İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


P a toloji-an atom ik   d əy işilik lər



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   22   23   24   25   26   27   28   29   30

P a toloji-an atom ik   d əy işilik lər. 
Ölmüş quş cəsədlərinin pa- 
toloji-anatomik  yarılması  zamanı  tənəffüs  orqanlarının  selikli 
qişasının kataral  iltihabı,  qırtlaq  və traxeyada fıbrinozlu  çöküntü 
müşahidə  edilir.  Əksər quş cəsədlərində kataral  yaxud  fıbrinoz- 
lu  rinit,  sinusit,  traxeyit,  pnevmoniya,  serozlu,  yaxud  fıbrinozlu 
aerosakkulit  qeyd  edilir.  Bunlardan  əlavə  ağciyərlərdə  bozum­
tul-ağ  rəngdə  nekroz  ocaqları  görünür.  Kolibakteriozla  m ürək­
kəbləşm ələr zamanı  köks və qarın  hava kisələrində  iri  fıbrinoz- 
lu  çöküntülərlə  dolu  olması,  qaraciyər  və  ürək  üzərində  fıbri- 
nozlu pərdə  müşahidə  edilir.
Histoloji  müayinələr  zamanı  burun  boşluğunun  cibcikləri- 
nin,  qırtlaq  və  traxeyanın  selikli  qişasında epiteli  hüceyrələrinin 
proliferasiyası  və  hüceyrə-infıltrativ  proseslər  aşkar  edilir.  Ağ­
ciyərdə  kapsula  içərisində  sekvestrlər,  divarın  daxili  hissəsinin 
nekrozu  ilə  bərabər kataral-fıbrinozlu  aerosakkulit qeyd  edilir.
D iaqnoz. 
Respirator  mikoplazmoza  diaqnoz  qoymaq  çətin­
dir,  çünki  tənəffüs  orqanlarının  zədələnmələrinə  məxsus  olan 
əlam ətlər  bir  çox  xəstəliklər  zamanı  da  qeyd  edilir.  İlkin  diaq­
nozda  xəstəliyin  epizootoloji  xüsusiyyətləri,  kliniki  əlam ətləri 
və  patoloji-anatomik dəyişdikləri  nəzərə alınır.  Ancaq  quşlarda 
m üxtəlif  müalicə  vasitələrindən  daimi  olaraq  istifadə  edildiyi 
üçün  bəzi  göstəricilərin  diaqnostik  əhəmiyyəti  müəyyən  qədər 
aşağı düşür.  Ona görə də diaqnozun dəqiqləşdirilməsi  üçün bak- 
terioloji  müayinə  aparılmalıdır.
Bakterioloji  müayinə  üçün  ölmüş  təzə  quş  cəsədləri  yarılır, 
tənəffüs yollarının  seklikli  qişasından, baş beyindən  və parenxi- 
matoz  orqanlardan  fizioloji  məhlulda  suspenziya  hazırlanır. 
Hind  quşlarında  bu  məqsədlə  daha  çox  infraorbital  cibciyin  ek- 
sudatdan  istifadə  edilir.
Alınmış  suspenziya ƏPB-da  l:10-l:20-də duruldur,  pambıq- 
tənzif qarışığından  süzülür və  bunun  üzərinə  0,1  ml  1%-li  sirkə
326
turşusunun talium duzu məhlulu və penisillin (5 min TV/ml) əla­
və  edilir,  30-40 dəqiqə otaq temperaturasında saxlandıqdan  son­
ra qida mühitlərinə  əkilir.
Xəstə  quşlardan  patoloji  material  kimi  traxeya  eksudatı  isti­
fadə  edilir.  Bunu  steril  pambıq  tamponla  götürüb  ət-peptonlu 
bulyonda  yuyulur və  qida mühitinə  əkilir.
Yumurta müayinə edildikdə onun sarı  maddəsindən nümunə 
götürülür və  qida mühitlərinə əkilir.  Bioloji  sınaq məqsədilə ta- 
lium-asetat  və  ya  penisilinlə  işlənmiş  suspenziya  və  ya  miko- 
plazma kulturası 4-6 həftəlik cücələrə 0,5  ml  dozada  intranazal, 
intratraxeyal  və  ya  köks  hava  kisələri  boşluğuna  yeridilir  və 
bunlar  30-60  gün  nəzarətdə  saxlanır.  Bunlarda respirator  miko­
plazmoza məxsus kliniki  əlamətlər və patoloji-anatomik dəyişi- 
liklərin  baş  verməsi  patoloji  materialda  M.qalliseptikanın  olma­
sını  göstərir.
Bioloji sınağı toyuq embrionlarında da aparmaq mümkündür. 
Patoloji  materialın  suspenziyasım  xoriollantois  boşluğuna  və  ya 
sarılıq  kisəsinə  vururlar.
Quşların  respirator  mikoplazmozunun  diaqnostikasında  se- 
rum-damla  aqqlyutinasiya reaksiyasından  da  istifadə  edilir.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  kollibakteriozdan,  pasterellyoz- 
dan,  hemofılyozdan,  infeksion  bronxit  və  larinqotraxeyitdən  və 
aspergillyozdan  təfriq  etmək  lazımdır.
Kolibakteriozda  letallıq  faizi  daha yüksəkdir,  ürəkdə,  qaraci­
yərdə,  hava  kisələrində  iltihab  daha  intensiv  xarakterə  malikdir, 
yarma  zamanı  fıbrinozlu  perikardit,  perihepatit  və  aerosakkulit 
aşkar edilir.  Bakterioloji  müayinə  əsasında isə  E.coli  tapılır.
Pasterellyozda  respirator  mikoplazmozdan  fərqli  olaraq  çox 
vaxt qanla qarışıq  ishal  olur.  Yarma zamanı  ürək əzələsində kəs­
kin  şəkildə  qan  sızmaları  bakterioloji  müayinə  əsasında  isə 
P.Multocida  aşkar edilir.
Hemofiliyoz (yoluxucu zökəm)  zamanı  xəstəliyin  geniş əra­
zidə yayılması, xəstələrdə rinit, konyunktivit, panaftalmit müşa­
hidə  edilir.
327

İnfeksion  bronxit  yüksək  kon- 
tagioz  xəstəlikdir.  Proses  tənəffüs 
orqanlarından  əlavə  reproduktiv 
orqanlarda da gedir. Yumurta məh­
suldarlığı  aşağı  düşməklə  bərabər 
yumurtanın  forması  və  keyfiyyəti 
də dəyişir. Virusoloji müayinə əsa­
sında  koranoviride  ailəsinə  mən-
Ş ə k ı i   1 3 .  R e s p i r a t o r  
s u b  
olan virus aşkar edilir,
m i k o p l a z m o z l a   x ə s t ə   q u ş  
±  r ,  .
 
.
infeksion larınqotraxeyıt zama­
nı iltihab qırtlaq və traxeyada gedir. 
Burada  xüsusi  tıxacın  əmələ  gəlməsi  nəticəsində  ölüm  çox  vaxt 
boğulmadan baş verir.  Virusoloji müayinənin nəticəsi  əsasdır.
Aspergillyoz  keyfiyyətsiz  yemlərdən  istifadə  edən  zaman 
baş  verir.  Həzm  və  tənəffüs  orqanlarının  zədələnmələri  ilə  bə­
rabər  həm  də  yaşlı  quşlarda  sinir  pozğunluğu  əlamətləri  qeyd 
olunur.  Yarma  zamanı  daxili  orqanlarda,  xüsusilə  respirator  or­
qanlarda  çoxlu  miqdarda  düyünlü  törəmələr  müşahidə  edilir. 
Mikoloji  müayinənin  nəticəsi  əsas  hesab  edilir.
M ü alicə. 
Xəstəliyə  qarşı  spesifik  müalicə  vasitəsi  yoxdur. 
Yüksək  təsir  dairəsinə  mənsub  olan  antibiotiklər  (xlortetrasik- 
lin,  streptomisin,  oksitetrasiklin,  eritromisin)  işlədilir.  Son  za­
manlar xəstə  quşların  müalicəsi  üçün  farmazin,  tilozin  fradizin, 
spektam  sınaqdan  keçirilmiş  və  yaxşı  nəticə  əldə  edilmişdir. 
Müalicə  vasitələrinin  qrup  şəklində  yemlə  və  aerozol  halında 
tətbiqi  daha səmərəlidir.  Askorbat eritromisin  məhlulunun  inku- 
basiya  yumurtalarına,  burada  təzyiqi  dəyişməklə  in  ovo  tətbiqi 
mikoplazmaların  inkişafını  dayandırır.
Eritromisinin  bu  üsulla  tətbiqinin  yaxşı  müalicəvi  səmərə 
verməsi  ayrı-ayrı  tədqiqatçılar tərəfindən  qeyd  edilmişdir.
İm m unitet. 
Xəstəliyi  keçinniş quşlarda infeksion  immunitet 
qeyd  edilir  İmmunoprofilaktika  məqsədilə  diri  və  inaktivləşdi- 
rilmiş  formal  vaksinlər  hazırlanmış,  ancaq  bunlar  geniş  tə­
sərrüfat sınağında  özünü  doğrultmamışdır.
328
P rofilak tik a  və  m übarizə  təd b irləri. 
Xəstəliyin  profilakti­
kası  təsərrüfatın  yoluxmasının  qarşısının  alınması  və  quşun 
ümumi  rezistentliyinin  yüksəldilməsini  təmin  edən  tədbirlərin 
cəm idən  ibarətdir.  Təsərrüfatlarda  quşlar  yaşından  asılı  olaraq 
qruplar  üzrə  saxlanmalı,  onların  yemləmə  və  saxlama  şəraitinə 
xüsusi  fikir  vərilməlidir.  Quş  binaları  və  müxtəlif avadanlıqlar 
müntəzəm  şəkildə 2%-li  isti natrium qələvisi  məhlulu  ilə dezin­
feksiya  edilməlidir.
Təsərrüfatda  xəstəlik  baş  verdikdə  məhtutlaşmalardan  istifa­
də  edilir.  Quşların  yoluxma  dərəcəsinin müəyyən  edilməsi  üçün 
seçmə üsulu  ilə 5-10% miqdarında quşlar seroloji reaksiyalarla res­
pirator  mikoplazmoza  görə  yoxlanmalıdır.  Xüsusilə  ana  qruplar 
yoxlanmalı  və bu yolla transovarial  yoluxma aradan götürülməli­
dir.  Kliniki  xəstə quşlar öldürülür və yandırlır, şərti  sağlam quşlar 
isə nəzarət altında ayrıca saxlanmalı, yumurta məhsulu alındıqdan 
sonra  bütün  qeyri  sağlam quş qrupu  kəsilməlidir.
Quş  peyini  və  yem  qalıqları  biotermiki  üsulla  zərərsizləşdi­
rilməlidir.  Yekun  dezinfeksiya  formaldehid  buxarları  ilə  hər  1 
m3-ə  20  ml  formalin  tətbiq  etməklə  aparılır.  Təsərrüfatda  tam 
şəkildə  sağlamlaşdırma  əldə  edildikdən  sonra  müəyyən  fasilə 
verilməli  və  sonra  yeni  sağlam  quş  qrupu  gətirilərək  saxlanma­
lıdır.  Təsərrüfata  gətirilmiş  inkubasiya yumurtaları  ayrı  inkuba­
torda  inkubasiya  edilməli  və  alınmış  cücələr  6  ay  müddətində 
təcrid  edilmiş  şəkildə  xüsusi  quş  sexlərində  saxlanmalı  və 
şübhəli  hallarda seçmə üsulu  ilə  seroloji  yoxlanmalıdır.
K oliqranulom atoz
Koliqranulomatoz  (Colicranulomatosis,  xyarre  xəstəliyi)  in­
feksion  xəstəlik  olub  əsasən  qaraciyərdə  və  korbağırsaq  divar­
larında,  bəzən  isə  digər daxili  orqanlarda  və  dəri  üzərində  spe­
sifik  qranulomaların  əmələ  gəlməsi  ilə  səciyyələnir.
T arix i  m əlum at. 
Xəstəlik  ilk  dəfə  1945-ci  ildə  İsveçdə 
Xyarre və Vramli tərəfindən quşlarda qeyd edilmişdir.  Sonradan
329
/

xəstəlik  əksər  Avropa  ölkələrində  və  ABŞ-da  müşahidə  edil­
mişdir.  Keçmiş  SSRİ-də  xəstəlik  1962-ci  ildə  T.P.Kudryavsevə 
tərəifndən  aşkar edilmişdir.
X əstəliyin  törədicisi. 
Əksər tədqiqatçılar xəstəliyin  törədici­
sini  E.coli  qrupuna  mənsub  olan  mukoid  formalı  bakteriyaların 
olmasını  göstərnmişlər.  Morfoloji  xüsusiyyətlərinə  görə  muko­
id  formalar demək  olar  ki,  E.coli -n in   tipik  formalarından  fərq­
lənmir.  Bunlar Qramla mənfi boyanan, anilin boyalarını  asanlıq­
la qəbul  edən,  xırda çöp  şəkildə olub  sərbəst hərəkətli  və hərə­
kətsiz  ştamları  qeyd olunur.
ƏPA-da  yuvarlaq  orta  hissəsi  basıq  ağ  rəngdə  koloniyalar 
yaradır.  Maye  qida  mühitlərində  az miqdarda  bulanma törədir.
E p izo otolo ji  m əlu m a tla r. 
Xəstəliyə  toyuqlar  dəstəsinə 
mənsub olan quşlar həssasdır.  Ən çox toyuqlar, nisbətən az hind 
quşları,  qırqovullar,  tovuz  quşları  yoluxur.  Cücələrdə  xəstəlik 
epizootiya  halında  getməklə  yüksək  dərəcədə  tələfat  törədir, 
yaşlı  quşlarda  isə  sporadiya  halında  müşahidə  edilməklə  xroni­
ki  gedir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  quşlardır.  Amilin  or­
qanizmə  daxil  olma  yolları  tam  öyrənilməmişdir.  Bir  qrup  təd­
qiqatçılar transovarial yoluxma yoluna üstünlük verir, digər qrup 
tədqiqatçılar  isə  alimentar  yoluxma  yolunun  əsas  olmasını  gös­
tərirlər.  Amilin  bağırsaq  şöbəsində  və  çinədanda  iltihab  törət­
məsi  axırıncı  fikri  təsdiq  edir.
P atogenez. 
E.coli  qrupuna  mənsub  olan  mikroorqanizmlər 
potensial  patogenliyə  malik  olmaqla  quşların  mədə-bağırsaq  si­
steminlə həmişə müşahidə edilir.  Bunların patogenlik qabiliyyə­
tinin  meydana  çıxmasında  bir  çox  faktorlar  böyük  rol  oynayır. 
Bu cəhətdən orqanizmin  ümumi  reaktivliyini  aşağı  salan  faktor­
lar xüsusilə qeyd  edilməlidir.
Əksər  tədqiqatçıların  məlumatlarına  görə  quşların  müvafiq 
zoogigiyeniki  şəraitdə  saxlanmaması,  yemləmənin  düzgün  apa-
330
rılmaması, yem  payında vitaminlər və  mineral  birləşmələrin  az­
lığı  xəstəliyin  baş verməsi  üçün  zəmin  yaradır.
Koliqranulomatozun  xarakterinə  əsasən  belə  bir  nəticəyə 
gəlmək  olar ki,  patoloji  proses  əvvəlcə  bağırsaqların  divarında, 
sonra  isə  qaraciyərdə  inkişaf edir.  Xüsusilə  qaraciyərdə  kəskin 
iltihabın  baş  verməsi  həmin  orqanda  funksiya  pozğunluqlarına 
səbəb  olur,  nəticədə  müvafiq  kliniki  əlamətlər meydana  çıxır.
G ed işi  v ə  kliniki  əla m ə tlə ri. 
Xəstəliyin  inkubasiya  dövrü 
dəyişkən olmaqla körpələrdə ümumi  zəiflik, pipiyin və saqqalın 
anemiyası  və  sianozluğu, bəzi  hallarda tənəffüsün çətinləşməsi, 
tüklərin  pırpızlaşması,  kloaka ətrafının çirkli  olması  qeyd  edilir. 
Quşların  duruş  vəziyyəti  bəzən  pinqvini  xatırladır  və  hətta  hə­
rəkət zamanı  həmin  vəziyyət dəyişmir.
Yaşlı  quşlarda  arıqlama,  yumurta  məhsuldarlığının  aşağı 
düşməsi,  görünən selikli  qişaların  anemiyası,  iştahın zəiflənm ə­
si,  bəzən  ishal  nəzərə  çarpır.  Xəstə  quşların  daxili  orqanlarının 
əllənm əsi  zamanı  onların  böyüməsi  müşahidə  edilir.
P atoloji-an atom ik   d əy işilik lər. 
Ayrı-ayrı  orqan və toxuma­
larda qranuloma və bəzən şişvari  törəmələr aşkar edilir.  Belə tö­
rəm ələr  ən  çox  kor  bağırsaqda  və  qaraciyərdə,  nisbətən  az  isə 
dalaqda, nazik bağırsaq  şöbəsində, böyrəklərdə, vəzili və əzələ­
li  m ədədə,  ağciyərdə və dəridə də görünür.  Bəzi  hallarda bu tö­
rəm ələr həm  də yumurta borularında, çinədanda, mədəaltı  vəzi­
də,  hava  kisələrində də  qeyd  olunur.
Xarici  görkəminə  görə  koliqranulomalar  tək  və  ya  çoxlu 
m iqdarda  şişvari  törəm ələr  halında  olmaqla  m üxtəlif 
böyüklükdə  nəzərə  çarpır.  Bu  törəmələrin  səthi  hamar,  həzən 
isə  nahamar  olmaqla  rəngi  açıq-bozdan  yaşılımtıl  sarıya  qədər 
dəyişir.
Bağırsaqda  törəmələr  əsasən  seroz  qişa  altında  müşahidə 
edilir.  Ancaq, onu da qeyd etmək lazımdır ki, bəzən zədələnmə- 
lər bağırsağın  digər qişalarını  də əhatə edir,  burada nekrotiki  il­

tihab  baş verir.  Bağırsaq  divarının  zədələnməsi  zamanı  nekroti- 
ki  kütlə  bağırsağın  daxilinə  tökülür.  Qaraciyərdə  bəzi  hallarda 
xırta  sarımtıl  rəngdə  çoxlu  miqdarda  ocaqlar,  digər hallarda  isə 
tək-tək  iri düyünlər qeyd olunur. Zədələnmiş qaraciyər sarımtıl- 
palıdlı  rəngdə  olmaqla  həcmcə  böyümüş  halda  görünür.  Qara­
ciyərin  kəsilmiş  səthinə  baxdıqda  qranulomaların  parenximası- 
nın  müxtəlif dərinliklərində  yarandığı  nəzərə  çarpır.  Bəzi  hal­
larda bu orqanda durğunluq hadisəsi, həm də toxumanın kövrək- 
ləşməsi  və  çoxlu  miqdarda qan  sızmalar görünür.
Qranulomalar  kifayət  dərəcədə  böyük  ölçüdə  həm  də  ağ  ci­
yərdə, böyrəklərdə və digər orqanlarda da müşahidə edilir.  Şişva- 
ri  törəmələr dəri üzərində  əsasən kloaka ətrafında qeyd olunur.
Koliqranulomanı kəsdikdə onun kəsilmiş səthində sarımtıl-ağ 
və ya bozumtul-sarı rəngdə bərk kütləli  nekrotik mərkəz müşahi­
də  edilir.  Qranulomanın  yetişmə  dərəcəsindən  asılı  olaraq  onun 
kapsulası müxtəlif sıxlıqda nəzərə çarpır, yəni o hamar parlaq, bə­
zən  isə  nahamar tutqun ağ və ya sarımtıl  halda müşahidə edilir.
Xəstəliyin  xroniki  gedişi  zamanı  qranuloma  kapsulası  iynə 
ilə  çətinliklə  deşilir.
Xarakterik  qranulomadan  əlavə  quşlarda  patoloji-anatomik 
yarma zamanı  mədə-bağırsaq şöbəsi  selikli qişasının kataral  ilti­
habı,  ürək  əzələsinin,  qaraciyərin  və  böyrəklərin  distrofıki  də­
yişdikləri  nəzərə  çarpır.
D iaqnoz. 
Xəstəliyə  diaqnoz qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri,  klniki, əlamətləri,  patoloji-anatomik dəyişdik­
ləri  nəzərə  alınır  və  bakterioloji  müayinə  aparılır.  Bakterioloji 
müayinə  üçün  ölmüş  quşun  daxili  orqanlarından  yaxma  hazırla­
naraq  mikroskopiya  edilir,  müxtəlif  qida  mühitlərinə  əkilərək 
təmiz  kultura alınır.
T əfriq i  diaqnoz. 
Xəstəliyi  vərəmdən,  leykozdan,  aspergil- 
yozdan  psevdotuberkulyozdan  təfriq  etmək  lazımdır.
Vərəmdən  təfriq  etdikdə  tuberkulinizasiyanın  nəticəsi  əsas
332
hesab  edilir.  Vərəm ən çox  yaxşa quşlarda,  koliqranulomatoz  isə 
körpələrdə müşahidə edilir. Bakterioloji müayinə zamanı xəstəlik 
törədicisinin  təmiz kulturası  alınmaqla diaqnoz dəqiqləşdirilir.
Leykozda  düyünlər  salayabənzərdir,  nekroz  ocaqları  qeyd 
olunmur.  Bakterioloji  müayinənin  nəticəsi  mənfidir.
Aspergillyozda əsasən ağ ciyər və  hava kisələrinin zədələn- 
mələri müşahidə edilir.  Mikoloji müayinə zamanı göbələyin mi- 
selləri  görünür.
Quşlarda psevdotuberkulyoz nadir hallarda qeyd olunur.  Xır­
da  sarımtıl  ocaqlar ən  çox  dalaq və  qaraciyərdə  aşkar edilir.
İm m unitet.  Öyrənilməyib.
M ü alicə. 
Yoxdur.
Profilaktika  və  m übarizə  təd b irləri. 
Quşçuluq  təsərrüfat­
larında  koliqranulomatoz baş verdikdə quşlar müayinədən  keçi­
rilir,  kütləvi  yoluxmalar qeyd olunduqda cücələr öldürülür.  Xəs­
təliyin  yayılmaması  üçün  yemlə  hər kq  yemə  50mq  dozada  ter- 
ramisin,  tetrasiklin  və  xloramfunikol  quşlara  verilməlidir.  Quş 
binalarında döşəmələr dəyişilməli,  dezinfeksiya aparılmalı,  quş­
ların  yemləndirilməsi  yaxşılaşdırılmalı,  xəstəlik  törədicisinin 
yayılmasında böyük  rolu  olan  ekto-  və endo-  parazitlərlə  müba­
rizə  aparılmalıdır.
K andidam ikoz
Kandidamikoz 
(kandidamikosis, 
kandidoz, 
moniliaz, 
oidomikoz)  infeksion  xəstəlik  olub,  həzm  traktının  selikli  qişa­
larını  zədələnm ələri  və  daxili  orqanlarda  qranulematoz  proses­
lərin  baş  verməsi  ilə  səciyyələnir.
T arixi  m əlum at. 
İnsanlarda  xəstəliyi  ilk  dəfə  1784-ci  ildə 
N.U.Ambodik-Maksimoviç  qeyd  etmişdir.  Quşların  kandidamik- 
rozu dünyanın  hər yerində müşahidə edilir.  Xəstəliyin törədicisini 
1839-cu  ildə  Lanqenber və  1848-ci  ildə  isə T.Berq əldə etmişlər.
333

Xəstəliyi  quşlarda  ilk  dəfə  1885-1887-ci  illərdə  Plaut  qeyd 
etmiş,  kliniki  əlamətləri  patoloji-anatomik  dəyişiklərini  isə 
1912-ci  ildə  M.Şleqel  öyrənmişdir.
X əstəliy in   törəd icisi. 
Xəstəlin  əsas  törədicisi  Candida  albi­
cans  göbələyidir.  Bundan  əlavə  xəstəliyin  baş  verməsində 
C.tropicalis,  C.krisci  və  başqaları da  iştirak edir.  Bunların  hamı­
sı  Candida cinsinə  mənsub olan  mayalara bənzər göbələklərdir. 
Bir  hüceyrəli  mikroorqanizmdir  və  ölçüsü  nisbətən  böyükdür 
(l,5xl,5-dən  6xl0mkm-ə-dək)  oval,  yuvarlaq,  bəzən  dartılmış 
oval  formadadır.  Bunlar psevdomisellər,  blastosporlar və xlami- 
dosporlar yaradır.  Əsasən  tumurcuqlanma yolu  ilə  çoxalır.
Candida cinsinə  mənsub olan göbələklər sadə  boyama üsul­
ları  ilə,  Romanovski-Himza və Qram üsulları  ilə asanlıqla boya­
nır.  Bunları  həmçinin  boyamadan  canlı  halda  su  damlasında  da 
mikroskopiya etmək olar.
Candida albicans göbələyi  aerob  şəraitdə bərk  və  maye qida 
mühitlərində və  mühitə qlükoza, dekstroza və  maltoza əlavə  et­
dikdə  yaxşı  boy  verir.  Patoloji  materialdan  göbələyin  ayrılması 
məqsədilə  Saburo  agari,  Litman  agari,  Pagano-Levina  qida 
mühitindən  istifadə  edilir.  Amilin  təmiz  kulturasmı  almaq  üçün 
qeyd edilən bu qida mühitlərinə müəyyən qədər antibiotiklər də 
əlavə  edilir.
Göbələk  bərk  qida mühitlərində  lsm-ə  qədər ölçüdə  smeta­
na bənzər ağ-süd rəngdə koloniyalar əmələ gətirir, maye mühit­
lərində  isə bulanma, çöküntü və nazik həlqə yaradır.  Hanzen qi­
da  mühiti  göbələk  üçün  seçici  qida  mühiti  hesab  edilir.  Burada 
göbələk  kənarları  hamar ağ rəngdə koloniyalar yaradır və kultu- 
rada  spesifik  maya  iyisi  hiss  olunur.  C.albikansin  patogen  ştam- 
larında  endotoksin  müəyyən  edilmişdir.
Labaratoriya  təcrübə  heyvanlarından  göbələyə  ada  dovşan­
ları,  ağ  siçanlar,  hind  donuzları  və  9-10  günlük  toyuq  embrion- 
ları  həssasdır.
334
D avam lılığı. 
Qaynama  temperaturasında  amil  10-15  dəqi­
qəyə  inaktivləşir,  ultrabənövşəyi  şüaların  təsirindən  30  dəqiqə­
dən  sonra  tələf olur.  Suda  və  torpaqda  3-7  ay  sağ  qalır.  Quru­
maya və dondurmaya olduqca davamlıdır.  Kimyəvi dezinfeksiya 
vasitələrindən 5%-li karbol turşusu,  10%-li  lizol,  5%-li xloramin 
məhlulları  3-6  saata funqisid  təsir göstərir.
E pizootoloji  m əlum atlar. 
Kandidamikoza əksər növ  quşlar 
həssasdır.  Xəstəlik quşçuluq təsərrüfatlarında geniş yayılmışdır, 
cavan  quşlar  yaşlılara  nisbətən  daha  çox  həssasdır.  Xüsusilə  2 
həftəlik və ondan da bir az böyük yaş qrupuna mənsub olan  quş­
larda xəstəlik daha çox qeyd olunur.  1,5-2 aylıq quşlarda  letallıq 
bəzən  90-100%  təşkil  edir.
Candida  cinsli  göbələklər  potensial  patogen  göbələklər  he­
sab  edilir,  və  təbiətdə  geniş  şəkildə  yayılmışdır.  Bunları  insan­
ların  və  heyvanların  mədə-bağırsaq  sisteminin  və  sidik-cinsiy­
yət üzvlərinin  selikli  qişalarından  ayırmaq  mümkündür.  Quşlar­
da  ən  çox  çinədanda müşahidə  edilir.  Orqanizmin  ümumi  rezis- 
tenliyi  m üxtəlif faktorların  təsirindən  aşağı  düşdükdə  onlar  pa- 
togenlik  xassəsi  əldə  edərək  xəstəlik  törədir.
İnfeksiya törədicisinin mənbəyi  xəstə quşlardır.  Bunlar ətraf 
mühit  obyektlərini  müxtəlif sekret  və  ekskretləri  vasitəsilə  gö­
bələklə  çirkləndirir.
Xəstəlik  kiçik  epizootiyalar və  bəzən  sporadiya  halında  nə­
zərə  çarpır.  Kandidamikoz  ilin  isti  fəsillərində  daha  çox  müşa­
hidə  edilir.
Quşların  pis  şəraitdə  saxlanması,  yem  payında  vitamin  və 
mineralların  çatışmazlığı  xəstəliyin  baş  verməsində  böyük  rol 
oynayır.  Xüsusilə yumurtalama dövründə quşların  yumurtasında 
A  vitamini  az  olduqda  belə  yumurtalardan  çıxmış  cücələr  çox 
zəif olur və  kandidamikoza  həssaslığı  güclənir.
Kandidamikozun  baş  verməsində  uzun  müddət  müxtəlif an­
tibiotiklərdən  quşçuluq  təsərrüfatlarında  istifadə  olunması  əsas
335

faktrlardan  biri  hesab  edilir.  Aparılan  tədqiqatlar  nəticəsində 
müəyyən  edilmişdir  ki,  antibiotiklərin  quşçulııqda  çox  istifadə 
olunması həzm  traktının  müxtəlif vitaminlərin sintezində  iştirak 
edən  normal  mikroflorasına pis təsir edir.  Nəticədə orqanizmdə 
vitaminlərin  miqdarı  azalır,  mədə-bağırsaq  sisteminin  normal 
mikroflorasının tərkibi  pisləşir və bu da göbələklərin kəskin  ş ə ­
kildə  çoxalmasına  səbəb  olur.
Ümumiyyətlə  kandidamikozla  zəif,  maddələr  mübadiləsi 
pozulmuş, avitaminozlu,  disbakteriozlu quşlar daha çox x ə stə lə ­
nir.  Bundan  əlavə  kandidamikoz bir çox  xəstəliklərin  ,  xüsusilə 
eymerioz,  pulloroz,  vərəm  və  sair xəstəliklərin  gedişini  m ürək­
kəbləşdirir.
Patogenez.  Müəyyən  edilmişdir  ki,  fizioloji  cəhətdən  sağ­
lam  və  köklük  dərəcəsi  yüksək olan  quşlar kandidamikozla  x əs­
tələnmir,  xüsusilə  selikli  qişalarının  tamlığın  pozulması  ilə  ə la ­
qədar  olaraq,  həmçinin  avitaminozlar  zamanı  kandida  göbələyi 
artıb çoxalır, selikli  qişanı zədələyir, bəzən hətta selikaltı  qişaya 
keçir və  bunun  nekrozunu törədir.  Amil  qana  keçir və  bütün  or­
qanizmə  yayılır,  daxili  orqanlarda  iltihab,  həmçinin  qaraciyər­
də,ürəkdə,  böyrəklərdə  qranulemalar  yaradır.  Sonra  göbələyin 
toksininin  təsirindən  orqanizmin  ümumi  intoksikasiyası,  ürək 
əzələsinin,  qaraciyərin  və  böyrəklərin  degenerativ  dəyişdikləri 
baş  verir.  Nəticədə  qan  doğuran  orqanların  və  sinir  sisteminin 
fəaliyyəti  pozulur,  septikopiemiya baş verir və quşlar tə lə f olur.
Ayrı-ayrı  tədqiqatçılar  göstərir  ki,  miseller  daha  patogendir 
və orqanizmdə onun çoxluğu xəstəliyin gedişini ağırlaşdırır.  Or­
qanizmdə  blastosporlar  faqositoza  asanlıqla  uğradığı  halda  ıni- 
sellərdə  bu  xüsusiyyət çox  zəifdir.
G ed işi  və  klin iki  əla m ə tlə ri. 
Xəstəliyin  inkubasiya dövrü  3 
gündən  15  günə  davam  ndir.  İnkubasiya  dövrünün  belə  dəyiş­
kənliyi  orqanizmin  rezistentliyindən,  xəstəliyin  törədiçisinin  vi- 
rulentliyindən  asılıdır.
336
Xəstəlik  quşlarda  iti,  yarımiti  və  xroniki  gedir.  İti  gediş  əsa­
sən  körpə  çüçələrdə  müşahidə  edilir  və  ilk  kliniki  əlam ət  ishal 
və  sonra  ayaqlarının parezidir.  Çüçələr yerdə  qalmaqla  ayaqları 
ilə  üzmə  hərəkətləri  edir,  gözləri  yumuludur və  xəstəliyin  belə 
gedişi  3-5  gün davam etməklə əksər hallarda ölümə nətiçələnir.
Yarım  iti  gediş  10  günlükdən  1,5  aylığa  qədər  çüçələrdə 
qeyd olunur.  İlk kliniki simptom ağız boşluğunun səlikli  qişasın­
da ağ rəngdə çöküntünün əmələ gəlməsidir Dilin sətşində ağ rəng­
də nazik  təbəqə  şəkilində  çöküntü müşahidə  edilir və  bu  şelikli 
qişaya  möhkəm  şəkildə  birləşdiyi  ücün  onu qopardıqda  yerində 
yara  qeyd  olunur,  çöküntü  mikroskopiya  edildikdə  gödələyin 
miselləri  və blastosporları  müşahidə edilir.  Xəstəliyin  ilk günlə­
rində quşların ümumi vəziyyətinin pisləşməsi,  iştahsızlıq  və  3,4 
gün  keçmiş qanadlarda ifliç və  ishal yaranır.  Qanadlar sallanmış 
halda olmaqla, gözləri yumuludur, quş sanki ayaq üstə yatır, tez- 
tez əsnəyir və boynunu irəli  uzadır, çinədanın palpasiyası  zama­
nı  onun  divarının  qalınlaşması  və ağırlı  olması  aşkar edilir.  Xəs­
təliyin  10-cu günündə ayaqlarının parezi  baş verir.  Onlarda  kəs­
kin şəkildə arıqlama və xəstəliyin  15-20 gündən ölum qeyd olu­
nur.
1,5-3  aylıqlarda xəstəlik cox vaxt xroniki  gedişə çevrilir,  ya­
xud  sağalma  ilə  nəticələnir.  Xroniki  gedişli  xəstə  quşları  tə­
sərrüfatda saxlamaq düzgün deyil, cünki  bunlar infeksiya törədi- 
sisinin  mənbəyi  kimi  epizootoloji  çəhətdən  təhlükəlidir.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin