Patogenez.
Müxtəlif yollarla orqanizmə daxil olmuş am il
onun virulentliyindən və makroorqanihmin rezistentliyindən
asılı olaraq müxtəlif xarakterli və dərəcəli iltihab müşahidə edi
lir. N əticədə quş orqanizmində ya iti septiki proses, ya da onla
rın mərkəzi sinir sisteminin zədələnmələri müşahidə edilir. B ə
zi yaşlı quşlarda listeroz latent infeksiya formasında getm əklə
xarakterik kliniki əlam ətlər görünmür.
Orqanizmdə listeriyalar neyrogen, limfogen və hematogen
yolla yayılır. Zisteriyalar orqanizmin qoruyucu baryerini keçə
rək əksər orqan və toxumalara yayılır, onların müxtəlif xarakter
li zədələnmələrini törədir. Listeriyalar orqanizmdə əsasən mak-
rofaqların daxilində çoxalır. Yaşlı quşlarda ən çox mərkəzi sinir
sisteminin zədələnmələri, cavanlarda isə iti septiki proses
üstünlük təşkil edir.
G edişi və kliniki əla m ə tlə ri.
Xəstəliyin inkubasiya dövrü 2
gündən 1 aya qədərdir. Listerioz quşlarda iti, yarımiti və xroni
ki gedir. Cavanlarda xəstəlik əsasən iti getməklə onlarda qəflə
tən ölüm, yaxud xəstəliyin 10 saatdan 3 günə qədər davam et
272
məsi qeyd olunur. Xəstə quşlar yanı üstə duraraq başı qatlanmış
halda olur, tükləri pırpızlaşır, qanadları sallanmış halda görünür.
Quşlarda ümumi zəiflik və hərəkətsizlik qeyd edilir, onlarda
konyunktivit, rinit, burundan və gözdən selikli-irinli kütlənin
ayrılması, tənəffüsün çətinləşməsi nəzər diqqəti cəlb edir. Xəs
təliyin orta dövrlərində kəskin zəiflik, ishal, qıc olmalar, ayaq
və qanadların iflici müşahidə edilir. Xəstə ördək və qazlarda ya
rıyuxulu vəziyyət, sonra qəflətən sinir oyanıqlığı, onlara məx
sus olmayan hərəkətlər və 3-5 gündən sonra ölüm baş verir.
Onu da qeyd etmək lazımdır ki, 5-9 həftəlik qazlarda xəstə
liyin kliniki əlamətləri daha xarakterik haldı nəzəri cəlb edir.
Bunlarda ümumi zəiflik, yuxululuq, ayaq üstə durma qabiliyyə
tinin pozulması, boynun əyilməsi, konyunktivit və ishal müşahi
də edilir. Ümumi ölgünlük çox vaxt oyanıqlıqla əvəz olunur. Bu
zaman onlar qanadlarını çırpır, hoppanma hərəkətləri edir, ma
nej hərəkətlər, qıc olma və ağızdan köpüyün ayrılması görünür.
Hind quşlarında iştahın zəifləməsi, ümumi zəiflik, konyunk
tivit, rinit, tənəf-füsün çətinləşməsi, ishal nəzəri cəlb edir. Xəs
təlik 2-7 gün davam edir və letallıq çox vaxt 100% olur.
P atoloji-anatom ik d əyişilik lər.
Xəstəlikdən ölmüş quş cə
sədləri arıq olmaqla dalaq və qaraciyərin böyüməsi, vəzili mə
dənin və nazik bağırsaq şöbəsi selikli qişasının kataral iltihabı,
miokrdda xırda nekroz ocaqlar, ürək kisəsinin sarı-kəhraba rəng
də kütlə ilə dolu olması aşkar edilir.
Qazlarda qaraciyər və dalağın böyüməsi, qaraciyər parenxi-
masında piy degenerasiyası nazik bağırsaq və vəzili mədənin ka
taral iltihabı, beyin maddəsinin şişi və qan damarlarının doluqan-
lılığı, o cümlədən isə enterit, dalaqda qan sızmalar və qaraciyər
də nekrotiki ocaqlar müşahidə edilir. Toyuqlardan fərqli olaraq
qaz və ördəklərdə ürək əzələsinin zədələnməsi qeyd olunmur.
Toyuqlarda histoloji müayinə zamanı ürəkdə əzələ liflərinin
iltihabı ilə əlaqədar diffuz miokardit, burada makrofaqların və
fibroblastların toplanması müşahidə edilir. Qaraciyərdə qaraci
273
yər hüceyrələrinin koaqulyasiyon nekrozu, retikuloendotelial si
stem hüceyrələrinin inkişafı və qranulemaya bənzər ocaqların
yaranması nəzər diqqəti cəlb edir.
D iaqnoz.
Listerioza diaqnoz qoymaq üçün onun epizootolo-
ji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişi-
likləri nəzərə alınır, dəqiq diaqnoz məqsədilə və oxşar xəstəlik
lərdən təfriq etmək üçün bakterioloji və seroloji diaqnostika
üsullarından istifadə edilir.
Septiki listerioz infeksiyası zamanı xəstəliyin ilk dövrlərində
qanın götürülməsi və hemokulturanın əldə edilməsi, quşlar
öldükdən sonra isə daxili orqanların bakterioloji müayinəsi apa
rılır. Bakterioloji müayinə üçün verilmiş patoloji materialdan
əşya şüşəsi üzərində yaxma hazırlanaraq mikroskopiya edilir,
müxtəlif qida mühitlərinə əkib xəstəlik törədicisinin təmiz kul-
turası alınır və ayrılmış mikrob ştamlarının patogenliyini yoxla
maq üçün laboratoriya təcrübə heyvanları yolux-durulur. Biolo
ji sınaq ağ sıiçanlarda, hind donuzlarda və ada dovşanlarında
qoyulur. Xüsusilə hind donuzlarında konyunktival sınaq daha
spesifıkdir. Bunlarda yolux-ma-dan sonra keratokonyunktivitin
baş verməsi ayrılmış mikrob ştamlarının patogenliyini göstərir.
Bioloji sınağın qoyulmasından 4 saat əvvəl 5 mq kortizonun
əzələ içinə vurulması ağ siçanların listeriozun törədicisinə həs
saslığını kəskin şəkildə artırır.
Ada dovşanları venadaxili yoluxdurulduqda onlarla monosi-
toz meydana çıxır. Yoluxdurmadan ölmüş laboratoriya təcrübə
heyvanlarının yardıqda qaraciyərdə, dalaqda, ürək əzələsində,
böyrəklərdə çoxlu miqdarda nekrotiki ocaqlar müşahidə edilir.
Təcili diaqnostika məqsədilə immunofluoressensiya reaksi
yasından və listeriya daşıyan latent xəstə quşların aşkar edilmə
si üçün aqqlyutinasiya reaksiyasından istifadə edilir.
T əfriq i diaqnoz.
Listeriozu pasterellyozdan, Nyukasl xəstə
liyindən, qripdən və spiroxetozdan təfriq etmək lazımdır.
Pasterellyoz epizootiya halında özünü göstərməklə mərkəzi
274
sinir sisteminin zədələnmələri qeyd olunmur. Proses daha kəs
kin halda ağ ciyərdə gedir və bakterioloji müayinə zamanı pas-
tepellaları göstərməklə diaqnoz dəqiqləşdirilir.
Nyukasl xəstəliyi toyuqlar dəstəsinə mənsub olan quşlarda
getm əklə xəstələnmə və ölüm faizi yüksəkdir. Bağırsaqda kəs
kin şəkildə nəzərə çarpan qan sızmaları, vəzili mədə ilə əzələli
m ədə sərhəddində kəmərvari qan sızmaları və bakterioloji
müayinənin nəticəsinin mənfi olması əsas sayılır.
Quşların qripi zamanı əsasən respirator orqanların zədələnmə-
ləri, gövdənin müxtəlif nailiyyətlərində şiş və sianozlu sahələr,
bakterioloji müayinənin nəticəsinin mənfi olması nəzərə alınır.
Spiroxetoz zamanı qanın müayinəsi əsasında törədici qanda
görünür, novarsenol yaxşı müalicə ilə özünü göstərir və labora
toriya təcrübə heyvanları həssas deyil.
M ü a lic ə .
Spesifik müalicə vasitələri yoxdur. Ayrı-ayrı
m üəlliflər tərəfindən tetrasiklin sırası antibiotiklərin yaxşı müa
licə xüsusiyyətinə malik olması qeyd edilir.
İm m u n itet.
Listeriozu keçirmiş heyvanların və quşların qa
nında aqqlyutininlər və komplementtəsbitedici antitellər yara
nır. Ancaq listerioz serumları və qamma-qlobulinlər profilaktiki
və m üalicə xüsusiyyətinə malik deyi. Xəstəliyə qarşı quşlarda
spesifik pofılaktika vasitələri əldə edilməmişdir.
P rofilak tik a v ə m übarizə təd b irləri.
Təsərrüfatda listerioz
baş verdikdə quşların hamısı nəzərdən keçirilir. Mərkəzi sinir
sisteminin zədələnmələrinə məxsus kliniki əlamətləri olan quş
lar kəsilir, digərlərinə isə profilaktiki məqsədlə tetrasiklin sıra
sına məxsus olan antibiotklər verilir. Xəstəlik qeyd olunmuş quş
binaları təmizləndikdən sonra 3%-li natrium qələvisi, 5%-li ksi-
lonaft, tərkibində 5% fəal xlor olan xlorlu əhəng məhlulları ilə
dezinfeksiya edilir. Bundan əlavə quş binalarını 20%-li formal-
dehidlə, formalin-ksilonaft və ya formalin-kreolin qarışığı ilə
aerozol dezinfeksiya aparmaq mümkündür.
Tük və lələkləri tərkibində 0,2% kalsiumlaşdırılmış soda
275
olan 2%-li formaldehid məhlulunda 40-45°S temperaturda 1,5
saat saxlamaqla zərərsizləşdirilir.
Yumurtalar formaldehid buxarları ilə yaxud kalium-hipoxlo-
rid və ya hidrogen-peroksidlə zərərsizləşdirilir. Yem qalıqları
və peyin biotermiki zərərsizləşdirmədə 20-23 günə listeriozun
törədicisindən azad olur.
Xəstəlikdən kəsilmiş quşların daxili orqanları utilləşdirilir,
özü isə 2 saat bişirildikdən sona realizasiya olunur. Quşların kə
simi və cəmdəklərin yarılması zamanı işçilər öz şəxsi təhlükə
sizliyini qorumalıqdırlar.
Listeroiz qeyd olunmuş təsərrüfat qeyri-sağlam hesab edilir,
quş və quş məhsullarının kənara çıxarılması və ya daxil edilmə
si qadağan edilir, vaxtaşırı deratizasiya aparılır.
Axırıncı xəstə quşun aşkar edilməsindən 2 ay keçmiş və ye
kun dezinfeksiya aparıldıqdan sonra təsərrüfat listerioza görə
sağlam hesab edilir.
N ekro bakterioz
Nekrobakterioz (Nekrobakteriosis) infeksion xəstəlik olub
dərinin, selikli qişaların və bəzən parenximatoz orqanların irin-
li-nekrotiki iltihabı ilə səciyyələnir.
T arixi m əlu m at.
Xəstəlik dünyanın bütün qitələrində müşa
hidə edilir. Nekrobakteriozun törədicisi ilk dəfə 1881-ci ildə
R.Kox tərəfindən qeyd edilmiş və 1884-cü ildəLoffler tərəfin
dən onun xüsusiyyətləri ətraflı şəkildə öyrənilmişdir. Xəstəlik
törədicisinin təmiz kulturası 1890-cı ildə Banq və 1891-ci ildə
Şmorl tərəfindən alınmışdır. Uzun illər boyu xəstəliyin törədi
cisi olan Bact. Necrophorumu ikinci infeksiya törədicisi kimi he
sab etmişlər. Yalnız 1932-ci ildə rus alimi A.Q.Revnivıx ekspe
rimental yolla nekroz çöpünün nekrobakteriozun törədicisi ol
masını sübut etmişdir.
X əstəliy in tö rəd icisi.
Bacterium necrophorum kəskin poli-
276
morfdur. Təzə mikrob kulturası və nekrotik fokuslardan hazır
lanmış yaxmaların mikroskopiyası zamanı amil çöp və ya uzun
sap şəklində görünür. Bəzi saplarda sapvari və ya kolbavari ge
nişlənm ələr qeyd olunur. Köhnə kulturalardan hazırlanmış yax
malarda xəstəliyin törədicisi qısa çöplər şəklində görünür. Belə
preparatlarda amilin bəzən kokvari forması da qeyd olunur. Xəs
təliyin törədicisi sərbəst hərəkətə malik deyil, spor və kapsula
yaratomır. Anil in boyalarının spirt və suda məhlullarında qeyri-
bərabər boyanma müşahidə edilir, Qramla mənfi boyanır. Silya
boyası, Leffler abısı, Romanovski-Himza və Muromsev boyama
üsulu ilə yaxşı boyanır.
Bact. Necrophorum obliqat anaerobdur. Onun laboratoriya
şəraitində yetişdirilməsi üçün Kitt-Tarossi mühiti, Marten bul-
yonu, Xottinger qaraciyər bulyonu, serumlu və qlükozalı qanlı
aqar və yarım maye aqardan istifadə edilir. Kitt-Tarossi mühiti
nə 10-20% miqdarında qaramal serumu və 0,2-0,5% qlükoza
əlavə etdikdə mikrob daha yaxşı boy verir və qaz əm ələ gətir
mə intensiv xarakter alır. Mikrobun yetişdirilməsi 36-38°S tem
peratura və qida mühitlərinin pH-ı 7,4-7,6 olmalıdır. Kitt-Taros
si qida mühitində 24-48 saatdan sonra bulanma və qaraciyər kə
sikləri üzərində pambıqvari çöküntü yaradır. 5-8 gündən sonra
mühitin şəffaflaşması nəzərə çarpır. Serumlu aqarda ağ rəngdə
koloniyalar verir, qanlı və qlükozalı aqarda yastı rəngsiz və ya
açıq boz rəngdə kloniyalar hamar bəzən isə dalqavari çıxıntıları
malik olan koloniyalar yaradır.
Nekrobakteriozun törədicisi hemotoksin yaradır ki, bu da
müxtəlif növ kənd təsərrüfatı heyvanları və quşların eritrositlə-
rini lizisə uğradır. Hemotoksin əsasən 0,5% qlükoza, natrium-
fosfat və az miqdarda qan əlavə edilmiş ƏPB-da yaxşı istehsal
olunur və termolabildir.
Ekzotoksin əsasən maye qida mühitlərində yaranır və buna
0,3% formalin əlavə etdikdə anatoksinə çevrilir. Endotoksin mik
rob hüceyrəsinin parçalanması zamanı ayrılır və güclü nekroz
277
yaratma xüsusiyyətinə malikdir.
D avam lılığı.
Nekrobakteriozun törədicisi peyində 50 gün,
torpaqda 3 aya qədər sağ qalır. Günəş şüalarının təsirindən 12 sa
ata inaktivləşir. 65°S temperaturda amil 15 dəqiqəyə, 70°S tem
peraturda 10 dəqiqəyə və qaynamada isə ani olaraq məhv olur.
5%-li natrium qələvəsi, 2,5%-li kreolin, 2%-li karbol turşu
su, 2,5%-li fonnaldehid məhlullarının təsirindən nekrobakterio
zun törədicisi 10-30 dəqiqəyə inaktivləşir.
E p izootoloji m əlum atlar.
Nekrobakterioz yara infeksiyası
halında özünü göstərir. Xəstəlik toyuqlar dəstəsinə mənsub olan
quşlarda daha çox müşahidə edilir. Laboratoriya təcrübə h ey
vanlarından ada dovşanları və ağ siçanlar həssasdır.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçinniş
quşlar hesab edilir. Bunlar xəstəliyin törədicisini əsasən kalla və
zədə sahəsindən qopub tökülən ölmüş toxuma hissəcikləri ilə
xarici mühitə yayır. Quşlarda yoluxma travma sahəsinə am ilin
düşməsi nəticəsində baş verir. Xəstəliyin yayılması və gedişinə
quşçuluq təsərrüfatlarının sanitariya vəziyyəti, quş orqanizmi
nin rezistentlik dərəcəsi güclü təsir göstərir. Xəstə gövşəyən
heyvanlarla quşların bir yerdə saxlanması zamanı quşların yo
luxması asanlıqla nəzərə çarpır. Xəstəlik törədicisinin yayılma
sında bir çox gəmiricilər və həşəratlar böyük rol oynayır.
Zədə sahəsində nekrotiki ocağın yaranması həm mikrobun,
həm də onların toksinlərinin təsirindən baş verir. Xəstə quşlar
da letallıq 75-80%-dir.
Patogenez.
Yoluxma əsasən dəri və selikli qişaların travma
sahəsinə amilin düşməsi nəticəsində baş verir. M üxtəlif təsirlər
dən yaranmış travma sahələrində qanın bu sahəyə daxil olması
qan damarlarının zədələnməsi ilə əlaqədar olaraq çətinləşdiyi
üçün burada anaerob şərait yaranır, nəticədə Bact. Necrophorum
artıb çoxalması üçün əlverişli şərait meydana çıxır.
Travma sahəsində əvvəlcə xırda yara müşahidə edilir, sonra
prosesə ətraf sahələrin toxumaları da tutulur, qan damarlarının
278
divarları zədələnir, kifayət qədər fibrin kütləsi və zülal damar
ətrafı sahəyə yığılır, qan damarlarında ölü toxuma hissəciklərin
dən ibarət olan tromb yaranır. Nəticədə iltihab sahəsində
müxtəlif toxumaların nekrozu meydana çıxır. İlkin nekrotiki ocaq
sahəsindən bəzən nekrotiki kütlə tromb halında qan damarlarına
düşərək qan vasitəsilə daxili orqanlara gətirilir və onların da ne
krotiki iltihablarına səbəb olur. Nəticədə quşlarda ağciyə-rin,
qaraciyərin, mədə-bağırsaq sisteminin funksiya pozğunluqları
inkişaf edir. Proses bəzən qarışıq infeksiya halında da mürək
kəbləşir ki, burada da stafılokokkların, streptokokkların və ana
erob mikroorqanizmlərin rolu xüsusi olaraq qeyd edilməlidir.
Belə hallarda xəstəlik ağır getməklə quşlarda yüksək faizdə tə
ləfat qeyd olunur. Xoş xassəli gedişdə ilkin nekrotiki ocaq kap
sula içərisinə alınaraq tədricən sağalmanın getməsi müşahidə
edilir.
G ed işi və kliniki əlam ətləri.
Xəstəliyin inkubasiya dövrü
bir neçə gündür. Nekrobakterioz görpələrdə iti, yaşlılarda isə
yarmiti və xroniki gedir. Xəstəliyin selikli qişalar formasında
ağız boşluğunda, dilin kökündə və udlaqda nekrotiki çöküntülər
müşahidə edilir. Xəstə quşlarda iştahın itməsi, hərəkətin çətin-
ləşməsi, ümumi zəiflik qeyd olunur. Quşların boyun və çənəal-
tı sahəsi şişir, udma aktı pozulur, buda quşlarda kəskin arıqlama
və ölümə səbəb olur. Xəstəliyin dəri formasında quşların ətraf
larının pəncə hissəsində nekrotiki iltihab nəzərə çarpır. Proses
dəridən dərialtı toxumaya, oynaqların bağ aparatına və sümük
üstlüyünə keçdiyi üçün onlarda axsama, hərəkətin çətinləşməsi
qeyd olunur.
Xəstəliyin daxili orqanlar formasında tənəffüsün çətinləş-
məsi, burun yolundan serozlu-irinli kütlənin ayrılması, qaraciyə
rin nekrotiki iltihabı ilə əlaqədar olaraq həzm prosesinin pozul
ması və kütləvi tələfat baş verir.
P a to lo ji-a n a to m ik d ə y işd ik lə r .
X əstə və xəstəlikdən
ölmüş quşlarda patoloji-anatomik yarma zamanı dilin kökündə,
279
udiaqda, yem borusunda bəzən vəzili mədədə və bağırsaqların
selikli qişasında nekrotiki iltihab nəzərə çarpır.
Ağız boşluğunda, dilin əsasında və udiaqda çox vaxt şorvari
kütləli nekrotiki çöküntü qeyd olunur Ağciyərin həcmən böyü
məsi, üzərində irinli nekrotiki iltihab sahələri, qaraciyər üzərin
də qan sızmaları və nekrotiki ocaqlar, parenximasının kövrək-
ləşməsi və rənginin dəyişməsi müşahidəedilir. Xəstəliyin xroni
ki forması zamanı skelet əzələlərində degenerativ dəiyşiliklər
qeyd olunur.
D iaqnoz.
Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootolo-
ji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişdik
ləri nəzərə alınır və diaqnozun dəqiqləşdirilməsi üçün bakterio-
loji müayinədən istifadə edilir. Bakterioloji müayinə m əqsədilə
sağlam toxuma ilə nekrozlu toxuma sərhəddindən nümunə
götürüb mikroskopiya üçün yaxma hazırlanır, müxtəlif qida
mühitlərinə əkilərək anaerob şəraitində yetişdirib amilin təmiz
kulturası alınır və bioloji sınaqdan istifadə edilir. Bioloji sınaq
ağ siçan və ada dovşanları üzərində qoyulur. Ada dovşanlarının
qulağının dərisi altına 0,5-1 ml patoloji materialın suspenziya və
ya bulyon kulturasından vurulur. İnyeksiyadan 2-4 gün keçmiş
yoluxdurma yerində nekrotiki iltihabı baş verməsi patoloji mate
rialda Bact.necrophorumun olmasını göstərir. Ada dovşanları
adətən yoluxdurmadan 6-10 gün keçmiş ölür və onları yran za
man daxili orqanlarda nekrotiki iltihab müşahidə edilir.
Ağ siçanları 0,3-0,5 ml dozada bulyon kulturası ilə quyruğun
əsasından dərialtına inyeksiya etməklə yoluxdurma aparılır. Yo
luxdurmanın 8-ci günündə inyeksiya sahəsində nekrotiki iltihab
baş verir, hətta quyruq qopub düşür, 10-14 gündən sonra isə si
çanlar tə lə f olur. Yarma zamanı daxili orqanlarda irinli-nekroti-
ki ocaqlar aşkar edilir. Xəstəliyin diaqnostikasında seroloji reak
siyalardan KBR təklif edilmiş və onun spesifikliyi təcrübələr
yolu ilə təsdiq edilmişdir.
2 8 0
T əfriq i diaqnoz.
Quşlarda nekrobakteriozu çiçəkdən və avi-
taminozlardan təfriq etmək lazımdır.
Quşlarda çiçək dəri, difteritiki, qarışıq və kataral formada ge
dir. İlin soyuq fəsillərində yüksək letallıqla özünü göstərir. Çi
çəkdə daxili orqanlarda nekrotiki iltihab qeyd edilmir. Bakterio
loji müayinənin nəticəsi mənfidir, çünki xəstəliyin törədicisi avio-
poksviruslar cinsinə mənsub olan viruslar tərəifndən törədilir.
A vitam inozda xəstəlikdə infeksion xüsusiyyət olmur,
yüngül gedişlidir və simptomatik müalicə səmərəlilidir.
M ü a lic ə .
Spesifik müalicə vasitələri yoxdur. Zədə sahələri
nekroza uğramış toxumalardan təmizlədikdən sonra kalium-per-
manqanat, furasilin məhlulları ilə işlənir. Xəstəliyə qarşı antibio
tiklər və sulfanilamid preparatları tətbiq olunur. Xüsusilə tetra-
siklin və penisilin sırası antibiotikləri yaxşı nəticə verir. Bundan
əlavə pipik və saqqalda zədə sahələri naftalan nefti, yod qlise-
rin qarışığı və sink mazı ilə işlənməlidir.
İm m u n itet.
Xəstəliyi keçirmiş quşlarda immunitet yaranmır.
P ro filak tik a v ə m übarizə təd b irləri.
Quşların yemləmə və
bəsləmə şəraiti yaxşılaşdırılmalıdır. Travına törədə biləcək fak
torlar aradan götürülməlidir.
Təsərrüfatda xəstəlik baş verdikdə ora qeyri-sağlam hesab
edilir. X əstələr ayrılır, quş binaları və onun ətraf sahələri 2%-li
formaldehid məhlulu ilə dezinfeksiya edilir. Ölmüş quş cəsədlə
ri yandırılmaqla zərərsizləşdirilir. Məcburi kəsilmiş quşların da
xili orqanlarında nekrotiki iltihab nəzərə çarpırsa o avtoklavdan
keçirilməklə və ya yandırılmaqla zərərsizləşdirilir.
Xəstəliyin profilaktikasında quşların kənd təsərrüfatı hey
vanlarından ayrı saxlanması mühüm əhəmiyyətə malikdir. Quş
lar binada sıx yerləşdirilməməli, baytarlıq-sanitariya tədbirləri
sistem şəklində aparılmalıdır.
Axırıncı xəstə quşun sağalması və ölümündən 1 ay keçmiş
və son dezinfeksiya aparıldıqdan sonra təsərrüfat nekrobakterio-
za görə sağlam hesab edilir.
2 8 1
K olibakterioz
Kolibakterioz (Colibakteriosos, koliseptisemiya, eşerixioz)
infeksion xəstəlik olub, ürəyin, hava kisələrinin və bağırsaqla
rın zədələnmələri ilə səciyyələnir.
Tarixi m əlum at.
Quşların kolibakteriozu ilk dəfə 1889-cu
ildə Kleyn tərəfindən qeyd edilmiş və 1894-cü ildə Liner bunu
toyuqlarda və göyərçinlərdə, 1897-ci ildə Martel toyuqlarda və
hind quşlarında müşahidə etmiş və bəzi xüsusiyyətlərini ö y rən
mişlər.
Kolibakteriozun törədicisi ilk dəfə 1885-ci ildə Eşerix tə rə
findən aşkar edilmiş və onun şərəfmə bu mikrob Esherichia coli
adlandırılmışdır.
X əstəliyin törəd icisi.
E.coli kifayət dərəcədə yoğun, qısa
(0,2-0,7x2-4 mkm) çöp şəklində mikrob olub anilin boyaları ilə
boyanır, Qram müsbətdir. Yaşayış tərzindən asılı olaraq bunun
hərəkətli və hərəkətsiz variantları mövcuddur Amili bəzi alim
lər uzun müddət bağırsaq çöpləri kimi qeyd etmişlər. M üasir
təsnifata görə bağırsaq çöpü qrupu bakteriyalar 3 cinsdən:
Esherishia, Citrobakter və Enterobakter cinsindən ibarətdir.
Axırıncı 2 cins kolibakteriozun törədicisi deyil.
E. coli aerob və ya fakültativ anaerobdur. Maye qida m ühit
lərində intensiv bulanma, bərk qida mühitlərində isə yuvarlaq,
şirəli, parlaq koloniyalar yaradır. Endo qida mühitində xəstəli
yin törədicisi tünd qırmızı rəngdə metal parıltılı koloniyalar ya
radır və mühitin rəngini qırmızı rəngə çevirir. Levin qida mühi
tində yaratdığı koloniyalar bənövşəyi və ya qara rəngdə olur.
E. coli mürəkkəb antigen quruluşuna malikdir, bunda soma-
tik - o, səthi - К və qamçılı H - anticenləri mövcuddur.
Kaufman, Knipşild və Velne eşerixiyaların antigen quruluşu
nu ərəb rəqəmləri ilə göstərməyi təklif etmişdir. Hal-hazırda
eşerixiyalarda 150 tip O antigenləri, 88 K-antigeni və 49 H-an-
tigeni müəyyən edilmişdir. Bundan əlavə bunlarda adgeziv anti-
282
genlərdə (K-88, K-99 və s.) aşkar edilmişdir ki, məhz bunlar va
sitəsilə amil bağırsaq epitelisinə yapışmaq və patogen təsir gös
tərmək qabiliyyətinə malik olur.
E. coli qida mühitlərində boy verən zaman zülal təbiətli anti
biotik xassəli xüsusi maddə olan kol isin, həmçinin ekzotoksin,
endotoksin, hemolizin, neyrotoksin, fıbrinolizin və s. yaradılır
ki, bunlarda əsas patogenlik faktorları hesab edilir.
Eşerixiyaların antibibiotiklərə həssaslığı kəskin şəkildə də
yişkəndir. Amilin əksər ştamları penisillinə, levomisetinə, mo-
nomisinə, tetrasiklinə və digər antibiotiklərə davamlılığı ilə
özünü göstərir. Antibiotiklərə rezistentlik konyuqasiya zamanı
plazmidlər vasitəsilə bir bakteriyadan digərinə verilir.
Dostları ilə paylaş: |