İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

X əstəliyin   törədicisi. 
Pasteurella  multocida  -   xırda,  Qram 
mənfi,  sərbəst  hərəkətə  malik  olmayan,  spor  yaratmayan,  çöp 
şəklində  mikrob  olub,  mikroskopun  görünmüş  sahəsində  tək- 
tək, cüt-cüt və bəzən qısa zəncir halında mikrob düzülüşü müşa­
hidə  edilir.  Anilin  boyalarını  asanlıqla  qəbul  edir.  Metilen  abısı 
və  Romanovski-Himza  üsulu  ilə  boyadıqda  aydın  şəkildə  bio- 
polyarlıq müşahidə edilir. Təzə kulturalarda aydın şəkildə nəzə­
rə  çarpan  kapsula görünür.
Pasterellalar  fakültativ  aerobdur,  optimal  boy  37°S  tempera­
turda pH  7,2-7,4 olan mühitdə qeyd olunur.  Adi  qida mühitlərin­
261

də asanlıqla boy verir.  Qida mühitlərinə  qan serumu və ətin fer- 
mentativ  hidrolizi  ilə  əldə  edilmiş  qida  mühitlərində  daha yax­
şı  boy verir.  Maye qida mühitlərində bərabər nisbətdə bulanma, 
bərk  qida  mühitlərində  isə  hamar  (S),  nahamar  (R)  və  mikoid 
(M)  koloniyaları  yaradır.
Pasterellaların 4 seroloji qrupu -  A, B, D və E qrupları mövcud­
dur.  A tip pasterellalar əsasən quşlarda, az halda digər növ kənd 
təsərrüfatı  heyvanlarda,  В  və  E  buynuzlu  heyvanlarda,  D  i  isə 
əksər növ  heyvanlarda pasterellyozu  törədir.  Pasterellar proteo- 
litik və hemolitik xüsusiyyətə malik deyil. Qida mühitlərində in- 
dol  və  hidrogen-sulfıd  törədir.  Saxarolitik  fəaliyyəti  nisbətən 
güclüdür.
Qida mühitlərində nikotinamid, pantotenad və boy maddələ­
rindən  isə  quanin,  ksantin,  qlyutamin,  inozit,  piridoksin,  amino- 
benzoy turşusu, vitamin B12 və s. olduqda boy daha yaxşı alınır.
D avam lılığı. 
Pasteurella  multocidanın  davamlılığı  nisbətən 
səifdir.  Quruma  və  yüksək  temperaturanın  təsirindən  tez  məhv 
olur.  50-60°S  temperaturda  pasterellalar  20  dəqiqəyə,  70-900S- 
də  5-10  dəqiqəyə,  qaynatmada  isə  ani  olaraq  məhv  olur.  Aşağı 
temperaturda  amil  uzun  müddət  yaşayır.  Dondurulmuş  quş  cə­
sədlərində  pasterellalar illərlə,  torpaqda  1  ay,  quş  kalında  2  aya 
qədər sağ  qalır.
Kimyəvi  dezinfeksiya  vasitələrindən  karbol  turşusu,  krezol, 
xlorlu  əhəng və  formalinin  təsirindən  tez  inaktivləşir.
E p izootoloji  m əlum atlar. 
Pasterellyozla  ev  və  vəhşi  quşlar 
xəstələnir.  Xüsusilə  xəstəliyə  qazlar  daha  çox  həssaslıq  göstə­
rir.  Ona  görə  də  bu  quş  növündən  istifadə  etməklə  binanın  yo- 
luxduruculuq qabiliyyəti yoxlanır. Quşlarda digər heyvan növlə­
rindən  fərqli  olaraq  pasterillyoz  epizootiya  halında gedir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar  olub,  bunlar  bütün  sekret  və  ekskretləri  vasitəsilə  xəstə­
lik törədicisini xarici  mühitə ixrac edir.  Pasterelladaşıyıcılıq  1  il­
dən  artıq  davam  edir.  Pasterellyozun  epizootik  xüsusiyyətlərin­
262
dən biri də onun enzootikliyi və stasionar epizootik ocaqların ol­
masıdır.  Şimal  bölgələrinə nisbətən tropik və subtropik zonalar­
da xəstəlik daha çox müşahidə edilir. Xəstəlik törədicisinin yay­
ılmasında  xəstəlik  törədicisi  ilə  yoluxmuş  quş  binaları,  hava, 
yem,  qulluq  əşyaları  böyük rol oynayır.  Bundan əlavə  quş  bina­
larında  parazitlik  edən  gənələr  də  xəstəlik  törədicisinin  yayıl­
masında  mühüm  əhəmiyyətə  malikdir.  Qeyri-sağlam  quşçuluq 
təsərrüfatlarında  infeksiya  törədicisinin  mənbəyi  və  keçirici  al- 
mili  kimi  sinantrop  gəmiricilərin  də  rolu  qeyd  edilməlidir.  Bir 
çox  fizioloji  faktorlar,  xüsusilə  tükdəyişmə,  intensiv  yumurtla­
ma,  binada zoociciyeniki  faktorlardan  nəmliyin  həddən  artıq  ol­
ması,  alimentar faktorlardan yem payının tərkibində zülal  və vi­
taminlərin  azlığı,  meteroloji  faktorlardan  temperaturun  kəskin 
şəkildə  dəyişməsi,  güclü  külək,  soyuq  yağışlar  və  s.  faktorlar 
quş orqanizminin  ümumi  müqavimət qüvvəsini  aşağı salır.  Bun­
dan  əlavə  infeksiyanın  yayılmasında  bəzi  invazion  xəstəliklər, 
peyvəndlər,  allergiya sınaqları  və  s.  böyük  rol  oynayır.
Yumurtanın  pasterellyozun  epizootiyasında  rolu  haqqında 
müxtəlif fikirlər vardır.  Bir sıra macar alimləri göstərirlər ki,  pas- 
trellyozun  törədicisi  transovarial  yolla  yayılmır.  Ancaq  bunun 
əksi  olan  fikirlər də  söylənir.
Əksər  tədqiqatçılar  göstərirlər  ki,  xəstəliyə  ən  həssas  quş 
qrupu  2-3  aylıq  cücələr və yaşlı  qruplardır.  Ölüm  2-3  aylıqlarda 
bəzən  80%,  yaşlılarda  isə  95-100%  təşkil  edir.  2  aylığa  qədər 
cücələr  yüksək  dərəcədə  davamlılıq  göstərir.  Macar  alimləri 
göstərirlər ki,  sərçə və göyərçinlər -  əgər bunlar xəstə quş  qru­
pu ilə  kontaktda olmadıqda pasterellyadaşıyan  kimi  özlərini  gös­
tərmirlər.  Xəstəlikdə  müəyyən  dərəcədə  mövsümlük  müşahidə 
edilir.
Quşların  pasterellyozunda  xəstələnmə  və  letallıq  faizi  kəs­
kin  şəkildə  dəyişir  ki,  buda  amilin  virulentliyindən,  quş  qrupu­
nun  immunobioloji  vəziyyətindən,  saxlanma  və  yemləmə  şərai­
tindən  və  s.  asılıdır.
263

Patogenez. 
Təbii  şəraitdə  xəstəliyin  törədicisi  quş  orqaniz­
minə  respirator  və  alimentar  yolla  daxil  olur,  bəzi  hallarda  isə 
dəri  örtüyü  vasitəsilə  də  daxil  olması  qeyd  edilir.  İnfeksiyanın 
giriş napısında amil  artıb çoxaldıqdan sonra qana və limfaya ke­
çir və  iti  septiki  proses  yaradır.  Xüsusilə  nazik  bağırsaq  şöbəsi­
nin  selikli  qişasında  kəskin  iltihab  baş  verir.  Pasterella  və  onun 
toksininin təsirindən qan damarlarının endotelisinin zədələnm ə- 
ləri, qan damarları divarının kövrəkləşməsi, divarın daxili təzyi­
qə  davam  gətirməməsi  ilə  əlaqədar olaraq  damar ətrafı  sahələ­
rə çoxlu miqdarda qan sızmaları baş verir.  Pasterellaların toksin- 
ləri  quş  orqanizminə  toksiki  təsir göstərir ki,  buda  ölümlə  nəti­
cələnir.  Bundan  əlavə  mikrob  və toksinin  təsirindən ağciyərdə, 
yumurtalıqlarda,  dərialtı  toxumada və  digər orqanlarda  nekroti- 
ki  proseslər  inkişaf edir.  Çox  vaxt  pasterellalar  ayaq  və  qanad 
oynaqlarında,  həmçinin  saqqalda  iltihab  törədir.
Virulentliyi  yüksək  olan  pasterellaların  təsirindən  quşlarda 
iti  septiki  proses,  virulentliyi  zəif olduqda  isə  ayrı-ayrı  orqanla­
rın yerli  iltihabı  baş  verir.
G ed işi  və  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
bir  neçə  saatdan  2-3  günə  qədərdir.  Pasterellyoz  quşlarda  ildı- 
rımvari,  iti,  yarımiti  və  xroniki  gedir.
İldırımvari  gediş  əsasən  pasterellyoz  epizootiyasının  əvvə­
lində qeyd olunur.  Quşlar qanadoanını bir neçə dəfə çırpır və son­
ra heç  bir kliniki  əlamət göstərmədən  tələf olur.
Təsərrüfatlarda daha çox xəstəliyin iti  forması müşahidə edi­
lir.  Bu  zaman  quşlar ölgün  olmaqla qanadlarını  aşağı  sallayaraq 
yuxulu  vəziyyət alır, tükləri  pırpızlaşır, başını çox çaxt qanadla­
rının altına qoyur,  yaxud  geriyə qatlanmış olur.  Quşların tempe- 
raturası  440S  və bəzən bundan  da yüksək olur.  Burun yolundan 
və  dimdikdən  köpüklü  axıntı  ayrılır.  Sonra  ishal  başlayır  və  bu 
çox  vaxt  qanlı  olur.  Pipik  və  saqqal  sianozlu,  tənəffüs  çətinləş­
miş  halda  edilir.  Müalicə  aparmadıqda  ölüm  yüksək  olur.
Yarımiti  və xroniki gedişdə tədricən qan azlığı və arıqlıq baş
264
verir.  Bundan  əlavə  oynaqlarda  iltihab,  bəzi  quşlarda  saqqalın 
böyüməsi  və  bərkiməsi,  daha  sonra  isə  abses  və  nekrozu  mey­
dana çıxır.
Bundan  əlavə  quşlarda  rinit,  sinusit,  burun  dəlikləri  ətrafın­
da  və  konyunktivada  selikli-yapışqanlı  eksudatın  yığımı  qeyd 
edilir.  Pasterellyozun xroniki  forması  bir neçə həftə və bəzən bir 
neçə ay davam edir.  Letallıq azdır, ancaq xəstə quşların məhsul­
darlığı  kəskin şəkildə aşağı düşür. Xəstəliyin xroniki forması ilə 
xəstələnmiş quşlar çox vaxt gizli pasterella daşıyan olmaqla epi- 
zootoloji  cəhətdən  təhlükəli  hesab  edilir.
Delaplan və  Xiqqins göstərmişlər ki,  ABŞ-nın bəzi  bölgələ­
rində  tənəffüs  orqanlarının  kəskin zədələnmələri  ilə  özünü  gös­
tərən  pasterellyoz  müşahidə  edilir.  Xüsusilə  yaşlı  quşlarla  ca­
vanların  bir yerdə  saxlanması  zamanı  forma daha  çox  qeyd  olu­
nur.
Bir  çox  tədqiqatçılar xəstəliyin  xroniki  gedişində  xüsusi  bir 
forma  müşahidə  etmiş  saqqalın  kəskin  böyüməsi  nəticəsində 
bunu  «saqqalın  xəstəliyi»  kimi  qeyd  etmişlər.
P a toloji-an atom ik   d əyişiliklər. 
Xəstəliyin  ildırımvari  gedi­
şindən  ölmüş  quş  cəsədlərində  mühüm  patoloji  dəyişiliklər 
görünmür.  Bəzən  perikardda  seroloji  eksudat  və  ürək  əzələsi 
üzərində  qan  sızmaları  aşkar edilir.
İti  gedişindən  ölmüş  quş  cəsədində  dəri  və  dərialtı  toxuma­
da  hemorrojt  diatez,  seroz  qişalarda  çoxlu  miqdarda  qan  sızma­
lar,  qaraciyər və  böyrəkdə degenerativ dəyişiliklər,  dalağın  zəif 
dərəcədə  böyüməsi,  ürək  kisəsi,  köks-qarın  boşluğuna  bəzən 
serozlu,  serozlu-hemmoroji  və  fıbrinozlu  eksudatın  toplanması 
müşahidə  edilir.  Perikard  və  epikardda  çoxlu  miqdarda  qan  sız­
malar,  bağırsaq  və  vəzili  mədədə  hemorroji  iltihab  nəzərə  çar­
pır.  Xəstəliyin  yarımiti  və  xroniki  gedişi  zamanı  ağciyərin  kru- 
poz  iltihabı  müşahidə  edilir.
D iaq n oz. 
Xəstəliyə  diaqnoz  qoymaq  üçün  onun  epizootolo- 
ji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anatomik  dəyişi-
265

ükləri  nəzərə alınır və diaqnozun dəqiqləşdirilməsi  üçün  bakte- 
rioloji  müayinədən  istifadə  edilir.  Bakterioloji  müayinədə  veril­
miş  patoloji  materialdan  yaxma  hazırlanaraq  mikroskopiya  ed i­
lir,  m üxtəlif qida  mühitlərinə  əkilərək  xəstəlik  törədicisinin  tə ­
miz kulturası alınır və ayrılmış mikrob ştamlarının  patogenliyini 
yoxlamaq  üçün  laboratoriya təcrübə heyvanları  üzərində  bioloji 
sınaq  qoyulur.  Xəstəliyin  xroniki  formasında  yaxma  və  ək m ə 
materialı  kimi  nümunələri  parenximatoz orqanlardan  və  xüsusi­
lə  sümük  iliyindən  götürmək  lazımdır.
Quşlarda  pasterelladaşıyıcılığı  müəyyən  etmək  üçün  onlar 
sağ  ikən burun  seliyindən,  öldükdən  sonra  isə tənəffüs orqanla­
rından  müayinə üçün  istifadə edilir.  Patoloji  materialdan  Xottin- 
ger qida  mühitinə əkmələr aparılmalıdır.
Pasterellyozda  immunodiaqnostika  həlledici  əhəm iyyətə 
malik  deyil.  Ayrılmış  mikrobların  kapsula  antigeninə  görə  tipi- 
zasiyası  üçün vasitəsiz hemaqqlyutinasiya reaksiyasından  istifa­
də  edilir.  Bu  məqsədlə  pasterellaları  zənginləşdirilmiş  bərk  qi­
da  mühitlərində  yetişdirib,  24  saatdan  sonra  yuyur  və  kapsul 
fraksiyasını  ayırmaq  üçün  sentrifuqadan  keçirir  və  bunu  eritro- 
sitlər  üzərində  adsorbsiya  edirlər.  Eritrositlərin  adsorbsiyaedici 
qabiliyyətini  yüksəltmək  üçün  onu  əvvəlcə  tanınləşdırır  və  ya 
fonnalinləşdirirlər.  Reaksiya  adi  metodika  əsasında  pleksiqlas 
lövhələr üzərində qoyulur.
T əfriq i  diaqnoz. 
Pasterellyozu nyukasl  xəstəliyi  və spiroxe- 
tozdan  təfriq  etmək  lazımdır.
Nyukasl  xəstəliyi  toyuqlar  dəstəsinə  mənsub  olan  quşlarda 
gedir,  sinir  sistemi  pozğunluğu  əlamətləri  və  ifliclər  xəstəlik 
üçün  xarakterikdirö patoloji  materialın  laboratoriya  müayinələri 
əsasında yoxlanması  zamanı  nyukasl  xəstəliyinə  paramiksoviri- 
de  ailəsinin  paramiksovirus  cinsi  ayırd  edildiyi  halda,  pasterel­
lyozda -   Rasteurella  multocida  ayrılır.
Spiroxetoz zamanı  quşlarda kəskin  enterit, mərkəzi  sinir sis­
266
teminin  kəskin  zədələnmələri, qanda spiroxetləri  görməklə diaq­
noz dəqiqləşdirilir.
M üalicə. 
Pasterellyozla xəstə quşlar müalicə edilmir, onlar çıx­
daş edilir.  Qoruyucu  məqsədlə antibiotik  və sulfanilamid preparat­
larında  istifadə  edilir.  Terramisin  hər kq  canlı  kütləyə 20 mq  hesa­
bı  ilə  götürülərək  2%-li  məhlul  əzələ  içinə  3-4  gün  gündə  1  dəfə 
inyeksiya edilməlidir. Tetrasiklin peroral hər kq canlı kütləyə 20-25 
mq 3-4 gün gündə  1  dəfə, xlortetrasiklin hər kq canlı kütləyə 50 mq 
gündə  1 -2 dəfə 3-4 gün, biovit-40 500-1000 mq, biovit-8- - 250-500 
mq yemlə 3-5  gün gündə 2 dəfə daxilə veilməlidir.
Sulfadimezin  hər kq  canlı  kütləyə  0,1  qram  yemlə  3-4  gün, 
norsulfazol  isə  1  qram -  4-5  gün  verilməlidir.
Polimiksin-M  100 min.  T.V.  və sulfapiridazin 0,3  qr hər başa 
yemlə  5  gün  gündə  2  dəfə quşlara verilməsi  yaxşı  nəticə  verir.
Son  zamanla  quşların  pasterellyozunun  müalicəsi  üçün  tez 
təsir  göstərən  antibiotiklərdən  istifadə  edilir.  Belə  preparatlar 
fərdi  qaydada  inyeksiyalar  halında,  yaxud  qaıp  şəklində  su  ilə 
verilir.  Bu  m əqsədlə  quşçuluqda  amoksisilün,  flyumekvin  və 
donsisiklin  tətbiq  edilir və xəstəliyin  bütün gedişlərində yüksək 
səmərəliliyi  ilə  özünü göstərir.
İm m u n itet. 
Belə güman edilir ki,  immunitetin yaranmasında 
əsas  rolu  К  və  O-antigenlər oynayır.  Xəstəliyi  keçirmiş  və  vak- 
sinasiya edilmiş quşlarda qeyri-steril  immunitet yaranır.  Ona gö­
rə də  quşlar pasterella daşıyıcılarına çevrilir.
Xəstəliyin  keçirmiş  quşların  qan  serumu  pasterellaların  ho- 
moloji  və  heteroloji  ştamları  ilə aqqlyutinasiya verir.  İmmun  se- 
rumların  müdafiyəedici  fəallığı  xəstəliyi  törədən  pasterella  tip­
lərinə  qarşı  olur.
Pastercllyozun  spesifik  profilaktikası  üçün  avirulent  və  zəif 
firulentli  ştamlardan  hazırlanmış  quru  diri  vaksinlə  və  inaktiv- 
ləşdirilmiş  emulsin  vaksinlərdən  istifadə  edilir.  Diri  vaksinlərlə 
toyuqları,  qazları  və  ördəkləri  qeyri-sağlam  və  təhlükə  altında
267

olan  təsərrüfatlarda  tətbiq  edirlər.  İmmunitet  vaksinasiyadan  5 
gün  keçmiş yaranır və 4-6  ay  davam  edir.
Ancaq  diri  vaksinlər  kifayət  dərəcədə  qalıq  virulentliyə  və 
reaktogenliyə  malikdir  və  ona  görədə  daha  çox  infeksiya  o ca­
ğında istifadə edilməlidir.  Diri vaksinlərlə peyvənd aparılmış tə ­
sərrüfatlarda pasterellyoza görə qeyri-sağlamlıq onunla izah olu­
nur  ki,  vaksində  olan  pasterella  irqləri  xəstəliyə  məxsus  kliniki 
əlam ətlər törətmədən  quş  orqanizmində  artıb  çoxalır.  O rqaniz­
min  rezistentliyi  müxtəlif  amillərin  təsirindən  aşağı  düşdükdə 
bakteriyaların  sürətli  çoxalması  baş  verir,  nəticədə  septisemiya 
və  kliniki  xəstəlik  yaranır.  Zəiflədilmiş  ştamlarla  vaksinasiya­
dan  əldə  edilmiş  immunitet  qeyri-sterildir  və  quşlarda  uzun 
müddətli  pasterelladaşıyıcılıq  qeyd olunur.
Xəstəliyə qarşı inaktivləşdirilmiş emulsin vaksinlərin tətbiqi 
daha  səmərəlidir,  çünki  peyvənddən  sonra  quşlarda  pasterella 
daşıyıcılıq  müşahidə  edilmir.
Ona  görə  də  belə  vaksinlərdən  infeksiya  ocağından  əlavə 
həm də təhlükə altında olan təsərrüfatlarda profilaktiki m əqsəd­
lə  istifadə  etmək  olar.  Belə  vaksinlərin  əsas  çatışmayan  cəhəti 
immunitetin  gec  formalaşması  və qısa  müddətli  olmasıdır.
Vaksinlərin  orqanizmə  təsirinin  uzunmüddətliliyini  təmin 
etmək  üçün,  immunogenezi  gücləndirmək  və  onların  inyeksiya 
yerində  depo  yaratmaq  məqsədilə adyuvantlardan  geniş  şəkildə 
istifadə  edilir.
Pasterellyoza qarşı  ən yaxşı  vaksinlər yağlı-adyuvantlı  vaksin­
lər hesab edilir.  Belə tip vaksinlər postvaksinal mürəkkəbləşmələr 
törətmir və yaxşı  immunogenlik xüsusiyyətinə malikdir.  M üxətlif 
ölkələrdə  aparılan  tədqiqatların  nəticəsi  göstərir  ki,  emulsinvak- 
sinlər daha yaxşı  immunogenlik xüsusiyyətinə malikdir və quşlar­
da uzunmüddətli  və yüksək gərginlikli  immunitet yaradır.
Məlumdur  ki,  Karterin  təsnifatına  görə  pasterellaların  A,  B, 
C,  D  və  E  serotipləri  vardır.  A  və  D  serotipləri  quşlarda  paste- 
rellyozu  törədən  əsas  serotip-lərdir.
268
Quşların  pasterellyozu  əleyhinə  hazırlanmış  emulsinvaksin- 
lərdə  antigenin A  və  D  serotipləri  mövcuddur.
Emulsin  vaksinlər əsasən  təhlükə  altında və  stasionar qeyri- 
sağlam  təsərrüfatlarda  daha  çox  tətbiq  edilir.  Vaksinasiyadan  4 
gün keçmiş peyvənd olunmuş quşların hamısına sulfadimezin və 
ya norsulfazol  3-4  gün ərzində  verilməlidir.  Toyuqlar dəstəsinə 
mənsub  olan  quşlarda  8-ci  və  qaz  və  ördəklərdə  isə  7-ci  günü 
immunitet  yaranaraq  6-7  ay  davam  edir.  6  aydan  sonra revaksi- 
nasiya  sulfanilamid  preparatları  tətbiq  edilmədən  aparılır.
P rofilaktika  v ə   m übarizə  təd b irləri. 
Quşların  pasterellyo- 
zunun  profilaktikasının  əsasını  həmin  xəstəliyin  salamat  tə­
sərrüfatlara  daxil  olmasının  qarşısını  alan  baytarlıq-sanitariya 
tədbirlərinin  aparılmasıdır.
Quşçuluq  təsərrüfatlarında  cavan  quş  qrupu  yaşlılardan  ayrı 
saxlanmalıdır.  Pasterellyozun  profilaktikasında  xəstəliyə  tez  və 
dəqiq  diaqnoz qoyulması,  infeksiya ocağının  müəyyən  edilməsi 
və onun  təcili  ləğv  edilməsinin  çox  böyük əhəmiyyəti  var.
Xəstəlik  baş  verdikdə  həmin  təsərrüfat  qeyri-sağlam  hesab 
edilir və  məhtutlaşmalar qoyulur.  Xəstə və xəstəliyə  şübhəli  quş­
lar kəsilir.  Əgər  təsərrüfatda  quşlar azdırsa  buradakı  bütün  quş­
ların  kəsilməsi  məsləhətidir.  Ölmüş  quşların  cəsədləri  yandırı­
lır.  Yumurtalar formaldehid  buxarlan  ilə zərərsizləşdirilir.
Yoluxma  təhlükəsi  altında  olan  quşlarda  təcili  vaksinasiya 
aparılır.  Xəstəlik  geniş  yayılmış  ərazilərdə  təcili  profilaktika 
məqsədilə  vaksinasiyadan  əvvəl  bütün  quş  qruplarına  antibio­
tiklər və  sulfanilamid  preparatları  verilməlidir.
Cari  dezinfeksiya  məqsədilə  həftədə  1  dəfə  2%-li  isti  natri­
um  qələvisi  məhlulu,  3%-li  kreolin  emulsiyası,  20%-li  sönmüş 
əhəng  məhlulundan  istifadə  edilir.
Qeyri-sağlam  quş  qrupunun  kəsimi  qurtardıqdan  sonra  quş 
binalarında  dezinfeksiya  və  deratizasiya  tədbirləri,  daha  sonra 
yekun  dezinfeksiya  aparılır  və  məhtutlaşmalar  quşçuluq  tə ­
sərrüfatlarından  götürülür.
269

Listerioz
Listerioz  (listeriosis)  müxtəlif növ  kənd  təsərrüfatı  heyvan­
ları  və quşların  infeksion xəstəliyi olub  mərkəzi  sinir sisteminin 
zədələnmələri  və  septiki  proseslərlə  səciyyələnir.
T arixi  m əlum at. 
Xəstəlik  ilk  dəfə  1892-ci  ildə  Lucet  tərə­
findən ada dovşanlarında və  1931-ci  ildə Cili tərəfindən  qoyun­
larda,  daha  sonra  isə  quşlarda  və  iri  buynuzlu  heyvanlarda  qeyd 
edilmişdir.  Xüsusilə  1932-ci  ildə  ABŞ-da  Ten-Briç  listeriozu 
müxtəlif növ  ev  quşlarında  müşahidə  etmiş  və  onun  bəzi  xüsu­
siyyətlərini  öyrənmişdir.  Hal-hazırda  xəstəlik  dünyanın  bir  çox 
ölkələrində  quşlar arasında  müşahidə  edilir.
X əstəliyin  törədicisi. 
Listeria monocytoqenes  uzunluğu  0,5-2 
mkm, eni 0,3-0,5 mkm böyüklükdə çöp şəklində mikrob olub spor 
və kapsula yaratmır, qramla boyanır, hərəkətlidir, fakültativ aerob- 
dur,  adi  qida mühitlərində  boy  verir.  Mikroskopun  görünüş  sahə­
sində tək-tək, bəzən roma beş rəqəmi və ya bir-birinə paralel, həm 
də  qısa  zəncir halında düzülüşü  ilə  özünü  göstərir.  Qida  mühitlə­
rində  boy  verən  zaman  xoşa gəlməyən  kəskin turş  iy verir.  ƏPB- 
da az bulanma və qida mühitinin dib hissəsində selikli çöküntü ve­
rir,  çalxaladıqda  hörük  şəklində yuxarı  qalxır.  ƏPA  qida  mühitin­
də  xırda  şeh  damlalarını  xatırladan,  bəzən  az  rəngdə  selikli  kolo­
niyalar yaradır.  Qanlı  aqarda zəif hemoliz zonası  qeyd edilir.
Boy  vermə  üçün  optimal  temperatura  30-37"S-dır.  Ancaq 
amil  otaq temperaturası  şəraitində və hətta 4°S temperaturada da 
boy  verinə  qabiliyyətinə  malikdir.
Listeriyalarda aydın  şəkildə  nəzərə çarpan dəyişkənlik qeyd 
olunur.  Beləki, aşağı  temperatura şəraitində onları  yetişdirdikdə 
mikrob  hüceyrələrinin  formasında  dəyşilik  nəzərə  çarpır,  bərk 
qida  mühitlərində  tipik  S-formalı  koloniyalar  R-formaya  çevri­
lir.  Bəzi  faktorların  təsirindən  amilin  L-formaları  yaranır.
Listeriyaların  antigenlik quruluşu mürəkkəbdir.  Bunlarda ro­
ma  rəqəmləri  ilə  qeyd  olunan  15  somatik  və  latın  hərfləri  ilə
270
qeyd  olunan  5  qamçı  antigeninə  malikdir.  Listeriozlu  bakterio- 
faqlar aşkar edilmiş və bu diaqnostikada xüsusi  əhəm iyyətə ma­
likdir.  Laboratoriya təcrübə heyvanlarından ağ siçanlar, hind do­
nuzları,  ada dovşanları  üçün  patogendir.
D a vam lılığı. 
Listeriyalar  xarici  mühit  obyektlərində  uzun 
müddət  sağ  qalır  və  ölmüş  toxumalarda  çoxalma  qabiliyyətinə 
malikdir.  Maye  qida  mühitlərində  100US  temperaturda  amil  10- 
15  dəqiqəyə,  70°S-də  30  dəqiqəyə,  55°S-də  isə  1  saata  məhv 
olur.  Dezinfeksiya  vasitələrindən  2-3%-li  karbol  turşusu,  2,5%- 
li  natrium  qələvisi  və  formalin  məhlulları  amili  10-20  dəqiqəyə 
tələf edir.  Listeriyalar  müxtəlif taxıl  məhsullarında  3,5  ay,  ət- 
sümük  ununda  135  gün,  hövzə  sularında  35-370S  temperatura  1 
ilə  qədər,  soyuducuda  və  buzda  790-930  günə  qədər  sağ  qalır. 
Heyvandarlıq  obyektlərində,  peyində  listeriyalar  yazda  48  gün, 
yayda 25  gün  və  payızda  isə  130  günə  qədər yaşayır.
E p izootoloji  m əlum atlar. 
Listerioza  toyuqlar,  qazlar,  ör­
dəklər  və  hind  quşları  həssasdır.  Xəstəliyə  bütün  yaş  qrupuna 
mənsub olan quşlar tutulur, ancaq cavanlar yaşlılara nisbətən da­
ha çox həssaslıq  göstərir.  Listerioza quşlardan əlavə həm də ək­
sər növ  kənd  təsərrüfatı  heyvanları  da  həssaslıq  göstərir.  Liste­
riyalar 92  növ vəhşi  heyvan  növlərindən  əldə  edilmişdir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlardır.  Bunlar müxtəlif sekret və ekskretləri  vasitəsilə  xəstə­
lik  törədicisini  xarici  mühitə  ixrac  edir.  İnfeksiya  törədicisinin 
ehtiyat  mənbəyi  təbiətdə olan  müxtəlif gəmirici  növləridir.  G ə­
miricilər xəstəlik törədicilərini  özündə gəzdirməklə ətraf mühit 
obyektlərini  amillə  çirkləndirir  və  buradan  da  kənd  təsərrüfatı 
heyvanları  və  quşların  yoluxması  baş  verir.  Xəstəliyin  baş  ver­
məsində  quş  orqanizminin  rezistentliyini  aşağı  salan  müxtəlif 
faktorlar  böyük  rol  oynayır.
Ayrı-ayrı  ədəbiyyat  məlumatlarında  listeriozun  pullorozla, 
salmonellyozla,  pasterellyozla,  eymeriozla, askaridiozla və sairə 
xəstəliklərlə birlikdə getməsi  göstərilir.  Donner-Vot ölmüş dur­
271

nanın  ağ  ciyərində  sinqamozun,  parenximatoz  orqanlarında  isə 
listeriozun  törədicisini  aşkar etmişdir.
Təbii  halda yoluxma burun və ağız boşluğunun  selikli  qişası, 
konyunktiva,  zədələnmiş  dəri  vasitəsilə  baş  verir.  Transovarial 
yoluxma yolu müəyyən edilmişdir.
Listerioz  quşlarda  sporadiya  və  kiçik  epizootiyalar  halında 
özünü göstərir.  Xəstəlikdə stasionarlıq və mövsümlük m üşahidə 
edilir.  Ölüm,  quşların  orqanizmin  müqavimət qüvvəsindən,  x ə s­
təlik  törədicisinin  virulentliyindən,  dozasından  və  orqanizm ə 
daxil  olma  yolundan  asılı  olaraq  5%-dən  40%-ə  qədərdir. 
A.L.Komilova qazlarda listerioz zamanı  100% ölüm qeyd etm iş­
dir.
Stasionarlıq  listeriyaların  xarici  mühit  obyektlərində  uzun 
müddət  yaşaması,  quşlar  arasında  listeriyadaşıyıcılığın  olm ası 
və  listeriozun təbii  ocaqlarının  olması  ilə  izah  edilir.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin