İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

T əfriqi diaqnoz. 
Xəstəliyi hipovitaminoz E, Bİ, B2-dən, Nyu- 
kasl  xəstəliyindən,  Marek xəstəliyindən  təfriq etmək  lazımdır.
Hipovitaminoz  E  həmdə  ensefalomalyasiya  adlanır,  əsasən 
3-5  həftəlik  toyuq  cücələrində  və  2-3  həftəlik  ördək  cücələrin­
də  baş  verir.  Xəstəlik  kliniki  əlamətlərinə  görə  ensefalomielitə 
bənzəyir, dərialtı  toxumanın, beynin, beyin  qişalarının və beyin-
217

ciyin  şişi,  həmçinin  beyincikdə  yumşalma  və  qan  sızmalar əsas 
götürülür.
Avitaminoz  В 1  (polinevrit)  yem  payında  bu  vitaminin  çatış- 
mamazlığı  zamanı  həm  cücələrdə  və  həm  də  yaşlı  quşlarda 
müşahidə  edilir.  Polinefrit  zamanı  quşlarda  ətrafların  titrəməsi, 
ayaq  və  qanadların  iflici  və  parezi,  qaraciyərdə  yağ  degenerasi- 
yası, böyrəküstü vəzilərin böyüməsi, baş beyin və beyinciyin hi- 
peremiyası  nəzərə  çarpır.
Nyukasl  xəstəliyində  tənəffüs,  həzm  orqanları  və  mərkəzi 
sinir sisteminin  zədələnm ələrinə  məxsus  əlam ətlər nəzərə  çar­
pır,  bağırsaq  şöbəsində  qan  sızmaları  və  vəzili  madə  ilə  əzələri 
mədə  sərhəddində  kəmərvari  qan  sızma əsas  hesab  edilir.
Marek  xəstəliyində  parenxitamoz  orqanlarda  neoplastik  tö­
rəm ələr və perifenik  sinir sisteminin  iltihabı  qeyd  olunur.
M ü alicə. 
Səmərəli  müalicə  vasitəsi  yoxdur.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır. 
Xəstəliyə  qarşı  Kalnek  ştamından  zəiflədilmiş  vaksin  hazırlan­
mışdır.  Ana antitelləri  quşları  yalnız  8  həftəyə qədər qoruya  bi­
lir.  cavanların peyvəndi  8  həftədən,  analar isə yumurtalamaya  1 
ay qalmış peyvənd olunur.  Kalnek ştamından  hazırlanmış vaksi- 
nin  xarakterik  xüsusiyyəti ondan  ibarətdir ki,  bu  bir quşdan digə­
rinə olduqca yaxşı  verilmə  qabiliyyətinə  malikdir.
Vaksinasiya  3  üsulla  aparılır:
1.  Vaksin dozasının dimdiyə fərdi təyinatı ümumi  quş qrupu­
nun  5-10%-də aparılır.  Vaksinasiyanın  bu  üsulu döşəm ə üzərin­
də saxlanan quşlarda  istifadə edilir.  Quşların  belə saxlanma üsu­
lunda vaksinin  bina  daxilində  yayılması  asanlaşır.  Ancaq  alınan 
qoruyucu  xüsusiyyət  eyni  olmur,  dəyişkənliyi  ilə  səciyyələnir.
2.  Birinci  vaksin  dozası  su  ilə daxilə  tətbiq  edilir.
3.  Qanadaltı  nahiyyəyə  çiçək  vaksini  ilə  birlikdə  inyeksiya 
olunur.
Vaksinasiyanın  səmərəliliyini  onun  aparılmasından  2  həftə­
218
dən  3  həftəyə  qədər  olan  dövründə  seroloji  reaksiyalarla  yox­
layırlar.  Ə gər  istənilən  nəticələr  alınmırsa  yumurtalama 
dövründən  əvvəl  quşlarda  mütləq  revaksinasiya  aparılmalıdır. 
Onu da qeyd  etmək  lazımdır ki,  quşların  infeksion  ensefalomie- 
litinə  qarşı  vaksinasiya  müvəqqəti  immunosupressiya  törədir. 
Ona  görə  də  hər  hansı  bir xəstəliyə  qarşı  vaksinasiya  bu  vaksi­
nin  təyinatından  2  həftə  keçənə  qədər  aparılması  əks  göstəriş­
dir.
P rofilak tik a  v ə  m übarizə  təd b irləri. 
Xəstəliyin  profilakti­
kası  m əqsədilə  quşlar uyğun  zoogigiyeniki  şəraitdə  saxlanmalı, 
keyfiyyətli  yemləmə tətbiq  edilməlidir.  Hər hansı  quş qrupu  tə­
sərrüfata daxil edilməzdən əvvəl  profilaktiki  karantində saxlan­
malı  və şübhə doğuran hallar qeyd edildikdə müvafiq  diaqnosti­
ka  üsullarından  istifadə edilməklə yoxlama aparılmalıdır.
Təsərrüfatda  xəstəlik  müşahidə  edildikdə  quşlar  müayinə­
dən  keçirilir,  xəstə  və  xəstəliyə  şübhəlilər kəsilir.  Hələlik  sağ­
lamlarda vaksinasiya aparılır.  Müntəzəm  şəkildə quş binaları  və 
onun ətrafları  mexaniki təmizlik aparıldıqdan sonra dezinfeksiya 
edilir.  Müəyyən  fasilə tətbiq  edildikdən  sonra  yeni  sağlam  qru­
pu  qəbul  edilir.  İnfeksion  ensefalomielitə  görə  qeyri-sağlam  tə­
sərrüfatlardan  toplanmış yumurtaların  inkubasiya  edilməsinə  ica­
zə verilmir,  onlar yalnız həmin  təsərrüfat daxilində çörək-bulka 
məmulatlarının  bişirilməsində və  kulinariyada  istifadə  edilir.
İnfeksion  rinit
İnfeksion  rinit  (Riniris  infektiosa,  infeksion  zökəm)  quşların 
infeksion  xəstəliyi  olub  əsasən  burun  boşluğunun  selikli  qişası­
nın,  bəzən  isə  traxeya,  qırtlaq  və  konyunktivanın  zədələnm ələ- 
ri  ilə  səciyyələnir.
T arixi  m əlu m a t. 
Bu xəstəlik  sərbəst  bir xəstəlik kimi  çox­
dan  məlumdur.  H ələ  1911-ci  ildə  V.F.Otte  bunu  sərbəst bir xə­
219

stəlik  kimi  qeyd  etmişdir.  Ancaq  xəstəliyin  törədicisi  uzun 
müddət  dəqiq  şəkildə  müəyyən  edilməmişdir.  Bu  xəstəliyi  əv ­
vəllər çiçəyin difteriya forması  ilə qarışıq  salmışlar.  Hal-hazırda 
quşların  infeksion riniti dünyanın hər yerində geniş şəkildə yayıl­
mışdır və  təsərrüfatlara böyük  miqdarda  iqtisadi  ziyan yetirir.
X əstəliy in   törəd icisi. 
Əksər tədqiqatçılar əvvəllər xəstəliy­
in törədicisini  virus kimi  qeyd etmiş və hemofil  bakteriyaları  se- 
kundar  infeksiya  törədicisi  kimi  göstərmişlər.  Ancaq  sonradan 
Şelm,  Biç  və  R.S.Polkovnikova  göstərmişlər ki,  quşların  infek­
sion  rinitinin  törədicisi  hemofil  çöp olan  Bact.hemophilus  qalli- 
narumdur.  Hal-hazırda dəqiq şəkildə müəyyən edilmişdir ki,  in­
feksion  rinitin  törədicisi  toyuqlarda  Haemophilus  paraqalli- 
narum,  hind  quşlarında  isə  Bordetella avium-dur.
Bu mikroblar kokkvari, hərəkətsiz, qram mənfi  çöp şəklində 
mikrob  olub, 20% miqdarında quşların qanı  əlavə  edilmiş ƏPA- 
da  yaxşı  boy  verir.  Belə  qida  mühitində  zərif diffuz  boy  verir. 
Kultura  və  nativ  materialdan  hazırlanmış  yaxmaların  mikrosko- 
piyası zamanı onlarda bipolyar boyanma, mikrobların  qarma-qa­
rışıq  düzülməsi,  cavan  kulturalarda  isə  sap  şəklində  görünməsi 
müəyyən  edilmişdir.
Patoloji  materialdan  mikrobu  ayırmaq  çətindir.  Bunu  yalnız 
iti  gedişli  xəstəliyin  əvvəlində  əldə  etmək  mümkündür.  Bu 
məqsədlə  burun  boşluğunun,  gözaltı  sinusun,  konyuktivanın 
yuyuntusundan  istifadə edilir.  Xəstəliyin törədicisinin  3  serotipi 
(A,B,C)  vardır.
Davamlılığı. 
Xəstəliyin  törədicisi  fiziki  amillərin  və  kimyəvi 
dezinfeksiya vasitələrinin təsirinə orta dərəcədə davamlılıq göstərir.
E pizootoloji  m əlum atlar. 
İnfeksion rinitə toyuqlar,  hind quş­
ları,  qirqovullar  və  toyuqlar  dəstəsinə  mənsub  olan  digər  quş 
növləri,  həmçinin  göyərçinlər  həssaslıq  göstərir.  Bəzi  müəllif­
lər qazların  da xəstəliyə  tutulmasını  qeyd  edirlər.
İnfeksion  rinit  bütün  yaş  qrupuna  mənsub  olan  quşlarda
220
müşahidə  edilirsə,  daha çox  yaşlıların  xəstəliyə  tutulması  nəzə­
rə  çarpır.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  quşlar olmaqla bunlar 
yuxarı  tənəffüs  yollarının  axıntısı  ilə  və  kal  vasitəsilə  amili  xa­
rici  mühitə  ixrac  edir.
İnfeksiya  törədicisinin  ehtiyat  mənbəyi  xroniki  xəstə  quşlar 
və  yaxud  sağlam  mikrobdaşıyıcılardır.  Müəyyən  edilmişdir  ki, 
sağlamlar xəstəliklərə kontaktda olduqda asanlıqla yoluxur.  Bun­
dan əlavə  xəstəliyin  törədicisi  ilə yoluxmuş yem,  su  və müxtəlif 
avadanlıqlar la xəstəliyin  yayılmasında böyük rola malikdir.
Keyfiyyətsiz  yemlərlə  quşların  yemləndirilməsi,  xüsusilə 
yem  payında  A  vitaminin  az olması  və  quş  binalarında  ammon- 
yak  və  hidrogensulfıdin  konsentrasiyasının  çoxluğu  xəstəliyin 
baş  verməsinə  şərait  yaradır.
P atogen ez. 
Xəstəliyin  törədicisi  orqanizmə  respirator,  ali- 
mentar yolla və konyunktiva vasitəsilə daxil olur.  Amil giriş yo­
lunun  epiteli  hüceyrələrində çoxalır və toxumalarda  iltihab törə­
dir.  Xəstəliyin  patogenezində  yemdə  A  vitaminin  olmaması  və 
ya  azlığı,  həmçinin  quş  binalarında ammonyakın  konsentrasiya- 
sının  çox  olması  böyük  rol oynayır.  A vitaminin çatışmazlığı  za­
manı  konyuktivanın, yeırı borusunun və yuxarı tənəffüs orqanla­
rının  selikli  qişası  epiteli  hüceyrələrinin  buynuzlaşması  baş  ve­
rir.  Selikli  qişalar  quru  və  kövrək  olur.  İnfeksion  rinit  çox  vaxt 
sekundar  bakterial  mikroflora  ilə  mürəkkəbləşir  (pasterellyoz, 
kolibakterioz).
G edişi  və  kliniki  əlam ətləri. 
İnkubasiya  dövrü  2-14  gün 
arasında  davam  edir.  Xəstəliyin  ilk  dövrlərində  quşlarda 
ölgünlük,  suya  tələbatın  güclənməsi  və  asqırma  nəzərə  çarpır. 
Burun  yolundan  əvvəlcə şəffaf axıntı,  sonra  isə bu  qatılaşır,  rən­
gi  tündləşir,  quruyaraq  qartmaqlar əmələ  gətirir.  Qartmaqlar tə­
nəffüs  yollarını  tutduğu  üçün  tənəffüs  çətinləşir,  quş  dimdiyi 
açıq  halda  tənəffüs  edir.  Burun  yolundakı  selikli  kütlədən  azal
221

olmaq  üçün  quş  tez-tez  başını  silkələyir.  Xəstəliyin  6-8-ci 
günləri  quşların  10-40%-də  göz yaşının  ayrılması,  konyunktivit 
qeyd olunur.  Göz qapaqları şişir, onlarda  işıqdan  qorxma baş ve­
rir,  quş  qaranlıq  yerlərə  yığılır.  İrinli  konyunktivitin  baş  verm ə­
si  nəticəsində  göz  qapaqları  bir-birinə  yapışır,  keratit  və  bəzən 
də panoftalmit  inkişaf edir.  Bir,  bəzən  isə  hər iki  göz zədələnir. 
Çox  vaxt  prosesə  gözaltı  cibciklər  tutulur,  burada  kifayət  miq­
darda  serozlu-fıbrinozlu  eksudatın  toplanması  müşahidə  edilir. 
Gözaltı  sinuslar şişir və hər iki  tərəfdə belə prosesin  baş verm ə­
si  zamanı  quşun  başı  bayquş  başına bənzəyir.
Xəstəliyin  törədicisi  yüksək  virulentliyə  malik  olduqda  ilti­
hab prosesi  qırtlağı  da  işğal  edir və belə hal  ətlik  cinsli  quşlarda 
daha çox  müşahidə  edilir.
Pis  yemləmə,  quşların  sıx  yerləşdirilməsi,  binada  nəmliyin 
çox  olması,  ventilyasiya  qurğularının  normal  işləməməsi,  bina­
larda  antisanitariyanın  hökm  sürməsi  xəstəliyin  baş  verməsinə 
və  onun  ağır gedişinə  səbəb  olur.
Xəstəliyin  iti  gedişi  cavanlarda  2-6  gün  gedir  və  müəyyən 
qədər  tələfatla  nəticələnir.  Xəstəliyin  xroniki  gecidi  yaşlı  quş­
larda  qeyd  edilir və  30  gün  və  daha çox  davam  edir.
Patoloji-anatom ik  d əyişilik lər. 
Ölmüş  quş  cəsədləri  arıq­
dır, əsas dəyişiliklər yuxarı tənəffüs yollarında qeyd olunur.  Tə­
nəffüs yolları  qurumuş  kütlə  ilə doludur.  Burun  yollarını  sıxdıq­
da buradan yapışqanlı  selikli  və ya selikli-irinli  kütlə ayrılır.  Bu­
run və gözaltı cibciklərin selikli qişası  şişkin  və htperemiyalıdır. 
Konyunktiva hipermiyalı olmaqla və göz qapaqlarında nöqtə şə­
kilində  qan  sızmalar  nəzərə  çarpır.  Xəstəliyin  xroniki  gedişin­
dən  ölmüş  quşların  3-cü  göz  qapağının  altında  şorvari  kütlə  nə­
zərə çarpır.
Bəzi  hallarda qırtlaq  və traxeyada hiperemiya,  ağciyərin  şiş­
məsi  və  hiperemiyası  qeyd  edilir.
Diaqnoz.  Xəstəliyə diaqnoz qoymaq  üçün  epizootoloji  xüsu­
222
siyyətləri, patoloji-anatomiki dəyişdikləri, kliniki əlamətləri  nə­
zərə alınır,  diaqnozun dəqiqləşdirilməsi  üçün və oxşar xəstəlik­
lərdən  təfriq  etmək  üçün  bakterioloji  müayinələrdən  istifadə 
edilir.  Bakterioloji  müayinə üçün patoloji materialdan yaxma ha­
zırlanaraq  mikroskopiya  edilir  qida  mühitlərinə  əkib  amilin  tə­
miz  kulturası  alınır və  bioloji  sınaqdan  istifadə edilir.
Bioloji  sınaq  2-4  aylıq toyuq  və hind quşlarında qoyulur.  Bu 
məqsədlə burun boşluğu və ya gözaltı cibciklərdəki eksudatdan, 
yaxud  traxeya  və  ağciyərdən  alınmış  xəstəlik  törədicisinin  bul- 
yon  kulturası  ilə  cücələr 0,3-0,5  ml  dozada  intranazal  və  ya  in- 
tratraxeyal  yoluxdurulur.  Yoluxdurmadan  2-8  gün  keçmiş cücə­
lərdə  rinit  və  konyuktivit  müşahidə  edilməsi  amilin  patogenliy- 
ini  göstərir.
T əfriq i  diaq n oz. 
İnfeksion  riniti  çiçəkdən,  infeksion  bron- 
xitdən,  infeksion  larinqotraxeyitdən,  respirator  mikoplazmoz- 
dan,  pasterellyozdan,  Avitaminoz-A-dan,  soyuqlama  nəticəsin­
də  baş  verən  zökəmdən  təfriq  edilməlidir.
Quşların  çiçəyi  infeksion  rinitdən onunla fərqlənir ki,  udlaq, 
qırtlaq  və  ağız  boşluğunda  difteritiki  çöküntünü  çətinliklə  ayır­
maq olur və  yerində  isə qanlı  eroziyalar müşahidə edilir.  Çiçək­
də  bakterioloji  müayinənin  nəticəsi  mənfidir,  çünki  xəstəliyi 
avipoxvirus  cinsli  viruslar törədir.
İnfeksion  bronxit  30  günlüyədək  cücələrdə  qeyd  olunur, 
sürətlə  yayılma  qabiliyyətinə  malikdir.  Burada  əsasən  bronxla- 
rın  iltihabı  baş  verdiyi  halda  infeksion  rinitdə rinit  və  konyukti­
vit qeyd olunur.  Laboratoriya müayinələrinin  nəticəsi  əsas sayı­
lır.
İnfeksion  larinqotraxeyitdə  qırtlaqda  şorvari  kütlədən  ibarət 
olan  tıxac  nəzərə  çarpır.  Bunun  virusu  8-9  günlük  embrionları- 
nın  xoriollantois xarakterik dəyişiliklər törədir.
Respirator  mikoplazmanın  gedişi  xronikidir.  Əsas  dəyişilik­
lər  hava  kisələrində  nəzərə  çarpır.  Laboratoriya  müayinələri
223

əsasında patogen mikoplazmalar aşkar edilir.
Pasterellyozda  bakterioloji  müayinə  əsasında  bipolyar,  qram 
mənfi  boyanmış  və  laboratoriya  təcrübə  heyvanları  üçün  pato­
gen  olan  P.multocida mikrobu  əldə  edilir.
Avitaminoz-A  zamanı  quşların  yem  borusunda  agımtıl-sarı 
rəngdə  xırda düyünlər,  böyrəklərdə  isə  sidik  turşusu duzları  aş­
kar edilir.  Bunda infeksion  xüsusiyyət yoxdur və yem payına vi­
tamin  A  əlavə  etdikdə  xəstə  cücələrdə  sağalma  qeyd  olunur.
Soyuqdəymə  etiologiyalı  zökəmdə  saxlama  şəraiti  yaxşılaş­
dıqda  tez  bir  şəkildə  sağalma  qeyd  olunur.  Burun  boşluğunun 
axıntısı  həmişə  maye  halındadır və gözdə  isə  yüngül  gedişli  se- 
rozlu konyuktivit müşahidə  edilir.
M ü alicə. 
Xəstəliyə  qarşı  sulfanilamid  preparatları,  nitroflı- 
ranlar  və  antibiotiklər  işlədilir.  Hər bir  baş  xəstə  quşa  0,25  mq 
sulfadimezin yemlə  gündə  2  dəfə 4-5  gün  daxilə  verilir.
Xlortetrasiklin  və  oksitetrasiklin  hər  kq  canlı  kütləyə  5-10 
mq  gündə  2  dəfə  5-6  gün  yemlə  daxilə  verilir.  Streptomisin  hər 
kq  canlı  kütləyə  10-12  min.  T.V.  əzələ  içinə  inyeksiya edilir.
Furazolidon quşların yem payına 0,04-0,06%  miqdarında qa­
tılır və  4-6  gün  verilir.
Müalicə vasitələrinin tətbiqi  ilə yanaşı onlarda xlor-skibidar- 
la inqalyasiya aparılması  yaxşı  nəticə verir.  Bunun  üçün  binanın 
hər  m3  həcminə  1  qram  xlorlu  əhəng  və  0,1  ml  skibidar 
götürülür.  Ekspozisiya  10-15  dəqiqədir.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır. 
Hal-hazırda  quşların  vaksinasiyası  üçün  adyuvant  inaktivləşdi- 
rilmiş  vaksindən  istifadə  edilir  ki,  bunun  da  tərkibində  xəstəli­
yin törədicisinin  hər 3  serotipi  mövcuddur.
Vaksinasiya  10-16  həftəlik  quşlarda  3-4  həftəlik  fasilə  ilə  2 
dəfə  aparılır.
Profilaktika  və  m übarizə  tədbirləri. 
Quşlar müvafiq  zoogi- 
giyeniki  şəraitdə saxlanmalı  və yem payında vitaminlər, mineral
224
birləşmələr normada  olmalıdır.  Bina  daxilində  havanın  qaz  tər­
kibi  ciddi  şəkildə  nəzarətdə  olmalı,  xüsusilə  ammonyakın  kon- 
sentrasiyasına  fikir verilməlidir.
Təsərrüfatda  infeksion  rinit  müşahidə  edildikdə  məhtutlaş- 
malar tətbiq  edilir.  Quşlar kliniki  müayinədən  keçirilir,  xəstələr 
müalicə  olunur,  hələlik  olunur,  hələlik  sağlamlar  isə  adyuvant 
inaktivləşdirilmiş  vaksinlə  müvafiq  təlimat  əsasında  peyvənd 
edilir.  İmkan  varsa  quşlar yeni  quş  binalarına keçirilir.
Quş binaları və onun ətraf sahələri, həmçinin m üxtəlif infen- 
tarlar 2-3%-li natrium qələvisi, 2%-li xlorlu əhəng məhlulları  ilə 
dezinfeksiya  edilir.
İnkubasiya üçün yalnız sağlam quşlardan götürülmüş yumur­
talardan  istifadə  edilir.
Təsərrüfatda quşlar yaş qrupları  üzrə  saxlanmalıdır.  Məhtut- 
laşmalar  quşlar  tam  sağaldıqdan  və  yekun  dezinfeksiya  aparıl- 
dıqdan  sonra  götürülür.
Ö rd ək lərin   viruslu  hepatiti
Ördəklərin  viruslu  hepatiti  (Hepatitis  viralis  anoticularum) 
infeksion  kontagioz xəstəlik olub, ümumi  zəiflik,  qaraciyərin  il­
tihabı  və  ilk  günlərdən  tələfatın  baş  verməsi  ilə səciyyələnir.
T arixi  m əlu m a t. 
Ördəklərin  viruslu  hepatiti  ilk  dəfə  1949- 
cu  ildə  ABŞ-da  Levin  və  Fabrikamt tərəfindən  qeyd  edilmişdir. 
Keçmiş  SSRİ-də  xəstəlik  1960-cı  ildə  M.T.Prokovyeva  və 
İ.N.Doroşko tərəfindən  müəyyən  edilmişdir.
X əstəliy in   törəd icisi. 
Xəstəliyin  törədicisi  RNT-li  virus 
olub  pikamoviride  ailəsinin  enterovirus  cinsinə  mənsubdur.  Vi­
rus  m üxtəlif  növ  quşların  embrionlarında  yetişdirilir.  Adətən 
embrionlar yoluxdurmadan  2-6 gün keçmiş tələf olur,  ancaq  bə­
ziləri  normal  inkişaf edir və sağ qalır.  Bundan əlavə virus ördək 
embrionlarının  ilkin  hüceyrə  kulturalarında da yetişdirilir.  Virus
225

müxtəlif növ  quşların  eritrositləri  ilə  aqqlyutinasiya  vermir.  Xə­
stəliyi keçirmiş və immun quşların qan serumu virusu neytrallaş­
dırmaq  qabiliyyətinə  malikdir.  Bu  xüsusiyyətdən  istifadə  edə­
rək virusun təyini  üçün  neytrallaşma reaksiyası  tətbiq  olunur.
D avam lılığı. 
Bina  daxilində  xəstəliyin  törədicisi  4  həftə,  2- 
40S  temperaturada  700  günədək  sağ  qalır.  Amil  56°S  tempera­
turda  1  saata, 62°S-də isə 30 dəqiqəyə məhv olur.  Xəstəliyin tö­
rədicisi  natrium  qələvisinin,  karbol  turşusunun  və  formal inin  2- 
3%-li  məhlullarının  təsirindən  qısa müddətdə  inaktivləşir.
Virus  antibiotiklərin,  sulfanilamid preparatlarının və nitrofu- 
ran birləşmələrinin təsirinə  davamlıdır.
E p izootoloji  m əlu m atlar. 
Xəstəliyə  əsasən ördək və qazlar 
həssasdır.  Toyuqlar  dəstəsinin  nümayəndələri  və  laboratoriya 
təcrübə  heyvanları  virusa həssas  deyil.  Viruslu  hepatit üçün  xa­
rakterik  xüsusiyyət  quşlarda  yaşdan  asılı  olaraq  baş  verməsidir. 
Bələki,  ördək  cücələri  1-30  günlükdə  olduqca  həssas  olmasına 
baxmayaraq  yaşlı  ördəklərdə  hətta  böyük  dozaların  təsirindən 
kliniki  xəstəliyi  törətmək mümkün  deyil.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar hesab edilir. Xəstəliyi  keçirmiş ördəklər 300-650 günədək 
virus daşıyan kimi özünü göstərir.  Bunlar virusu əsasən kalla, yu­
murta  ilə  və  burun  yolunun  axıntısı  ilə  xarici  mühitə  ixrac  edir. 
Xəstəlik  törədicisinin  yayılmasında  qeyri-sağlam  təsərrüfatlar­
dan  toplanmış  yumurtaların  inkubasiya  edilməsidir  mühüm  rol 
oynayır.  Viruslu  hepatitin  törədicisi  ilə  yoluxmuş  yumurtaların 
inkubasiyası  zamanı  embrionların  10-50%-ə  qədəri  öz  inkişafla­
rının  müxtəlif dövrlərində  tələf olur.  Təsərrüfat  daxilində  virus 
sağlam  və  xəstə  quşların  bir yerdə  saxlanması  zamanı  geniş  şə­
kildə  yayılır.  Bundan  əlavə  xəstəlik  törədicisinin  yayılmasında 
yem,  su,  döşənək,  xidmət əşyaları  və s.  böyük rol  oynayır.
Təzə  epizootik ocaqda xəstəlik  iti  getməklə qısa  müddət ər­
zində bütün quş qrupunun yoluxmasına səbəb olur.  Sonra  isə in-
226
feksion proses zəifləyərək yarımtı  və xroniki  gedişlə özünü gös­
tərir.  Ördəklərin xəstələnməsi və ölümü 5-10 günlüklərdə mak­
simum  səviyyədə  olur.  Xəstələnmə  80-90%,  letallıq  isə  70- 
80%-dir  yaşlı  ördəklərdə  xəstəlik  latent  formada  və  immunlaş- 
dırıcı  subinfeksiya  halında qeyd  olunur.
P atogen ez. 
Quş  orqanizmində  virus  reproduksiya  etdikdən 
sonra  qan  vasitəsilə  bütün  orqan  və  toxumalara  yayılaraq  septi- 
semiya  törədir.  Qaraciyər  kəskin  şəkildə  zədələnir  və  onun 
baryer  funksiyası  pozulur.  Nəticədə  ördəklərdə  həzm  prosesi 
pozulur və disbakterioz  inkişaf edir.  Onu da göstərmək  lazımdır 
ki,  ölüm  ümumi  intoksikasiya nəticəsində  baş verir.  Viruslu  he- 
patitlə  intoksikasiya  əsasən  qaraciyərin  zədələnməsi  ilə  əlaqə­
dar olaraq  ödün  bağırsağa tökülməsinin  zəifləməsi,  mədəaltı  və 
bağırsaq  vəzlərinin  hasil  etdikləri  fermentlərin  fəallığının  aşağı 
düşməsi,  yağların  parçalanmasının  ləngiməsi  və  bağırsaqların 
peristaltikasının  zəifləməsi  ilə  izah olunur.
G edişi  v ə  k lin iki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
2-5  gündür.  Xəstəlik  ildırımvari,  iti,  yarım  iti  və  xroniki  gedir. 
Daha  çox  iti  gedişli  viruslu  hepatit  müşahidə  edilir.  Belə  gediş­
də  iştahın  itməsi,  hərəkətsizlik,  sinir  sisteminin  funksiya  po­
zğunluqları  müşahidə edilir.  Sonra konyunktivit inkişaf edir.  Ör­
dəklər  ayaqlarını  aralı  vəziyyətdə  saxlamaqla  yanı  üstə  yıxılır 
və ayaqları  ilə  üzmə  hərəkətləri  edirlər.  Ölümdən  qabaq  başları 
geri  qatlanır,  yəni  pistotonus  vəziyyəti  alır.  Xəstəlik  sürətlə  in­
kişaf edir və  ördəklər bir neçə  saata ölür.  Ördəklərin  bəzilərin­
də xəstəlik  yüngül  getməklə adətən yoluxmadan 72-96 saat keç­
miş  onlarda  ümumi  zəiflik,  iştahsızlıq  və  sinir  sistemi  rozğun- 
luğu əlam ətləri  görünür.  Sonra kliniki  əlam ətlər itir və ördəklər 
sağalır.
Yaşlı  ördəklərdə  xəstəlik  latent  infeksiya halında  gedir.  Bə­
zi  hallarda  onların  gövdəsinin  duruş  vəziyyəti  pozulur  və  pinq-
227

vini  xatırladır və  müəyyən  vaxtdan  sonra  belə  ördəklər opisto- 
tonus  əlaməti  ilə ölür.
P atoloji-an atom ik   d əyişilik lər. 
Ölmüş ördəklərdə  patoloji- 
anatomik  dəyişiliklər əsas  qaraciyərdə  müşahidə  edilir.  Qaraci­
yər həcmən böyüməklə rəngi  sarımtıl-qırmızı və ya palıdı  rəng­
də olur.  Konsistensiyası kövrəkləşmiş olmaqla parenximası üzə­
rində  nöqtəvari  qan  sağmtılar  aşkar  edilir.  Öd  kisəsi  ödlə  dolu 
vəziyyətdə  görünür.  Miokardda  degenerativ  dəyişiliklər  gedir, 
rəngi  bişmiş əti  xatırladır, koronar qan damarları  doluqanlı  olur, 
perikardda  bəzən  serozlu  maye  müşahidə  edilir.  Böyrəklər  şiş­
kin  olmaqla  qandamarları  doluqanlıdır.  Bağırsaqların  selikli  qi­
şasının  kataral  iltihabı  nəzərə  çarpır.
Hava yollarının və mədə-bağırsaq sisteminin selikli qişasının 
iltihabı  viruslu hepatitin salmonellyoz və kolibakteriozla m ürək­
kəbləşməsi  zamanı  qeyd olunur.
Viruslu  hepatitin  xroniki  gedişindən  ölmüş  ördəklərdə  qa­
raciyər və dalağın böyüməsi, üzərində nekroz ocaqları  periartrit- 
lər və  sarılıqlı  peritonit müşahidə  edilir.
Histoloji  müayinə  zamanı  əsas  mikroskopik  dəyişdiklərin 
qaraciyər və baş beyində getməsi aşkar edilir.  Beləki, qaraciyər­
də  hüceyrələrin  nekrozu,  öd  axarlarında  proliferasiya,  əvvəlcə 
qranulositlərlə  və plazmotik  hüceyrələrlə perivaskulyar infıltra- 
siya aşkar edilir.  Baş beyindəki dəyişiliklər serozlu ensefaliti xa­
tırladır.
Diaqnoz.  Xəstəliyi  diaqnoz  qoymaq  üçün  onun  epizootoloji 
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik­
ləri  nəzərə  alınır  və  laboratoriya  müayinələrindən  istifadə  edi­
lir.  Laboratoriya  müayinəsi  üçün  qaraciyər,  dalaq,  və  beyin  ho- 
mogenizatorda  və  ya  steril  həvənq-dəstədə  əzilir  və  fizioloji 
məhlulda  1:2-də qarışığı əldə edilir.  Belə suspenziyanın üzərinə 
xloroform  əlavə  edib  30-60  dəqiqə  ərzində  sentrifuqadan  keçi­
rilir.  Çöküntü  üzərindəki  maye  ilə  9-12  günlük  toyuq  və  ördək 
embrionları  yoluxdurulur,  eyni  zamanda  ördəklər  üzərində  bio­
228
loji  sınaq  qoyulur.  Bu  məqsədlə  7-11  günlük  toyuq  embrionları 
və  ya  12-14  günlük  ördək  embrionları  0,2  ml  miqdarında  sus- 
penziya  ilə allantois boşluğuna yoluxdurulur.  Bioloji sınaq m əq­
sədilə  1-3  günlük ördək cücələri ya 0,5  ml dozada dərialtına ya­
xud  2-3  damla  intranazal  yoluxdurma aparılır.
Yoluxdurulmuş ördək cücələrinin  1-5  gündən sonra və emb- 
rionların  isə  48-96  saatdan  sonra  ölməsi  yoxlanılan  materialda 
virusun  olmasını  göstərir.
Virusun  identifıkasiyası  üçün  toyuq  embrionları  üzərində 
neytrallaşma  reaksiyasından  və  difuz  presipitasiya  reaksiyasın­
dan  istifadə  edilir.
Son  zamanlar  ördəklərin  viruslu  hepatitinin  diaqnostikası 
üçün  immunoflyuoressensiya  reaksiyasının  köməkliyi  ilə  eks­
press diaqnostika  üsulu  işlənib  hazırlanmışdır.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin