İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   22   23   24   25   26   27   28   29   30

T əfriq i  diaqnoz. 
Xəstəliyi  infeksion  hepatitdən,  infeksion 
sinusitdən,  omitozdan,  eymeriozdan  təfriq  etmək  lazımdır.  İn­
feksion  hepatit  salmonellyozdan  fərqli  olaraq  1-30  günlük  ör­
dəklərdə  görünür,  letallıq  yüksəlir,  qaraciyərdə  kəskin  iltihab 
və  rəngi  tünd  sarıdır.  Bakterioloji  müayinənin  mənfidir,  çünki 
hepatitin  törədicisi  pikamoviride  ailəsinin  enterovirus  cinsinə 
mənsub  viruslar tərəfindən  törədilir.
İnfeksion  sinusit  zamanı  yuxarı  tənəfffiz  yollarının  iltihabı 
qeyd olunur və  qrip  qrupu  virusları  tərəfindən  törədilir.
Omitozda  yuxarı  tələffüz  yollarının  iltihabı  və  konyuktivit 
nəzərə  çarpır.  Labaratoriya  müayinə  əsasında  Clamidia  psittaci 
mikrobu  ayırd  edilir.
Eymeriozda quşlarda  qanlı  ishal  müşahidə  edilir,  konyunkti- 
vit  qeyd  olunmur.  Kalın  kaproloji  müayinəsi  zamanı  eymeriala- 
rın  oosistləri  aşkar edilir.
M ü alicə. 
Salmonellyozun  müalicəsində  antibiotiklər və  nit- 
rofuran  birləşmələri  tətbiq  olunur.  Xlortetrasiklin  ördək  cücələ­
rinə  hər  başa  15mq  hesabı  ilə  gündə  2  dəfə  sağalana  qədər  da­
xilə  yemlə  verilir.  Furazolindən  ördək  cücələrinə  hər  başa  2- 
4mq,  qaz cücələrinə 3-5mq  gündə 2 dəfə tam  sağalma əldə  edi­
lənə  qədər tətbiq  olunur.  Profilaktiki  məqsədlə  həm  də  xlortet­
rasiklin  və  ya  levomisetin  5-10mq  sintomisin  10-15mq  gündə  2 
dəfə  yemlə  5-6  gün  ördək və  qaz cücələrinə  verilir.
İm m unitet. 
Salmonellyozla  xəstələnib  sağalmış  quşlarda 
qeyri-steril  immunitet  yaranır  və  onun  gərginliyi  quşların  sax­
294
lanma və  yemləmə  şəraitindən  asılıdır.  Bəzi  tətqiqatçılar  spesi­
fik  profilaktika  məqsədilə  polivalent  serum  təklif etmişlər,  an­
caq  bu  orqanizmdən  tez  xaric  olunduğu  üçün  lazımi  nəticə  əldə 
edilməmişdir.  Bir çox  müəlliflər  göstərir  ki,  yüksək  gərginlikli 
immunitet  əldə  etmək  üçün  əvvəlcə  quşlar  polivalent  serumla, 
5-6  gün  keçmiş  isə  vaksinlə  peyvənd  ediləndə  immunitet  yara­
nır  və  2-3  ay  davam  edir.  İmmunitetin  gərginliyini  yüksəltmək 
üçün  vaksinasiya  dövründə  quşlara  furazolidon  və  antibiotiklə­
rin verilməsini  təklif etmişlər.
Hal-hazırda salmonellyoza görə stasionar təsərrüfatlarda yaş­
lı  quşlarda salmonellyoz kolibakterioza qarşı polivalent vaksinlə 
peyvənd  aparılır.  Vaksinasiya  7-10  gün  fasilə  ilə  2  dəfə  yumur- 
talamağa  1-1,5  ay  qalmış boyun  nahiyyəsindən  dərialtına  2-3ml 
dozada,  cücələrdə  isə  7-10  günlükdə  aparılır.
P ro fila k tik a   və  m übarizə  tətb irləri. 
Xəstəliyin  profilakti­
kasında  inkubasiya ediləcək  yumurtaların  sağlamlığına  fikir  ve­
rilməsinin  çox  böyük  əhəmiyyəti  vardır.  İnkubasiya  məqsədilə 
yalnız  sağlam  və  keyfiyyətli  yumurtalardan  istifadə  edilməlidir. 
Ana  ördək  qrupunun  sağlamlığına  xüsusi  fikir  verilməli  və  su­
yun  hər hektar səthinə 200 quş götürülməlidir.  Vaxtaşırı  quş  bi­
naları  və  gəzinti  sahələri  4%-li  xlorlu  əhəng  məhlulu  ilə  dezin­
feksiya  edilməlidir.  Sistematik  şəkildə  gəmiricilər  ilə  mübarizə 
aparılmalıdır.
İnkubatora  daxil  edilən  yumurtalar  inkubasiyadan  əvvəl  ult- 
ra-bənövşəyi  şüalarla 2-3  dəqiqə təsir göstərilməli,  formaldehid 
buxarları  ilə  işlənməlidir,  cücələr yumurtalardan  çıxdıqdan  son­
ra  ilk  yemləmə  8  saatdan  gec  olmadan  aparılmalıdır.  İlk  yemlə­
m ələrdə  onlara  kəsmik,  qatıq  asidofılli  bulyon  kulturası,  propi- 
on  asidofılli  bulyon  kulturası,  quru  asidofılli  preparat  verilməli­
dir.  cücələr quş  binalarına  köçürülməzdən  əvvəl  yaxşı  mexani­
ki  təm izlik  aparılmalı  və  dezinfeksiya  edilməlidir.  Quşlar  yaş 
qrupları  üzrə  binalarda  yerləşdirilməli,  bina  daxilində  tempera­
tura  və  nəmlik  rejimi  nəzarət altında olmalıdır.
295

Təsərrüfatda  xəstəlik  baş  verdikdə  məhtutlaşdırmalar qoyu­
lur,  xəstə  körpə  quşlar seçilərək öldürülür.  Şərti  sağlamları  xır­
da qruplara bölüb onlara antibiotiklər və nitrofuran birləşmələri 
verilir.  Yaşlı xəstə quşlar və kliniki sağlam ancaq AR ilə müsbət 
olanlar  sanitariya  qaydalarına  əməl  etməklə  kəsilir.  Kəsimdən 
sonra  kəsim  aparılan  yer  və  oradakı  avadanlıqlar  dezinfeksiya 
edilir.  Xəstəlikdən  kəsilmiş  quşların  əti  kolbasa  üçün  istifadə 
edilməməli,  1,5  saat bişirildikdən sonra təsərrüfat daxilində  rea- 
lizasiya  edilməlidir.
Məhtutlaşmalar təsərrüfatın sağlamlaşdırılmasından  1  ay keç­
miş  və  dezinfeksiya aparıldıqdan  sonra götürülür.
Streptokokkoz
Streptokokkoz  (Streptokokkosis)  müxtəlif  növ  quşların  in- 
feksion xəstəliyi  olub septiki  proseslər və  ishalla səciyyələnir.
T arixi  m əlum at. 
Quşların  streptokokkozu  ilk  dəfə  1902-ci 
ildə  Nokard  tərəfindən  qeyd  edilmişdir.  Toyuqlar arasında  xəs­
təliyin yumurtalıq  və onun yollarının zədələnməsi  ilə özünü gös­
tərən formasını  1925-ci  ildə Kernkamp,  1937-ci  ildə isə Edvards 
və Xoll tərəfindən aşkar edilmiş və onun bəzi xüsusiyyətləri öy­
rənilmişdir.  1956-cı  ildə  Aqrinu  və  1965-ci  ildə  Kostanev  xəs­
təliyin  baş  verməsində  enterokokkların  rolunu  göstərmişlər. 
Hal-hazırda streptokokkoz dünyanın  hər yerində quşlar arasında 
müşahidə  edilir.
Keçmiş  SSRl-də xəstəlik  ilk dəfə  1957-ci  ildə S.N.Butikova 
tərəfindən  Başqırdıstanda  və  1961-ci  ildə  isə  M.V.Kapitanaki 
tərəfindən  Krasnodar diyarında qeyd  edilmişdir.
X əstəliy in   tö rə d ic isi. 
Xəstəliyin  əsas  törədicisi  str.  zooeri- 
demiçus  hesab  edilir.  Bundan əlavə  xəstəliyin  baş verilməsində 
D  qrupuna  mənsub  olan  entemkokklarda  mühüm  rola  malikdir. 
Bunlar morfologiyasına görə şiferik və ya oval  formada olub qı­
sa zənçir düzülüşü halında müşahidə edilir.  Qramla müsbət boya­
296
nır,  Romanovski-Himza üsulu  ilə və anilin boyaların  ilə asanlıq­
la  boyanır.  Sərbəst  hərəkətə  malik  deyil,  spor  yaratmır,bəzi 
növləri mikrokapsula əmələ gətirir.  5%-li qlukoza əlavə edilmiş 
ət-peptonluaqar qida mühitlərində xəstəliyin törədiçisi  xırda ya­
rım  şəffaf koloniyalar yaradır, qanlı aqarda hemoliz zonası mey­
dana  çıxır.  ƏRB-da  mühitin  aşağı  hissəsində  bulanma  və  pam- 
bıqvari  çöküntü  nəzərə  çarpır.  Xottinger  mühitində  strptokok- 
klar  ağ  rəngdə  dənəvər cökiintü  əm ələ  gətirir.  Kitt-tərossi  mü­
hitində  bulanma  və  az miqdarda  qaz əmələ gətirir.
Digər stireptokokk növlərindən fərqli olaraq  Str.  zoopidemi- 
çus  metilen  abisini  reduksiya  etmir,  10  və  45°  S  temperaturada 
və 6,5  % -  li  natrium  xlorid əlavə edilmiş qida mühitlərində boy 
vermir.  Bundan  əlavə  40%  öd  əlavə  edilmiş  qida  mühitlərində 
də  boy qeyd  edilmir.
Streptokokkların  seroloji  tiplərini  müəyyən  etmək  ücün  tip- 
spesifik  serumlarla aqqlüutinasiya reaksiyası  qoyulur.  Laborato­
riya təçrübə hevanlarından xəstəliyin törədiçisinə çavan ağ siçan­
lar həssasdır
D avam lılığı. 
Stireptokokklar  fiziki  və  kimyəvi  təsirlərə  da- 
vamsızdır,  55°  S  temperaturda  bunlar  10  dəqiqiyə  məhv  olur. 
Kimyəvi  dezinfeksiya vasitələrindən 
2 %
 -  li  karbol  turşusu,  2% 
-  li  natrium qələvisi  və 20% -  li sönmüş əhəng məhlulu amili  qı­
sa  müddətdə  inaktivləşdirir.  Zülalla zəngin  quru  mühitlərdə  sti­
reptokokklar 2  aya qədər sağ qalır.
E pizootloji  m əlum atlar. 
Xəstəliyə əksər növ quşlar həssas­
lıq  göstərir.  Daha  cox  toyuqlar  və  cücələr,  nisbətən  az  isə  hind 
quşları,  ördəklər,  qazlar,  göyərçinlər,  qırqovullar həssasdır.
İnfeksiya  törədiçisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar  hesab  edilir.  Bunlar  əksər  sekret  və  ekskrementləri  vasi­
təsilə  amili  xariçi  mühitə  ifraz edir.  Xəstəliyin  baş  verməsində və 
yayılmasında  yoluxmuş  yumurtaların  inkubasiya  edilməsi  böyük 
rola malikdir.  Yoluxma təbii  halda əsasən alimentar və aerogen yol­
la baş verir.  Bundan əlavə transovarial yoluxma yoluda nəzərə çarpır.
297

Streptokokkoz epizootiya və sporadiya halında  özünü  göstə­
rir.  Nadir  hallarda  sekundar  infeksiya  halında  meydana  çıxır. 
Xəstəlikdə  mövsümlük qeyd  olunmaqla  əsasən  infeksiya  qış  və 
yazda  müşahidə  edilir.  Xəstəlik  törədiçisinin  virulentliyi  və 
quyların ümumi  rezistentlik dərəçəsin  asılı  olaraq  letallıq  20-90 
%  arasında  olur.  Stireptokokkozun  baş  verməsində  stiress  fak­
torlar böyük  rola malikdir.
İti septiki proseslə özünü göstərən stireptokokkozu bir qayda ola­
raq Str.  zooepidemiçus, xroniki  infeksiyanı  isə Str.  faççalis törədir.
Patogenez. 
Xəstəliyin  patonogenezi  həm  mikrobun  həm  də 
ekzotoksinin təsirindən  inkişaf edir.  Alimentar və  aerogen  yolla 
orqanizmə  daxil  olmuş  stireptokokklar  qana  keçir  və  iti  septiki 
proses  törədir.  Streptokokklar  tərəfindən  istehsal  olunur  ekzo- 
tokzin  qan  damarlarının  endotelisini  zədələyir,  nətiçədə  damar 
divarı  təzyiqə  davam  gətrmir və  çoxlu  miqdarda  qan  damar  ə t­
rafı  sahəyə  sızır.  Bununla  əlaqədar olaraq  əksər orqanları  seroz 
və  səlikli  qişalarında  çoxlu  miqdarda  qan  sızmalar  müşahidə 
edilir.  Stireptokokk toksininin  təsirindən ürək əzələsinin və pa- 
renximatoz orqanların zülal -  yağ degeneresiyası  meydana çıxır.
G edişi  və  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
1-2 gündən  1  həftəyə qədər  davam edir,  stireptokokkoz ildırım- 
vari  iti,  yarımiti  və  xroniki  gedir.  Xəstəliyin  ildırımvari  forması 
zamanı  quşlarda  mühüm  kiliniki  əlam ətlər  nəzərə  carpmadan 
ölüm  baş  verir.  Bəzən bir az geçikmiş gedişdə tənəffüsün  cətin- 
ləşməsi,  konyunktivit,  rinit görünür.
İti  gediş  zamanı  quşlarda  ümumi  zəiflik,  pipiyin  göyərməsi, 
qanadların  parezi,  bəzən  diareya  müşahidə  edilir.  Ördəklərdə 
bunlardan əlavə oynaqların  iltihabı  qeyd  olunur.
Yarım  iti  gediş  itidə  olduğu  kimidir,  ancaq  görünən  kliniki 
əlam ətlər tədricən  inkişaf edir.  Əsas  əlamət oynaqların  iltihabı­
dır.  Bundan  əlavə  quşlarda  ishal  və  bunun  nəticəsində  intensiv 
arıqlıq  qeyd  olunur.
Xroniki  gediş  zamanı  quşlarda  pipiyin  anemiyası,  boz  rəng­
298
də  olması  diareya,  yumurta  məhsuldarlığının  azalması,  bəzən 
saqqalların  şişməsi  və arıqlama müşahidə edilir.
Streptokokkoz  ev  quşlarından  əsasən  toyuq  və  hind  quşları­
nın  cücələrində qeyd olunur.  1-2  həftəlik cücələr daha çox  həs­
saslıq  göstərir,  cücələrdə  ümumi  zəiflik,  iştahın  azalması,  mə­
də-bağırsaq  sisteminin  funksiya  pozğunluqları  və  50%-ə  qədər 
cücələrdə ölüm  baş verməsi  nəzərə  çarpır.
25-40  günlük  cücələrdə  müvazinətin  pozulması,  səndələmə 
hərəktləri dairəvi hərəkətlər, qicolma, bəzən qanadların və ayaq­
ların  iflici,  çənəaltı  sahədə  şiş  görünür,  cavan  quşlarda  çox  vaxt 
pododermatit nəticəsində onlarda axsama, ayaq pəncələri və də­
ri  üzərində  nekroz qeyd  olunur.
Saqqalların  nekrotiki  iltihabı  əsasən xoruzlarda qeyd olunur. 
Bunlarda  çox  vaxt  svişlər  əmələ  gelməsi  və  svişdən  eksudatın 
ayrılması  nəzərə  çarpır.  Sviş  ətrafında  dəri  qaralır,  saqqal 
büzüşür və çox  vaxt qopub düşür.
P atoloji-anatom ik  dəyişiliklər. 
Streptokokkozun  gedişindən 
və  formasından asılı  olaraq  xəstləiklən ölmüş quşlarda serozlu və 
ya  fıbrinozlu  perikardit və  peritonitlər qeyd  olunur,  dərialtı  toxu­
ma  və  əzələlərdə  infıltrat  və  qan  sızmalar,  qanlı  mayenin  qarın 
boşluğu və perikartda toplanması  müşahidə edilir.  Dalaq  və qara­
ciyər böyüyür və bəzən üzərlərində nekroz ocaqları  aşkar edilir.
1-3  günlük  cücülərdə  istifadə  olunmamış,  əksinə  böyümüş 
sarı  maddə  qaraciyərin,  dalağın,  böyürəklərin  və  bağırsaqların 
iltihabı  görünür.
Nisbətən  yuxarı  yaşlı  cücələrdə dərialtı  toxumda  həlməşikli 
infiltrat,  parenximatoz orqanların böyüməsi  və  doluqanlı  olması 
müşahidə edilir.
D iaqnoz. 
Streptokokkoza diaqnoz qoymaq üçün köməkçi diaq­
nostika  üsullarından əlavə,  həm  də  bakterioloji  müayinə  aparılır. 
Bakterioloji  müayinə üçün təzə quş cəsədindən  istifadə edilir, cə­
səd yarıldıqdan  sonra daxili  orqanlardan  yaxma hazırlanaraq  mik- 
roskopiya edilir,  müxtəlif qida mühitlərinə əkib amilin təmiz kul-
299

turası  alınır və bioloji  sınaq qoyulur.  Daha doğrusu ürək  qanı, qa­
raciyər,  dalaq,  qarın  boşluğundakı  ekssudatdan  yaxma  hazırlayıb 
Qram  və  ya  Romanovski-Himza  üsulu  ilə  boyayıb  mikroskopiya 
edilir.  Eyni  zamanda  müxtəlif qida  mühitlərinə  xüsusilə  0,5%-li 
qlukoza və ya serumlu ƏPA və ƏPB yaxud 5%-li qanlı aqara əki­
lir.  Amil  bərk  qida  mühitində xırda yarımşəffaf koloniyalar verir, 
qanlı  aqarda  -hemoliz zonası  yaradır.  Törədicinin  identifıkasiyası 
üçün  xarakterik koloniyalar laktozalı  mannitli,  sorbitli, treqalozalı 
və  inulinli  Hiss  mühitinə, 0,02% metilen abısı olan südə, 40% öd 
olan  ƏPB-a əkilir.  48  saatdan sonra nəticəsi  yoxlanır.
Bioloji  sınaq  ağ siçanlar üzərində qoyulur.
Streptokokkların  müxtəlif növləri  mövcuddur ki,  bunlarında 
bir-birindən  təfriqi  əlamətləri  8  saylı  cədvəldə göstərilir.
cədvəl 8.  Quşlardan  ayrılan streptokokkların  əsas təfriqi əlamətləri
S
tr
e
p
to
k
o
k
k
la
r
ın
n
ö
v
ü
4
0
%
 ö
d
 o
la
n
 
Ə
P
B
-
d
a
 
b
o
y
Q
a
n

 
a
q
a
r
d
a
 b
e
-
 
ta
-
h
e
m
o
li
z
M
e
ti
le
n
 a
b
ıl
ı 
s
ü
d
Ə
P
B
-
d
a
 b
o
y
K a r b o h i d r a t l ı   m ü h i t l ə r
la
k
to
z
a
M
a
n
n
it
s
o
r
b
it
tr
e
q
a
lo
z
a
in
u
li
n
Str.
z o o e p i d e m i c u s
-
+
-
Ə k sə rin  a lt h is­
s ə d ə  c ö g ü n tü
+
=
+
-
-
E n t e r o k o k k l a r
+
±
G R
D i f f u z
+
+
+
+
-
Q u ş l a r d a   n a d i r  
h a l l a r d a   g ö r ü n ə n  
d i g ə r   s t r e p t o k o k -  
k la r
-
+
-
D i f f u z
±
±
-
-
-
D i p l o k o k k l a r
±
±
G R
Z ə i f
+
±
=
m .y .
+
Q e y d :  
GR
 
-  
çürüdü və rəngsizləşdi,
  +   - 
boy var,
  ±  
xüsusiyyət daimi deyil, 
- boy yoxdur,  ту -  məlumat yoxdur.
300
T əfriq i  diaqnoz. 
Streptokokkozu  pasterellyozdan,  kolibak- 
teriozdan,  stafilokokkozdan  və  pullorozdan  təfriq  etmək  lazım­
dır.
Pasterellyoz zamanı  quşlarda daxili orqanların əksəriyyətin­
də çoxlu  miqdarda qan  sızmalar və durğunluq əlamətləri, bağır­
saqlarda  kataral  hemorroji  iltihab  qeyd  olunur.  Bakterioloji 
müayinə  əsasında  P.multocida əldə  edilir.
Kolibakteriozda  həmişə  perikardit  və  ürək  kisəsində  seroz- 
lu-fibrinozlu ekssudat, qeyd olunur. Yaşlı  quşlarda ovariit və sa- 
rılıqlı  peritonit  nəzərə  çarpır.  Bakterioloji  müayinə  zamanı 
E.coli  aşkar edilir.
Stafilokokkoz  zamanı  quşlarda  -   körpələrdə  iti  septiki  pro­
ses,  yaşlılarda  ətrafların  oynaqlarının  kəskin  iltihabı  müşahidə 
edilir.  Bakterioloji  müayinədə  Staph.aureus  ayrılır.
Pulloroz  yaşlı  quşlarda  yumurta  follikullarının  iltihabı,  kör­
pələrdə  isə  ağ  rəngdə  ishal  özünü  göstərir.  Bakterioloji  müayi­
nə zamanı  S.pullorum-qallinarum  mikrobu  aşkar edilir.
M ü alicə. 
Streptokokkozun  müalicəsi  üçün  antibiotiklərdən 
istifadə  edilir.  Bu  məqsədlə terramisin  yemlə hər ton  yemə  500 
qram  qatıb  quşların  5  gün  yemləndirilməsi  məsləhət  görülür. 
Quşların  hər kq  canlı  güdəsinə  70 min  T.V.  bitsillin  əzələ  içinə 
vurulmalı  və  4  gün  keçmiş  hər  başa  0,1  qram  sulfadimezin 
gündə  2  dəfə 2-3  gün  ərzində daxilə verilməlidir.
İm m unitet. 
Xəstəliyi  keçirmiş  quşlarda  immunitet  yaranır. 
Buna baxmayaraq effektli spesifik profilaktika vasitələri yoxdur.
Profilaktika  və  m übarizə  təd birləri. 
Xəstəliyin  profilakti­
kası  üçün  quşların  ümumi  müqavimət  qüvvəsinin  gücləndiril­
məsi,  müntəzəm  şəkildə  dezinfeksiyanın  aparılması,  heyvan 
mənşəli yemlərin keyfiyyətinin nəzarət altında saxlanması, trav- 
ma törədə  biləcək  faktorların  ləğvi  mühüm  hesab  edilir.
Təsərrüfatda  xəstəlik  baş  verlikdə  xəstələr  çıxdaş  edilərək 
kəsilir,  xəstələrə  antibiotik  və  sulfanilamid  preparatları  verilir.
301

Təsərrüfatda  bəzi  məhtutlaşmalar  qoyulur,  xüsusilə  yumurtala­
rın  inkubasiya edilməsi, quşların və onların məhsullarının  kəna­
ra  daşınması  və  ya qəbul  edilməsinə  icazə  verilmir.
Təsərrüfatın  sanitariya  vəziyyəti,  yemləndirilmə  nəzarət  al­
tında  olmalı,  cari  dezinfeksiya  tədbirləri  aparılmalı,  yığılmış 
peyin  və yem  qalıqları  biotenniki  üsulla zərərsizləşdirilməlidir.
Stafilokokkoz
Stafilokokkoz (Staphylokokkosis) infeksion xəstəlik olub ar- 
tritlər,  dermatitlər,  kloasit  və  omfalitlərin  əmələ  gəlməsi  ilə 
səciyyələnir.
Tarixi  m əlu m at. 
Quşların  stafılokokkozlu  artriti  ilk  dəfə 
Lyusse  1892-ci  ildə  qeyd  edilmiş,  Fris  isə  1907-ci  ildə  xəstəlik 
törədicisinin  təmiz  kulturasını  almış  və  eksperimental  xəstəliyi 
törətmişdir.  Sonradan  isə  stafilokokkoz  dünyanın  əksər  ölkələ­
rində  quşlarda  müşahidə  edilmişdir.
X əstəliyin   tö rəd icisi. 
Xəstəliyi  patogen  stafılokokklar törə­
dir.  Stafilokokkların  3  növü:  Staph,  aureus,  Staph,  epidermidis 
və  Staph,  saprophuticus  mövcuddur.  Bunların  içərisində  Staph, 
aureus  öz patogenliyi  ilə  səciyyələnir.
Staph,  aureus  mikroskopun görünüş  sahəsində  nöqtə  şəklin­
də  olmaqla  tək-tək,  qarmaqarışıq  və  üzüm  salxımını  xatırladan 
yığımlar halında görünür.  Bunların diametri  0,5-1,5  mkm ölçüdə 
olul, sərbəst hərəkətə malik deyil, spor və kapsula yaratmır. Tə­
zə  bülyon  kulturasından  hazırlanmış  yaxmalarda  bunlar  tək-tək 
kokklar  və  diplokokklar  halında,  bərk  qida  mühitlərində  isə 
üzüm  salxımını  xatırladan  yığımlar halında görünür.  Anilin  boya­
larım  qəbul  edir,  Qramla  müsbət boyanır.
Stafılokokklar  qida  mühitlərinə  tələbkar  deyil,  adi  qida 
mühitlərində  35-37°S  temperaturda,  pH  7,2-7,4  olan  şəraitdə, 
aerob  və  anaerob  şəraitdə  asanlıqla  boy  verir.  Bərk  qida  mühit­
lərində  dəyirmi  kənarları  hamar,  orta  hissəsi  azca  basıq  koloni­
302
yalar yaradır.  Koloniyaların rəngi qızılı-sarı rəngdədir.  Maye qi­
da  mühitlərində  intensiv  boy  verir,  mühiti  bərabər  nisbətdə  bu­
landırır  və  çöküntü  yaradır.  Qanlı  aqarda  geniş  diametrli  kolo­
niyalar  yaradır.  Törədici  irinli  proseslərin  yaranmasında  da  ilti- 
rak  elir.  Toxumalarda  amil  histotoksin,  hemotoksin,  enterotok- 
sin,  leykosidin,  fıbrinolizin və s.  xassəli toksinləri əm ələ gətirir.
D avam lılığı. 
Stafılokokklar xarici mühitin m üxtəlif təsirləri­
nə  və  kimyəvi  dezinfeksiya  vasitələrinin  təsirinə  davamlıdır. 
Amil  irinli  eksudatda  200  günə  qədər  sağ  qalır,  peyində  uzun 
müddət  öz  patogenliyini  itirmir,  dondurma onu  konservləşdirir. 
70°S  temperaturda  amil  1  saat,  85°S-də  30  dəqiqə  və  qaynatma 
temperaturu  isə  ani  olaraq amili  məhv  edir.
Dezinfeksiya  vasitələrindən  1%-li  formaldehid,  2%-li  natri­
um  qələvisi  məhlulları  xəstəliyin  törədicisini  bir  neçə  saata 
inaktivləşdirir.
E p izootoloji  m əlum atlar. 
Stafilokokkoz quşlarda sporadiya 
və  epizootiya  halında  nəzərə  çarpır.  Cavan  quşlar  yaşlılara  nis­
bətən daha çox həsassdır. Xəstəliyin baş verməsi və yayılmasın­
da  pis  yemləmə,  quşların  binalarda  sıx  yerləşdirilməsi  və  bina­
nın  antisanitariya  vəziyyəti  mühüm  rol  oynayır.
Təbii  halda  yoluxma  travmalar vasitəsilə  və  alimentar yolla 
baş verir.  Son zamanlar stafılokokkozda transovarial yoluxma da 
qeyd  edilir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar  hesab  edilir.  Bunlar  əksər  sekret  və  eksretləri  vasitəsilə 
xəstəlik  törədicisini  xarici  mühitə  ixrac  edir.
P atogenez. 
Orqanizmə  daxil  olmuş  stafılokokklar  qana  ke­
çərək  bütün  orqanizmə  yayılır,  iti  septiki  prosesə  səbəb  olur. 
Bundan  əlavə  xəstəlik  törədicisinin  hasil  etdiyi  m üxtəlif xarak­
terli  toksin  və  enzimlərin  təsirindən  orqanizmin  ayrı-ayrı  orqan 
və  toxumalarının  müxtəlif xarakterli  iltihabı  qeyd  olunur.
G ed işi  və  kliniki  əla m ətləri. 
Xəstəliyin  inkubasiya  dövrü 
bir neçə gündür.  Kliniki əlam ətlər xəstəliyin  xarakteri,  törədici­
nin  patogenlik  dərəcəsi,  quşun  yaşı  və  şairədən  asılı  olaraq
303

müxtəlif tərzdə  özünü göstərir.
İti  septiki  proseslərə  məxsus olan  əlamətlər yəni  depressiya, 
diareya,  konyunktivitlərdən  əlavə  həm  də  bir  və  bəzən  isə  h ə r 
iki  ayaqların  və  qanadların  bütün oynaqlarının  iltihabı  qeyd  edi­
lir.  Xəstəliyin  son  dövründə  quşlarda  perikarditlər,  qanadlarda 
dəri  altında  infıltratın  toplanması  və  qanqrena  müşahidə  edilir. 
Belə  halda  quşlarda  intensiv  arıqlama,  axsama,  oynaqların  şiş­
məsi  və xrokniki  formada  isə oynaqlarda ankilozlaşma görünür. 
Bəzi  müəlliflər quşların stafılokokkozu zamanı kloakanın v ə qa­
rın  nahiyyəsinin  dərisinin  fleqmonozlu-nekrotiki  iltihabını 
müşahidə  etmişlər.
Stafılokokkoz  bəzən  dəri  formasında  gedir  ki,  bu  zaman  pi­
pikdə  və  dəri  üzərində  əvvəlcə  vezikulyar,  sonra  isə  krustoz 
dermatitlər baş  verir.
Stafılokokkoz  iti  gedən  zaman ölüm  2-3  günə  baş verir,  xro­
niki  gedişdə  isə  xəstəlik  2-3  həftə  davam  edir,  quşlar arıqlıq  və 
ümumi  zəiflikdən  tələf olur,  yaxud  tədricən  sağalma  baş  verir. 
Xəstəlikdən  sağalmış  quşlarda  uzun  müddət  oynaqların  iltihabı 
və  axsaqlıq qeyd  olunur.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin