Q uş binalarında mikroiqlimin tənzimi.
Bina daxilində mikroiqlim göstəricilərlə xarakterlənir:
1. Temperatura
125
2. Nəmlik
3. Havanın sürəti və istiqaməti
4. Havanın qaz tərkibi (ammonyak, oksigen, karbon qazı)
5. Tozun olması
6. Mikroorqanizmlərin olması
Mikroiqlimə nəzarətin pis olması aşağıdakıları törədir:
1. Döşəmənin nəmliyinin artması
2. Tempuratura dəyişilmələri
3. Texniki stresslər
4. Ammonyakın artıqlığı və nəmliyin yüksəlməsi
5. Havanın yeniləşməsi məqsədilə surətin azlığı.
Binada soyuq və nəmli havanın olması nəticəsində körpələrdə
böyrəklərin müxtəlif xarakterli zədələnmələri nəmli və soyuq
döşənək onlarda güclü diareya, havada toz və karbon qazının ol
ması ilə tənəffüz yollarının xroniki xəstəliklərinə səbəb olur.
Temperatura faktoru quşların həyatına və məhsuldarlığına
daha çox təsir göstərir. Quşlar ilk gündən öz temperaturalarının
tənzim edə bilmədikləri üçün bina daxilində temperatura rejimi
dəqiq şəkildə gözlənilməlidir. Bina daxilində havanın tərkibinin
qəflətən dəyişməsi və ya güclü hava axınları quşlarda ilk həftə-
likdə diareya, tük və ləkələrin çirklənməsi və yemin qəbulu və
həzminin pisləşməsinə səbəb olur.
Quş orqanizmə nəmliyin təsiri havanın temperaturasından
asılıdır. Əgər nəmlik yüksəldiksə xarici mühitin 300S tempera-
turasında quşların inkişafı ləngiyir və döşəmənin keyfiyyəti
aşağı düşür. Əgər fermada döşənək pis vəziyyətdədirsə bu onu
göstərir ki, mikroiqlim parametrlərinə yaxşı nəzarət olunmur.
Bina daxilindəki ammonyak quşların tənəffüs orqanlarına
kəskin qıcıqlandırıcı təsir göstərir, nəticədə onlarda imun siste
min fəaliyyəti zəifləyir, yem qəbulu pisləşir və inkişafı zəiflə
yir. Ammonyakın əm ələ gəlməsinə quşların ifrazatı, nəmlik, is
tiliyin çoxluğu və fermentasiya səbəb olur.
126
Ammonyakın əm ələ gəlməsinin qarşısını almaq üçün döşə
mə örtüyünün yaxşı vəziyyətdə saxlanması, bina daxilində nor
mal ventilyasiya, döşənək kimi ağac ovuntusu və samanın tətbi
qi və döşəmənin hər 100 m2 sahəsinə 300-500 kq superfosfat
əlavə edilməsi əsas sayılır.
Bina daxilində tozun çoxluğu mikroorqanizmlər üçün mühit
hesab olunur. Tənəffüs zamanı onlar tənəffüs orqanlarının
müxtəlif xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
Ventilyasiya qurğularının düzgün işləməsi quşların böyümə
si və inkişafında həlledici rola malikdir. Ventilyasiya qurğuları
nın zəif işləməsi nəticəsində döşənəyin nəmlənməsi və onun
keyfiyyətinin pisləşməsi, ammonyakın bina daxilində çoxalma
sına, quşun temperaturasının yüksəldilməsinə və quşların inki
şafının zəifləməsinə, güclü işləməsi isə bina daxilində həddən
artıq hava axımına, nəticə döşəmənin temperaturasının aşağı
düşməsinə, bina daxilində kəskin temperatura dəyişmələrinə və
yemlərin konversiya səviyyəsinin aşağı düşməsinə səbəb olur.
X üsusi profilaktika təd birlər
Quşlarda spesifik profilaktikanın aparılması üçün müxtəlif
bioloji preparatlarla vaksinasiyalar aparılır. Vaksinasiyanın
məqsədi quşların virus, bakterial və digər qrup infeksiyalara və
parazitar invaziyalara qarşı spesifik immun sistemin aktivləşdi-
rilməsi yolu ilə onların qorunmasını təşkil etmişdir. Vaksinasi
yalar quşların immun sistemini aktivləşdirir və orqanizmin
müdafiə mexanizmini stimulyasiya edir.
Quşların immun sistemi 2 əsas lifoid orqandan fabrisiy kisə
sindən və timusdan və ikincili limfoid orqanlardan, yəni sümük
iliyi, dalaq, qarderiev vəzi, kor bağırsaq vəziləri, peyer yığıntı-
ları və Mekkel divertikullarından ibarətdir.
Birinci limfoid orqanlar anatomik olaraq kötük immun
127
hüceyrələrin 2 növ limfositə - T- və В hüceyrələrə ayrılma ye
ri hesab edilir. Fabrisiy kisəsi və timusda hüceyrələrin təfriqi bu
orqanlarda sekresiya olunan hormonların təsirindən baş verir. B-
limfositlər fabrisiy kisəsindən, T-limfositlər isə timusdan yara
nır.
İkinci limfoid orqanlar limfositlərin depolaşma və digər im-
mun hüceyrələrin, yəni qranulositlərin, monositlərin, hüceyrə-
killer və hüceyrə təbii killerin dezinfeksiya yeridir.
Antitellər və ya immunoqlobulinlər antigen təsirinə, plaz-
mositlərə transformasiya olunmuş B-limfositlər tərəfindən is
tehsal olunur.
Antitellərin əsas xüsusiyyətləri bunların stimulyasiya olun
masına səbəb olan antigenlərlə in vivo və in vitro qarşılıqlı əla
qədə olmasıdır.
Quşlarda əsasən 3 sinif immunoqlobulinlər müşahidə edilir.
1. İmmunoqlobulin G serumun əsas immunoqlobulini və hu
moral immunitetin əsas effektoru hesab edilir. Bunlar cücələrdə
serum immunoqlobulinlərinin 75%-li təşkil edir.
2. İmmunoqlobulin M-antigen təsirindən 2-3 gün sonra yaranır.
3. İmmunoqlobulin A sekretor antigen kimi məlumdur.
Bunlar ən çox öddə və tənəffüs yollarında müşahidə edilir.
Quşçuluqda tətbiq olunan müxtəlif vaksinlər 2 qrupa diri at-
tenuasiya olunmuş və inaktivləşdirilmiş vaksinlərə bölünür.
Diri attenuasiya olunmuş vaksinlər diri virus və ya mikroor-
qanizmlərə malikdir və bunların patogenliyi və təbii ya da süni
yolla zəiflədilir.
İnaktivləşdirilmiş vaksinlər bakterial və ya virus kulturala-
rından ibarət olub ya fiziki ya da kimyəvi üsullarla inaktivləşdi-
rilir.
Diri attenuasiya olunmuş vaksinlərin təsirindən immunitet
tez yaranır və nisbətən uzun müddət davam edir. Belə vaksinlər
daha çox kütləvi vaksinasiya üsulları ilə tətbiq olunur.
128
İnaktivləşdirilmiş vaksinlər əsasən fərdi qaydada dərialtı və
ya əzələiçi infeksiyalar yolu ilə tətbiq olunur.
Quşçuluqda daha çox kütləvi vaksinasiya üsullarından istifa
də edilir.
İçməli su ilə vaksinasiya istehsalat şəraitində daha çox tətbiq
olunan üsuldur. Bu üsulla vaksinasiya səhər vaxtı aparılır. Vak
sinasiya üçün istifadə olunan su təmiz və içmək üçün yararlı ol
malı, üzvi birləşmələrdən və bakteriyalardan azad olmalıdır.
Suyun pH-ı 5,5-7,5 olmalı, tərkibində xlor və digər dezinfeksiya
vasitələri qeyd olunmamalıdır. Suda qalıq xlorun neytrallaşdırıl-
ması və duruldulmuş vaksində virusun müdafiəsi məqsədilə hər
litr suya 2,5 qram quru yağsızlaşdırılmış süd, yaxud 16 mq natri
um tiosulfat əlavə edilməlidir. Suda metal az olmalıdır, çünki
metalların ionları virus və bakterial vaksinləri neytrallaşdırır.
Vaksin məhlulu xüsusi plastmas qablarda hazırlanmışdır.
Vaksinasiya üçün suyun minimal miqdarı 1 günlük 1000 baş
cücəyə 1 litr götürülməklə və sonrakı hər gün üçün bu miqdar 1
litr artırılmalıdır.
Məsələn: 15 günlük 1000 baş cücəyə 15 litr 20 günlük 3000
baş cücəyə isə 60 litr su götürülməlidir.
İlin isti fəsillərində suyun həcmi 1,5-2 dəfə artıq götürülə bi
lər.
Vaksinasiya üçün götürülmüş su hər vaxt təmiz olmadığı
üçün suyun hər litrinə 2,5 qram yağsızlaşdırılmış süd və ya 16
mq natrium-tiosufat əlavə edilməlidir.
Daha yaxşı olar ki, hər 100 litr suya 1 serumun tabletkası əla
və edilsin. Bu preparat qalıq xlorun neytrallaşdırmaqdan əlavə
həm də duruldulmuş vaksini mavi rəngdə boyayır.
Duruldulmuş vaksin təcili olaraq quşlara paylanmalıdır.
Ümumiyyətlə belə aksinlər 1,5-3 saat ərzində quşlar tərəfindən
tam şəkildə qəbul edilməlidir.
Vaksinlərin iri damlalı çiləmə yolu ilə tətbiqi respirator in-
129
feksiyalar əleyhinə olduqca əlverişlidir. Vaksinasiya texnikası
ona əsaslanıbdır ki, vaksin quşun gözləri, burun cibciklərin və
yuxarı tənəffüs yollan kisələri ilə kontaktda olsun.
Belə vaksinasiyaları aparmaq üçün xüsusi ciləyici aparatdan
istifadə edilir.
Vaksinasiya üçün lazım olan su keyfiyyətli olmalı, tərkibin
də xlor və digər dezinfeksiya vasitələri aşkar edilməlidir.
Çiləmə quşun başı üzərindən 30 sm aralı tətbiq edilməsi və
çalışmaq lazımdır ki, bu onların nəzərini cəlb etsin.
Quşçuluqda aerozol dezinfeksiya daha çox istifadə edilir.
Aerozol əldə etmək üçün atonizator adlanan xüsusi cihazdan is
tifadə edilir. Bu cihaz vasitəsi ilə ölçüsü 20-dən 50 mkm-ə qə
dər olan xırda damlalı duman yaradılır. Xırda damlalar respira
tor orqanlara daxil olaraq immun səriştəli hüceyrələrlə kontakt
da olur və qısa müddətdə yüksək gərginlikli immunitet yaradır.
Aerozol vaksinasiya apardıqda bina hermetik bağlanmalı,
isitmə və ventilyasiya sistemləri istifadə edilməməlidir. Atoni
zator elə nizamlanmalıdır ki, xırda damlalı duman yaransın. Hər
1000 m3 olan quş binasında vaksinin orta hesabla tətbiqinin
müddəti 15 dəqiqə olmalıdır. Vaksinasiyadan 15 dəqiqə keçmiş
quş binalarının qapısı açılmalı, isitmə və ventilyasiya qurğusu
işə salınmalıdır.
Quşçuluqda fərdi vaksinsiya aparmaq üçün intraonulyar
üsuldan qanadaltı, pərdəyə punksiyadan və infeksiya üsulların
dan istifadə edilir.
İntraokulyar üsulla vaksinin tətbiqi səmərəli olub dəqiq şə
kildə vaksin dozasının quşlara verilməsi ilə səciyyələnir. Ancaq
bu üsulda çoxlu əmək və vaxt sərf olunur. Vaksinin duaıldulma-
sı üçün izotonik duz məhlulu və ya mineral sudan istifadə edilir.
Bu üsulla hər 1000 baş quşa 30-35 ml duruldulmuş vaksin sərf
olunur.
İntraokulyar yolla vaksinasiyanın keyfiyyəti aşağıdakı fak
130
torlardan asılıdır. Ventilyasiya və isidici qurğular işləməlidir. 1
günlük cücələr xüsusi nəqliyyat yeşiklərinə yerləşdirilir, nisbə
tən yaşlı qruplar döşəmədə kiçik qruplar halında yerləşdirilir.
Bina 2 yerə ayrılmalı, vaksinasiya olunmuşlar dgərlərindən ay
rılmalıdır. Köməkçilər quşları tutaraq vaksinatorlara verir və
vaksinator quşu elə tutmalıdır k, onun başı yanı üstə və göz sət
hi isə şaquli vəziyyətdə olsun. Vaksinator gözə toxumadan gö
zə 1 damla vaksin salmalıdır. Bir neçə saniyə gözləmək lazım
dır ki, damla göz səthində yayılsın.
Qanadaltı pərdəyə punksiya etmə yolu ilə vaksinasiya əv
vəlcədən vaksin məhluluna batırılmış xüsusi aplikator vasitəsi
lə həyata keçirilir. Durulducu vasitə kimi xüsusi steril duruldu-
cudan istifadə edilir. Adətən 1000 doza üçün 10 ml durulducu
götürülür. Vaksinasiya zamanı aşağıdakı qaydalara əməl edil
məlidir.
Vaksinasiya kölgəli yerdə aparılmalı, ventilyasiya və isitmə
sistemi işçi vəziyyətdə olmalıdır. Operatorlar quşu tutaraq vak-
sinatora verir və quş yanı üstə saxlanaraq 1 qanadı aralanır, ap-
likatorun ucu vaksin məhluluna toxundurulur, sonra isə qanadal-
tı pərdə deşilir. Punksiya zamanı ve,naya, əzələyə, sümüyə və
oynağa toxunulmamalıdır.
Vaksinasiyanın nəticəsi 6-10 gündən sonra yoxlanır. Adətən
pünksiya yerində yerli iltihab reaksiyası nəzərə çarpır.
İnyeksiyalar vasitəsilə vaksinasiyalarda quşçuluqda dərialtı
və əzələ içi üsullardan istifadə edilir.
İnaktivləşdirilmiş vaksinləri infeksiya yolu ilə tətbiq edən
zaman vaksin flakonunu ən azı 12 saat otaq temperaturası şərai
tində saxlamaq lazımdır ki, onun axıcılığı yaxşılaşsın. Diri vak
sinləri isə yalnız 1 saat saxlamaqğa icazə verilir və bunlar isidil
məməlidir. Vaksinasiyaları aparmaq üçün avtomat şprislərdən
istifadə edilir. Tələb olunan doza dəqiq şəkildə inyeksiya edil
məlidir. Diri vaksinlər üçün iynələr 0,8x15 mm ölçüdə, yağlı
131
adykvantlı inaktivləşdirilmiş vaksinlər üçün isə 1x1,5 mm
ölçüdə olmalıdır. Hər 500-100 inyeksiyadan sonra iynələr dəyi
şilməlidir.
Dərialtı infeksiyalar boyun pahiyyəsinə, əzələ içi infeksiya-
lar isə bud və ya döş əzələsinə tətbiq olunur. Vaksinasiyalar za
manı şəxsi təhlükəsizlik qaydalarına əməl edilməli və vaksina-
torlar qovşanğıca görə peyvənd olunmalıdır.
V ak sinasının keyfiy y ətin ə təsir g ö stərən a m illər
Vaksinasiyanın keyfiyyətinə təsərrüfat şəraiti ilə əlaqədar
faktorlar və vaksinasiya ilə əlaqədar faktorlar təsir göstərir.
Birinci qrupa stress, mikotoksikozlar və infeksion xəstəliklə
rə qarşı vaksinasiyalar, ikinci qrupa isə vaksin faktoru, insan
faktoru və quş faktoru aiddir.
Stress-xarici intensiv təsirinə qeyrispesifık cavab reaksiyası
dır. Doğrudan da hər hansı güclü və uzun müddətli təsir qeyri-
spesifık stress reaksiyalarına səbəb olur, nəticədə quş onu əhatə
edən dəyişilmiş mühitə uyğunlaşır. Əksər hallarda fizioloji ca
vab reaksiyaları qeyrispesifık olduğu haldı, davranış cavabları
spesifik xüsusiyyətə malik olur. Hal-hazırda stress intensiv quş-
çuluqda çox böyük rola malikdir.
Quşlar üçün komfort zonanın formalaşması üçün bir-biri ilə
əlaqəli 6 faktor: quşa baxan şəxslər, yem, quş binası, mikroflo-
ra, quş və təsərrüfatda istifadə olunan saxlama texnologiyası tə
sir göstərir. Bu faktorlar quşların həyatı boyu dəyişilə bilər və
hər hansı qəflətən müəyyən dəyişmələrin baş verməsi onlarda
stress törədə bilir.
Stressin təsirindən quş orqanizminin ehtiyat qüvvələrinin
mobilizasiyası və immunosupressiya baş verir. Stressin intensiv
liyi və təsir müddətindən sılı olaraq quşlar ya normal statusu
bərpa edir, ya da dekompensasiya yaranır ki, nəticədə orqaniz
132
min ehtiyat gücü tükənlər, həyat üçün zəruri olan orqanlar zədə
lənir, immun sistemin fəaliyyəti pozulur və ölüm baş verir.
Stress quşların məhsuldarlığını aşağı salır. Bu da həzmin po
zulması ilə əlaqədar mədəaltı vəzin və ödün sekresiyasının
aşağı düşməsinə, katabolizmin güclənməsi nəticəsində energe-
tik ehtiyatların mobilizasiyasına və quşun canlı kütləsinin aşağı
düşməsinə, boy hormonu olan somatotropin istehsalının aşağı
düşməsi nəticəsində quşların böyüməsi və inkişafının zəifləm ə
sinə, kalisumun miqdarının azalması nəticəsində sümük toxu
masında deformasiyalar və skorlupanın keyfiyyətinin pisləşmə
sinə, yumurtalama qabiliyyətinin pisləşməsinə, cinsiyyət hor
monları istehsalının zəifləməsi ilə əlaqədar inkubasiya cücə çı
xımının kəskin şəkildə aşağı düşməsi baş verir.
Stresssin təsirindən immun sistemdə kəskin dəyişdiklər ge
dir. Nəticədə qlükokortikosteroidlərin təsirindən prostaqlandin
və interleykinlərin sintezi zəifləyir ki, bu da leykositlərin miqra
siyasını ləngidir, qanın formalı elementlərinin bir-birinə olan
nisbətində disbalans baş verir, lekositoz, limfopeniya, eozinope-
niya meydana çıxır. Leykosit sıra hüceyrələrinin keyfiyyətcə de
qradasiya nəticəsində faqositoz prosesi zəifləyir, heterofil və
makrofaqlar tərəfindən bakterial substansiyaların istehsalı aşağı
düşür, T-limfositlərin aktivliyi zəifləyir.
Kortikosteroidlərin təsirindən baş verən bu dəyişdiklər adə
tən müvəqqətidir və bərpa olunandır. Ancaq cavan quşlarda
uzunmüddətli stress limfoid orqanların, xüsusioə timusun fabri-
siy kisəsinin, dalağın reqressiyasına və bunun əsasında isə vak
sinasiyalar zamanı immunitetin formalaşmasının pozulmasına
səbəb olur.
Ona görə də stresslər daima nəzarət altında olmalıdır və
bunlar aradan götürülməyincə vaksinasiyalar aparılmamalıdır.
Stress əleyhinə m üxtəlif tədbirlərdən istifadə edilir ki, bun
lardan da vitaminlərin tətbiqi mühüm əhəmiyyətə malikdir.
133
Təcrübələr yolu ilə müəyyən edilmişdir ki, m üxtəlif v itam in lə
rin tətbiqi orqanizmin imun sistemini möhkəmləndirir.
Stresin gözlənilməsindən 24 saat əvvəl stresin bütün təsiri
müddətində vitaminlərdən istifadə edilməlidir. Məlum o lm u ş
dur ki, vitaminlərin təsirindən qlükokortikosteroidlərin sintezi,
metabolizmin stimullaşması, selikli qişaların müdafiəsi və im
munitetin stimullaşması baş verir.
Vitaminlərlə bərabər həm də antibiotiklərdən də istifadə
edilməlidir. Antibiotiklər stres zamanı zəifləmiş heyvanların qo
runmasında mühüm əhəmiyyətə malikdir. Bəzi antibiotiklər,
xüsusilə eritromisin immunomodullaşdırıcı effektə malikdir.
Eritromisin leykositlər tərəfindən interleykinlərin sekresiyasını
stimullaşdırır, bu isə öz növbəsində makrofaqlar vasitəsilə bak-
teriyaların faqositozunu gücləndirir, natural killer hüceyrələri
nin sitotoksik fəaliyyətini artırır.
Antibiotikləri vaksinasiyadan əvvəl və sonra yəni sekundar
bakterial mikroflora ilə yoluxma riski zamanı tətbiq etmək la
zımdır. Antibiotikləri heç vaxt vaksinlə qarışdırmağa icazə ve
rilmir. Bunları vaksinasiyadan 2 əvvəl, vaksinin tətbiqi günü və
vaksinasiyadan 2 gün keçmiş tətbiq etmək olar.
Mikotoksikozlar vaksinasiyanın keyfiyyətinə olduqca pis tə
sir göstərir. Bunları mikroskopik göbələklər törədir. Mikroplaz-
malar mikotoksinləri istehsal edir.
Mikotoksinlərin aşağıdakı növləri mövcuddur:
1. Aflatoksin - bunu müxtəlif yemlərdə pis saxlama şəraitin
də Asperqillus flavus və Asperqillus parazitinus törədir.
2. Leralenon - kəskin temperatur dəyişmələri zamanı qarğı
dalıda, arpada və sorqoda Fuzarium spp kifgöbələyi törədir.
3. Oxratoksin A - soyuq və nəmli hava şəraitində arpa, vələ-
mir, qarğıdalı və buğdanın saxlanması zamanı Penicillium qranu-
latum və Asperqillus ochraceis kif göbələkləri tərəfində isteh
sal olunur.
134
4.
Fumopizin Bİ isti və yüksək nəmli şəraitdə qarğıdalıda
Fuzarium moniliform kif göbələyi tərəfindən əmələ gəlir.
5. T rixotcenler- soyuq iqlim şəraitində tez-tez donma və əri
mə zamanı m üxtəlif taxıl məhsullarında Fuzarium tricinctum və
Fuzarium spp kif göbələyi tərəfindən istehsal olunur.
Mikotoksinlərin bu göstərilən 5 növündən 3-u quşlarda im-
munosupressiyaya səbəb olur: aflotoksinlər, trixotesenlər və ok-
xratoksinlər. Bu toksinlərin hamısı vaksinasiyaların nəticələrinə
mənfi təsir göstərir, bundan əlavə immunsistemi səfərbər edir,
vaksinlərə quşların həssaslığını aşağı salır.
Aflatoksin Bİ, B2, G1 və G 2 -g ü c lü konserogendirlər. Bun
lardan Aflotoksin Bİ təbiətdə daha çox yayılmış və daha çox
toksikidir. Toksinlərd qaraciyərdə toplanır və onun hüceyrələri
nin vakuolizasiyası və nekrozu nəticəsində qaraciyərin kəskin
funksiya pozğunluqlarına səbəb olur.
Aflotoksikoz yaranmış simptomların dərəcəsi qəbul olun
muş dozadan, zəhərlənmə müddətindən və quşun növündən ası
lıdır. Onu da qeyd etmək lazımdır ki, subkliniki zəhərlənmələr
daha çox aşkar edilir. Bu toksiklərin orqanizmə təsirinin dəqiq
şəkildə müəyyən edilməsi üçün ELİSA üsulundan və quş qrupu
nun zootexniki parametrlərinin monitorinqindən istifadə edilir.
Quş üçün zəhərli olmayan aflotoksin B l-in maksimal dozası
hər ton yemə 50-dən 200 maq-a qədər hesab olunur.
Broylerlərin körpələrində aflotoksin yüksək dərəcədə iırı-
munosupressiya törədir, fabrisiy kisəsinin follikulasında limfo-
sitlərin miqdarını azaldır. Aflatoksinin təsirindən tiırıus və dalaq
da zədələnir və atrofıyalaşır.
Trixotesenlər böyük qrup göbələk metobolitləri olub
Fuzarium göbələkləri tərəfindən istehsal olunur. Quşçuluq üçün
daha təhlükəlisi T 2 toksiki və diasetoksisirpenol hesab edilir.
Quşlarda ən çox ağız boşluğunun selikli qişası və qaraciyər zə
dələnir. Daxili orqanlar üzərində təbaşirə bənzər çöküntü nəzə
135
rə çarpır. Bu toksinin təsirindən limfoid orqanların və süm ük
iliyinin kəskin zədələnmələri müşahidə edilir.
Oxratoksikoz Penisillium göbələyinin müxtəlif ştamları və
Asperqillus ochraceus göbələyi tərəfindən törədilir. Oxratoksin
В və S-ə nisbətən A daha toksikidir və quşçuluqda daha çox
müşahidə edilir. Toksinin təsirindən əvvəlcə böyrək toxuması,
sonra qaraciyər və imun sistemin zədələnmələri qeyd edilir. Quş
larda dehibratasiya, kataral enterit və anemiya baş verir. Xroniki
zəhərlənmə ilə əlaqədar olaraq quşlarda məhsuldarlıq kəskin şə
kildə aşağı düşür və immunosupressiya nəticəsində onların xəs
təliklərə həssaslığı kəskin şəkildə artır. Böyrəklərin hipertrofiya-
sı, qaraciyərdə nekroz ocaqları, quş cəmdəklərində hematoma,
timusun, fabrisiy kisəsinin və dalağın atrofıyası müşahidə edilir.
Oxratoksin A-nın təsirindən vaksiyasiyanın keyfiyyəti itir və
postvaksinal immunitetin səviyyəsi aşağı düşür.
Onu da qeyd etmək lazımdır ki, sistematik şəkildə qoruyucu
məqsədlə göbələk əleyhinə preparatların və ya detoksikantların
tətbiqi nəticəsində mikotoksikoz riskini aşağı salır. Bu məqsəd
lə oksikvinol və dixlorotimol preparatlarından istifadə edilir.
Bundan əlavə seloit və ya vermikulit kimi inert mühitdə absorb-
siya olunmuş propion, qarışqa və sirkə turşusu qarışığının tətbi
qi nəticəsində onlar funqistatik aktivliyi ilə özünü göstərir və
yemlərin saxlanma müddəti çoxalır. Bektonit, kaolin və alümo-
silinatlar kimi absorbentlər mikotoksinləri absorbsiya edir və
onların təsirini neytrallaşdırır. Bəzi enzimlər mikotoksinlərin
əsas qruplarını toksiki olmayan metabolitlərə çevirir.
Mikotoksikozlarla yoluxmuş quşların müalicəsi üçün hepa-
toprotektiv və ödqovucu vasitələrdən istifadə edilir. Xüsusilə bu
məqsədlə xolin, betain, kükürdlü amin turşuları, vitamin E ilə
selenin kombinasiyası və multivitamin qarışqaları kimi antioksi-
dantlar tətbiq olunur.
Prinsipcə vaksinasiyaları yalnız sağlam heyvanlarda apar
136
maq lazımdır, xüsusilə antibiotiklərlə müalicə zamanı vaksina-
siya aparılmamalıdır. Çünki infeksion patologiya ilə mübarizə
qoruyucu immun sistem yalnız bu infeksiya ilə mübarizəyə sə
fərbər olunur. Belə şəraitdə vaksinasiya keyfiyyətini müəyyən
etmək olmur.
Vaksin immun sistemin spesifik hissəsini stimullaşdırığı
üçün bu bakterial infeksiyaların gedişini mürəkkəbləşdirir və
müalicə tədbirlərinin səmrəliliyini aşağı salır.
Bundan əlavə immun qoruyucu sistem infeksion patologiya
ilə mübarizəyə səfərbər olduğu üçün, vaksin antigeni ilə bir
yüksək dərəcədə artıb çoxala bilər.
Quşlar, immunosupressiv effekt törədə bilən bir çox virus in-
feksiyalarına xüsusilə Marek xəstəliyi, infeksion bursal xəstəlik,
infeksion anemiya, reovirus və adenovirus infeksiyaları, leykoz,
retikuloendotelioz kimi xəstəliklərə həssasdır. Bu xəstəlik törə
diciləri olan viruslar uzunmüddətli immunosupressiv təsirlə
özünü göstərir. Bu xüsusiyyətə görə postvaksinal immunitetin ya
ranmasında çatışmazlıqlar qeyd olunur. Belə infeksiyaların profi
laktikasında əsas iş ana qrupun vaksinasiyası və ya yoluxmuşların
məcburi kəsilməsi və quş binalarının etibarlı dezinfeksiyalarının
aparılmasıdır. Ana qrupun vaksinasiyası onların bütün məhsuldar
lığı dövründə onların yoluxmasının qarşısını alır və xəstəlik törə
dicisinin vertikal verilməsinin qarşısını alır. Ana qrupun vaksina-
siyası həmçinin ana antitellərinin yüksək səviyyədə cücələrə ve
rilməsinə səbəb olur, bununlada onların maksimal səviyyədə xəs
təlik törədicilərinə həssaslığı dövründə qorunmasına səbəb olur.
Dostları ilə paylaş: |