P a toloji-an atom ik d əy işilik lər.
Ölmüş quş cəsədlərinin pa-
toloji-anatomik yarılması zamanı tənəffüs orqanlarının selikli
qişasının kataral iltihabı, qırtlaq və traxeyada fıbrinozlu çöküntü
müşahidə edilir. Əksər quş cəsədlərində kataral yaxud fıbrinoz-
lu rinit, sinusit, traxeyit, pnevmoniya, serozlu, yaxud fıbrinozlu
aerosakkulit qeyd edilir. Bunlardan əlavə ağciyərlərdə bozum
tul-ağ rəngdə nekroz ocaqları görünür. Kolibakteriozla m ürək
kəbləşm ələr zamanı köks və qarın hava kisələrində iri fıbrinoz-
lu çöküntülərlə dolu olması, qaraciyər və ürək üzərində fıbri-
nozlu pərdə müşahidə edilir.
Histoloji müayinələr zamanı burun boşluğunun cibcikləri-
nin, qırtlaq və traxeyanın selikli qişasında epiteli hüceyrələrinin
proliferasiyası və hüceyrə-infıltrativ proseslər aşkar edilir. Ağ
ciyərdə kapsula içərisində sekvestrlər, divarın daxili hissəsinin
nekrozu ilə bərabər kataral-fıbrinozlu aerosakkulit qeyd edilir.
D iaqnoz.
Respirator mikoplazmoza diaqnoz qoymaq çətin
dir, çünki tənəffüs orqanlarının zədələnmələrinə məxsus olan
əlam ətlər bir çox xəstəliklər zamanı da qeyd edilir. İlkin diaq
nozda xəstəliyin epizootoloji xüsusiyyətləri, kliniki əlam ətləri
və patoloji-anatomik dəyişdikləri nəzərə alınır. Ancaq quşlarda
m üxtəlif müalicə vasitələrindən daimi olaraq istifadə edildiyi
üçün bəzi göstəricilərin diaqnostik əhəmiyyəti müəyyən qədər
aşağı düşür. Ona görə də diaqnozun dəqiqləşdirilməsi üçün bak-
terioloji müayinə aparılmalıdır.
Bakterioloji müayinə üçün ölmüş təzə quş cəsədləri yarılır,
tənəffüs yollarının seklikli qişasından, baş beyindən və parenxi-
matoz orqanlardan fizioloji məhlulda suspenziya hazırlanır.
Hind quşlarında bu məqsədlə daha çox infraorbital cibciyin ek-
sudatdan istifadə edilir.
Alınmış suspenziya ƏPB-da l:10-l:20-də duruldur, pambıq-
tənzif qarışığından süzülür və bunun üzərinə 0,1 ml 1%-li sirkə
326
turşusunun talium duzu məhlulu və penisillin (5 min TV/ml) əla
və edilir, 30-40 dəqiqə otaq temperaturasında saxlandıqdan son
ra qida mühitlərinə əkilir.
Xəstə quşlardan patoloji material kimi traxeya eksudatı isti
fadə edilir. Bunu steril pambıq tamponla götürüb ət-peptonlu
bulyonda yuyulur və qida mühitinə əkilir.
Yumurta müayinə edildikdə onun sarı maddəsindən nümunə
götürülür və qida mühitlərinə əkilir. Bioloji sınaq məqsədilə ta-
lium-asetat və ya penisilinlə işlənmiş suspenziya və ya miko-
plazma kulturası 4-6 həftəlik cücələrə 0,5 ml dozada intranazal,
intratraxeyal və ya köks hava kisələri boşluğuna yeridilir və
bunlar 30-60 gün nəzarətdə saxlanır. Bunlarda respirator miko
plazmoza məxsus kliniki əlamətlər və patoloji-anatomik dəyişi-
liklərin baş verməsi patoloji materialda M.qalliseptikanın olma
sını göstərir.
Bioloji sınağı toyuq embrionlarında da aparmaq mümkündür.
Patoloji materialın suspenziyasım xoriollantois boşluğuna və ya
sarılıq kisəsinə vururlar.
Quşların respirator mikoplazmozunun diaqnostikasında se-
rum-damla aqqlyutinasiya reaksiyasından da istifadə edilir.
T əfriq i diaqnoz.
Xəstəliyi kollibakteriozdan, pasterellyoz-
dan, hemofılyozdan, infeksion bronxit və larinqotraxeyitdən və
aspergillyozdan təfriq etmək lazımdır.
Kolibakteriozda letallıq faizi daha yüksəkdir, ürəkdə, qaraci
yərdə, hava kisələrində iltihab daha intensiv xarakterə malikdir,
yarma zamanı fıbrinozlu perikardit, perihepatit və aerosakkulit
aşkar edilir. Bakterioloji müayinə əsasında isə E.coli tapılır.
Pasterellyozda respirator mikoplazmozdan fərqli olaraq çox
vaxt qanla qarışıq ishal olur. Yarma zamanı ürək əzələsində kəs
kin şəkildə qan sızmaları bakterioloji müayinə əsasında isə
P.Multocida aşkar edilir.
Hemofiliyoz (yoluxucu zökəm) zamanı xəstəliyin geniş əra
zidə yayılması, xəstələrdə rinit, konyunktivit, panaftalmit müşa
hidə edilir.
327
İnfeksion bronxit yüksək kon-
tagioz xəstəlikdir. Proses tənəffüs
orqanlarından əlavə reproduktiv
orqanlarda da gedir. Yumurta məh
suldarlığı aşağı düşməklə bərabər
yumurtanın forması və keyfiyyəti
də dəyişir. Virusoloji müayinə əsa
sında koranoviride ailəsinə mən-
Ş ə k ı i 1 3 . R e s p i r a t o r
s u b
olan virus aşkar edilir,
m i k o p l a z m o z l a x ə s t ə q u ş
± r , .
.
infeksion larınqotraxeyıt zama
nı iltihab qırtlaq və traxeyada gedir.
Burada xüsusi tıxacın əmələ gəlməsi nəticəsində ölüm çox vaxt
boğulmadan baş verir. Virusoloji müayinənin nəticəsi əsasdır.
Aspergillyoz keyfiyyətsiz yemlərdən istifadə edən zaman
baş verir. Həzm və tənəffüs orqanlarının zədələnmələri ilə bə
rabər həm də yaşlı quşlarda sinir pozğunluğu əlamətləri qeyd
olunur. Yarma zamanı daxili orqanlarda, xüsusilə respirator or
qanlarda çoxlu miqdarda düyünlü törəmələr müşahidə edilir.
Mikoloji müayinənin nəticəsi əsas hesab edilir.
M ü alicə.
Xəstəliyə qarşı spesifik müalicə vasitəsi yoxdur.
Yüksək təsir dairəsinə mənsub olan antibiotiklər (xlortetrasik-
lin, streptomisin, oksitetrasiklin, eritromisin) işlədilir. Son za
manlar xəstə quşların müalicəsi üçün farmazin, tilozin fradizin,
spektam sınaqdan keçirilmiş və yaxşı nəticə əldə edilmişdir.
Müalicə vasitələrinin qrup şəklində yemlə və aerozol halında
tətbiqi daha səmərəlidir. Askorbat eritromisin məhlulunun inku-
basiya yumurtalarına, burada təzyiqi dəyişməklə in ovo tətbiqi
mikoplazmaların inkişafını dayandırır.
Eritromisinin bu üsulla tətbiqinin yaxşı müalicəvi səmərə
verməsi ayrı-ayrı tədqiqatçılar tərəfindən qeyd edilmişdir.
İm m unitet.
Xəstəliyi keçinniş quşlarda infeksion immunitet
qeyd edilir İmmunoprofilaktika məqsədilə diri və inaktivləşdi-
rilmiş formal vaksinlər hazırlanmış, ancaq bunlar geniş tə
sərrüfat sınağında özünü doğrultmamışdır.
328
P rofilak tik a və m übarizə təd b irləri.
Xəstəliyin profilakti
kası təsərrüfatın yoluxmasının qarşısının alınması və quşun
ümumi rezistentliyinin yüksəldilməsini təmin edən tədbirlərin
cəm idən ibarətdir. Təsərrüfatlarda quşlar yaşından asılı olaraq
qruplar üzrə saxlanmalı, onların yemləmə və saxlama şəraitinə
xüsusi fikir vərilməlidir. Quş binaları və müxtəlif avadanlıqlar
müntəzəm şəkildə 2%-li isti natrium qələvisi məhlulu ilə dezin
feksiya edilməlidir.
Təsərrüfatda xəstəlik baş verdikdə məhtutlaşmalardan istifa
də edilir. Quşların yoluxma dərəcəsinin müəyyən edilməsi üçün
seçmə üsulu ilə 5-10% miqdarında quşlar seroloji reaksiyalarla res
pirator mikoplazmoza görə yoxlanmalıdır. Xüsusilə ana qruplar
yoxlanmalı və bu yolla transovarial yoluxma aradan götürülməli
dir. Kliniki xəstə quşlar öldürülür və yandırlır, şərti sağlam quşlar
isə nəzarət altında ayrıca saxlanmalı, yumurta məhsulu alındıqdan
sonra bütün qeyri sağlam quş qrupu kəsilməlidir.
Quş peyini və yem qalıqları biotermiki üsulla zərərsizləşdi
rilməlidir. Yekun dezinfeksiya formaldehid buxarları ilə hər 1
m3-ə 20 ml formalin tətbiq etməklə aparılır. Təsərrüfatda tam
şəkildə sağlamlaşdırma əldə edildikdən sonra müəyyən fasilə
verilməli və sonra yeni sağlam quş qrupu gətirilərək saxlanma
lıdır. Təsərrüfata gətirilmiş inkubasiya yumurtaları ayrı inkuba
torda inkubasiya edilməli və alınmış cücələr 6 ay müddətində
təcrid edilmiş şəkildə xüsusi quş sexlərində saxlanmalı və
şübhəli hallarda seçmə üsulu ilə seroloji yoxlanmalıdır.
K oliqranulom atoz
Koliqranulomatoz (Colicranulomatosis, xyarre xəstəliyi) in
feksion xəstəlik olub əsasən qaraciyərdə və korbağırsaq divar
larında, bəzən isə digər daxili orqanlarda və dəri üzərində spe
sifik qranulomaların əmələ gəlməsi ilə səciyyələnir.
T arix i m əlum at.
Xəstəlik ilk dəfə 1945-ci ildə İsveçdə
Xyarre və Vramli tərəfindən quşlarda qeyd edilmişdir. Sonradan
329
/
xəstəlik əksər Avropa ölkələrində və ABŞ-da müşahidə edil
mişdir. Keçmiş SSRİ-də xəstəlik 1962-ci ildə T.P.Kudryavsevə
tərəifndən aşkar edilmişdir.
X əstəliyin törədicisi.
Əksər tədqiqatçılar xəstəliyin törədici
sini E.coli qrupuna mənsub olan mukoid formalı bakteriyaların
olmasını göstərnmişlər. Morfoloji xüsusiyyətlərinə görə muko
id formalar demək olar ki, E.coli -n in tipik formalarından fərq
lənmir. Bunlar Qramla mənfi boyanan, anilin boyalarını asanlıq
la qəbul edən, xırda çöp şəkildə olub sərbəst hərəkətli və hərə
kətsiz ştamları qeyd olunur.
ƏPA-da yuvarlaq orta hissəsi basıq ağ rəngdə koloniyalar
yaradır. Maye qida mühitlərində az miqdarda bulanma törədir.
E p izo otolo ji m əlu m a tla r.
Xəstəliyə toyuqlar dəstəsinə
mənsub olan quşlar həssasdır. Ən çox toyuqlar, nisbətən az hind
quşları, qırqovullar, tovuz quşları yoluxur. Cücələrdə xəstəlik
epizootiya halında getməklə yüksək dərəcədə tələfat törədir,
yaşlı quşlarda isə sporadiya halında müşahidə edilməklə xroni
ki gedir.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlardır. Amilin or
qanizmə daxil olma yolları tam öyrənilməmişdir. Bir qrup təd
qiqatçılar transovarial yoluxma yoluna üstünlük verir, digər qrup
tədqiqatçılar isə alimentar yoluxma yolunun əsas olmasını gös
tərirlər. Amilin bağırsaq şöbəsində və çinədanda iltihab törət
məsi axırıncı fikri təsdiq edir.
P atogenez.
E.coli qrupuna mənsub olan mikroorqanizmlər
potensial patogenliyə malik olmaqla quşların mədə-bağırsaq si
steminlə həmişə müşahidə edilir. Bunların patogenlik qabiliyyə
tinin meydana çıxmasında bir çox faktorlar böyük rol oynayır.
Bu cəhətdən orqanizmin ümumi reaktivliyini aşağı salan faktor
lar xüsusilə qeyd edilməlidir.
Əksər tədqiqatçıların məlumatlarına görə quşların müvafiq
zoogigiyeniki şəraitdə saxlanmaması, yemləmənin düzgün apa-
330
rılmaması, yem payında vitaminlər və mineral birləşmələrin az
lığı xəstəliyin baş verməsi üçün zəmin yaradır.
Koliqranulomatozun xarakterinə əsasən belə bir nəticəyə
gəlmək olar ki, patoloji proses əvvəlcə bağırsaqların divarında,
sonra isə qaraciyərdə inkişaf edir. Xüsusilə qaraciyərdə kəskin
iltihabın baş verməsi həmin orqanda funksiya pozğunluqlarına
səbəb olur, nəticədə müvafiq kliniki əlamətlər meydana çıxır.
G ed işi v ə kliniki əla m ə tlə ri.
Xəstəliyin inkubasiya dövrü
dəyişkən olmaqla körpələrdə ümumi zəiflik, pipiyin və saqqalın
anemiyası və sianozluğu, bəzi hallarda tənəffüsün çətinləşməsi,
tüklərin pırpızlaşması, kloaka ətrafının çirkli olması qeyd edilir.
Quşların duruş vəziyyəti bəzən pinqvini xatırladır və hətta hə
rəkət zamanı həmin vəziyyət dəyişmir.
Yaşlı quşlarda arıqlama, yumurta məhsuldarlığının aşağı
düşməsi, görünən selikli qişaların anemiyası, iştahın zəiflənm ə
si, bəzən ishal nəzərə çarpır. Xəstə quşların daxili orqanlarının
əllənm əsi zamanı onların böyüməsi müşahidə edilir.
P atoloji-an atom ik d əy işilik lər.
Ayrı-ayrı orqan və toxuma
larda qranuloma və bəzən şişvari törəmələr aşkar edilir. Belə tö
rəm ələr ən çox kor bağırsaqda və qaraciyərdə, nisbətən az isə
dalaqda, nazik bağırsaq şöbəsində, böyrəklərdə, vəzili və əzələ
li m ədədə, ağciyərdə və dəridə də görünür. Bəzi hallarda bu tö
rəm ələr həm də yumurta borularında, çinədanda, mədəaltı vəzi
də, hava kisələrində də qeyd olunur.
Xarici görkəminə görə koliqranulomalar tək və ya çoxlu
m iqdarda şişvari törəm ələr halında olmaqla m üxtəlif
böyüklükdə nəzərə çarpır. Bu törəmələrin səthi hamar, həzən
isə nahamar olmaqla rəngi açıq-bozdan yaşılımtıl sarıya qədər
dəyişir.
Bağırsaqda törəmələr əsasən seroz qişa altında müşahidə
edilir. Ancaq, onu da qeyd etmək lazımdır ki, bəzən zədələnmə-
lər bağırsağın digər qişalarını də əhatə edir, burada nekrotiki il
tihab baş verir. Bağırsaq divarının zədələnməsi zamanı nekroti-
ki kütlə bağırsağın daxilinə tökülür. Qaraciyərdə bəzi hallarda
xırta sarımtıl rəngdə çoxlu miqdarda ocaqlar, digər hallarda isə
tək-tək iri düyünlər qeyd olunur. Zədələnmiş qaraciyər sarımtıl-
palıdlı rəngdə olmaqla həcmcə böyümüş halda görünür. Qara
ciyərin kəsilmiş səthinə baxdıqda qranulomaların parenximası-
nın müxtəlif dərinliklərində yarandığı nəzərə çarpır. Bəzi hal
larda bu orqanda durğunluq hadisəsi, həm də toxumanın kövrək-
ləşməsi və çoxlu miqdarda qan sızmalar görünür.
Qranulomalar kifayət dərəcədə böyük ölçüdə həm də ağ ci
yərdə, böyrəklərdə və digər orqanlarda da müşahidə edilir. Şişva-
ri törəmələr dəri üzərində əsasən kloaka ətrafında qeyd olunur.
Koliqranulomanı kəsdikdə onun kəsilmiş səthində sarımtıl-ağ
və ya bozumtul-sarı rəngdə bərk kütləli nekrotik mərkəz müşahi
də edilir. Qranulomanın yetişmə dərəcəsindən asılı olaraq onun
kapsulası müxtəlif sıxlıqda nəzərə çarpır, yəni o hamar parlaq, bə
zən isə nahamar tutqun ağ və ya sarımtıl halda müşahidə edilir.
Xəstəliyin xroniki gedişi zamanı qranuloma kapsulası iynə
ilə çətinliklə deşilir.
Xarakterik qranulomadan əlavə quşlarda patoloji-anatomik
yarma zamanı mədə-bağırsaq şöbəsi selikli qişasının kataral ilti
habı, ürək əzələsinin, qaraciyərin və böyrəklərin distrofıki də
yişdikləri nəzərə çarpır.
D iaqnoz.
Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootolo-
ji xüsusiyyətləri, klniki, əlamətləri, patoloji-anatomik dəyişdik
ləri nəzərə alınır və bakterioloji müayinə aparılır. Bakterioloji
müayinə üçün ölmüş quşun daxili orqanlarından yaxma hazırla
naraq mikroskopiya edilir, müxtəlif qida mühitlərinə əkilərək
təmiz kultura alınır.
T əfriq i diaqnoz.
Xəstəliyi vərəmdən, leykozdan, aspergil-
yozdan psevdotuberkulyozdan təfriq etmək lazımdır.
Vərəmdən təfriq etdikdə tuberkulinizasiyanın nəticəsi əsas
332
hesab edilir. Vərəm ən çox yaxşa quşlarda, koliqranulomatoz isə
körpələrdə müşahidə edilir. Bakterioloji müayinə zamanı xəstəlik
törədicisinin təmiz kulturası alınmaqla diaqnoz dəqiqləşdirilir.
Leykozda düyünlər salayabənzərdir, nekroz ocaqları qeyd
olunmur. Bakterioloji müayinənin nəticəsi mənfidir.
Aspergillyozda əsasən ağ ciyər və hava kisələrinin zədələn-
mələri müşahidə edilir. Mikoloji müayinə zamanı göbələyin mi-
selləri görünür.
Quşlarda psevdotuberkulyoz nadir hallarda qeyd olunur. Xır
da sarımtıl ocaqlar ən çox dalaq və qaraciyərdə aşkar edilir.
İm m unitet. Öyrənilməyib.
M ü alicə.
Yoxdur.
Profilaktika və m übarizə təd b irləri.
Quşçuluq təsərrüfat
larında koliqranulomatoz baş verdikdə quşlar müayinədən keçi
rilir, kütləvi yoluxmalar qeyd olunduqda cücələr öldürülür. Xəs
təliyin yayılmaması üçün yemlə hər kq yemə 50mq dozada ter-
ramisin, tetrasiklin və xloramfunikol quşlara verilməlidir. Quş
binalarında döşəmələr dəyişilməli, dezinfeksiya aparılmalı, quş
ların yemləndirilməsi yaxşılaşdırılmalı, xəstəlik törədicisinin
yayılmasında böyük rolu olan ekto- və endo- parazitlərlə müba
rizə aparılmalıdır.
K andidam ikoz
Kandidamikoz
(kandidamikosis,
kandidoz,
moniliaz,
oidomikoz) infeksion xəstəlik olub, həzm traktının selikli qişa
larını zədələnm ələri və daxili orqanlarda qranulematoz proses
lərin baş verməsi ilə səciyyələnir.
T arixi m əlum at.
İnsanlarda xəstəliyi ilk dəfə 1784-ci ildə
N.U.Ambodik-Maksimoviç qeyd etmişdir. Quşların kandidamik-
rozu dünyanın hər yerində müşahidə edilir. Xəstəliyin törədicisini
1839-cu ildə Lanqenber və 1848-ci ildə isə T.Berq əldə etmişlər.
333
Xəstəliyi quşlarda ilk dəfə 1885-1887-ci illərdə Plaut qeyd
etmiş, kliniki əlamətləri patoloji-anatomik dəyişiklərini isə
1912-ci ildə M.Şleqel öyrənmişdir.
X əstəliy in törəd icisi.
Xəstəlin əsas törədicisi Candida albi
cans göbələyidir. Bundan əlavə xəstəliyin baş verməsində
C.tropicalis, C.krisci və başqaları da iştirak edir. Bunların hamı
sı Candida cinsinə mənsub olan mayalara bənzər göbələklərdir.
Bir hüceyrəli mikroorqanizmdir və ölçüsü nisbətən böyükdür
(l,5xl,5-dən 6xl0mkm-ə-dək) oval, yuvarlaq, bəzən dartılmış
oval formadadır. Bunlar psevdomisellər, blastosporlar və xlami-
dosporlar yaradır. Əsasən tumurcuqlanma yolu ilə çoxalır.
Candida cinsinə mənsub olan göbələklər sadə boyama üsul
ları ilə, Romanovski-Himza və Qram üsulları ilə asanlıqla boya
nır. Bunları həmçinin boyamadan canlı halda su damlasında da
mikroskopiya etmək olar.
Candida albicans göbələyi aerob şəraitdə bərk və maye qida
mühitlərində və mühitə qlükoza, dekstroza və maltoza əlavə et
dikdə yaxşı boy verir. Patoloji materialdan göbələyin ayrılması
məqsədilə Saburo agari, Litman agari, Pagano-Levina qida
mühitindən istifadə edilir. Amilin təmiz kulturasmı almaq üçün
qeyd edilən bu qida mühitlərinə müəyyən qədər antibiotiklər də
əlavə edilir.
Göbələk bərk qida mühitlərində lsm-ə qədər ölçüdə smeta
na bənzər ağ-süd rəngdə koloniyalar əmələ gətirir, maye mühit
lərində isə bulanma, çöküntü və nazik həlqə yaradır. Hanzen qi
da mühiti göbələk üçün seçici qida mühiti hesab edilir. Burada
göbələk kənarları hamar ağ rəngdə koloniyalar yaradır və kultu-
rada spesifik maya iyisi hiss olunur. C.albikansin patogen ştam-
larında endotoksin müəyyən edilmişdir.
Labaratoriya təcrübə heyvanlarından göbələyə ada dovşan
ları, ağ siçanlar, hind donuzları və 9-10 günlük toyuq embrion-
ları həssasdır.
334
D avam lılığı.
Qaynama temperaturasında amil 10-15 dəqi
qəyə inaktivləşir, ultrabənövşəyi şüaların təsirindən 30 dəqiqə
dən sonra tələf olur. Suda və torpaqda 3-7 ay sağ qalır. Quru
maya və dondurmaya olduqca davamlıdır. Kimyəvi dezinfeksiya
vasitələrindən 5%-li karbol turşusu, 10%-li lizol, 5%-li xloramin
məhlulları 3-6 saata funqisid təsir göstərir.
E pizootoloji m əlum atlar.
Kandidamikoza əksər növ quşlar
həssasdır. Xəstəlik quşçuluq təsərrüfatlarında geniş yayılmışdır,
cavan quşlar yaşlılara nisbətən daha çox həssasdır. Xüsusilə 2
həftəlik və ondan da bir az böyük yaş qrupuna mənsub olan quş
larda xəstəlik daha çox qeyd olunur. 1,5-2 aylıq quşlarda letallıq
bəzən 90-100% təşkil edir.
Candida cinsli göbələklər potensial patogen göbələklər he
sab edilir, və təbiətdə geniş şəkildə yayılmışdır. Bunları insan
ların və heyvanların mədə-bağırsaq sisteminin və sidik-cinsiy
yət üzvlərinin selikli qişalarından ayırmaq mümkündür. Quşlar
da ən çox çinədanda müşahidə edilir. Orqanizmin ümumi rezis-
tenliyi m üxtəlif faktorların təsirindən aşağı düşdükdə onlar pa-
togenlik xassəsi əldə edərək xəstəlik törədir.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlardır. Bunlar ətraf
mühit obyektlərini müxtəlif sekret və ekskretləri vasitəsilə gö
bələklə çirkləndirir.
Xəstəlik kiçik epizootiyalar və bəzən sporadiya halında nə
zərə çarpır. Kandidamikoz ilin isti fəsillərində daha çox müşa
hidə edilir.
Quşların pis şəraitdə saxlanması, yem payında vitamin və
mineralların çatışmazlığı xəstəliyin baş verməsində böyük rol
oynayır. Xüsusilə yumurtalama dövründə quşların yumurtasında
A vitamini az olduqda belə yumurtalardan çıxmış cücələr çox
zəif olur və kandidamikoza həssaslığı güclənir.
Kandidamikozun baş verməsində uzun müddət müxtəlif an
tibiotiklərdən quşçuluq təsərrüfatlarında istifadə olunması əsas
335
faktrlardan biri hesab edilir. Aparılan tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, antibiotiklərin quşçulııqda çox istifadə
olunması həzm traktının müxtəlif vitaminlərin sintezində iştirak
edən normal mikroflorasına pis təsir edir. Nəticədə orqanizmdə
vitaminlərin miqdarı azalır, mədə-bağırsaq sisteminin normal
mikroflorasının tərkibi pisləşir və bu da göbələklərin kəskin ş ə
kildə çoxalmasına səbəb olur.
Ümumiyyətlə kandidamikozla zəif, maddələr mübadiləsi
pozulmuş, avitaminozlu, disbakteriozlu quşlar daha çox x ə stə lə
nir. Bundan əlavə kandidamikoz bir çox xəstəliklərin , xüsusilə
eymerioz, pulloroz, vərəm və sair xəstəliklərin gedişini m ürək
kəbləşdirir.
Patogenez. Müəyyən edilmişdir ki, fizioloji cəhətdən sağ
lam və köklük dərəcəsi yüksək olan quşlar kandidamikozla x əs
tələnmir, xüsusilə selikli qişalarının tamlığın pozulması ilə ə la
qədar olaraq, həmçinin avitaminozlar zamanı kandida göbələyi
artıb çoxalır, selikli qişanı zədələyir, bəzən hətta selikaltı qişaya
keçir və bunun nekrozunu törədir. Amil qana keçir və bütün or
qanizmə yayılır, daxili orqanlarda iltihab, həmçinin qaraciyər
də,ürəkdə, böyrəklərdə qranulemalar yaradır. Sonra göbələyin
toksininin təsirindən orqanizmin ümumi intoksikasiyası, ürək
əzələsinin, qaraciyərin və böyrəklərin degenerativ dəyişdikləri
baş verir. Nəticədə qan doğuran orqanların və sinir sisteminin
fəaliyyəti pozulur, septikopiemiya baş verir və quşlar tə lə f olur.
Ayrı-ayrı tədqiqatçılar göstərir ki, miseller daha patogendir
və orqanizmdə onun çoxluğu xəstəliyin gedişini ağırlaşdırır. Or
qanizmdə blastosporlar faqositoza asanlıqla uğradığı halda ıni-
sellərdə bu xüsusiyyət çox zəifdir.
G ed işi və klin iki əla m ə tlə ri.
Xəstəliyin inkubasiya dövrü 3
gündən 15 günə davam ndir. İnkubasiya dövrünün belə dəyiş
kənliyi orqanizmin rezistentliyindən, xəstəliyin törədiçisinin vi-
rulentliyindən asılıdır.
336
Xəstəlik quşlarda iti, yarımiti və xroniki gedir. İti gediş əsa
sən körpə çüçələrdə müşahidə edilir və ilk kliniki əlam ət ishal
və sonra ayaqlarının parezidir. Çüçələr yerdə qalmaqla ayaqları
ilə üzmə hərəkətləri edir, gözləri yumuludur və xəstəliyin belə
gedişi 3-5 gün davam etməklə əksər hallarda ölümə nətiçələnir.
Yarım iti gediş 10 günlükdən 1,5 aylığa qədər çüçələrdə
qeyd olunur. İlk kliniki simptom ağız boşluğunun səlikli qişasın
da ağ rəngdə çöküntünün əmələ gəlməsidir Dilin sətşində ağ rəng
də nazik təbəqə şəkilində çöküntü müşahidə edilir və bu şelikli
qişaya möhkəm şəkildə birləşdiyi ücün onu qopardıqda yerində
yara qeyd olunur, çöküntü mikroskopiya edildikdə gödələyin
miselləri və blastosporları müşahidə edilir. Xəstəliyin ilk günlə
rində quşların ümumi vəziyyətinin pisləşməsi, iştahsızlıq və 3,4
gün keçmiş qanadlarda ifliç və ishal yaranır. Qanadlar sallanmış
halda olmaqla, gözləri yumuludur, quş sanki ayaq üstə yatır, tez-
tez əsnəyir və boynunu irəli uzadır, çinədanın palpasiyası zama
nı onun divarının qalınlaşması və ağırlı olması aşkar edilir. Xəs
təliyin 10-cu günündə ayaqlarının parezi baş verir. Onlarda kəs
kin şəkildə arıqlama və xəstəliyin 15-20 gündən ölum qeyd olu
nur.
1,5-3 aylıqlarda xəstəlik cox vaxt xroniki gedişə çevrilir, ya
xud sağalma ilə nəticələnir. Xroniki gedişli xəstə quşları tə
sərrüfatda saxlamaq düzgün deyil, cünki bunlar infeksiya törədi-
sisinin mənbəyi kimi epizootoloji çəhətdən təhlükəlidir.
Dostları ilə paylaş: |