G ed işi v ə kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
virusun virulentliyi və dozasından, həmçinin quşların ümumi re-
zistentliyindən asılı olaraq 2-30 gündür. Gedişinə görə xəstəli
yin iti, yarım iti və xroniki, patoloji prosesin lokalizasiya yerinə
görə isə larinqotraxeyal və konyuktival formaları mövcuddur.
Xəstəliyin larinqotraxeyal forması quşlarda iti gedişə malik
olmaqla onlarda ümumi zəiflik, iştahın itməsi, tənəffüs zamanı
m üxtəlif səslər nəzərə çarpır.
Qırtlaq və traxeyanın selikli eksudatla tutulması nəticəsində
tənəffüs prosesi tamamilə pozulur. Quşların dimdiyi açıq olmaq
la başını irəliyə uzadaraq çətinliklə tənəffüs edir. Tənəffüs yol
larında olan ekssııdat çox vaxt qanlı kütlədən ibarət olan tıxac
nəzərə çarpır. Ağız boşluğunun selikli qişasının hiperemiyalı,
şişkin və qan sağıntılı olması müşahidə edilir. Toyuqlarda yu
murta məhsuldarlığı kəskin şəkildə aşağı düşür. Larinqotraxeyal
formada letallıq 10-60% arasında olur.
173
Ş ə k i l 9. İ n f e k s i o n l a r i n q o t r a x e y i t l ə
Ş ə k i l 10. İ n f c k s i o n l a r i n q o t r a x e y i t
x ə s t ə q u ş
z a m a n ı s e l i y i n a y r ı l m a s ı v ə g ö z ü n
z ə d ə l ə n m ə s i
Xəstəliyin konyuktival forması əsasən 10-15 günlük cücə
lərdə qeyd olunur. Bunlarda konyuktivanın slrozlu iltihabı, göz
yaşının axması və işıqdan qorxma müşahidə edilir. Konyunkti-
val formanın xroniki gedişində quşlarda konyunktivanın fıbri-
nozlu iltihabı, gözün buynuz qişasının bulanması, nəticədə gör
mənin zəifləməsi və bəzən korluq qeyd olunur. Konyunktival
forma bəzən larinqotraxeal forma ilə qarışıq şəkildə gedir.
P atoloji-anatom ik d əyişilik lər.
Xəstəliyin larinqotraxeal
formasında mühüm dəyişiliklər qııtlaq və traxeyada gedir. Bu
orqanların selikli qişaları hiperemiyalı, şişkin, erroziyalı və qan
sağıntılıdır. Mənfəzləri isə kataral və ya kataral hemorroji eksu-
datla tutulmuş olur. Əksər hallarda qirtlaqda fibrinozlu-kazeozlu
kütlədən ibarət olan tıxac müşahidə edilir. Belə tıxaclar bəzən
iri bronxlarda da nəzərə çarpır. Bəzən quşların burun və ağız
boşluğunda kataral iltihab, dilin kökündə isə fıbrinozlu çögüntü
aşkar edilir. Bundan əlavə toyuqların bir qismində dalağın böyü
məsi, nazik bağırsaq şöbəsinin, fabrisium kisəsinin və kloakanın
kataral iltihabı nəzərə çarpır.
Konyuktival forma zamanı serozlu və ya fıbrinozlu kon-
yunktivit aşkar edilir. Müayinə zamanı konyunktival kisədə kaze-
ozlu kütlə, bəzən byunuz qişasının bulanması və göz almasının
zədələnməsi qeyd olunur.
174
Histoloji müayinə zamanı damarların hiperemiyası, örtük
epitelisinin selikli distrofıyası, xəstəliyin son dövrlərində isə res
pirator orqanların epitelisinin nekrozu, limfoid-histositar ele
mentlərlə selikli qişaların infıltrasiyası və perivaskulyar qan sız
maları müşahidə edilir. Virus respirator orqanların selikli qişa
sında çoxaldığına görə burada iltihab reaksiyalarından ibarət
həm də nüvədaxili cisimciklər yaradır. Bu cisimciklərin forma
sı oval, yumru və uzunsov, miqdarı isə nüvədə 1-4 ədəd olur.
D iaq n oz.
Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootolo-
ji xüsusiyyətləri, patoloji-anatomik dəyişdikləri nəzərə alınır və
diaqnozun dəqiqləşdirilməsi həmçinin oxşar xəstəliklərdən təf-
riq etmək üçün xəstə quşların traxeyasından virusun toyuq emb-
rionlarında və ya toxuma kulturalarında ayrılması, həssas quşlar
üzərində bioloji sınağın qoyulması, raxeyanın selikli qişasından
götürülmüş nümunələrdə histoloji müayinə yolu ilə nüvədaxili
cisimciklərin müəyyən edilməsi, sekundar bakterial infeksiyala-
rın təfriqi üçün bakterioloji müayinənin aparılması, viruslu ma
terialda neytrallaşma reaksiyası və presipitasiya reaksiyasının
qoyulması kimi testlərdən istifadə edilməlidir. Retrospektiv diaq
nostika məqsədilə xəstəliyi keçirib sağalmış quşların qan seru-
mu ilə neytrallaşma reaksiyası qoyulur.
T əfriq i diaqnoz.
Xəstəliyi infeksion jjronxitdən, avitaminoz
- A-dan, çiçəkdən, nyukasl xəstəliyindən, respirator mikoplaz-
mozdan və infeksion zökəmdən təfriq etmək lazımdır.
İnfeksion bronxitlə daha çox 30 günlüyə qədər cücələr yolu
xur. Xəstəliyin sürətlə yayılması və tənəffüs yollarının iltihabı
ilə səciyyələnir.
Avitaminoz A - zamanı infeksion prosesə məxsus olan xüsu
siyyətlər qeyd olunmur. İltihab qırtlaq və traxeyada yox, yem
borusunun selikli qişasında müşahidə edilir.
Çiçək dərinin xarakterik zədələnmələri, yuxarı tənəffüs yol
ları və ağız boşluğu selikli qişasının difterik zədələnmələri, mi-
175
kroskopiya zamanı hüceyrə daxili cisimciklərinin görünməsi
əsas hesab edilir.
Nyukasl xəstəliyi bütün yaş qrupuna mənsub olan quşlarda
baş verir və yüksək dərəcədə tələfatla səciyyələnir. X əstəlikdə
mühüm patoloji-anatomik dəyişdiklər bağırsaqda və vəzili m ə
də ilə əzələli mədə sərhəddində kəmərvari qan sağıntıları
müşahidə edilir.
Respirator mikoplazmozda yuxarı tənəffüs yollarının kataral
iltihabı, kataral krupoz pnevmoniya və serozlu-fıbrinozlu aero-
sakkulit nəzərə çarpır.
İnfeksion zökəm yüksək kontagioz olmaqla burun yolundan
selikli axıntı, tənəffüs yolu selikli qişasının kəskin şəkildə qalın-
laşması görünür. Belə dəyişdik həmçinin infpaorbital sinuslarda
və traxeyada da qeyd olunur.
Bütün hallarda virusoloji müayinələr aparmaqla virusun ailə
si və cinsinin müəyyən edilməsi əsas hesab edilir.
M üalicə.
Xəstə quşların müalicəsi üçün effektli vasitələr de
mək olar ki, yoxdur. Qoruyucu məqsədlə və sekundar bakterial
mikroflora ilə mürəkkəbləşmələrin qarşısını almaq üçün geniş
təsir dairəsinə malik olan antibiotiklər və nitrofuran birləşm ələ
rinin, həmçinin trivitaminin birlikdə tətbiqi müəyyən əhəm iy
yətə malikdir. Yaşlı quşun hər kq canlı kütləsinə 20 min T.V.
streptomisin trivitamində və ya 1 ml balıq yağında əzələ içinə 7-
8 günlük fasilə ilə 2-3 dəfə inyeksiya edilir. Eyni zamanda hər
kq canlı kütləyə 20 mq furazolidon yemlə 5 gün quşlara verilir.
3-4 aylıq cavan quşlara streptomisin hər başa 15-20 min.
T.V. əzələ içinə və furazolidon isə 10-15 mq yemlə tətbiq edi
lir.
Xlor-skibidarla cücələrdə inqalyasiya 7-8 günlük fasilə ilə 3
dəfə aparılır. Bu məqsədlə hər lm3 həcmə 1 qr xlorlu əhəng və
0,1 ml skibidar götürülür. Ekspozisiya 7 dəqiqədir, sonra bina
nın havası dəyişilir. 150-180 günlük cavanlan inqalyasiya etmək
176
Şəkil I.
Nyukasl xəstəliyində kor bağırsaqda iltihab
Ş ə k i l II.
İ n f e k s i o n l a r i n q o t r a x e y i t d ə t r a x e y a d a i l t i h a b o c a q l a r ı
Şəkil III.
Vərəmdə qaraciyərdə patoloji-anatomik dəyişdiklər
Şəkil
IV. Koliqranulamatozda daxili orqanlarda dəyişdiklər
Şəkil
V. İnfeksion bursal xəstəliyi
Şəkil VI.
Marek xəstəliyinə tutulmuş quş
Şəkil VII.
Marek xəstəliyində daxili orqanlarda gedən dəyişdiklər
Şəkil
VIIİ. A-Pasterellyoz zamanı pipik və saqqalın zədələnməsi
В-Çiçəkdə pipik və saqqalda səpgilər
D-Leykozda neoplastik törəmələr
E-Nyukasl xəstəliyində vəzili mədədə qan sızmaları
Şəkil IX.
1- Pullorozda dalağın böyüməsi
2- Salmonellyozda ördək embrionunun sarılıq kisəsinin böyüməsi
3- Kalibakteriozda daxili orqanlarda fıbrinozlu iltihab
Şəkil
X. Respirator mikoplazmozda hava kisələrinin iltihabı
Ş ə k i l X I .
İ n f e k s i o n b r o n x i t l ə x ə s t ə t o y u q
Ş ə k i l
X I I . İ n f e k s i o n b r o n x i t z a m a n ı y u m u r t a f o l i k u l a l a r ı n ı n i l t i h a b ı
üçün hər lm3 həcmə 2 qr xlorlu əhəng və 0,2 ml skibidar
götürülür, ekspozisiya 15 dəqiqədir. Belə inqalyasiyalar quşlar
binada olan zaman aparılır. Quş olmayan binada hər lm 3-ə 5 qr
xlorlu əhəng və 0,5 rnl skibidar götürülür ekspozisiya isə 3-4 sa
at olur. Bundan əlavə preparatların aerozol halında tətbiqi də
müəyyən qədər effektlidir.
İm m u n itet.
Xəstəliyi keçirmiş quşlarda immunitet yaranır
və onları sonrakı yoluxmadan qoruyur. Spontan yoluxma və ya
vaksinasiyadan 14-20 gün keçmiş qan serumunda antitellər ya
ranır və 2-3 ay yüksək titrdə qalır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,
attenuasiyalı vaksinlərin tətbiqi yaxşı nəticə verir.
Onu da qeyd etmək lazımdır ki, yumurta vasitəsilə verilən
ana antiteli cücələri qoruya bilmir. Bunu nəzərə alaraq cücələr
ilk günlərdən vaksinasiya edilir və immunitet 6-8 gündən sonra
yaranır. Ancaq vaksinasiyalar elə zonalarda aparılmalıdır ki,
orada larinqotraxeit virusu vardır, yaxud o zonanın yaxın bölgə
sində infeksiya müşahidə edilir. Çünki vaksin virusu xarici
mühitdə saxlanır və cücələrdə postvaksinal reaksiyalar bəzən
çox ağır olur.
İnfeksiyanın baş vermə riski aşağı olan zonalarda yalnız ca
vanlar peyvənd edilir və vaksinin bir dəfə tətbiqi kifayətdir.
Yüksək risk olan zonalarda cücələr ilk gündən peyvənd edilmə
lidir.
İnfeksion larinqotraxeitə qarşı 2 tip attenuasiya olunmuş vak
sin vardır. Bunun biri toyuq embrionunda, digəri isə hüceyrə
kulturasında yetişdirilməklə əldə edilmişdir. Birinci vaksin
yüksək gərginlikli immunitet yaradır, ancaq postvaksinal reak
siyalar da kəskin olur. İkinci vaksin əksinə olaraq heç bir post
vaksinal reaksiyalar törətmir, ancaq yaranmış immunitetin gərg
inliyi də çox zəif olur.
Postvaksinal reaksiyaların baş verməməsi üçün vaksinlərin
177
tətbiqi üsulu sahəsində çoxlu tədqiqatlar aparılmışdır. Müəyyən
edilmişdir ki, intraokulyar üsul konyunktivit və zəif respirator
reaksiya törətməsinə baxmayaraq ən əlverişli üsuldur. Vaksinlə-
rin su ilə peroral tətbiqi təhlükəsiz olmasına baxmayaraq immu
nitetin yaranma surəti, müddəti, gərginliyi stabil deyil. Aerozol
üsulla vaksinasiyaların aparılması quşlarda respirator orqanların
müxtəlif xarakterli iltihabı ilə yanaşı həm də vaksinin tətbiqin
də iştirak edən baytar həkimi üçün də müəyyən cəhətdən
təhlükəli hesab edilir.
Rusiyada infeksion larinqotraxeitin spesifik profilaktikası
üçün S.P.Şennikov və Y.A.Petrovskaya tərəfindən quru virus
vaksinlər hazırlanmış və bunlar kloakanın üst hissəsinin selikli
qişasına sürtülmə yolu ilə tətbiq olunur. İmmunitet 7-10 gündən
sonra yaranaraq çox vaxt onu ömrü boyu yoluxmadan qoruyur.
Postvaksinal reaksiyaların olmaması üçün vaksin dozasının
azaldılması yolverilməzdir, çünki bu zaman quşlarda immunitet
lazımi gərginlikdə yaranmır və xroniki gedişli postvaksinal reak
siyaların meydana çıxmasına səbəb olur.
Son zamanlar quşların infeksion larinqotraxeiti nyukasl xəs
təliyi və çiçəyi əleyhinə kompleks vaksinasiya üsulu işlənib ha
zırlanmışdır.
Profilaktika v ə m übarizə təd b irləri.
Xəstəliyə görə sağ
lam təsərrüfatlarda bunun sağlamlığının daima təmin edilməsi
üçün inkubasiya yumurtaları və yeni cücə partiyaları yalnız sağ
lam təsərrüfatlardan alınmalıdır, cücələr əsas yaşlı quş qrupun
dan tamamilə ayrı saxlanmalı, tara və müxtəlif vasitələr yuyul
duqdan sonra mütləq dezinfeksiya edilməlidir.
Təsərrüfata yeni quş qrupu daxil edilməzdən əvvəl binalar
etibarlı şəkildə dezinfeksiya edildikdən sonra qurudulur və qə
fəslər şəraitində saxlanması zamanı 10 gün, döşəmə üstü şərait
də saxlanması zamanı isə 14 gün boş saxlanır. İldə bir dəfə 27
günlük profilaktiki vasilə tətbiq olunur. Gündəlik olaraq quş bi
178
nalarında hava mübadiləsi və mikroiqlim nəzarətdə olmalıdır.
Ümumiyyətlə ammonyakın bina daxilində konsentrasiyası 0,01
mq/1, hidrogen-sulfid 0,006 mq/1, karbon qazı 0,2% və nisbi
nəmlik isə 60-70% olmalıdır.
İnfeksion larinqotraxeit baş verdikdə təsərrüfatda məhtutlaş-
malar qoyulur. Xəstə və xəstəliyə şübhəlilər kəsilir. Şərti sağ
lam quşlar isə quru kultural virus vaksinlə peyvənd edilir. Xəs
təliyin profilaktikası üçün körpə quşların 27-30 günlükdən qeyd
edilən vaksinlə peyvənd edilməsi zəruridir. Quş binaları və kə
sim sexi 450S-yə qədər isidilmiş 2%-li natrium qələvisi, tərki
bində 2% fəal xlor olan xlorlu əhəng məhlulları ilə dezinfeksiya
edilir. Quş olan şəraitdə dezinfeksiya aparmaq üçün hər lm3
həcmə 100 ml 3%-li hidrogen-peroksid məhlulu işlədilir.
Məhtutlaşma, infeksion larinqotraxeitin ləğvindən 2 ay keç
miş və bütün sağlamlaşdırma tədbirləri yerinə yetirdikdən sonra
götürülür.
İNFEKSİON BURSAL XƏSTƏLİYİ
İnfeksion bursal xəstəliyi (infektiosis bursitis, infeksion bur-
sit, Qamboro xəstəliyi) virus etiologiyalı kontagioz xəstəlik
olub, fabrisiy kisəsinin, oynaqların və bağırsaqların iltihabı ilə
səciyyələnir.
T arixi m əlu m a t.
Xəstəlik ilk dəfə olaraq 1956-cı ildə ABŞ-
nın Qamboro adlı vilayətində qeyd edilmiş və 1962-ci ildə Kos-
qrov buna Qamboro xəstəliyi adı vermişdir. Vanterfeld və
Xitçner 1962-ci ildə xəstə toyuqlardan broylərdə nefrozonefriti
törədən xüsusi virusu ayırdıqlarına görə bu xəstəliyə bəzən in
feksion nefrozonefrit də deyilir. 1965-ci ildə Qomayum təcrübə
lər əsasında müəyyən etmişdir ki, nefrozonefrit sindromu ikinci
dərəcəlidir və bu xəstəlikdə əsas daimi dəyişdiklər fabrisiy ki
səsində müşahidə edilir. Məhz buna görə də xəstəlik infeksion
179
bursit adlandırılmışdır. Xstəlik dünyada geniş yayılmaqla quşçu
luq təsərrüfatlarına böyük iqtisadi ziyan vurur.
X əstəliy in törəd icisi.
İnfeksion bursal xəstəliyinin törədici-
çi RNT-li virus olub reoviruslar ailəsinin avirevirus (bim avirus)
cinsi törədir. Virionun ölçüsü 60-65 nm-dir. Virusu 9 günlük
toyuq embrionlarının sarılıq kisəsinə yoluxdurduqda 6 gündən
sonra onların ölümünüə səbəb olur. Bu virus üçün əsas toxuma-
h əd əf fabrisium kisəsinin follikulları hesab edilir. Bundan əlavə
virus həm də B-limfositlərə kəskin şəkildə təsir göstərir. Ekspe
rimental olaraq viruslu materialı quşların fabrisium kisəsinə inyek-
siya etdikdə 3 gündən sonra təbii xəstəliyə mənsub olan əlam ət
lər nəzərə çarpır.
Toyuq embrionunun fibroblast kulturalarında virus sitopatik
təsirlə özünü göstərir. Xəstəliyi keçirmiş quşlarda virusneytral-
laşdırıcı və presipitinləşdirici antitellər yaranır.
D avam lılığı.
Virus xarici mühit obyektlərində uzun m üddət
öz virulentliyini itirmir. Efir və xloraminə davamlı, tripsinə isə
həssasdır. 56°S temperaturda virus 1 saatdan sonra inaktivləşir.
Kimyəvi dezinfeksiya vasitələrinin təsirindən bir neçə dəqiqə
dən bir neçə saata qədər sağ qalır.
E pizootoloji m əlum atlar.
Xəstəlik bütün yaş qrupunda olan
toyuqlarda, ən çox isə 2-11 həftəlik broylerlərdə müşahidə edi
lir. Yaşlı toyuqlarda xəstəlik simptomsuz gedir. İnfeksiya törə
dicisinin mənbəyi xəstə quşlar hesab edilir və onlar virusu kalla
xarici mühitə ifraz edir. İnfeksion bursit həddən artıq kontagioz
xəstəlik olduğu üçün quşlar arasında geniş şəkildə yayılır və quş
lar sıx yerləşdirildikdə bu proses daha surətlə gedir, cücələr əsa
sən alimentar yolla yoluxur. Bundan əlavə yoluxmuş yumurta
ilə də virusun yayılması müşahidə edilir. İnfeksiyanın yayılma
sında xəstəlik törədicisi ilə sirayətlənmiş qulluq vasitələri, ava
danlıqlar, geyim vasitələri, işçilər böyük rol oynayır. Aerogen
yolla da virusun sağlamlara verilməsi təsdiq olunmuşdur. Ana
180
antitellərinə malik olmayan 15 günlüyə qədər cücələrdə xəstə
lik immunosupressiyanı stimullaşdırır. Nəticədə virus infeksiya-
larına (nyukasl xəstəliyi, infeksion bronxit), bakterial infeksiya-
larına (kolibakterioz və s.) və parazitar infeksiyalara (eymerioz
və s.) həssaslıq yüksəlir ki, buda öz növbəsində onlarda saxlan
ma dövründə məhsuldarlığın aşağı düşməsinə və yüksək dərəc
ədə tələfata səbəb olur.
3 həftəlik və bundan yuxarı yaş qrupuna mənsub olan cücə
lərdə virusun «Klassik» virusu quşlarda məhsuldarlığı və rezis-
tentliyi aşağı salır, yüksək virulentli ştamları isə ölümlə nəticə
lənən iti gedişli xəstəliyi törədir.
İnfeksiya törədicisinin ehtiyat mənbəyi qara rəngli böcəklər
dir.
Təzə epizootik ocaqda xəstəlik iti və yarım iti, stasionar ocaq
larda isə xroniki və latent infeksiya halında gedir. Bir çox tə
sərrüfatlarda quşlar arasında immunlaşdırıcı subinfeksiya hadi
səsi aşkar edilir.
P atogenez.
Orqanizmə düşmüş virus qan vasitəsilə bütün or
qan və toxumalara yayılır və əsasən onun tropizmi fabrisium ki
səsinin selikli qişasına olur. Ona görə də quşlar bu orqanın fəa
liyyətə başlaması dövründə yoluxurlar. Adətən yoluxmadan 2
gün sonra fabrisium kisəsində iti iltihabı proses, limfositlərin
piknoz və reksis tipli nekrozu və virusun histositlərin və makro-
faqların sitoplazmasında reproduksiyası baş verir. Virus fabrisi
um kisəsində immunsəriştəli hüceyrələrin formalaşması qabi
liyyətini pozur və bunun nəticəsində xəstəliyi keçirmiş quşlarda
antitellərin yaranması ləngiyir və infeksion xəstəliklərə həssas
lıq güclənir.
Yoluxmadan 3 gün keçmiş virus əksər orqanlarda görünür və
bu orqanların iltihabı və distrofik dəyişdikləri törədir. Yoluxma
dan 10 gün keçmiş virusun konsentrasiyası bursada aşağı düşür
və 17-ci gündə isə virus müşahidə edilmir, 30-cu günündə bur
181
sa normaya nisbətən 3-4 dəfə kiçilir. Xəstəliyin ağır gedişində
orqanda iltihab prosesi nəticəsində limfoid follikullarının yox
olmasına, birləşdirici toxumanın inkişafına və bütövlükdə orqa
nın atrofiyasına səbəb olur.
G ed işi v ə kliniki ə la m ə tlə ri.
Xəstəliyin inkubasiya dövrü
müəyyən edilməmişdir. Xəstəlik iti və xroniki gedişlidir. X əs
təlik qəflətən baş verir və qısa dövr ərzində quşların 80-90%-ni
əhatə edir. Xəstəlik epizootik prosesin ilk dövründə iti, sonrakı
dövrlərdə isə xroniki və simtomsuz gedir. Xarakterik kliniki əla
m ətlər quşlarda diareya, ağ rəngdə kal, iştahın itməsi, depres
siya, işıqdan qorxma, bəzi cücələrdə başın və boynun titrəm əsi
dir. Xəstəliyin əvvəlində temperatura yüksəlir, sonra isə norma
dan aşağı düşür. İlk kliniki əlamətlərin görünməsindən 2-3 gün
keçmiş tələfat başlayır və daha 2-3 gün keçmiş maksimum çatır,
sonra isə sürətlə aşağı düşür. Ölüm orta hesabla 5%, bəzən isə
30%-ə qədər olur.
P atoloji-an atom ik d əy işilik lər.
Quşların köks və bud ə zə
ləsində bəzi hallarda qanad əzələləri və daxili orqanların seroz
örtüklərində nöqtəvari qan sızmaları, qaraciyərin kəskin böyü
məsi, böyrəklərin şişkin və bozumtul rəngdə olması, sidik çıxa-
rıcı kanalcıqlarda uratlar aşkar edilir. Dalaq həcmcə kiçilir, m ə
də-bağırsaq şöbəsinin selikli qişasında iltihab, vəzili mədənin
selikli qişasında hemorragiya və eroziyalar qeyd edilir. Daimi və
xarakterik dəyişiliklər fabrisium kisəsində müşahidə edilir. Yo
luxmadan 1-2 gün keçmiş bursa normaya nisbətən 3-4 gün
böyüyür, selikli qişası şişkin olmaqla içərisində çoxlu miqdarda
qan sızmalar və orqan daxilində fıbrinli hemorroji eksudat nəzə
rə çarpır. Xəstəliyin ağır formalarında quş cəsədlərində serozlu-
fıbrinozlu perikardit, qaraciyərdə infarkt və nekroz ocaqları, ae-
rosakkulit, peritonit, dalaq və çəngələ bənzər vəzidə nekroz nə
zərə çarpır.
Histoloji müayinə zamanı əsas mikroskopiki dəyişiliklər fab-
182
risium kisəsində getməsi aşkar edilir. Limfoid follikullarının
hüceyrə elementlərində kütləvi nekroz sahələri, fıllikulların ki-
çilməsi, onun beyin qatının, bəzən də bütövlükdə follikullar
hüceyrəvi detritə malik olması müşahidə edilir. Limfositlərin
nekrobiozu piknoz tipi üzrə baş verir, ona görə də follikullarda
hemotoksilinlə intensiv boyanmış nüvə qalıqları nəzərə çarpır.
Follikullar arası birləşdirici toxumada psevdoeozinofıllərlə
infıltrasiya, qan sızmalar, damarların hiperemiyası, selikli qişa
ların şişi müşahidə edilir. İltihab prosesi və limfositlərin kütləvi
nekrozu follikulların yox olmasına səbəb olur. Kompensator reak
siyası kimi ölmüş follikulların yerinə birləşdirici toxuma inkişaf
edir. Bəzən isə follikulların yerində tərkibində eozinofılli
kütləyə malik olan kistoz boşluqlar yaranır. Timusda xarakterik
dəyişiliklər qabıq qatının kiçilməsi, limfositlərin nekrobiozu və
Qassal hüceyrələrinin müəyyən qədər böyüməsindən ibarətdir.
Dalaqda damarların hipermiyası, limfositlərin piknozu və reksi-
si müşahidə edilir.
D iaq n oz.
Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootolo-
ji xüsusiyytələri, kliniki əlamətləri və patoloji anatomik dəyişi-
ükləri nəzərə alınır, laboratoriya müayinələri və seroloji reak
siyalardan istifadə edilir.
Viruslu materialın əldə edilməsi üçün fabrisium kisəsi, böy
rəklər, dalaq, çəngələ bənzər vəzi və qaraciyər homogenizasiya
edilir, fosfat-bufer məhlulu ilə qarışdırıldıqdan sonra süzür və
bundan bioloji sınaq məqsədlə istifadə edirlər. Alınmış suspen-
ziyanın infeksionluğunu müəyyən etmək üçün bununla 9-10
günlük toyuq embrionlarını allantois boşluğuna və ya xorioallan-
tois qişasına yoluxdurma aparılır. Embrionlarda inkişafın ləngi
məsi, orqanlarda degenerativ dəyişdiklərin baş verməsi və ya on
ların ölümü materialda virusun olmasını göstərir. Bundan əlavə
toyuq embrionlarında standart immun serumla neytrallaşma reak
siyası qoyulur. Yoluxdurulmuş toyuq embrionlarının xorioallanto-
183
is qişasının materialı ilə aqarda presipitasiya reaksiyası qoymaqla
virus antigenini müəyyən etmək mümkündür. Virusun indikasiya-
sı üçün aqar gelində diffuz presipitasiya reaksiyasından istifadə
edilir. Reaksiya aqar Difko üzərində qoyulur. Bu məqsədlə aqar
üzərindəki mərkəzi yuvacığa spesifik immun serum, periferik yu-
vacıqlara isə yoxlanan materialın suspenziyası tökülür. Spesifik
immun serumu eksperimental yoluxdurulmuş cücələrdən, viruslu
materialı isə əvvəlcədən yoluxdurulmuş toyuq embrionlarının xo-
rioallantois qişasının və ya fabrisium kisəsinin homogenizasiyası
yolu ilə alınmış çöküntü üstü mayesindən istifadə edilir.
İnfeksion bursal xəstəliyi virusuna qarşı spesifik antiteli tə
yin etmək üçün vasitəsiz immunoferment üsuldan istifadə edilir.
Reaksiya hüceyrə kulturasından əldə edilib təmizlənmiş anti-
genlə qoyulur. İşdə sefarozali kalonkada xromatoqrafıya yolu ilə
təmizlənmiş ada dovşanlarından alınmış toyuq əleyhinə immu-
noqlobulindən istifadə edilir. Nəticə vizual və ya spektrofoto-
metrik yolla müəyyən edilir.
Vasitəsiz immunofermentativ analiz üsulu (ELİSA) neytral
laşma və presiptasiya reaksiyasına nisbətən daha dəqiqdir və
spesifıkdir.
Dostları ilə paylaş: |