İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


Dezinfeksiya  vasitələrinin  mikrob  hücey rələrinə  təsir



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

Dezinfeksiya  vasitələrinin  mikrob  hücey rələrinə  təsir 
mexanizmi. 
Kimyəvi dezinfeksiya vasitələri  məhlul halında mik­
rob  hüceyrəsi  ilə  kontaktda olduqda ya onun  üzərinə adsorbsiya 
olunur,  yaxud  daxilində  keçərək  hüceyrəni  təşkil  edən  maddə­
lərlə  birləşmələr törədir.  Kimyəvi  dezinfeksiya  maddələri  mik­
rob  hüceyrəsi  ilə  kontaktda  olduqda  burada  yaranan  proseslər 
m üxtəlif tərzdə nəzərə çarpır.  Bu  müxtəliflik dezinfeksiya  vasi­
tələrinin  xüsusiyyətləri  və  mikrob  hüceyrəsinin  özünün  ultrast- 
nıktur quruluşu  ilə  əlaqədardır.
101

Əvvəllər  belə  qeyd  olunurdu  ki,  dezinfeksiya  m əqsədilə  iş­
lədilən  bütün  kimyəvi  maddələr  mikrob  hüceyrəsinə  eyni  cür 
təsir  göstərir.  Nəticədə  mikrob  hüceyrəsində  avtoliz,  lizis  və 
koaqulyasiya xarakterli  morfoloji  dəyişdiklər baş verir.  Sonralar 
biologiya  elminin  hərtərəfli  inkişafı  nəticəsində  ayrı-ayrı  qrup 
kimyəvi dezinfeksiya vasitələrinin təsiri  ilə əlaqədar olaraq ora­
da  baş  verən  dəyişdiklər  ətraflı  şəkildə  öyrənildi.  Xüsusilə  qə­
ləvilərin,  turşuların,  xlorlu  birləşmələrin  hər  birinin  mikrob 
hüceyrəsinə  spesifik təsiri  dəqiq  şəkildə  izah  edildi.
Məlum  oldu  ki,  mikrob  hüceyrəsinə  xlorlu  birləşm ələrlə  tə­
sir  etdikdə  fəal  təsirli  xlor  və  atom  halında  oksigen  hüceyrə 
membranının  tamlığını  pozmadan  mikrob  hüceyrəsinin  daxilinə 
keçir.  Belə  nüfuzetmə  sadə  diffuziya  yolu  ilə  baş  verir.  Hücey­
rənin  nukleotidi  dəyişikliyə  uğrayır.  Belə  ki,  burada  nazik  fıb- 
rinlərin  bir-birinə  yapışması,  qıvrım  borucuqlar  və  sapların 
əmələ  gəlməsi  baş  verir.  Sonra  nukleotid  denaturasiya  və  sito- 
plazmanın  sıxlaşması  də əlaqədar olaraq  hüceyrənin  daxilini  ta­
mamilə doldurur. Ən nəhayət xlorun  təsirindən sitoplazma, sito- 
plazmatik  membran  və  hüceyrə  divarında  dərin  struktur dəyişi- 
liklər baş verir ki,  bu  da hüceyrənin  məhvinə  səbəb  olur.
Turşuların  mikrob  hüceyrəsinə  təsir  mexanizmi  onların  H 
ionları  ilə  əlaqədar  izah  edilir  və  göstərilir  ki,  bu  ionlar  mikrob 
hüceyrəsi  üçün  toksikidir.  Turşular  hüceyrə  divarı  və  sitoplaz- 
matik  membranın bütövlüyünü pozmadan  daxilinə  keçir və  əsas 
dəyişdikləri  onun  sitoplazmasında  və  nukleotitində  törədir. 
Müəyyən olunmuşdur ki, turşular ən az dozada belə sitoplazma- 
nın zülallarına təsir edir.  Mikrob hüceyrəsi daxilində bir çox  fer- 
mentativ proseslər gedir,  nəticədə  hüceyrə  məhv  olur.
Qələvilər mikrob hüceyrəsi  ilə qarşılıqlı təsirdə olduqda onların 
çox  hissəsi  hüceyrə  meınbranında təsbit olunur.  Hüceyrə  membra- 
nında lipidlər çoxdur və qələvillərin təsirindən onların sabunlaşma- 
sı meydana çıxır. Nəticədə hüceyrə divarı kəskin şəkildə parçalanır.
102
Kimyəvi  dezinfeksiya  vasitələrinin  təsirindən  mikrob  hü­
ceyrəsində  gedən  dəyişdiklərin  öyrənilməsinin  həm  nəzəri, 
həm  də  praktiki  əhəmiyyəti  vardır.  Çünki,  bunun  əsasında 
kimyəvi  maddələrin  mikroba  təsirinin  proqnozlaşdırılması  və 
dezinfeksiyanın  səmərəliliyi  müəyyən  edilir.
Kimyəvi  maddələrin  təsirindən  mikrob  hüceyrəsində  gedən 
prosesləri öyrənməklə, həmin maddələrin bakteriostatik və bak- 
teriosid  təsirlərinin  fərqi  də  müəyyənləşdirilir.  Bakteriostatik 
təsir  zamanı  mikrob  hüceyrəsində  baş  verən  proseslər  geri  dö­
nən xarakterə  malikdir və əlverişli  şəraitdə  itirilmiş  xüsusiyyət­
lər  bərpa  olunur.  Bakteriosid  təsirdə  isə  yaranmış  dəyişdiklər 
stabildir,  geri  dönən deyil və mikrob  hüceyrəsi  məhv  olur.
Dezinfeksiyanın  növləri. 
Epizootoloji  əhəmiyyətinə  görə 
dezinfeksiyanın  profilaktik və məcburi  növləri  mövcuddur.
Profilaktik  dezinfeksiya  sağlam  təsərrüfatlarda  aparılmaqla, 
məqsəd  infeksion  xəstəliklərin  baş  verməsinin  qarşısını  almaq­
dır.  Belə  dezinfeksiya  quşçuluq  binalarında  mikrobların  ümumi 
miqdarını  azaldır.  Profilaktik dezinfeksiyanı  aparan zaman  pato- 
gen  mikroblarla  bərabər,  həm  də  potensial-patogen  mikroblar 
məhv olur.  Məlumdur ki,  xarici  mühit obyektlərində yayılıb ço­
xalan  patogen-potensial  mikroblar  bir  neçə  dəfə  həssas  quş  or­
qanizmindən  təbii  şəraitdə  passaj  olunduqda  patogen  hala  keçir 
və  xəstəliklərin  baş verməsinə səbəb  olur.
Profilaktik  dezinfeksiya 2  yerə  bölünür:  quş  binalarının  istis­
marından  əvvəl  apardan  dezinfeksiya  və  texnoloji  dezinfeksiya. 
Profilaktik  dezinfeksiyanın  birinci  növü  quş  binaları  tikildikdən 
sonra  istismara  verilməzdən  əvvəl  aparılır.  Bu  zaman  quş  bina­
ları  və onun ətraf sahələri, yem anbarları və yem hazırlanan sex­
lərin  hamısı  əsaslı  şəkildə  dezinfeksiya edilməlidir.
Texnoloji  dezinfeksiya  təsərrüfatın  böyüklüyündən,  kiçikli­
yindən və quşçuluq məhsulları istehsalının texnoloji xüsusiyyət­
lərindən  asılı  olaraq  aparılır.  Bundan  əlavə  epizootiya  əleyhinə
103

kütləvi  tədbirlərdən  sonra  mütləq  dezinfeksiya  aparılmalıdır. 
Kəsim  şöbəsində  kəsim  prosesi  qurtardıqdan  sonra,  soyuducu­
larda  isə  onların  doldurulmasından  əvvəl  və  boşalmasından  son­
ra,  aparılmalıdır.
Məcburi  dezinfeksiya  infeksion  xəstəliklər  qeyd  edilən  za­
man  aparılan  dezinfeksiya  deyilir,  məcburi  dezinfeksiya  cari  və 
son  dezinfeksiyaya  bölünür.
Cari  dezinfeksiya  təsərrüfatlarda  infeksion  xəstəliklərin  baş 
verdiyi  dövrdə sistematik olaraq  aparılan dezinfeksiyaya deyilir. 
İnfeksion  xətsliklərlə  mübarizədə  cari  dezinfeksiya  mühüm 
əhəmiyyətə malikdir.  Məhz bu dezinfeksiya vasitəsilə  infeksion 
xəstəliyin  ocağında  patogen  mikrobların  məhvi  həyata  keçirilir. 
İnfeksion  xəstəliklərin  xarakterindən  asılı  olaraq  cari  dezinfek­
siya  ya  hər yeni  xəstə  quş  aşkar edilən  gün,  yaxud  5,10  gündən 
bir aparılır.  Yüksək kontagioz infeksion xəstəliklər zamanı  dezin­
feksiya  hər gün  aparıldıqda  daha  yaxşı  nəticə  verir.
Son  dezinfeksiya  təsərrüfatlarda  infeksion  xəstəliklərlə 
mübarizənin  son  tədbiri  olub,  karantin  və  ya  məhtutlaşmanın 
götürülməsindən sonra aparılır.  Bu tədbir infeksiya ocağında in- 
feksiya törədicilərinin tam  məhvinə yönəldilir.  Dezinfeksiyadan 
əvvəl  quş  binaları  və  onun  ətraf sahələrində  tam  mexaniki  tə­
mizlik  aparılmalıdır.
Dezinfeksiya  üsulları  və  vasitələri. 
Dezinfeksiya  aparılan 
obyektlərin  müxtəlifliyi  ilə  əlaqədar  olaraq  bu  tədbiri  aparmaq 
üçün  müxtəlif üsul  və  vasitələrdən  istifadə  edilir.  Dezinfeksiya 
aparmaq  üçün  fiziki,  kimyəvi  və  bioloji  üsullar tətbiq  olunur.
Fiziki  dezinfeksiya  müxtəlif fiziki  vasitələr,  yəni  mexaniki 
təmizlik,  qurutma, günəş  şüaları,  yüksək temperatura,  radiasiya, 
ultrasəs  və  s.  istifadə  edilir.  Mexaniki  təmizlik  aparılan  zaman 
peyin, yem qalıqları və s.  ilə birlikdə müəyyən qədər mikroblar- 
da kənar edilir.  Təmizlik aparmaq  üçün güclü  su axımından  isti­
fadə  edilir ki,  belə  təmizlik  sanitar təmizlik  adlanır.
104
Quruma  mikroorqanizımlərin  həyat  fəaliyyətinə  mənfi  təsir 
göstərir.  Çünki  susuzlaşmış  mühitdə  pH  dəyişir  və  mikrobların 
inkişafı  kəskin şəkildə  aşağı düşür düşür.  Vegetativ  formalı  mik- 
roblar ya  tə lə f olur,  yaxud  onların  patogenliyi  zəifləyir.  Məlum 
olmuşdur  ki,  bir çox  patogen  mikroblar günəş  şüalarının  təsirin­
dən  məhv  olur.  Günəş  şüalarından  əlavə  süni  şüa  mənbələrin­
dən,  xüsusilə  ultrabənövşəyi  şüalar  verən  civə-kvars  lampala­
rından  istifadə  edilir.
Fiziki  dezinfeksiya  vasitələrindən  ən  çox  yüksək  tempera­
turla  zərərsizləşdirmədən  istifadə  edilir.  Bu  məqsədlə  alov, 
qaynar su, axan isti  buxar, quru isti  hava, yüksək təzyiq və s. tət­
biq  olunur.
Alovdan  müxtəlif  obyektlərin  səthinin  zərərsizləşdirilməsi 
üçün,  isti  su  ilə  m üxtəlif avadanlıqları  zərərsizləşdirilir.
Axar  buxarla  dezinfeksiya  aparmaq  üçün  Kox  aparatından, 
quru  isti  buxarla  zərərsizləşdirmə  aparmaq  üçün  Paster  peçin­
dən, yüksək təqyiq  altında zərərsizləşdirmə aparmaq  üçün avto- 
klavlardan  istifadə  edilir.
Ultrasəs  dalğaları  bir çox  növ  mikroblara  təsir  göstərir.  Bu­
nun  mikroblara  təsir  mexanizmi  kavitasion  mexaniki  və  kavita- 
sion elcktrokimyəvi  nəzəriyyələrlə  izah edilir.  Birinci  nəzəriyy­
əyə görə  ultrasəs  dalğaları  maye  mühitdən  keçdikdə  burada  ka­
vitasion  qabarçıqlar əm ələ  gəlir  və  bu  qabarcıqlar  maye  buxarı 
ilə dolur.  Həmin  qabarcıqlarm  maye  mühiti  sıxışdırması  nəticə­
sində  burada olduqca yüksək  təzyiq  yaranır.  Belə təzyiq  mikro- 
orqanizmləri  məhv edir.
İkinci  nəzəriyyəyə  görə  ultrasəs  dalğaları  maye  mühitdən 
keçdikdə  burada  hidroksil  radikalları,  atom  halında  hidrogen 
əm ələ  gəlir  və  güclü  elektrik  cərəyanı  nəticəsində  buradan 
bütün  növ  mikroblar 5-10  dəqiqəyə  məhv olur.
Kimyəvi  dezinfeksiya  üsulu. 
Kimyəvi  dezinfeksiya  məqsə­
dilə  müxtəlif  kimyəvi  maddələrdən  istifadə  edilir.  Kimyəvi
105

maddələr  əsasən  məhlul  halında,  az  hallarda  isə  qz  və  aerozol 
formasında  işlədilir.
Su məhlulu halında işlədilən kimyəvi dezinfeksiya maddələ­
rinin  mikroblara  təsir  gücü  bir  çox  amillərdən,  xüsusilə  dezin­
feksiya  vasitələrinin  xassələrindən,  dezinfeksiya  edilən  obyek­
tin  fiziki  və kimyəvi xüsusiyyətlərindən, mikrobların davamlılıq 
dərəcəsindən, mikrobla dezinfeksiya məhlulunun təmas müddə­
tindən asılıdır.
Kimyəvi  dezinfeksiya  maddələri  aşağıdakı  keyfiyyətlərə 
malik olmalıdır. Onlar kifayət dərəcədə bakteriosid təsirlə yana­
şı,  dezinfeksiya  edilən  obyektləri  xarab etməməlidir,  heyvan  və 
quşlara  toksiki  təsir  göstərməməlidir,  suda  asan  həll  olmalıdır, 
qiyməti  ucuz  və  yerli  şəraitdə  asan  tapılmalı,  pis  iyli  olmamalı­
dır.
Dezinfeksiya  üçün  istifadə  edilən  kiməyvi  m addələr  qeyri- 
iizvi  və üzvi  maddələrə bölünür.  Qeyri-üzvi  maddələrə turşular, 
qələvillər,  xlorlu  birləşmələr  və  s.,  üzvi  maddələrə  isə  fenol, 
krezollar,  formaldehid  və  s.  aiddir.
Turşular  dezinfeksiya  məqsədilə  baytarlıq  praktikasında  az 
işlədilir.  Çünki  turşuların  əksəriyyəti  zülal  və digər üzvi  birləş­
mələrlə təmasda  olduqda  tez  inaktivləşir,  qiymətləri  bahadır və 
güclü  toksiki  təsirə  malikdir.
Üzvi  turşullardan  süd  turşusu  quş  binalarının  aerozol  dezin- 
feksiyasindı  istifadə edilir.
Qələvilər  baytarlıqda  dezinfeksiya  məqsədilə  çox  işlədilir 
və suda məhlulları böyük konsentrasiyada hidroksid ionları törə­
dir.  Qələvilərdən  natrium-hidroksid,  kalium-hidroksid,  sönmüş 
əhəng,  soda,  DEMP,  kaspos  və  s.  istifadə  edilir.  Qələvillər aşı- 
layıcı  xassəyə  malik  olduğuna  görə  onlarla  işləyərkən  ehtiyatlı 
olmaq  lazımdır.
Natrium-hidroksid  (NaOH)  ya  məhlul  (tərkibində  42% 
NaOH)  ya da bərk  halda (tərkibində 92-95% NaOH) satışa bura­
xılır.  Bu  hiqoskopik  kristal  maddə  olub  havadan  nəmliyi  özünə 
çəkir.  Suda asan  həll  olaraq güclü  istilik  yaradır.  Bu,  2-3%-li  isti 
məhlul halında üniversal dezinfeksiya maddəsi kimi bir çox virus 
və bakterial  infeksiyaların törədicilərinə  qarşı  işlədilir.
Kalium-hidroksid  (KOH)  bütün  təsir  xüsusiyyətlərinə  görə 
natrium-hidroksidlə  eynidir,  ancaq  qiyməti  baha  olduğu  üçün 
baytarlıqda  dezinfeksiya  məqsədilə  istifadə  edilmir.
Sönmüş  əhəng  Ca(OH)2  10  və  20%-li  məhlul  halında  bina­
larda dezinfeksiya və  ağardıcı  vasitə  kimi  işlədilir.
Sodanın 
m üxtəlif  növləri 
vardır: 
natrium-karbonat
(Na2C03),  natrium-hidrokarbonat  (NaHC03)  və  kristal  soda 
(Na2C03  10 H20).  Bu preparat zəif dezinfeksiya xassəsinə ma­
likdir,  ancaq  ucuz  olduğu  üçün  yaxşı  yuyucu  vasitə  kimi  dezin­
feksiya  uğradılacaq  vasitələrin  səthlərinin  yuyulması  üçün  isti­
fadə edilir.
Nurtan  -   sarımtıl  rəngli  toz  olub  zəif toksikdir,  metallarda 
korroziya törətmir, ona görə də quşçuluq  komplekslərində geniş 
şəkildə  istifadə  edilir.  Bundan  müxtəlif nəqliyyat  vasitələrini, 
xüsusi  geyimləri  dezinfeksiya  etmək  üçün  istifadə edilir.
Kaspos -  sarı  rəngli  iysiz maye olub,  tərkibində 40-42%  nat­
rium  hidroksid  vardır.  Bununla  quş  binaları  və  quşlara  xidmət 
əşyaları  dezinfeksiya  edilir.
DEMP  (dezinfeksiyaedici  yuyucu  preparat)  ağ  rəngli  iysiz 
tozdur,  suda  yaxşı  həll  olur.  Bunun  tərkibi  kaustik  soda,  natri­
um-karbonat,  natrium-fosfat  və  kasposdan  ibarətdir.  Quşçuluq 
təsərrüfatlarında  geniş  şəkildə  istifadə  edilir.
Xlorlu  birləşm ələr. 
Bu  qrupa  xlorlu  əhəng,  xloramin,  hi- 
poxloritlər və  s.  misal  göstərmək olar.  Bunlar güclü  oksidləşdi- 
rici  xüsusiyyətə  malik  olmaqla əsasə  üzvi  maddələrə  təsir edir. 
Xlorlu  əhəngi  almaq  üçün  xlor  qazını  quru  sönmüş  əhəngdən 
keçirirlər.  Bu  davamsız  preparat  olub  nəmli  yerdə  saxladıqda 
keyfiyyəti  pisləşir.  Xlorlu  əhəngin  keyfiyyəti  və  təsir gücü  tər­
107

kibindəki  fəal  xlorun  faizlə  miqdarından asılıdır.  Texniki  xlorlu 
əhəngdə  30-38% təşkil  edir.  Dezinfeksiya  üçün  işlədilən  xlorlu 
əhəngə  isə  fəal  xlor ən  azı  25%  olmalıdır.
Kalsium-hipoxlorid  -   sarımtıl  rəngdə  toz  olub,  xlor  iyinə 
malikdir.  Tərkibində  80-90%  xlor  vardır,  suda  asanlıqla  həll 
olur.  Məhlulları güclü oksidləşdirici xüsusiyyətə malikdir.  Xlor­
lu  əhəngdən  2,2 dəfə güclü təsir göstərir.  Bundan  içməli  və çir­
kab  suların  heyvandarlıq  və  quşçuluq  obyektlərinin  dezinfeksi­
yası  üçün  istifadə edilir.
Xloramin  -   güclü  oksidləşdirici  və  dezodorasiyaedici  xas­
səyə  malikdir.  Suda pis  həll  olur.  Ən çox  2-10% məhlul  halında 
müxtəlif obyektlərdə  dezinfeksiya  məqsədilə  işlədilir.
Birxlorlu  yod  (74  -  preparatı)  güclü  bakteriosid  və  fungisid 
təsirə malikdir.  Bunu hazırlamaq  üçün  10 qram kalium-yodid və 
11  qram  kalium-yodad,  875  qram  xlorid  turşusundan  həll  edilir, 
sonra üzərinə  1  litrə çatana qədər su əlavə edilir.  Preparat çalxa- 
ladıqda uzun müddət xarab olmur.  Heyvandarlıq və quşçuluq  bi­
nalarının  dezinfeksiyasında  istifadə  edilir.
Kalium-permanqanat (KM n04) -  güclü oksidləşdirici  və zə- 
rərsizləşdirici  xassəyə  malik  olmaqla  0,5-2%-li  məhlul  halında 
əllərin  dezinfeksiyasında,  2-4%-li  məhlul  obyektlərin  zərərsiz­
ləşdirilməsi  məqsədilə  tətbiq  edilir.
Fenollar  əsasən  mikrobların  vegetativ  formalarının  məhv 
edilməsi  üçün  işlədilir.  Toksiki  təsiri  güclüdür.
Krezol  fenoldan fərqli  olaraq güclü oksidləşdirici  və zəif də­
rəcədə toksiki  xüsusiyyətə  malikdir.
Kreolin  -   tünd  qonur  rəngdə  yağlı  maye  olub  tərkibi  sabit 
deyil.  M üxtəlif  növ  kreolinlər  öz  hazırlanma  xüsusiyyətlərinə 
görə  bir-birindən  fərqlənir.  Kreolinin  bakteriosid  xüsusiyyəti 
tərkibində  fenol  və  krezolların  olması  ilə  əlaqədardır.  Fenollu 
kreolin mikrobların vegetativ formasını məhv edir, spor formaya 
isə  təsir göstərmir.
108
Ksilonaft-5  -  tünd  qonur rəngdə  yağlı  maye olub  tərkibində 
43%  ksilenol  və  15%-ə  qədər  su  vardır.  Yüksək  aktivliyinə  və 
ucuz olmasına görə  daha çox  istifadə edilir.
Formalin  formaldehidin  suda  35-40%-li  məhlullarına  deyil­
dir.  Bu kəskin  qıcıqlandırıcı  malik  şəffaf maye olub,  zəhərlidir. 
Faizli  məhlullarını  hazırlamaq  üçün  formalin  deyil  formaldehid 
əsas  götürülür.  Heyvandarlıq  və  quşçuluq  obyektlərinin  dezin­
feksiyası  üçün  universal  vasitələrdən  biridir.  Preparat  məhlul, 
qaz  və  aerozol  halında  tətbiq  edilir,  məhlulları  obyektləri  xarab 
etmir.  Hazırda formaldehidin müxtəlif faizli  məhlulları  kənd tə­
sərrüfatı  heyvanları  və  quşların  infeksion  xəstəlikləri  zamanı 
obyektlərin  zərərsizləşdirilməsi  üçün  istifadə  edilir.
Baytarlıq  praktikasında  son  zamanlar heyvandarlıq  və  quşçu­
luq obyektlərinin dezinfeksiyası üçün parasod,  fospar, qlütar alde- 
hidi,  metafor,  aldofor,  tiazon və s.  preparatlardan  istifadə edilir.
Heyvan  v ə   quşlar  olan  şəraitdə  işlədilən  kimyəvi  dezin­
feksiya  vasitələri. 
Son  dövrdə  heyvan  və  quşlar  olan  şəraitdə 
dezinfeksiyanın  aparılması  və  bu  məqsədlə  toksiki  xüsusiyyətə 
malik  olmayan  kimyəvi  vasitələrin  seçilib  istifadə  edilməsi 
mühüm  əhəm iyyətə  malikdir.  Hazırda  bu  məqsədlə  hidrogen- 
peroksid,  natrium-hipoxlorid,  nistan,  tentosid  və s.  işlədilir.
Hidrogen-peroksid  perhidroldan  hazırlanır.  Preparat  əsasən 
quşçuluqda hər m2 sahəyə  100-200 ml  miqdarında püskürdiilmə 
yolu  ilə tətbiq  edilir.
Natrium-hipoxloridi  hazırlamaq  üçün  natrium-karbonat  və 
tərkibində  25%  fəal  xlor  olan  xlorlu  əhəngdən  bərabər  nisbət­
də,  yəni  hər birindən  200  qram götürülərək  1  litr suda həll  edir­
lər.  Məhlul  24  saat  sakit  saxlanır,  bunun  tərkibində  5-6%  fəal 
xlor olur.  Bundan  suya  əlavə etməklə  1,5-2%-Ii  məhlul  hazırla­
yıb  istifadə  edilir.
Xlor-skipidar binalarda havanın dezinfeksiyası üçün  işlədilir. 
Bunu  hazırlamaq  üçün  4  hissə  xlorlu  əhəng  və  1  hissə  skipidar
109

götürülür  və  qarışdırılır.  Ekzootermik  reaksiya  nəticəsində  ha­
vaya  xlor və  skipidar yayılır.  1  m3  hava  üçün  0,5  qram  skipidar 
və 2  qram  xlorlu əhəng  götürülür.
Nitran -  sarı rəngdə toz olub, suda asan həll olur.  Yuyucu  və 
dezinfeksiyaedici  xüsusiyyətə  malikdir.  Toksiki,  qıcıqlandırıcı, 
kuınulyativ  və  sensibilizasiyaedici  xüsusiyyəti  yoxdur.
Teksonit -  maye  halında olub,  tərkibi  natrium-hipoxlorid  və 
korroziya  əleyhinə  maddədən  ibarətdir.
Dezinfeksiya maddələrindən  istifadə zamanı onların  mikrob- 
la təsirini  in  vitro,  sonra  isə  in vivo öyrənilir.  Dezinfeksiya mad­
dələrinin  mikroblara təsirini  in  vitro öyrənmək  üçün  test-kultura 
ƏPA  əkilərək  2  günlük  kulturası  alınır və  bundan  fizioloji  məh­
lulda optiki  standarta əsasən  1  ml-də  2  milyard  mikrob  hüceyrə­
si  olan  yuyuntusu  hazırlanır.  Həmin  yuyuntu  ilə  test-obyektlər 
yoluxdurulur.  Test-obyekt  hazırlamaq  üçün  adi  ağ  parçanı 
0,5x0,5  sm  ölçüdə doğranır və avtoklavda  1,5  atmosfer təzyiqdə 
30  dəqiqə  müddətində  zərərsizləşdirilir.  Sonra  həmin  test-ob- 
yektlər  Petri  fincanına  keçirilir  və  burada  həmin  mikrob  yuyun­
tusu  ilə isladılır, 30 dəqiqə termostatda qurutduqdan sonra işlədi­
lən kimyəvi dezinfeksiya maddəsinin müəyyən faizli məhlulu ilə 
mixbər  şüşəsi  daxilində  müxtəlif ekspozisiyalarda  təsir  göstəri­
lir.  Sonra test-obyekti  mixbər şüşəsindən  çıxarıb  içərisində  ney­
trallaşdırım  məhlul  olan  mixbər  şüşəsinə,  oradan  da  içərisində 
steril  su  olan  mixbər şüşəsinə  keçirilir.  Nəhayət,  həmin  test  ob­
yekt  bərk  qida  mühiti  üzərinə  keçirilir  və  termostatda  37-38°S 
temperaturda  2  gün  saxlandıqdan  sonra  nəticəsi  yoxlanır.  Test- 
obyekt  qoyulmuş  sahədə  mikrob  koloniyaları  nəzərə  çarpmırsa 
bu  dezinfeksiya  maddəsinin  mikroba təsir etməsini  göstərir.
Neytrallaşdırım  məhlul  kimi turşular üçün 0,5%-li  soda məh­
lulu,  formaldehid  üçün  0,1%-li  naşatır  spirti,  qələvilər  üçün 
0,01%-li  sirkə  turşusu,  xlorlu  birləşm ələr  üçün  steril  su 
götürülür.  Mixbər  şüşəsi  daxilində  alınan  nəticələr  m üxtəlif
110
obyektlər üzərində təkrar edilir.  Heyvandarlıq və quşçuluq bina­
larının  tikintisində  istifadə olunan  materiallardan,  yəni  daş,  tax­
ta,  kərpiç,  asfalt,  preslənmiş  torpaq  və  s.  vasitələrdən  obyektlər 
hazırlanır.  Bu  obyektlər  10x10  sm  ölçüdə  olmaqla  əvvəlcə  2 
atm.  Təzyiqdə  1  saat avtoklavda sterilizasiya edilir.  Obyektlərin 
yoluxdurulması  üçün  yenə  də  əvvəlki  qayda  ilə  mikrob  yuyun­
tusu  hazırlanır və hər  100 sm2 sahəyə  1  ml  hesabı  ilə yoluxdur­
ma aparılır. Təcrübənin təbii uyğun olması üçün hər  100 sm2 sa­
həyə  0,3  qram  peyin  götürüb  obyektlərin  üzərinə  yaxılır.  Sonra 
həmin  obyektlərə  hər  m2  sahəyə  1  litr  hesabı  ilə  dezinfeksiya 
məhlulları  ilə təsir göstərilir.
Dezinfeksiyadan  müəyyən  vaxt  keçdikdən  sonra  steril  tam- 
ponlar vasitəsilə  obyektlər üzərindən  nümunə  götürüb  içərisin­
də  müvafiq  neytrallaşdırım  məhlullar olan  mixbər şüşəsinə ora­
dan  steril  suya  və oradan  da qida  mühiti  üzərinə  keçirilir.
Laboratoriya  şəraitində  müəyyən  edilmiş  dezinfeksiya  reji­
mi  təsərrüfatda  tətbiq  edilir.  Bir qayda olaraq  preslənmiş  torpaq 
səthlərini  laboratoriya  şəraitində  zərərsizləşdirən  dezinfeksiya­
edici  məhlulun  uyğun  qatılığı  ilə  quş  binaları  və  onun  ətraf sa­
hələrinin  dezinfeksiyası  aparılır.
Dezinfeksiyanın  keyfiyyətinin  yoxlanması. 
Aparılan dezin­
feksiyanın  keyfiyyəti  heyvandarılq  obyektlərində çox  müşahidə 
edilən  E-coli  və  Stafilokokklara  görə  yoxlanır.  Adi  hallarda 
müxtəlif obyektlər üzərinə həmin  mikroblar 90-100% müşahidə 
edildiyi  halda,  dezinfeksiyadan  sonra aşkar edilməməlidir.
Kimyəvi  dezinfeksiya  vasitələrinə davamlılıq  xüsusiyyətinə 
görə  bağırsaq  çörləri  əksər sport törətməyən  patogen  çöpşəkilli 
mikroblardan  geri  qalmır.  Məlum edilmişdir ki, dezinfeksiya za­
manı  bağırsaq  çöplərinin  tələf olması  onu göstərir ki, bir çox  in- 
feksiya  törədiciləri,xüsusilə  salmonelyoz,  pulloroz,  kolibakteri- 
oz  və  s.  xəstəliklərin  çöplərindən  davamlıdır  və  bunlar  qızılı 
stafilokokklara  görə  yoxlanır.  Hazırda  quşçuluqda  pasterellyoz,
111

Nyukasl  xəstəliyi,  Marek  xəstəliyi,  infeksion  bursal  xəstəliyi, 
vərəm, çiçək, leptospiroz, streptokokkoz, stafilokkokkoz, ördək­
lərin  viruslu  hepatiti  və  s.  xəstəliklərdə  dezinfeksiyanın  səm ə­
rəliliyi  qızılı  stafılokokklara görə  yoxlanır.
Dezinfeksiyanın keyfiyyətini yoxlamaq üçün profilaktik dezin­
feksiya  aparılmasından  2-3  saat  keçmiş,  cari  dezinfeksiyada  isə 
müəyyən  ekspozisiyadan  sonra  binanın  döşəməsindən,  tavanın­
dan,  yem  qalıqlarından  və  s.  obyektlərdən  20-yə  qədər  steril 
tamponlar  vasitəsilə  nümunə  götürülür.  Götürülmüş  nümunələr 
hər biri ayrılıqda ya müvafiq neytrallaşdırıcı  məhlula, yaxud ste­
ril  suya keçirilir və  laboratoriyaya  göndərilir.
Neytrallaşdırım  məhlulların  konsentrasiyası  dezinfeksiyala­
rın  konsentrasiyasından  10  dəfə  aşağı  olmalıdır.  Laboratoriyada 
nümunələr  sıxılaraq  maye  sentrifuqada  mixbərlərinə  tökülür. 
Alınmış  maye  20-30  dəqiqə  ərzində  dövrlərinin  sayı  dəqiqədə 
3000-5000  dəfə  olan  sentrifuqadan  keçirilir.  Çöküntü  üzərində­
ki  maye  kənar  edilir,  çöküntünün  üzərinə  yenidən  steril  su  əla­
və  edib  həmin  rejimdə  sentrifuqadan  keçirilir.  Bu  qayda  üzrə 
alınmış çöküntüdən  müvafiq  qida  mühitlərinə  əkilir.
Əgər  bağırsaq  çöplərini  təyin  etmək  lazımdırsa  alınmış 
nümunə  Xeyfets  qida  mühitinə  əkilir və  termostatda  430S  tem- 
peraturada  12-18  saat  saxlanır.  Stafilokokkların  təyinində  isə 
nümunə  əvvəlcə  tərkibində  5%  duz  olan  ət  peptonlu  bulyona 
əkilir,  24  saat  termostatda  370S  temperaturda  saxlanılır,  sonra 
8,5%-li  saxarozalı  ət-peptonlu  aqara əkilir və  həmin  temperatu­
ra  şəraitində  yenidən  1  gün  yetişdirilir.
Qida  mühitlərində  alınmış  mikrob  boylarından  preparat  ha­
zırlayıb  mikroskopiya edilir.
Əgər profilaktik  və  yekun  dezinfeksiyada  bütün  nümunələr­
də,  cari  dezinfeksiyada isə 90% nümunədə qeyd olunan  test-mik- 
roblar  aşkar  edilmirsə  bu  dezinfeksiyanın  keyfiyyətli  getməsini 
göstərir.
112
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin