Tarixi m əlum at.
Xəstəliyi ilək dəfə 1907-ci ildə macar ali
mi Marek qeyd etmiş və onu polinevrit adlandırmışdır. Sonrakı
illərdə xəstəlik müxtəlif ölkələrdə neyrolimfomatoz, quşların if
lici, infeksion neyroqranulomatoz və s. adı ilə qeyd edilmişdir.
İflic və parezlərdən əlavə quşlarda daxili orqanlarda limfoidli şiş
lər aşkar edildyinə görə 1926-cı ildə Pappenqeymer və başqala
rı tərəfindən bu visseral limfomatoz adlandırılmışdır. 1960-cı il
də bu xəstəliyə ilk dəfə onu qeyd edən alimin şərəfinə Marek
xəstəliyi adı vermişlər.
206
Rusiyada xəstəliyin bir çox xüsusiyyətlərinin öyrəinlməsin-
də L.M.Krapivner, R.N.Korovin və başqalarının böyük xidmət
ləri vardır.
X əstəliy in törədicisi.
Törədicisi DNT-li virus olub Herpete-
viride ailəsinin Herpesvirus cinsinə aiddir və Herpesvirus qalli-
2 kimi adlanır. Virionları 150-250 nm olmaqla 6 müxtəlif antig-
enə malikdir. Bunların əsasları А, В, C ilə işarə edilir. Marek xəs
təliyi virusunu toyuq embrionlarmda, fibroblast hüceyrə kultura-
larında, toyuq və ördək embrionlarının böyrəklərində yetişdirir
lər. Virusun yüksək virulentli ştamları xəstəliyin iti, zəif viru-
lentli ştamları isə xroniki gedişini törədir. Biqs (1969) göstər
mişdir ki, virusun patogenliyi olduqca dəyişkəndir.
Virulentlik dərəcəsinə görə Marek xəstəliyi virusunun 3 se-
rotipi vardır.
Serotip 1 -də 5 patotip yəni zəif, xoşxassəli, virulentli, çox vi
rulentli və həddən çox virulentli patotipləri mövcuddur. Yalnız
zəif patotipdən vaksin hazırlanması üçün istifadə edilir.
Serotip-2 toyuqlar üçün, serotip-3 isə hind quşları üçün on-
kogen deyil və bunların hər ikisindən də vaksin ştamı kimi isti
fadə edilir.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Ma
rek xəstəliyi virusu latent infeksiya formasında T-hüceyrələrdə,
viremiya formasında isə dövr edən limfositlərdə saxlanır.
D avam lılığı.
Virus xarici mühitdə 18-20°S temperaturda bir
neçə ay sağ qalır. Üzvi maddələrlə zəngin vasitələrdə virulent-
liyini 8 aya qədər saxlayır.
Epizootoloji m əlum atlar.
Təbii halda xəstəliyə ən çox toyuq
lar və xüsusilədə 2 həftəliyə qədər cücələr həssasdır. Hind
qüşlarının, ördəklərin, dumaların, kəkliklərin, qırqovulların xəs
təliyə tutulması haqqında məlumatlar mövcuddur. Bu qeyd olu
nan quş növləri xəstəliyin ehtiyat mənbəyi kimi epizootoloji cə
hətdən mühüm rola malikdir. Marek xəstəliyi üçün yüksək kon-
207
tagiozluq xarakterik cəhət olmasına baxmayaraq xəstələnm ə və
patoloji prosesin gərginliyi quşun yaşından, cinsindən, quş ailə
ləri və xətlərinin müəyyən irsi davamlılığından, quşlarda passiv
immunitetin xüsusiyyətindən, virusun virulentliyi və orqanizmə
daxil olma yolundan asılıdır.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar olmaqla virus
xarici mühitə ən çox yoluxdurmadan 7-21 gün keçmiş ixrac olu
nur. Daxili orqanlarda patoloji-anatomik dəyişdiklər isə 4-5 həf
tə keçmiş inkişaf edir. Virusdaşıyıcılıq uzun müddətlidir, çox
vaxt 1-2 il bəzən isə quşun ömrü boyu davam edir.
Marek xəstəliyinin törədicisinin birinci mühüm xüusiyyəti
yoluxmadan sonra quş orqanizmində onun bütün ömrü boyu sax
lanmasıdır.
Xəstəliyin ikinci mühüm xüsusiyyəti ondan ibarətdir ki, vak-
sinasiya quşu infeksiyadan qomya bilmir, ancaq şişin inkişafının
qarşısını alır.
Vaksinasiya olunmuş quşlar virusu vaksinasiya olunmamış
quşlar kimi özündə gəzdirir və onu ətraf mühitə ixrac edir. An
caq vaksinasiya olunmuş quşlarda şişlər əm ələ gəlmir.
Eksperimental xəstəliyi istənilən yoluxdurma yolu ilə əldə
etmək olar. Təbii halda yoluxma alimentar və aerogen yolla baş
verir. Bundan əlavə dərinin tük follikulları vasitəsilə yoluxma
da qeyd olunur və tük follikullarının epitetilisində olan virus xəs
təliyi yayılmasında daha təhlükəli hesab edilir.
İnfeksiya dövründə virus quş binasında sıx konsentrasiyada
qeyd olunur və bəzi tədqiqatçılar göstərirlər ki, xəstə quşlar
olan binalarda hər 0,015 m2 sahəyə 10 baş cücənin yoluxması
na səbəb olan virus konsentrasiyası mövcuddur. İnfeksiya törə
dicisinin ehtiyat mənbəyi quş binalarında yaşayan müxtəlif hə
şəratlar hesab edilir. Transoviral yoluxma müəyyən edilməmiş
dir. Marek xəstəliyi ilə yoluxma 40-85%, ölüm 3-80% arasında
dəyişir.
208
P atogen ez.
Virus müxtəlif yollarla orqanizmə daxil olduq
dan sonra leykositlər tərəfindən adsorbsiya olunur, orqanizmə
yayılır, fabrisium kisəsinin, timusun, dalağın, digər orqanların
və sinir gövdəsinin limfoid infıltrasiya yerlərində ki, limfoid to
xuma hüceyrələrində reproduksiya edir. Limfoid orqanlarda vi
rusun təsirindən limfositlərin nekrozu, retikulyar və epitetial
hüceyrələrin hiperplaziyası qeyd olunur. Limfositlərin parçalan
ması ilə əlaqədar olaraq immun sistemin normal funksiyası po
zulur, nəticədə infeksiyanın generalizasiyası və m üxtəlif orqan
larda şişlərin yaranması müşahidə edilir. Limfoid orqanların
hüceyrələrində, həmçinin böyrəklərin, böyrəküstü və mədəaltı
vəzin epiteli hüceyrələrində virusun replikasiyası baş verir. Nə
ticədə m üxtəlif orqanlarda proliferativ proseslər meydana çıxır.
Proliferativ proseslər intensiv halda təzahür etdikdə quşlarda
ölüm, z ə if halda göründükdə isə tədricən sağalma qeyd olunur.
Xəstəlik zamanı virus zədələnmiş orqanlarda müşahidə edil
məklə virusneytrallaşdırıcı və presipitinləşdirici antitellərin sin
tezini induksiya edir.
G ed işi v ə klin iki əla m ətləri.
Xəstəliyi inkubasiya dövrü
çox dəyişkən olmaqla 13 gündən 5 ayadək və bəzən daha çox
davam edir. Məlum olmuşdur ki, quş cinsinin genetik potensialı
nə qədər yüksəkdirsə və onlar aşağı yaş qrupuna mənsubdursa
onların Marek xəstəliyinə həssaslığı bir o qədər çox olur və xəs
təliyin inkubasiya dövrünün müddəti də qısadır. Əvvəllər xəstə
liyin 3 kliniki forması,у əni nevral, okulyar və visseral forması
qeyd olunmuşdur.
Periferik sinir sisteminin zədələnməsi - nefral forma, gözün
güzehli qişasının və bəbəyin zədələnməsi okulyar, parenxima-
toz orqanlar da şişlərin əmələ gəlməsi isə visseral forma kimi
göstərilirdi.
Ancaq son zamanlar Marek xəstəliyinin klassik və iti forma
sı qeyd edilir.
209
Xəstəliyin klassik forması tədricən inkişaf edir, ən çox sinir
sisteminin zədələnməsinə məxsus olan əlam ətlər müşahidə edi
lir. Bəzən gözlərin zədələnmələri və visseral formaya aid əla
mətlər də qeyd edilir. Periferik sinir sisteminin zədələnməsi n ə
ticəsində quşlarda axsaqlıq, qanadların sallanması, boyunun bu
rulması nəzərə çarpır. Bu formada gözün güzehli qişasının rəngi
nin dəyişməsi yəni iridosiklit və bunun da nəticəsində görmənin
zəifləməsi və hətta korluq da nəzərə çarpır. Xəstəliyin klassik
forması zamanı orqanizmin ümumi müqavimət qüvvəsi və viru
sun virulentlik dərəcəsindən asılı olaraq ilk klinik əlamətlərin
görnməsindən 1-16 ay keçmiş quşlar ölür və letallıq 1-30% ara
sında olur.
Xəstəliyin iti forması kliniki əlamətlərinə görə leykoza bən
zəyir. Ona görə də Marek xəstəliyinin bu forması çox vaxt ley-
kozabənzər forma da adlanır. Bu forma zamanı quşlarda kütləvi
ölüm baş verir. Mühüm kliniki əlamətlər mədə-bağırsaq siste
minin funksiya rozğunluğu, iştahsızlıq, gövdənin duruş vəziyyə
tinin anormallığı və s. qeyd olunur. Bəzən ishal və sinir pozğun
luğu əlamətləri də nəzərə çarpır.
Patoloji-anatom ik d əy işilik lər.
Xəstəliyin klassik forma
sından ölmüş quşlarda cəsədin arıq olması, gözlərin iltihabı, baş
və onurğa beyində dəyişiliklər qeyd edilir. Ölmüş quşların 20-
30%-də yumurtalıq və xayalarda şişlər görünür. Bunlar böyü
məklə bərk konsistensiyalı olur.
Xəstəliyin iti gedişindən ölmüş quşlarda arıqlıq, əzələlərin
solğunluğu, gözlərin iltihabı, daxili orqanlarda, əzələlərdə və
dəri üzərində şişlər müşahidə edilir. Qaraciyər, dalaq və böy
rəklər böyüməklə üzərində açıq-boz rəngdə düyünlər görünür
və bu da orqanı alabəzək şəkildə göstərir, vəzili mədədə, bağır
saqda, bozumtul-ağ rəngdə düyünlər, ürəkdə, ağ ciyərdə, mədə-
altı vəzidə, çəngələbənzər vəzidə, fabrisium kisəsində, yumur
talıqlarda, skelet əzələlərində şiş nisbətən az halda isə sinirlər
210
də məhtut və ya diffuz halda törəmələr qeyd edilir.
Histoloji müayinə zamanı baş və onurğa beynində xəstəliyin
kliniki forması zamanı perivaskulyar və perisellüllyar şişlər, si
nir hüceyrələrinin piknozu, qliar və limfoid elementlərin proli-
ferasiyası, sinir gövdələrində damarların hiperemiyası, görmə
sinirində, əzələlərdə və gözün qişalarında limfoidli infıltratlar
aşkar edilir.
Xəstəliyin iti gedişində daxili orqanların histoloji müayinəsi
zamanı hemodinamikanın pozulması, parenxim hüceyrələrin
distrofıyası və nekrozu, irinli ensefalit və mielit qeyd edilir.
Diaqnoz. Marek xəstəliyinə diaqnoz qoymaq üçün onun epi-
zootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik
dəyişdikləri nəzərə alınır, diaqnozun dəqiqləşdirilməsi və oxşar
xəstəliklərdən təfriq etmək üçün laboratoriya müayinələrindən
istifadə edilir.
Xəstəliyin iti gedişi zamanı daxili orqanlar, skelet əzələləri,
dəri və bəzən mərkəzi və periferik sinir sisteminin zədələnm ə
ləri nəzərə alınır. Limfoid mənşəli törəmələr daha çox dalaqda,
qaraciyərdə, ürəkdə, vəzili mədədə və s. orqanlarda inkişaf edir.
Mühüm diaqnostik testlərdən follikullarının, böyrəklərin, böy-
rəküstü və mədəaltı vəzin epiteli hüceyrələrində nüvədaxili və
sitoplazmatik cisimciklərin görünməsidir. Xəstəliyin klassik ge
dişində sinir gövdələrində məhtut və diffuz şəkildə qalınlaşma-
lar xarakterikdir.
Bioloji sınaq cücələr, toyuq embrionları və hüceyrə kultura-
larında qoyulur.
Cücələr üzərində sınaq qoymaq üçün antitellərdən azad 1
günlük cücələri xəstə quşlardan götürülmüş patoloji materialın
suspenziyası ilə dərialtı və ya əzələ içi yoluxdurullar. Sınağın
nəticəsi 3 həftədən sonra dəri üzərində virusspesifık antigenin
olmasına görə yoxlanır.
11-12 günlük toyuq embrionlarını xorioallantois qişasına yo
211
luxdurma yolu ilə bioloji sınaq qoymaq olar. Pustula və prolife-
rasiya ocaqlarının meydana çıxması patoloji materialda Marek
xəstəliyi virusunun olmasını göstərir. Bundan əlavə 4 günlük
embrionların sarılıq kisəsinə də yoluxdurma aparılır. 30% yo
luxdurulmuş embrionların 12-14 gündən sonra xorioallantois qi
şasında pustulaların yaranması sınağın müsbət olmasını göstərir.
Toyuq embrionları böyrəklərinin hüceyrə kulturasını və ya
embrionların fıbroblastlarım yoluxdurmaqla da diaqnoz qoymaq
olar. Virus həmin hüceyrə kulturalarında xarakterik sitopatik
dəyişdiklər törədir.
Xəstəliyin diaqnostikasında diffiız presipitasiya reaksiya,
passiv hemaqqlyutinasiya reaksiyası və ekspress diaqnostikada
isə immunoflüoressensiya reaksiyasından istifadə edilir.
T əfriq i diaqnoz.
Xəstəliyi limfoidli leykozdən, infeksion en-
sefalomielitdən, arvitaminoz В və E-dən təfriq etmək lazımdır.
Limfoidli leykoz xroniki və simptomsuz gedir, 6-12 aylıq
quşlar xəstələnir, ölüm yalnız 3-5% təşkil edir. İltihablı orqan
larda infıltratlar limfoblastlardan ibarət olmaqla dəri və periferik
sinir sistemində zədələnm ələr qeyd olunmur.
İnfeksion ensefalomielitdə 6-20 günlük cücələr xəstələnir.
Periferik sinir sistemində zədələnm ələr qeyd olunmur. Daxili
orqanlarda və mərkəzi sinir sistemində iltihab, proliferasiya və
limfoid toplantıları aşkar edilir.
Avitaminoz B-də mərkəzi sinir sistemində distrofiki dəiyşi-
liklər qeyd olunur, daxili orqanlarda şiş mənşəli törəm ələr ol
mur. Qaraciyərdə yağ distrofıyası, böyrəküstü vəzin böyüməsi,
mədə-bağırsaq şöbəsi selikli qişasında kataral iltihab, avitami
noz E-də isə baş beyin və dərialtı toxumanın şişi və beyincikdə
isə nekrotiki fokuslar aşkar edilir.
M ü alicə.
Aparılmır.
İm m unitet.
Xəstəliyi keçirib sağalmış quşlarda qeyri-steril
immunitet yaranır. Marek xəstəliyinin spesifik profilaktikası
212
üçün attenuasiya olunmuş vaksinlərdən istifadə edilir. Virusla
yoluxma quşların ilk günlərinə təsadüf etdiyi üçün ilk gündən
immunluğunun təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Ona
görə də cücələrin yumurtadan çıxması, onların daşınması və bi
nalarda 1-ci həftə yaşama dövründə yoluxmanın baş verməsinin
qarşısının alınması çox mühümdür. İnkubatorların və cücə da
şıyan vasitələr etibarlı şəkildə dezinfeksiya edilməlidir.
Hal-hazırda xəstəliyə qarşı FS-126 ştamdan hazırlanmış qu
ru kultural virus-vaksindən istifadə edilir, cücələr inkubatorda
ilk gündən 0,2 ml dozada dərialtı və ya əzələ içi vurulur. İmmu
nitet vaksinin tətbiqindən 3-4 həftə keçmiş yaranır. M 22/72 şta-
mından hazırlanmış vaksin də geniş təsərrüfat sınağından
müvəffəqiyyətlə keçmişdir.
Əksər tədqiqatçılar yumurtadan çıxmış cücələrin ilk gündən
immunluğunun təmin edilməsi üçün inkubasiyanın 18-ci
günündə «in vivo» (yumurtaya) vaksinin vurulmasının daha sə
mərəli olmasını göstərirlər. İri quşçuluq təsərrüfatlarında belə
vaksinasiya üsulu mexanikləşdirilmiş və 1 saat ərzində 20000-
50000 yumurta vaksinasiya edilə bilir.
Profilaktika v ə m übarizə təd b irləri.
Marek xəstəliyinə
qarşı əsas profilaktiki tədbir inkubatorda və quş binalarında bay-
tarlıq-sanitariya tədbirlərinin gözlənməsi və dezinfeksiyanın
aparılmasıdır. Az məhsuldar və yoluxmaya şübhəli quşlar çıxdaş
edilərək məhv edilir. Marek xəstəliyinə davamlı toyuq cinsləri
nin seleksiya yolu ilə əldə edilməsi üçün geniş tədqiqatlar apa
rılır.
Təsərrüfatda xəstəlik baş verdikdə məhtutlaşmalardan istifa
də edilir. Quşların 10-15%-nin Marek xəstəliyinin klassik for
ması ilə xəstələnməsi zamanı qeyri-sağlam hesab edilən quş
qrupunun hamısı kəsilir. Təsərrüfatda profilaktika fasilə tətbiq
edilir və bu dövrdə bina və avadanlıqlar bir neçə dəfə etibarlı
şəkildə dezinfeksiya edilir.
213
Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda cücələr həyatla
rının birinci günündən yaxud inkubatorda «in vivo» vaksinasiya
edilməlidir.
Xəstəliyin geniş tərzdə qeyd edilməsi zamanı inkubasiyada
yumurtaların realizasiyasma icazə verilmir, sporadik halda xəs
təlik qeyd olunursa bu zaman fonnaldehid buxarı ilə 4 dəfə dezin
feksiya aparıldıqdan sonra təsərrüfat daxilində yumurtaların in-
kubasiya edilməsinə göstəriş verilir.
İnfeksion ensefalom ielit
İnfeksion ensefalomielit (Ensephalomielitis infektiosa) - quş
ların infeksion xəstəliyi olub başın və boynun titrəməsi, hərəkət
müvazinətinin pozulması və ətrafların parezi ilə səciyyələnir.
T arixi m əlum at.
Xəstəlik ilk dəfə ABŞ-nın Masaçusets
ştatında Cons tərəifndən qeyd edilmişdir, və 1934-cü ildə xəstə
liyin törədicisinin virus olmasının göstərmişdir. 1939-cu ildə
ABŞ baytarlıq assosiasiyasının qərarına əsasən bu xəstəlik quş
ların infeksion ensefalomieliti adlandırılmışdır.
1939-cu ildə xəstəlik Yeni Zellandiya, 1940-cı ildə Avstra
liyada qeyd edilmişdir. 1950-ci ildə infeksion ensefalomielit
ABŞ-nın 36 ştatında müşahidə edilmişdir. 1951-ci ildə xəstəlik
İngiltərədə, 1957-ci ildə İsveçdə və digər Avropa ölkələrində
qeyd olunmuşdur.
Keçmiş SSRİ-də xəstəlik ilk dəfə 1946-cı ildə P.M.Sopikov
tərəfindən aşkar edilmiş və xəstəliyin bir sıra sahələrinin öyrə
nilməsində i.N.Doroşkonun, İ.İ.Panikarin və s. alimlərin xid
mətləri olmuşdur.
X əstəliyin törəd icisi.
Xəstəliyin törədicisi RNT-li virus
olub pikamoviride ailəsinin enterovirus cinsinə mənsubdur. Qu
şların orqanizmində 1 aydan sonra virusun təsirindən virusneyt-
rallaşdırıcı əks cisimlər yaranır. Ştamlar arasında antigenlik
214
müxtəlifliyi müşahidə edilmir. Ancaq patogenlik və tropizm
xüsusiyyətlərində müxtəliflik qeyd olunur.
Ştamların bəzilərində enterotropizm, digərlərində isə neyro-
tropizm xüsusiyyəti nəzərə çarpır. Bəzi ştamlarda yüksək pato
genlik qeyd olunur. İnfeksion ensefalomielit virusunun referent
ştamlarına misal olaraq Van-Rekel 37020, Kolnen - 1143, Tey-
lor - 3014 ştamlarını misal göstərmək olar.
D avam lılığı.
Xloroforma, pepsinə, tripsinə və termiki təsir
lərə davamlıdır - 20°S temperaturda 428 gün liofılizasiya və
ziyyətində bir neçə il sağ qalır.
Kimyəvi dezinfeksiya vasitələrinin təsirindən tez inaktivlə-
şir. Belə ki, 5%-li xlorlu əhəng məhlulu, 5%-li karbol turşusu
məhlulu, 2%-li formalin məhlulu və 3%-li natrium qələvisi
məhlulunun təsirindən virus 10-20 dəqiqəyə inaktivləşir.
E pizootoloji m əlum atlar.
Xəstəliyə əsasən toyuqlar və on
ların cücələri həssasdır. Bundan əlavə hind quşları və fırəng quş
larında da xəstəlik qeyd olunur. Körpələrdə xəstəlik xarakterik
kliniki əlam ətlərlə özünü göstərdiyi halda yaşlılarda çox vaxt
gizli formada gedir.
İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar olub bunlar yu-
murtlayan dövrdə virusu cücələrə şaquli yolla, yəni transovarial
yolla verilir. Bundan əlavə ana antitelinə malik olmayan cücə
lərdə üfüqi yollarda yoluxma qeyd olunur. Xəstə yaşlı quşlar 4-
5 həftə ərzində virusla yoluxmuş yumurta verir.
Ayrı-ayrı tədqiqatçılar yaşlı quşların yumurtalıqlarından, ka
lından, yumurtadan və onun qabığından virusu almağa nail ol
muşlar.
Xəstələnm ə virusun virulentlik dərəcəsindən və quş orqa
nizmin ümumi rezistentliyindən asılı olaraq 0,2%-dən 50%-ə
qədər, letallıq isə 50-80% arasında olur.
P atogenez.
Xəstəliyin patogenezi tam şəkildə öyrənilmə
yib. Məlum olmuşdur ki, virus kəskin neyrotrop xüsusiyyətə
215
malikdir, cücələrdə bundan əlavə
əksər daxili orqanlarda virus aşkar
edilir. Ancaq cücələr yaşlandıqca
virus mərkəzi sinir sistemindən və
mədəaltı vəzidən ayrılır. Bu orqan
larda hüceərələrdə distrofıki dəyişi-
üklər və limfoid elementlərinin pro-
liferasiyasını törədir.
G edişi v ə klin iki ə la m ə tlə r i.
Xəstəliyin inkubasiya dövrü 1-40
gün arasında olur. Körpələrdə sinir sistemi pozğunluqları, yaşlı
larda isə yumurtalama qabiliyyətinin aşağı düşməsi qeyd olunur.
Ən çox 6-20 günlük cücələr xəstələnir. Bunlarda ümumi zəiflik,
yuxululuq, depressiya və atoksiya müşahidə edilir, cücələrin bir
qismində hərəkət müvasinətinin pozulması, digərlərində isə ba
şın, boynun, dümbək nahiyyəsinin (büzdüm), tük və lələklərin
titrəməsi, ətrafların iflici və parezi nəzərə çarpır. X əstə cücələr
yazıq görkəm alır ölüm arıqlıq nəticəsində baş verir. Bəzi xəstə
quşlarda bir və hər iki göz billurunun dumanlaşması baş verir ki,
buda görmənin zəifləməsi və korluğa səbəb olur.
Yaşlı xəstə quşlarda yumurta məhsuldarlığı bir neçə həftə
ərzində 10-15% aşağı düşür və sağaldıqdan sonra təxminən 2
həftədən sonra bərpa olunur.
Patoloji-anatom ik d əy işilik lər.
cəsəd arıqdır, əzələli mədə
üzərində ağ rəngdə iltihağ ocaqları görünür. Baş beynin dolu
qanlı olması və şişkinliyi, kataral enterit və dalağın böyüməsi
müşahidə edilir.
Histoloji müayinə zamanı baş və onurğa beyninin bütün şö
bələrinin zədələnməsi aşkar edilir. Daha çox dəyişiliklər beyin
qabığında, uzunsov beyində, beyincikdə, onurğa beyninin vent
ral buynuzlarında nəzərə çarpır. Bu nahiyyələrdə əsasən sinir
hüceərələrinin distrofıyası, xəstəliyin başlanğıcında neyronların
216
şişməsi, xromotolizi, vakuolizasiyası və lizisi aşkar edilir. Be
yincikdə əsasən Purkine hüceyrələrində dəyişiliklər qeyd olu
nur. İnfeksion prosesin inkişafı ilə əlaqədar olaraq ölmüş ney-
ronların yerində qlial düyünlər yaranır. Hüceyrələrin distrofiya-
sı ilə bərabər həqiqi neyronofaqiya, xırda qan damarları ətrafın
da limfoid, histiositlər və plazmatik hüceyrələrin proliferasiyası
aşkar edilir.
Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün kompleks diaqnos
tika üsulundan istifadə edilir. Xüsusilə laboratoriya müayinələ
rinin nəticəi əsas hesab edilir. Laboratoriya müayinələri apar
maq üçün daxili orqanlardan nümunə götürüb canlı sistemlərə
əkilir. Bu məqsədlə daha çox toyuq embrionlarından və cücələr
dən istifadə edilir, cücələr intraserebral yolla yoluxdurulur. 5-6
günlük toyuq embrionları xəstə quşların beyin suspenziyası ilə
0,2-0,5 ml dozada amnion, allantois boşluğuna və ya sarılıq ki
səsinə yoluxdurma aparılır. Yoluxdurmadan 12 gün keçmiş em-
brionlar yarılır və müayinə edilir. Ayaq əzələlərinin atrofıyası,
baş beyində sulu şiş və baş beyin histoloji müayinəsi zamanı
neyronların degenerasiyası müşahidə edilirsə patoloji materialda
ensefalomielit virusunun olmasını göstərir.
Ayrılmış virus spesifik antiserumlarla neytrallaşma reaksiya
sı vasitəsilə identifıkasiya edilir.
Xəstəliyin diaqnostikasında DPR geniş şəkildə tətbiq olu
nur. Bu reaksiya vasitəsilə spesifik antigeni təyin etmək üçün
quşların m üxtəlif orqanları və toyuq embrionları götürülür. An-
titel mənbəyi kimi hiperimmun quş serumundan istifadə edilir.
Dostları ilə paylaş: |