilir.
P atoloji-anatom ik d əyişilik lər.
Ölmüş quş cəsədlərinin pa-
toloji-anatomik yarması zamanı bağırsaqların selikli qişalarının
iltihabı, qaraciyərin böyüməsini, üzərində çoxlu miqdarda qan
sızmaları və müxtəlif böyüklükdə nekroz ocaqları, dalağın tünd-
qırmızı rəngdə boyanması, həddən çox böyüməsi və üzərində
319
xırda nekroz ocaqları, böyrəklərin şişkinliyi və boz rəngdə ol
ması nəzərə çarpır.
Omitozun xroniki formasından ölmüş quşlarda yalnız selikli
və serozlu qişaların anemiyası müşahidə edilir.
Histoloji müayinə zamanı parenximatoz orqanların retikul-
yar stromasının proliferasiyası, qaraciyərin kupfer hüceyrələrin
də və mononuklear hüceyrələrdə törədicinin elementar cisim-
cikləri müşahidə edilir.
D iaqnoz.
Omitoza diaqnoz qoymaq üçün kompleks diaqno
stika üsulundan istifadə edilir, və burada həlledici rolu labora
toriya müayinələri və seroloji reaksiyalar oynayır. Laboratoriya
müayinələri aparmaq üçün xəstəlikdən ölmüş quş cəsədi 5%-li
lizol və ya karbol turşusu məhluluna hopdurulmuş bir neçə qat
tənzifə bükülür və maye keçirməyən tarada laboratoriyaya gön
dərilir. Xəstə quşlardan müayinə məqsədilə burun və konyunk-
tival sekret, kal və qan da istifadə edilə bilər.
Patoloji materialdan fizioloji məhlula ümumi qayda üzrə sus-
penziya əldə edildikdən sonra bakterial mikrofloranı məhv et
mək üçün bunun hər 1 ml-nə 50 mkq streptomisin və 1000 T.V.
penisillin əlavə edilir. Laboratoriyada patoloji materialdan mik-
roskopiya yolu ilə elementar cisimciklər axtarılır və ağ siçan,
həmçinin toyuq embrionlarında bioloji sınaq qoyulur.
Bioloji sınaq 5-7 günlük toyuq embrionlarında saralıq kisəsi
nə yoluxdurma yolu ilə, ağ siçanlarda qarın boşluğuna və ya int-
raserebral yoluxdurma yolu ilə aparılır. Bu məqsədlə toxuma
kulturalarından da istifadə edilə bilər. Patoloji materialda xlami-
diyalar varsa toyuq embrionları yoluxdurmanın 3-9-cu günlərin
də tə lə f olur və bunun daxili orqanlarından hazırlanmış yaxma
larda elementar cisimciklər mikroskop altında axtarılır. Yolux
durulmuş ağ siçanlar 6-8-ci günlərdə öldürülür və bunun orqan
larında əvvəlki kimi elementar cisimciklər yoxlanır.
Orqanizmidə latent infeksiya formalarının aşkar edilməsi
üçün quşların qan serumu KBR ilə yoxlanır. Bundan əlavə xəs
təliyin diaqnostikası məqsədilə allergiya sınağından da istifadə
320
edilir. Omitoz allergeni ördəklərdə çənəarası sahəyə, toyuqlara
isə saqqala dəri içi infeksiya edilir. 36-48 saatdan sonra ördək
lərdə allergen vurulan nahiyyənin mərkəzi hissəsində qatı
kütləli infıltrat toplanmış qırmızı rəngdə ləkə əm ələ gəlməsi və
toyuqlarda isə saqqalda iltihab getməsi və bunun 3-7 gün davam
etməsi onların xəstə olmasını göstərir.
T ə fr iq i diaqnoz.
Xəstəliyi viruslu sinusitdən, salmonellyoz-
dan və respirator mikoplazmozdan təfriq etmək lazımdır.
Viruslu sinusit yalnız ördəklərdə qeyd olunur və tənəffüs or
qanlarının iltihabı ilə səciyyələnir. Omitozdan fərqli olaraq bu
rada enterit müşahidə edilmir. Bundan əlavə sinusitdə patoloji
materialda elementar cisimciklər görünmür.
Salmonellyoz omitozdan bakteriaoloji müayinə nəticəsində
təfriq edilir.
Respirator mikoplazmozda qaraciyərdə, dalaqda və bağırsaq
larda nekrotiki ocaqlar qeyd olunmur və elementar cisimciklər
görünmür. Laboratoriya müayinələrinin nəticəsi əsas hesab edilir.
M ü a licə.
Aparılmır.
İm m u n itet.
Xəstəliyi keçirmiş quşlarda infeksion, zəif gər
ginlikli və qısa müddətli immunitet yaranır. Xəstəliyə qarşı spe
sifik profilaktika vasitələri işlənib hazırlanmamışdır.
P rofilak tik a və m übarizə təd b irləri.
Xəstəliyin profilakti
kasında ən mühüm tədbir ev quşları ilə vəhşi quşların kontaktı
na yol verilməməsidir. Bu məqsədlə ventilyasiya qurğuları və
quş binalarının pəncərələrinə metal arakəsmə vurulmalı, ilin is
ti fəsillərində vəhşi, sərbəst yaşayan quşlar quş binası ərazisin
dən müxtəlif səsli vasitələrlə qovulmaladır. Quşlar uyğun zoogi-
giyeniki şəraitdə saxlanmalı və yem payı hərtərəfli olmalıdır.
Ekzotik quşlar, xüsusilə tutuquşları daima ciddi nəzarət altında
olmalıdır. Bir çox ölkələrdə tutuquşlarının importuna icazə ve
rilmir. İnsanların iəhlükəsizliyinin təmin edilməsi baytar və sə
hiyyə işçilərinin ən əsas vəzifəsi olmalıdır. Təsərrüfata gətiril
miş hər növ quşlar mütləq 3 ay ərzində karantində saxlanmalı və
şübhəli hallarda müvafiq diaqnostik müayinələr aparılmalıdır.
321
Təsərrüfatda omitoza şübhə yarandıqda xəstəliyə həssas
bütün quşlar təcili olaraq təcrid edilməli və diaqnozun dəqiqləş
dirilməsi üçün müvafiq laboratoriya müayinələri və immunolo-
ji diaqnostika üsulları ilə yoxlanmalıdır. Quş binaları və onun ə t
raf sahələri mexaniki təmizlik aparıldıqdan sonra 5%-li xlorlu
əhəng, 10%-li lizol, formalin ksilonaft qarışığı ilə (3:1) dezin
feksiya edilməlidir. Məhlul hər m2 sahəyə 1 litr hesabı ilə işlə
dilməlidir. Omitozun diaqnozu dəqiqləşdirildikdən sonra tə
sərrüfata məhtutlaşma qoyulur. Xəstə quş aşkar edilmiş quş bi
nasında quşların hamısı kəsilir, ət termiki işləndikdən sonra sa
tışa verilir, tük və lələklər toplanaraq yandırılır. Xəstəliyə görə
sağlam quş binaları buradakı quşlarla birlikdə süd turşusu aero-
zolu ilə dezinfeksiya edilir.
İşçilərin hamısı xüsusi qoruyucu geyimdə olmalı, qoruyucu
eynək və respiratorlarla təmin edilməlidir. İnsanların yoluxması
tək aerogen yolla yox, həm də alimentar yolla baş verdiyi üçün
işçilərin əllərinin təmizliyinə fikir verilməlidir. Aparılan hər bir
işdən sonra əllər isti su sabunla yuyulmalı 0,5%-li xloraminlə
dezinfeksiya edilməlidir. Quş binalarında təmizlik işləri aparılan
zaman əvvəlcə nəmləndirilməlidir ki, toz havaya qalxmasın.
Məhtutlaşmalar təsərrüfatdan axırıncı xəstə quşun aşkar edi
lib və kənarlaşdırılmasından 6 ay keçmiş və yekun dezinfeksiya
aparıldıqdan sonra götürülür.
R espirator m ikoplazm oz
Quşların respirator mikoplazmozu (Micoplazmosis respirato-
ria avium) xroniki gedişli infeksion xəstəlik olub tənəffüs orqan
larının zədələnməsi, sinovitlər, arıqlama və məhsuldarlığın
aşağı düşməsi ilə səciyyələnir.
Tarixi m əlu m at.
Respirator mikoplazmoz ilk dəfə 1936-cı
ildə Nilson və Qibbs tərəifndən qeyd edilmiş və onu coryza ad
landırmışlar. Xəstəliyin törədicisi 1943-cü ildə ABŞ-da Dela-
plan və Styart tərəifndən aşkar edilmiş və göstərmişlər ki, törə
322
dici iri buynuzlu heyvanların plevropnevmoniyasına bənzəyir.
1952-ci ildə Markham və Vonq xəstəliyin törədicisini plev-
ropnevmoniyaya bənzər qrupa - PPLO - aid etmişlər.
Edvard və Freundt amilin bakteriya və viruslardan kəskin şə
kildə fərqləndiyini nəzərə alaraq onu Mikoplazma kimi qeyd et
mişlər.
1957-ci ilə qədər xəstəlik yalnız ABŞ və Kanadada yayıl
mış, sonralar isə digər ölkələrdə də müşahidə edilmişdir.
1961-ci ildə Beynəlxalq epizootik büronun XXIX sessiyasın
da bu xəstəliyin quşların respirator mikoplazmozu adlandırılma
sı qərara alınmışdır.
Rusiyada xəstəlik ilk dəfə 1959-cu ildə Y.R.Kovalenko və
F.Y.Fomina tərəfindən qeyd edilmişdir.
X əstəliy in törədicisi.
Respirator mikoplazmozun törədicisi
Mycoplasma qalliseptika olub Mikoplazma cinsinə mənsubdur
və kəskin polimorfluq xüsusiyyəti ilə səciyyələnir. Patoloji ma
terialdan götürülmüş nümunələrin Himza üsulu ilə boyanıb mi-
kroskopiya edilməsi zamanı amil polimorf kokk şəklində
görünür, ölçüsü 0,5 mkm-dir. Bunlar bakterial süzgəclərdən ke
çir, Qramla mənfi, Romanovski-Himza ilə bənövşəyi rəngdə
boyanır. Amili Edvard qida mühitində yetişdirilir. Bundan əlavə
Marten və Xottinqer mühitlərindən də istifadə edilir. Maye qida
mühitində amil zəif bulanma, bərk qida mühitlərində isə rəng
siz, şəffaf, şeh bamlalarını xatırladan koloniyalar yaradır. Kolo
niyaların ölçüsü 10-200 mkm arasında olur. Mikoplazmanı həm
çinin 9-12 günlük toyuq embrionlarında da yetişdirmək
mümkündür. Hal-hazırda xəstəliyin törədicisinin 12 serotipi aş
kar edilmişdir. Ancaq təbiətdə bunların patogen olmayan tiplə
ridə qeyd olunur. Ördək və qazlardan son zamanlar M.synoviae
tipi ayrılmış və bu həmin quş növlərində kütləvi şəkildə sinovit
lər törədir.
D av am lılığı.
Quş binalarında 5-10"S temperaturda amil 28
gün, 12-15°S-də isə 23 gün sağ qalır. Günəş şüaları və 45-50uS
tempera turan m təsirindən 20-40 dəqiqəyə tə lə f olur. Mənfi tem
323
peraturun təsirindən mikoplazma konservləşir. Liofılizasiyalı
halda amil 10 ilə qədər öz patogenliyini saxlayır. Kimyəvi de
zinfeksiya vasitələrindən 2%-di xlorlu əhəng məhlulu, 1,5-2%-
li natrium qələvisi 2%-li formalinin təsirindən qısa m üddət ə r
zində inaktivləşir.
E p izootoloji m əlum atlar.
Xəstəliyə toyuqlar dəstəsinə m ən
sub olan ev quşları və sərbəst yaşayan quşlar həssasdır. Xüsusilə
3 həftəlikdən 5 aylığa qədər quşlar daha çox həssaslıq göstərir.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş miko-
plazmadaşıyan quşlar hesab edilir. Mikoplazmadaşıyıcılıq bəzən
quşun bütün ömrü boyu davam edir. Xəstəliyin törədicisi quşlar
arasında üfüqi və şaquli yolla yayılır. Yoluxmuş yumurta burada
daha böyük rola malikdir. Yumurtaların yoluxma faizi təsərrüfat
larda xəstəliyin davametmə müddətindən, təsərriifatn sanitariya
vəziyyətindən və quşların yaş dərəcəsindən asılıdır.
Respirator mikoplazmoza görə qeyri-sağlam təsərrüfatlarda
xəstəlik çox vaxt xroniki gedir və mühüm kliniki əlam ətlər
görünmür. X əstəlikdə stasionarlıq qeyd olunur ki, buda miko-
plazmadaşıyıcılıqla əlaqədardır. Xəstəlik çox vaxt kolibakte-
riozla, salmonellyozla, infeksion bronxitlə, infeksion larinqotra-
xeyitlə, çiçəklə qarışıq infeksiya halında nəzərə çarpır.
Quşların orqanizminə düşmüş amil uzun müddət orqanizmdə
qalmaqla bəzən quşlarda kliniki xəstəlik törətmir. Belə quşların
ümumi müqavimət qüvvəsi müxtəlif amillərin təsirindən aşağı
düşdükdə gizli gedən infeksiya kliniki xəstəliklə əvəz olunur.
Xüsusilə quşların yemləmə və bəsləmə şəraitinin pozulması, di
ri virus vaksinlərlə peyvəndlərin aparılması, bəzi infeksion və
qeyri-infeksion xəstəliklərin baş verməsi quşun ümumi müqavi
mət qüvvəsini aşağı salır və xəstəliyin kliniki əlamətləri aydın
şəkildə nəzərə çarpır. Xəstə quşlarda ət və yumurta məhsuldar
lığı aşağı düşür, ölüm həm körpələr qrupunda və həm də yaşlı
larda qeyd olunur.
Patogenez.
Respirator mikoplazmozun patogenezində orqa
nizmin rezistentliyi və quşların yaşı böyük rola malikdir. Orqa
324
nizmə düşmüş amil qısa müddət ərzində qana keçərək orqan və
toxumalara yayılır və intoksikasiyalara məxsus kliniki simptom-
ların əm ələ gəlməsinə səbəb olur. Daha çox yuxarı tənəffüs or
qanları zədələnir. Bundan əlavə xəstəliyin törədicisi dalaqda,
qaraciyərdə, böyrəklərdə və baş beyində m üxtəlif xarakterli il
tihab törədir.
G ed işi v ə kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
toyuqlarda 4-22 gün, hind quşlarında isə 2-14 gün arasında dəyi
şir. İnkubasiya dövrünün belə dəyişkənliyi quşların yaşından,
növündən, xəstəlik törədicisinin virulentliyi və dozasından ası
lıdır. Xəstəlik bütün yaş qruplarında müşahidə edilir. Broyler
cinslər ən çox 4-8 həftəlikdə həssaslıq göstərir.
Xəstəlik iti və xroniki gedir. Xarakterik kliniki əlam ətlər
cücələrdə müşahidə edilir. Bunlarda iştahsızlıq, tənəffüs orqan
larının funksiya pozğunluğu, yəni onlarda öskürək, təngənəfəs-
lik, traxeyit, sinusit, aerosakkulit nəzərə çarpır. Bəzən toyuqlar
da infraorbital cibcik sahəsində şişkinlik, sinovit və sinir poz
ğunluğu əlamətləri müşahidə edilir, cücələrdə ölüm 10-25%,
yaşlılarda isə 4-6% təşkil edir.
Hind quşları bütün yaşda xəstəliyə həssaslıq göstərir. Ən ti
pik əlam ət infraorbital cibciyin iltihabının baş verməsidir, cibcik
boşluğuna serozlu və ya serozlu-fıbrinozlu eksudat toplanır və
ikincili mikrofloranın inkişafı nəticəsində şorvari kütləyə çevri
lir. Tənəffüs orqanlarının iltihabı nəticəsində xırıltılar və təngə-
nəfəslik müşahidə edilir.
Xəstəliyin xroniki formasında şiddətli arıqlama, yaşlılarda
boğazda toplanmış eksudatdan azad olmaq üçün başını irəli uza
daraq tez-tez silkələyir, rinit inkişaf edir, burun yolundan selikli
kataral eksudat ayrılır. Toyuqlarda yumurta məhsuldarlığı aşağı
düşür.
Həm toyuqlarda və həm də hind quşlarında bəzən oynaqların
iltihabı nəzərə çarpır. Xəstə yumurtaların inkubasiyası zamanı
embrionların 10-30%-i inkişaflarının müxtəlif dövrlərində tələf
olur.
325
Respirator mikoplazmoz, nyukasl xəstəliyi, infeksion bron-
xit və kolibakteriozla mürəkkəbləşdikdə xəstəlik ağır getməklə
letallıq da yüksək olur.
Dostları ilə paylaş: |