İnfeksiya törədicisinin mənbəyi xəstə quşlar və xəstəliyi ke
çirmiş virus daşıyan quşlar hesab edilir. Virus orqanizmdən xa
rici mühitə tökülən qartmaq kütləsi ilə, kalla, burun və ağızdan
axan axıntı ilə və göz yaşı ilə ixrac olunur. Virusun quşlar və tə
sərrüfatlar arasında yayılmasında sərbəst yaşayış tərzinə malik
olan quşlar, gəmiricilər, həşaratlar böyük rol oynayır. M üəyyən
edilmişdir ki, virus fars gənəsinin orqanizmində 1 ay, birədə 35
gün, omitodoris lahorenzis genesində 3 aydan çox, ağcaqanad
larda isə 7 aydan çox sağ qalır.
Yoluxma kontakt, alimentar və aerogen yolla baş verir. Çi
çək infeksiyasının gedişi və xarakteri orqanizmin müqavimət
qüvvəsindən, virusun dozası və virulentliyindən, ilin fəsillindən
və şairədən asılı olaraq öz müxtəlifliyi ilə səciyyələnir. Bəzən
xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda stasionarlıq qeyd
olunur. Çiçək quşlarda zəif epizootiyalar halında getməklə 6
həftəyə qədər davam edir.
Xəstə quşlarda yumurta məhsuldarlığı bir neçə dəfə aşağı
düşür və sağalmadan sonra isə tədricən bərpa olunur. Çiçəyi ke
çirmiş quşlarda rezistentlik aşağı düşdüyü üçün onun digər xəs
təliklərə qarşı müqavimət qüvvəsidə azalır.
Patogenez.
Orqanizmə daxil olmuş virus qana keçir, ayrı-ay
rı orqan və toxumaların, ən çox isə dəri və selikli qişaların ilti
habını törədir. Müəyyən edilmişdir ki, virusun virulentli ştamla-
rı qana və qan doğuran orqanlara düşdükdən sonra qan hüceyrə
lərini və retikuloendotelial sistem hüceyrələrini zədələyir.
Sümük iliyinin kəskin zədələnmələri nəticəsində qan və qan
doğuran orqanların funksiya pozğunluqları baş verir. Ümumiy
yətlə quşlarda yoluxmadan 24-48 saat keçmiş virus daxili orqan
ların əksəriyyətində qeyd olunur, parenximatoz hüceyrələrin
distrofıyasını və damarların endoteli hüceyrələrini zədələyir.
Adətən çiçək prosesi aydın şəkildə nəzərə çarpan dərinin
epidermisinin, selikli qişalar və daxili orqanların epiteli hücey
1 9 4
rələrinin kəskin zədələnmələri ilə özünü göstərir.
Histoloji müayinə zamanı epidermis hüceyrələrinin hiper-
plaziyası və onların plazınasında Bollinger cisimciklərinin mey
dana çıxması aşkar edilir. Difteritiki forma ağız boşluğunun se
likli qişasında nəzərə çarpır aə buradan isə burun boşluğu
nun,qırtlağın və gövdənin digər nahiyyələrinə yayılır.
Difteritiki formada quşlarda tənəffüs və yem qəbulu çətinlə
şir, nəticədə orqanizmdə kəskin arıqlıq və zəiflik, bəzən isə
qırtlağın difteritiki maddə ilə tutulması nəticəsində onlarda as-
fıksiyadan ölüm baş verir.
Quşlarda çiçək prosesi 17-45 gün davam edir, ancaq letallıq
faizi aşağıdır.
G edişi v ə kliniki əlam ətləri.
Xəstəliyin inkubasiya dövrü
7-20 gündür. Çiçəyin quşlarda dəri, difteritiki, qarışıq və kataral
formada getməsi qeyd edilir.
Dəri formasında quşun pipiyində, pəncəsində və dimdik ətra
fında çiçək səpkiləri yaranır ki, bunlar əvvəlcə ağ, sonra isə qan-
sızmalarlə əlaqədar olaraq tündləşmiş halda müşahidə edilir. Çi
çək səpkiləri quruyur və qartmaqlara çevrilir ki, buda zədələnmə
miş toxumadan ayrılır. Qartmaq qopub düşdükdən sonra yerində
hamar çapıq toxuma qalır. Virulentli virus cavan quşlarda xəstə
liyin bədxassəli formasını törədir. Belə halda proses gövdənin di
gər nahiyyələrini də əhatə edir və quşlarda tələfat qeyd olunur.
Xəstəliyin difteritiki formasında yuxarı tənəffüs yolları və ağız
boşluğunun selikli qişasında kataral iltihab müşahidə edilir və bu
nun yaranmasından 2-3 gün keçmiş sarımtıl-ağ rəngdə oval forma
da çöküntü qeyd olunur. Belə ocaqlar bir-birilə birləşərək pendir
çöküntüsü xatırladır və selikli qişanın dərin qatlarına keçərək yem
və su qəbulunu çətinləşdirir. Tənəffüs orqanlarının iltihabı nəticə
sində tənəffüs fəaliyyəti çətinləşir. Difteritiki formada çox vaxt bu
run kanalı və infraorbital cibcik zədələnir. Xəstəliyin bu forması
həmişə sekundar mikroflora ilə mürəkkəbləşir və ölüm baş verir.
Dostları ilə paylaş: