İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

İNFEKSİON  BRONXİT
İnfeksion  bronxit  (Bronchitis  infektiosa)  kəskin  kontagioz 
virus  etiologiyalı  xəstəlik olub  körpə  quşlarda tənəffüs  üzvləri­
nin,  yaşlılarda  isə  reproduktiv  orqanların  zədələnməsi  və  yu­
murta  məhsuldarlığının  aşağı düşməsi  ilə  səciyyələnir.
T arixi  m əlu m at. 
İnfeksion  bronxiti  ilk  dəfə  1931-ci  ildə 
Şalk  və  Xavn  ABŞ-da  qeyd  etmişlər.  Hal-hazırda  bu  xəstəlik 
Avropanın  bir  çox  ölkələrində,  Yaponiyada,  Misirdə,  Avstrali­
yada  və  Latın  Amerikası  ölkələrində  geniş  şəkildə  yayılmışdır. 
İnfeksion  bronxitin  virusu  ilk  dəfə  1936-cı  ildə  ABŞ-da  Biç  və 
Şalk tərəfindən ayrılmışdır.  Rusiyada  infeksion  bronxiti  1946-cı 
ildə  P.M.Sopikov  xarici  ölkələrdən  gətirilmiş  yumurtalardan 
çıxmış  cücələrdə  aşkar etmişdir.
Z.Y.Çistov,  V.N.Syurin  və  başqaları  Moskva  vilayətinin 
quşçuluq  təsərrüfatlarında  infeksion  bronxitin  4  ştamını  ayırmış 
və  antigenlik  xüsusiyyətlərinə  görə  «Konnektikut»  və  «Massa­
çusets»  standart  ştamlardan  fərqli  olmuşlar.
X ə stəlik  tö rəd icisi. 
İnfeksion bronxitin törədicisi  RNT-li vi­
rus  olub  coranaviride  ailəsinin  Coranavirus  cinsinə  mənsubdur 
və  Coranovirus  avian  adlandırılmışdır.  Virionlarm  ölçüsü  80- 
100  nm  olmaqla polimorfdur və  hüceyrə sitoplazmasında repro­
duksiya  edir.  Hal-hazırda  bunun  20-dən  çox  serotipi  aşkar  edil­
mişdir.  Keçmiş  SSRİ  ərazisindən  ayrılmış  ştamlar  eyni  cinsli 
olub  Massaçusets  serotipi  ilə yaxındır.  Virus  inkişaf edən  toyuq
162
embrionlarının  xoriollantois  qişasında  və  allontois  boşluğunda 
artıb  çoxalır.  Əksər  təbii  ştamlar  ilk  passaj  zamanı  yalnız 
müəyyən  qədər embrionları  öldürür.  Patogen  effekt  əldə  etmək 
üçün virusun ən azı 6 passajı tələb olunur.  V.N.Syurin  və başqa­
ları göstərirlər ki, birinci passaj zamanı toyuq embrionlarının  10- 
20%-i  tə lə f  olduğu  halda  yeddinci  passajda  bu  80-90%  və 
onuncuda  100%-ə  bərabər olur.
Virusun  təsirindən  embrionun  inkişafı  ləngiyir  və  inkubasi- 
yanın  17-19-cu günlərində onun  böyüklüyü  normal  həcmin yarı­
sına bərabər olur ki, buna da «cırtdan» embrionlar adı  verilmişdir.
İnfeksion  bronxit  virusu  hemaqqlyutininləşdirici  xüsusiyyə­
tə  malik  deyil  və  hal-hazırda  onun  əsas  5  serotipi:  «Massaçu­
sets»,  «Konnektikut»,  «Lova-97»,  «Qrey»  və  «Z\Holt»  ayırd 
edilmişdir.  Bu  serotiplərin  hamısı  zəif dərəcədə  antigenlik  uy­
ğunluğuna  malikdir.
D a v a m lılığ ı. 
Virus  toyuq  embrionunun  allantois  mayesində 
370S  temperaturda  10 gün,  50%-li  qliserində  konservləşdirilmiş 
viruslu  toxumada  nisbətən  aşağı  temperaturda  80  gün  sağ  qalır. 
Virus üçün optimal pH-7,8-dir.  Dondurma və əritmə virusun pato- 
genliyinə  təsir etmir.  Hofstad  1956-cı  ildə qeyd  etmişdir ki,  lio- 
fılizasiyalı  virus  vakuumda  saxlandıqda  13  il  öz  virulentliyini 
itirmir.  Quş binalarındakı  obyektlər üzərində virus  17-23°S  tem­
peraturda  1  həftə,  peyində  3  aya  qədər -  30"S-də  isə  17  ilə  qə­
dər  yaşama  qabiliyyətini  saxlayır.  Ultrabənövşəyi  şüaların  v 
dezinfeksiya  vasitələrinin  təsirinə  həssasdır.
E p izootoloji  m əlum atlar. 
İnfeksion  bronxit  yüksək  konta- 
giozluğu  ilə  səciyyələnir  və  qısa  müddətdə  bütün  quş  qrupunu 
əhatə  edir.  Xəstəlik müxtəlif yaş qrupuna mənsub olan  quşlarda 
müşahidə  edilir.  Ancaq  Next  (1966)  göstərmişdir  ki,  16-22  həf­
təlik  quşlar  infeksion bronxit virusuna daha çox  həssaslıq  göstə­
rir.  Körpə  cücələrdə  müəyyən  müddət  ərzində  qeyri-həssaslıq 
onlarda  transovarial  immunitetin  əldə  edilməsi  ilə  izah  olunur.
163

Eksperimental  yolla  göyərçinləri,  ada  dovşanlarını,  yarasaları 
yoluxdurmaq  mümkündür.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirmiş 
quşlar hesab edilir.  Virusdaşıyıcılıq  3  ay davam  edir və  belə quş­
lar göz yaşı,  burun  axıntısı,  kal  və yumurta  vasitəsilə virusu  xa­
rici  mühitə  ixrac  edir.  Xəstəliyi  keçirib  sağalmış  quşlarda  virus 
neytrallaşdırım  antitellər  1  ilə qədər müəyyən  edilir.
Təbii  halda  yoluxma  əsasən  aerogen  və  kontakt  yolla  baş 
verir.  Eksperimental  olaraq  intratraxeyal,  intranazal,  əzələiçi, 
dərialtı,  qarın  boşluğu  yoluxdurma  mümkündür.
Virusun  ilk  dəfə  xəstəliyə  görə  sağlam  təsərrüfatlara 
düşməsi  nəticəsində  buradakı  əksər  quşların  aerogen  və  kon­
taktla  yoluxması  baş  verir.  Bu  qrup  içərisində  bəzi  yaşlı  quş­
lar  xəstəliyi  latent  infeksiya  halında  keçirməklə  sonrakı  nəs- 
lə  transovarial  yolla  immuniteti  keçirir.  Xəstəliyin  yayılma 
dərəcəsinə  quşların  konsentrasiyası,  onların  yaşı,  quş  binala­
rında  mikroiqlimin  vəziyyəti,  yemləmə  və  s.  böyük  təsir  gös­
tərir.  İnfeksion  bronxitə  görə  qeyri-sağlam  təsərrüfatlarda  quş­
lar bir çox  infeksiyalara xüsusilə  infeksion  larinqotraxeitə,  ko- 
libakterioza, respirator mikoplazmoza daha çox  həssas olurlar. 
X əstə  yaşlı  quşlarda  yumurta  məhsuldarlığı  50%-ə  qədər 
aşağı  düşür.
Xəstəliyin  quşlar  arasında  subklinik  formada  yayılmasında 
ayrı-ayrı  ölkələrdə tətbiq  edilən diri  virus vaksinlərin  rolu  xüsu­
si  olaraq  qeyd  edilməlidir.
Patogenez.  İnfeksion  bronxitin  törədicisi  orqanizmə  daxil 
olma  yolundan  asılı  olmayaraq  ən  əvvəl  respirator orqanları  zə- 
dələyir.  Burada  o  traxeyanın  epiteli  hüceyrələrində  reproduk­
siya  edərək  onda  distrofık  proseslərə  səbəb  olur.  Sonra  virus 
ümumi  qan  dövranına  düşür  və  qan  vasitəsilə  orqanizmin  hər 
yerinə  yayılır.  Bu  prosesdə  qanın  formalı  elementləri  xüsusi  rol 
oynayır.  Virus  daxili  orqanlardan  daha  çox  ağciyərə,  dalağa,
164
böyrəklərə və yumurtalıqlara toplanır və orqanların kəskin pato­
loji  dəyişdiklərini  törədir.
İmmunofluoressensiya  metodu  vasitəsilə  virusu  traxeyada, 
ağ  ciyərdə,  böyrəklərdə,  dalaqda  və  fabrisium  kisəsində  aşkar 
etmək olar.  Qan damarlarının divarının keçiricilik qabiliyyətinin 
artması  ilə  əlaqədar olaraq  traxeya və  bronxların  selikli  qişasın­
da  şişkinlik  qeyd  olunur.
İnfeksiyanın  xoşgedişli  formasında  əksər  quşlarda  sağalma 
müşahidə edilir.  Ancaq nekrodistrofıki dəyişdiklərin  baş vermə­
si  ilə  əlaqədar  olaraq  latent  proseslərin  fəallaşması  müşahidə 
edilir.  M əhz buna görə də infeksion bronxit respirator mikoplaz- 
moz  və  kolibakteriozla  assosiasiya  halında  gedir.  Belə  qarışıq 
infeksiya  zamanı  orqanlarda ağır  patoloji-anatomik  dəyişdiklər, 
xüsusilə  fıbrinozlu  rinit,  sinusit,  larinqit,  traxeit,  krupoz  pnev- 
moniya,  serozlu-fbrinozlu aerosakkulit  inkişaf edir ki,  buda quş­
ların  asfıksiya nəticəsində  kütləvi  tələfatına səbəb  olur.
G ed işi  v ə  kliniki  əla m ə tlə ri. 
Təbii  yoluxma  zamanı  xəstə­
liyin  inkubasiya  dövrü  2-10  gün  arasında  davam  edir.  Kliniki 
əlam ətlərin  baş  verməsinə quşların yaşı,  saxlanma  şəraiti  və vi­
rusun virulentliyinin böyük təsiri  vardır.  İnfeksion bronxit zama­
nı  3  kliniki  sindrom  müşahidə  edilir.
Respirator sindrom.  Belə sindrom ən  çox  cücələrdə  müşahi­
də  edilir.  Bu  zaman  onlarda  öskürmə,  tənəffüsün  çətiıdəşməsi, 
traxeal  mənşəli  xırıltılar,  serozlu  burun  axıntısı,  bəzən  rinit, 
konyunktivit  və  sinusit  qeyd  olunur,  cücələrdə  iştah  itir,  istilik 
mənbəyi  olan  yerə toplanırlar.  Respirator sindrom  1-3  həftə da­
vam  edir  və  1-3  həftəlik  cücələrdə  letallıq  5-33%  olur.  I  aylıq­
dan  yuxarı  cücələrdə  asqırma,  öskürmə,  quru  xırıltılar,  cücələ­
rin  inkişafının zəifləməsi müşahidə edilir.  Xəstəlik 5-10 gün da­
vam  edir və çox  vaxt sağalına  ilə  nəticələnir.
Reproduktiv orqanların zədələnməsi  sindromu.  Bu yaşlı  quş­
larda  müşahidə  edilməklə  kliniki  əlam ətlər  xarakterik  deyil.
165

Əvvəlcə toyuqlarda rinit,  konyunktivit,  tənəffüsün çətinləşməsi 
nəzərə çarpır.  Xəstəliyin  1  bəzən  isə 2-ci  həftəsindən sonra yu­
murtlama kəskin şəkildə aşağı düşür. Yumurtalar tam keyfiyyət­
li  olmur.  3-4  həftədən  sonra  yumurta  məhsuldarlığı  tədricən 
aşağı  düşür.  Xəstəliyin  belə gedişindən  ölüm  faizi  çox  aşağıdır.
Nefrit-nefroz  sindromu.  İnfeksion  bronxit  virusunun  bəzi 
ştamları  xəstəliyin  ilk  2  həftəsi  ərzində  böyrəklərin  və  sidik 
axarlarının  iltihabını və urat çöküntülərinə səbəb olur.  Xəstələr­
də  ümumi  zəiflik,  diareya  və  zəif dərəcədə  respirator  sindrom 
əlamətləri  nəzərə  çarpır.  Virusun  təsərrüfatda  ilk  sirkulyasiyası 
zamanı  letallıq  yüksək  olmaqla  50-70%  arasında dəyişir.
P atoloji-anatom ik  d əy işilik lər. 
Xarakterik  patoloji-anato- 
mik  dəyişiliklər  1  aylığa  qədər cücələrdə  müşahidə  edilir.  Əsa­
sən  respirator orqanların zədələnmələri aydın  şəkildə  müşahidə 
edilir.  Burun  boşluğunun,  infraorbital  sinuslarm  və  traxeyanın 
selikli  qişasının  hipermiyah  olmaqla serozlu  və  ya kataral  eksu- 
datla  örtülü  olur.  Ağ  ciyərin  kəskin  hiperemiyası  və  şişkinliyi, 
bronxların  köpüklü  maye  ilə  doluluğu,  qaraciyər  və  böyrəyin 
danəli  distrofıyası  qeyd  edilir.  Çox  vaxt hava kisələrinin  serozlu 
və  ya serozlu-fibrinozlu  iltihabı  müşahidə edilir.
Yaşlı  quşlarda  xarakterik  patoloji-anatomik  dəyişiliklər  yu­
murtalıq  və  yumurta  borularında  qeyd  olunur.  Bunlarda  yumur­
ta  borularının  qısalması,  mənfəzinin  bəzi  yerlərində  tamamilə 
daralması,  ovulyasiyanın  qarın  boşluğunda  getməsi  və  bunun 
nəticəsində  sarılıqlı  peritonit  inkişaf edir.
Nefrit-nefroz  sindromu  zamanı  böyrəklərin  böyüməsi  və 
böyrəkdə  rəng  dəyişdikləri,  sidik  kanalcıqlarının  uratlarla  dolu 
olması  aşkar edilir.
Histoloji  dəyişdiklərdən  yuxarı  tənəffüs  yollarında  xüsusilə 
qırtlaq  və  traxeyada  selikli  qişanın  kəskin  qalınlaşması,  burada­
kı  epiteli  hüceyrələrinin  distrofıyası  və  deskvamasiyası,  ancaq 
bazal  hüceyrələrin  saxlanması  və  çoxalması  hesabına  onların
1 6 6
tamlığının  pozulmaması  nəzərə çarpır.  Respirator epiteli  hücey­
rələrinin  proliferasiyası  və  limfoid  follikulların  hiperplaziyası 
nadir  hallarda  görünür.  Ağ  ciyərin  zədələnmələri  zamanı  para- 
bronxial komplekslərdə və interstisial birləşdirici toxumada lim­
foid,  histositar və  psevdoeozinofıl  hüceyrələrin  infıltrasiyası  aş­
kar edilir.
D ia q n o z. 
İnfeksion bronxitə diaqnoz qomyaq üçün onun epi- 
zootoloji  xüsusiyyətləri,  kliniki  əlamətləri  və  patoloji-anatomik 
dəyişdikləri  nəzərə  alınır,  virusoloji  müayinə  və  seroloji  reak­
siyalardan  istifadə  edilir.
Virusun ayrılması və identifıkasiyası  üçün xəstəlikdən  ölmüş 
quşların  respirator  orqanlarının  suspenziyası  ilə  8-10  günlük  to­
yuq  embrionlarının yoluxdurulmasından  istifadə edilir. Yoluxmuş 
embrionların  ölümü  36-48  saatdan  sonra  baş  verir.  Eyni  vaxtda 
10-20  günlük 4-6  baş cücələrin traxeya  içərisinə  viruslu  suspen- 
ziya  0,5  ml  dozada yeridilir.  18-36  saatdan  sonra  cücələrdə  xəs­
təliyə  uyğun  kliniki  əlamətlərin  baş  verməsi  patoloji  materialda 
infeksion  bronxit  virusunun  olmasını  göstərir.  Ayrılmış  virusun 
identifıkasiyası  üçün  NR,  DFR  və  İFR-dan  istifadə  edilir. 
M üəyyən  edilmişdir ki,  virus neytrallaşdırın  antitellər yoluxma­
nın  11-ci  günündən  36-cı  günə  qədər  toplanır  və  cücələrin  qan 
serumunda  483  günə  qədər qalır.  Xəstəliyin  ekspress  diaqnosti­
kası  üçün  DPR-dan  istifadə  edilir,  ancaq  bu  reaksiya  vasitəsilə 
antitellərin  müəyyən  edilməsi  hər vaxt mümkün  olmur.
T ə fr iq i  diaq n oz. 
İnfeksion  bronxiti  infeksion  larinqotraxeit- 
dən,  nyukasl  xəstəliyindən, respirator mikoplazmozdan,  infeksi­
on  bursitdən  və  s.  təfriq  etmək  lazımdır.
İnfeksion  larinqotraxeit  zamanı  quşların  qırtlağı  və  traxeya- 
sında fıbrinozlu çöküntü və tıxac müşahidə edilir. Toyuq embrion- 
larında  larinqotraxeit  virusu  xoriollantois  qişasında  nekrotiki 
ocaqlar yaradır.  Virusun ailəsi  və tipinin  təyin  edilməsi  ilə diaq­
noz dəqiqləşdirilir.
1 6 7

Nyukasl  xəstəliyi  üçün mədə-bağırsaq selikli  qişasının  kata- 
ral-hemorroji  iltihabı  və  bağırsağın  fıbrinozlu-nekrotiki  iltihabı 
xarakterikdir.  Nyukasl  xəstəliyi  virusu  infeksion  bronxit  viru­
sundan  fərqli  olaraq hemaqqlyutininləşdirici  xüsusiyyətə malik­
dir.
Respirator  mikoplazmoz  infeksion  bronxitdən  fərqli  olaraq 
xroniki gedişlidir. Mikoplazmozun törədicisi ilə yoluxmuş toyuq 
embrionları  normal  böyüyür və  onlarda ölüm  müşahidə edilmir. 
Xəstə  və  xəstəlikdən  sağalmış  quşların  qanında  aqqlyutinasiya 
reaksiyası  ilə aqqlyutininlər və hemaqqlyutinasiyanın  ləngiməsi 
reaksiyası  vasitəsilə  antihemaqqlyutininlər aşkar edilir.
İnfeksion  bursit  əsasən  2-6  həftəlik  quşlarda  müşahidə  edi­
lir.  Quşlarda  fabrisium  kisəsinin  iltihabı, köks və ətraf əzələlər­
də qan  sızmalar,  nefrit aşkar edilir.  Laboratoriya müayinələrinin 
nəticəsi  həlledici  rol  oynayır.
M ü alicə. 
İnfeksion  bronxitin  müalicəsi  aparılmır.
İm m unitet. 
Xəstəliyi  keçirmin  quşlarda  immunitet  yaranır. 
Belə quşları  virusun  homoloji  ştamları  ilə yoluxdurduqda onlar­
da  davamlılıq  qeyd  olunur.  Xəstəliyin  spesifik  profilaktikası 
üçün xarici ölkələrdə diri xəitlədilmiş və inaktivləşdirilmiş vak- 
sinlərdən  istifadə edilir.  Bu məqsədlə daha çox Noblis-H-52 şta- 
mından alınmış vaksindən istifadə edilir.  Keçmiş SSRİ-də infek­
sion  bronxitin  spesifik  profilaktikası  üçün  hələlik  heç  bir vasitə 
işlənib  hazırlanmamışdır.  Son  zamanlar  inaktivləşdirilmiş  vak- 
sin və AM  ştamından hazırlanmış quru virus vaksin sınaqdan ke­
çirilir.
P rofilaktika  və  m übarizə  təd b irləri. 
Təsərrüfatı  kliniki 
sağlam  quşlarla  komplektləşdirmək  lazımdır.  Profilaktika  məq­
sədilə  yumurtalar  inkubatora  qoyulmadan  əvvəl  30  dəqiqə  ər­
zində  formaldehid  buxarı  ilə  dezinfeksiya  edilməlidir.  Bu  məq­
sədlə inkubasiya ediləcək yumurtalar xüsusi kameraya yığılır və 
bunun  hər  m2-nə  25-30  ml  formalin,  17-20  qram  kalium-per-
168
manqanat  və  12-15  ml  su  götürüb  xüsusi  qabda  qarışdırılır.  Re- 
saksiya  nəticəsində  formaldehid  buxarları  yaranaraq  kamerada- 
kı  yumurtaları  etibarlı  şəkildə dezinfeksiya  edir.
Quş  saxlanacaq  binalarda  quşları  köçürməzdən  əvvəl  1%-li 
formaldehid,  2%-li  natrium  qələvisi  və  tərkibində  2%  fəal  xlor 
olan  xlorlu  əhəng  məhlulları  ilə  dezinfeksiya  edilməlidir.  Quş­
lar binada  olan  şəraitdə  də dezinfeksiya  aparmaq  olar.  Bu  məq­
sədlə  ən  yaxşı  vasitə  süd  turşusunun  aerozol  halında  tətbiqidir. 
Bundan  əlavə  rezorsinin  və  ya  üçetilenqlükolün  suda  20%-li 
məhlulu  h ər  lm3  həcmə 0,025  q  preparat  olmaq  şərtilə  götürüb 
2  saatlıq  fasilə  ilə  2-3  dəfə  işlədilməlidir.
Təsrrüfatda  xəstəlik  müşahidə  edildikdə  o,  qeyri-sağlam  he­
sab  edilərək  məhtutlaşma  tədbirlərindən  istifadə  edilir.  Tə­
sərrüfat  daxilində  sağlamlaşdırma  tədbirləri  işlənib  hazırlanır. 
Əgər xəstəlik  yalnız  bir quş binasında  qeyd  binasında  qeyd  olu­
nursa xəstə  və  zəif quşları  sanitar kəsim  şöbəsində  öldürüb,  cə­
sədləri  utilləşdirm ə  və  ya  yandırmaqla  məhv  etmək  lazımdır. 
Digər  quş  qrupu  isə  kəsimə  göndərilir.  Əgər  xəstəlik  bir  neçə 
quş binalarında müşahidə edilirsə bu zaman  xəstə və zəif quşlar 
gündəlik  olaraq  çıxdaş  edilir,  sanitar kəsim  şöbəsində  kəsilərək 
ət-sümük  unu  istehsalı  üçün  istifadə  edilir.
Yumurtaların ticarət şəbəkələrində realizasiya edilməsindən 
əvvəl  onlar  formaldehid  buxarları  ilə  dezinfeksiya  edilir,  kəsil­
miş  quş  cəmdəkləri  işə  ictimai-iaşə  müəssisələrinə  göndərilir. 
Peyin  və  döşənək  materialları  toplanaraq  biotermiki  üsulla  zə­
rərsizləşdirilir.
İnkubator,  quş  binaları,  müxtəlif avadanlıqlar  təmizləndik­
dən  sonra  2%-li  natrium  qələvisi  məhlulu  ilə  dezinfeksiya  edil­
məlidir.  Xəstəlik  ləğv  olunanədək  binalar  hər  2-3  gündən  bir, 
bina ətrafı  sahə  isə  həftədə  bir dəfə  dezinfeksiya  edilməlidir.
Quşlar  binada  olan  şəraitdə  cari  dezinfeksiya tərkibində  2% 
fəal  xlor olan  natrium  hipoxloridlə  (hər  lm3  həcmə  0,5  ml,  ek­
169

spozisiya  15  dəqiqə),  həmçinin  xlorskipidarla  (cavan  quşlar 
üçün  1  q xlorlu əhəng 0,1  ml  skibidar, ekspozisiya 7 dəqiqə, ya­
şlı  quşlar üçün 2 qram xlorlu əhəng, 0,2 ml skibidar, ekspozisiya 
15  dəqiqə) aparılır.
Təsərrüfatdan  məştutlaşmalar  axırıncı  xəstə  quşun  aşkar 
edilməsindən  3  ay  keçmiş  və  yekun  dezinfeksiya  aparıldıqdan 
sonra götürülür.
İNFEKSİON  LARİNQOTRAXEİT
İnfeksion  larinqotraxeit -  Larynqotracheitis infektioza -  kon- 
tagioz  xəstəlik  olub,  kataral  və  fibrinozlu-hemorroji  rinit,  tra- 
xeyit,  konyuktivit  və  asfiksiya  ilə  səciyyələnir.
T arixi  m əlu m at. 
Xəstəlik  ilk  dəfə  1925-ci  ildə  ABŞ-da 
Mey və Titsler tərəfindən qeyd edilmişdir.  1925-1930-cu  illərdə 
bu  xəstəlik  Biç,  Kernoqen,  Boundeft  və  Hudzon  tərəifndən 
müəyyən  edilmiş  və  infeksion  bronxit adlandırlmışdır.  Bir neçə 
il  infeksion bronxit və infeksion larinqotraxeyitin bir xəstəlik ol­
ması  güman  edilmiş,  ancaq  1930-cu  ildə Biqs  və  başqaları  tərə­
findən qeyd edilən hər iki  xəstəliyin sərbəst bir-birindən  bir çox 
xüsusiyyətlərinə  görə  fərqlənən  xəstəlik  olması  əsaslı  şəkildə 
müəyyən  edilmişdir.
1931-ci  ildə  ABŞ-in  baytarlıq  assosiasiyası  tərkibində  fəa­
liyyət  göstərən  quşların  xəstəliyi  üzrə  Komitə  quşların  qırtlaq 
və  traxeyasının  zədələnm əsinə  səbəb  olan  xəstəliyin  infeksion 
larinqotraxeyit  kimi  qeyd  etmişdir.
Rusiyada xəstəlik  ilk  dəfə  1932-ci  ildə R.T.Batanov tərəfin­
dən  aşkar  edilmiş,  A.P.Kiur-Muratov  və  Pançenko  tərəfindən 
bəzi  xüsusiyyətləri  öyrənilmişdir.
Xəstəlik  dünya  qitələrinin  hamısında  quşçuluqla  məşğul  öl­
kələrdə  çox  vaxt epizootiya  halında  müşahidə  edilən  təsərrüfat­
lara  böyük  iqtisadi  ziyan  vurur.
1 7 0
X əstəliyin törədicisi. 
Törədicisi DNT-li virus olub herpesvirus 
ailəsinin  herpesviaıs  cinsinə  mənsubdur  və  Herpes  virus  qalli-1 
adlanır.  Virionların ölçüsü 80-100 nm-dir. Amil 9-12 günlük toyuq 
embrionlarmın xorioallantois qişasında, həmçinin ilkin və keçirilər 
hüceyrə  kulturasında  yetişdirilir.  Yetişdirmənin  3-4-gü  günündə 
virusun sahib  hüceyrəsində sitopatik təsiri  müşahidə edilir.
Təbiətdə  virusun  yüksək  virulentli  ştamlarından  əlavə  həm 
də  z əif virulentli  ştamlarıda dövr edir.
D avam lılığı. 
Xarici  mühit  şəraitində  virus  zəif davamlılığı 
ilə özünü göstərir. Yumurtanın qabığında 0,37°S temperaturda 2- 
12  saata  inaktivləşir.  Tenniki  təsirə  davamsız  olmaqla  55üS-də 
10  dəqiqəyə,  60°S-yə  isə  2  dəqiqəyədək  davam  gətirir.
Qurutma  və  dondurma  virusu  konservləşdirir.  Xəstəlikdən 
məcburi  kəsilmiş quşların traxeyasında -  8...-10°S  temperaturda 
virus  370  günə  qədər,  donmuş  quş  cəsədində  isə  -   18...-28°S 
temperaturda  isə  19  ay  sağ  qalır.
Liofilizasiya olunmuş  və  vakuum  şəraitində  virus  13,5  il  ər­
zində  öz virulentliyi  itirmir.  Quş  binalarında  amil  6-9  günə,  tor­
pağa basdırılmamış quş cəsədlərində 30 günə,  1  m  20 sm dərin­
liyində  torpağa  basdırılmış  quş  cəsədlərində  isə  47  günə  inak­
tivləşir.
Əksər  dezinfeksiya  vasitələri  zəif konsentrasiyada  xəstəliyi 
törədicisini  tez  məhv  edir.  Belə  ki,natrium  qələvisinin  1%-li, 
krezolun  3%-li, xlorlu əhəngin  2%-li məhlulları  herpes virusunu 
1-2  dəqiqəyə  inaktivləşdirir.
Epizootoloji  m əlum atlar. 
İnfeksion  larinqotraxeit  virusuna 
təbii  şəraitdə  toyuqlar,  hind  quşları, qırqovullar,  firənq  toyuqla­
rı  həssasdır.  Eksperimental  olaraq  virusu  yuxarı  tənəfflis  yolla­
rının  selikli  qişasına  və  konyuktivaya  tətbiq  etməklə  xəstəliyi 
əldə  etmək  mümkündür.  Təbii  şəraitdə  yoluxma  aerogen  yolla 
baş  verir.  Xəstəlik  bütün  yaş  qrupuna  mənsub  olan  quşlarda 
qeyd edilir,  ancaq 60-100 günlüklər daha çox  həssaslıq  göstərir.
1 7 1

İnfeksion  larinqotraxeitə  görə  stasionar  təsərrüfatlarda  25-30 
günlük  cücələrin  də yoluxması  müşahidə edilir.
İnfeksiya  törədicisinin  mənbəyi  xəstə  və  xəstəliyi  keçirm iş 
quşlar hesab edilir.  Virusdaşıyıcılıq 2  ilə qədər davam  edir.  X əs­
təlik törədicisinin yayılmasında virusla yoluxmuş hava, yem,  su, 
quşlara qullu  vasitələri  mühüm  rola  malikdir.
İnfeksiya  törədicisinin  ehtiyat  mənbəyi  qansoran  buğum lu- 
ayaqlı  şəhəratlar hesab edilir.  S.F.Şennikov  və Y.A.Petrovskaya 
göstərmişlər  ki,  diri  vaksinlə  peyvənd  olunmuş  quşlarda  virus 
daşıyıcılıq  1  ilə  qədər davam  edir.
İmmun  olmayan  quş  qrupunda  infeksion  larinqotraxeit  z ə if  
epizootiyalar  halında  gedir.  Stasionar  təsərrüfatlarda  daha  çox 
cavanlar  qrupunun  xəstələnməsi  qeyd  edilir.  Xəstəlikdə  stasio- 
narlıq  uzun  müddət virusdaşıyıcılıq və quşların  saxlanma texno­
logiyasının  pozulması  ilə  izah  edilir.  Binalarda  quşların  sıx  yer­
ləşdirilməsi,  nəmliyin  çox  olması,  ventilyasiya  qurğularının  pis 
işlənməsi  ilə əlaqədar bina daxilində karbon qazı, aıumonyak və 
hidrogen-sulfıdin  toplanması,  həmçinin  yem  payının  düzgün  tu- 
tulmaması  infeksion  larinqotraxeitin  baş  verməsi  üçün  zəmin 
yaradır.
Virusun  epizootik  ştamlarının  virulentliyi  kəskin  şəkildə 
dəyişkəndir.  Bəzi  təsərrüfatlarda quşlar arasında  immunlaşdırıcı 
subinfeksiyaya  səbəb  olan  zəif virulentli  virus  ştamlarının  dövr 
etməsi  qeyd  edilir.  Virusun  yumurta  vasitəsilə  yayılması 
müəyyən  edilmişdir.
İnfeksion  larinqotraxeit  bəzən  çiçəklə,  respirator  mikoplaz- 
mozla,  kolibakteriozla,  infeksion  bronxit  ilə  qarışıq  halda  gedir. 
Belə  qarışıq  infeksiyalar  quşlarda  letallıq  faizini  kəskin  şəkildə 
artırır.
Əlverişli  yemləmə  və  saxlama şəraitində  infeksion  larinqot­
raxeitin  yayılması  adətən  2-4  həftədən  sonra  tədricən  zəifləyir 
və  ləğv  olur.
172
P a tog en ez. 
Virus orqanizmə  konyunktivanın, ağlız və burun 
boşluğunun  selikli  qişaları  vasitəsilə  daxil  olduqdan  sonra,  qırt- 
laq  və  traxeyanın  selikli  qişasının  epiteli  hüceyrələrində  repro­
duksiya  edir,  nəticədə  burada serozlu-kataral  iltihab  və  nüvəda- 
xili  cisim ciklər  törədir.  Zədələnmiş  epitel  hüceyrələrində  sito- 
plazmanın  bölünməməsinə baxmayaraq  nüvənin  kəskin  şəkildə 
artması  müşahidə  edilir.  Adətən  24  saatdan  sonra  virus  qanda 
görünür.  Xəstəliyin bu dövründə respirator orqanların  selikli  qi­
şalarında  epiteli  hüceyrələrinin  deskvamasiyası,  traxeyanın  da­
xilində  isə qanla qarışıq selikli  eksudat toplanır.  Xəstəliyin  son­
rakı  dövrlərində  qırtlaq  və  traxeyanın  selikli  qişasının  zədələn- 
məsinin  güclənməsi  tək  virusun  təsirindən  yox,  həm  də  burada 
distrofıki dəyişdiklərin baş verməsi  ilə əlaqədardır. Yekunda tə­
nəffüs  yollarının  mənfəzinin  daralması  və  burada  kezeozlu 
kütlədən  ibarət  olan  tıxacın  yaranması  nəticəsində  quşlarda 
boğulma  və  ölüm  baş  verir.
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin