İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix16.02.2017
ölçüsü0,8 Mb.
#9081
1   2   3   4   5   6   7   8   9   ...   30

Spesifik  profilaktika
Spesifik  profilaktika-  xüsusi  mübarizə  tədbiri  olub  konkret 
hər  hansı  bir  xəstəliyin  baş  verməsinin  qarşısını  almağa  yönəl­
dilir.  Spesifik  prafılaktikaya  xüsusi  diaqnostik  müayinələrin 
aparılması,  xüsusi  təyinatlı  müalicə-profilaktik  vasitələrin tətbi­
qi  və  immuno-profılaktika  aiddir.  İmmunoprofilaktika  müxtəlif 
spesifik  vasitələrin, yeni vaksinlər, spesifik  serumlar,  immunoq- 
lobulinlər  və  s.  tətbiq  etməklə  aparılır.  İmmunoprofilaktika  qo­
ruyucu  və  məcburi  məqsədlə  aparılır.
Epizootiya  əleyhinə  tədbirlər  planına  uyğun  olaraq  hələlik 
sağlam  təsərrüfatlarda  quşların  infeksion  xəstəliklərdən  qorun­
masında aparılan  immunoprofilaktikaya qoruyucu immunoprofi­
laktika,  infeksion  xəstəliklər  zamanı  hələlik  sağlam  quşlarda
56
aparılan  immunoprofilaktikaya  isə  məcburi  immunoprofilaktika 
deyilir.
Hazırda  infeksion xəstəliklərin profilaktikası üçün müxtəlif bio­
loji preparatlarla süni  immunitet əldə edilir. Süni immunizasiya ək­
sər  xəstəliklərdə  ciddi  spesifikliyə  malikdir.  Baytarlıqda  fəal  im­
munitet yaradılması  üçün  müxtəlif vasiələrdən  istifadə edilir.
Onların  effektliyi,  reaktogenliyi,  zərərsizliyi  və  stabilliyi  is­
tehsalat prosesində  yaxlanır.
Baytarlıqlar tətbiq olunan vaksinlər 2 saylı  sxemdə göstərilir.
Sxemdən  göründüyü  kimi  vaksinlər  tərkibindəki  antigenə 
görə bakterial, virus və göbələk qrupuna bölünür.  Bakterial vak­
sinlər bakterial etiologiyalı, virus vaksinləri  virus etiologiyalı və 
göbələk vaksinləri isə göbələk etiologiyalı xəstəliklərin spesifik 
profilaktikası  məqsədilə  işlədilir.
Tərkibindəki antigen növlərinin sayma görə vaksinlər mono- 
vaksinlər  və  polivaksinlər  qrupuna  bölünür.  Monovaksinlər  bir 
xəstəliyə qarşı,  polivaksinlər isə  bir neçə xəstəliyə qarşı  immu­
nitet  yaradır.  Tərkibindəki  antigenlərin  vəziyyətinə  görə  bütün 
vaksinlər diri  və  inaktivləşdirilmiş vaksinlər qrupuna  bölünür.
Diri  vaksinlərdə antigenlər öldürülmür, yalnız müxtəlif vasi­
tələrlə onların  reaktogenliyini  aradan götürülür.  Diri  vaksinlərin 
inakivləşdirilmiş  vaksinlərdən  fərqi  odur ki,  kiçik  dozada  və bir 
dəfə tətbiq  edməklə yüksək gərginlikli  və uzunmüddətli  immu­
nitet  yaradır.  Ancaq  bəzi  diri  vaksinlərdə  reaktogenlik  xüsusiy­
yəti  olduğuna  görə  quşlarda  vaksinasiyalardan  sonra  bəzən 
mürəkkəbləşmələr qeyd  olunur.
Diri  vaksinlər 4 qrupa  bölünür:
1) 
Virulentli  diri  vaksinlər;  2)  paraspesifık  diri  vaksinlər;  3) 
defektli  mütantlardan  əldə  edilmiş  vaksinlər  və  4)  attenuasiya 
edilmiş  vaksinlər.  Bu  vaksinlərdən  daha  çox  attenuasiya  olun­
muş  vaksinlər istifadə  edilir.
Bu  vaksinlər müxtəlif üsullarla  viaılentliyi  irsi  olaraq  zəiflə-
57

Sxem  2.  Baytarlıqda tətbiq olunan  vaksinlərin  növləri
dirlmiş  bakteriya  və  ya  virus  ştamlarından  hazırlanır.  Bakteriya 
və  virusların  vaksin  ştamları  patogenliyini  itirmiş  və  immunoloji 
fəallığını  saxlamış  yeni  keyfiyyətə  malik  olan  ştamlardır.  Viru- 
lentliyi zəiflədilmiş diri  vaksinlər insanların, heyvanların və quş­
ların bir sıra  infeksion  xəstəliklərinin  profilaktikası  üçün  istifadə 
edilir.  Belə  vaksinlər aşağıdakı  tələblərə  cavab verməlidir: 
l)antigenlik  xüsusiyyətinə  malik  olmalı  və  orqanizmə  fəal
58
immun  reaksiyalar  əm ələ  gətirməlidir  -   yəni  immunogenlik 
xassəsinə  malik  olmalıdır.
2)  Orqanizmdə  «vaksin prosesini»  əmələ  gətirməlidir.
3) 
Orqanizmdə  uzun  müddət  qalıb  çoxalmamalı  və  xəstəlik 
törətməməlidir.
4)  Qazamlmış  irsi  xassəsini  heç  bir şəraitdə dəyişməməlidir.
Diri  vaksinləri  hazırlamaq  üçün  vaksin  ştamlarını  əldə  etmək
lazımdır.  Bunun üçün  antigenlərə müxtəlif fiziki, kimyəvi,  biolo­
ji  və  mutagen  amillərlə,  qyeri-həssas  heyvanların orqanizmindən 
passaj etməklə, uzun müddət qeyri-münasib qidalı mühitlərdə ye­
tişdirilməklə,  seleksiya aparmaqla və başqa üsullarla təsir edilir.
İnaktivləşdirilmiş  vaksinlər  də  4  qrupa  bölünür:  1)  kimyəvi 
vaksinlər;  2)  korpuskulyar  vaksinlər;  3)  anatoksin  vaksinlər  və 
4)  autovaksinlər.
Baytarlıqda  inaktivləşdirilmiş  vaksinlərdən  daha  çox  korpu­
skulyar vaksinlərdən  istifadə  edilir.
İmmunologiyanın  inkişafı  nəticəsində  sübüt  edilmişdir  ki, 
bir  sıra  infeksion  xəstəliklərə  qarşı  inaktivləşdirilmiş  vaksinlər 
vasitəsilə  immunitet  yaratmaq  mümkündür.  Korpuskulyar  vak­
sinlər hazırlamaq  üçün  kimyəvi  və  fiziki  amillərin  təsirindən  is­
tifadə  edilir.  Bu  m əqsədlə  yüksək  temperaturadan,  ultrabənöv­
şəyi  şüalardan,  spirtdən,  formalindən,  fenoldan, efirdən,  aseton- 
dan  və digər bakteriosid  maddələrdən  istifadə  edilir.
Törədicilərin  virulentlik  dərəcəsindən  və  onun  inaktivləşdi- 
rilməsi üsullarından asılı  olaraq korpuskulyar vaksinlərin  immu­
nogenlik xüsusiyyəti  müxtəlif olur.  Bu vaksinlər nisbətən  böyük 
dozada  tətbiq  edilir  və  gərginlikli  immunitet  yaratmaq  üçün 
müəyyən  fasilə  ilə  2  dəfə  vaksinasiya aparılmalıdır.
İmmunitetin  gərginliyni  çoxaltmaq  üçün  vaksinnə qeyri-spe- 
sifik  stimulyatorlar  əlavə  edirlər.  Bulara  adyuvantlər  və  adsor- 
bentlər deyilir.  Saponin,  biostimulyatorları,  aqar-aqarı,  alümini- 
um-hidroksidi,  m üxtəlif yağları  və  s.  maddələri  bunlara  misal
59

göstərmək  olar.  Adyuvant  və  adsorbentləri  bir  yerdə  tətbiq  et­
dikdə  orqanizmdə  «depo»  yaranır.  Buradan  antigen tədricən  or­
qanizmə  sorularaq  limfoid  orqanların  və  mərkəzi  sinir  sistemi­
nin  uzun  müddətli  spesifik  qıcıqlanmasına  və  bunun  əsasında 
immun  cisimlərin  sintezinə  səbəb  olur.
Vaksinlər işlədilmə üsuluna görə parentiral, enteral, və aero- 
zol,  yaxud  respirator qruplara bölünür.
Parenteral  vaksinasiyada vaksin  dəri  altına,  əzələ  içinə və  s. 
nahiyyələrə  inyeksiya  edilir.  Enteral  üsulla  vaksin  orqanizmə 
həzm  yolu  vasitəsilə  tətbiq  olunur.  Fərdi  vaksinasiyada  o  pero­
ral,  qrup  halında,  vaksinasiya  zamanı  isə  yem  və  su  ilə  verilir. 
Enteral  vaksinasiya  üsulu  sadə  və  asan  olmasına  baxmayaraq, 
bioloji  preparatlar  çox  işlədilir.  Respirator  və  ya  aerozol  vaksi­
nasiya  üsulunda  bioloji  vasitələr  püskürdülmə  yolu  ilə  aerozol 
halında istifadə edilir.  Bu üsulla qısa müddət ərzində çoxlu miq­
darda  quşlar  vaksinasiya  edilir.  Əksər  tədqiqatçılar  göstərirlər 
ki,  aerozol  vaksinasiya zamanı  heç  bir mürəkkəbləşmə  müşahi­
də  edilmir.
Q uşların  infeksion  xəstəlik ləin in   diaqnostika  üsulları
İnfeksion  xəstəliklərə diaqnoz qoymaq  üçün  kompleks diaq­
nostika üsulundan  istifadə edilir. Çünki  bu üsulla infeksion  xəstə­
liklərə dəqiq  diaqnoz  qoyulması  təmin  edilir.
Kompleks  diaqnostika  üsulundan  epizootoloji,  kliniki,  pato- 
loji-anatomik,  bakterioloji,  virusoloji,  mikoloji,  immunoloji  və 
kliniki-laboratoriya  diaqnostika  üsullarlından  istifadə  edilir  ki, 
buda  3  saylı  sxemdə  göstərilir.
İnfeksion  xəstəliklərə  daqnoz  qoyduqda  ən  əvvəl  epizooto­
loji  müayinələrdən  istifadə edilir ki,  bunun  da  əsasını  epizooto­
loji  anamnez məlumatlarının toplanması  təşkil  edir.  Əvvəlcə xəs­
təliyə  dair epizootoloji  anamnez  məlumatları  toplanır,  sonra  isə
60
təsərrüfatın tam epizootoloji  müayinəsi aparılır. Xəstəlik baş ve­
rən  təsərrüfatın  epizootoloji  müayinəsi  aparılan  zaman  əvvəlcə 
təsərrtifatdakı  müvafiq  sənədlərlə,  sonra  isə  sırf  baytarlıq  sə­
nədləri  ilə tanış olunur.  Müvafiq sənədlərlə tanış olduqdan son­
ra  quşçuluq  sahəsinin  epizootoloji  müayinəs  aparılır  və  bunun 
əsasında akt  tərtib olunur.
Klinik  diaqnostika  üsulunun  mahiyyəti,  hər hansı  bir  xəstə­
liyə diaqnoz onun  kliniki  əlamətlərinə görə qoyulmasından  iba­
rətdir.  Bu  üsulla  infeksion  xəstəliklərə  dəqiq  diaqnoz  qoymaq 
mümkün  deyil,  çünki  infeksion  xəstəliklər  zamanı  kliniki  əla­
mətlər ümumi  xaarkterli  olur.  Belə  ki,  temperaturun  yüksəlmə­
si,  ümumi  zəiflik,  iştahın  pozulması,  müxtəlif qıcıq  faktorlarına 
həssaslığın  zəifləməsi  əksər  infeksion  xəstəliklərdə  qeyd  olu­
nur.  Ancaq,  bəzi  xəstəliklərdə elə simptomlar meydana çıxır ki, 
bunun  diaqnostikada  mühüm  rolu  vardır.  Buna  baxmayaraq  in­
feksion  xəstəliklərə  kliniki  əlamətlərə  görə  diaqnoz  qoyulması 
zamanı  mütləq  onların  gedişi, xəstəlik törədicisinin orqanizmdə 
yayılma  yolları,  xəstəliyin  mərhələləri,  mürəkkəbləşmələri  və 
s.  göstəricilər nəzərə  alınmalıdır.  Çünki  xəstəliyinin  gedişindən 
asılı  olaraq  kliniki  əlam ətlər bir-birindən  kəskin  şəkildə  fərqlə­
nir.  Əgər xəstəliklərin  ildırımvari gedişində həmin xəstəliyə aid 
olan  klinik  əlam ətlər  çox  vaxt  görünmədiyi  halda,  iti  və  yarım 
iti  gedişdə  aydın  şəyildə  nəzərə  çarpır,  xroniki  gedişdə  isə  kli­
niki  əlam ətlər çox  vaxt  digər gedişlərdən  fərqliliyi  ilə  səciyyə­
lənir.
Patanatomiki diaqnostika üsulu  ilə  infeksion xəstəliklərə diaq­
noz qoymaq  üçün quş cəsədində patoloji-anatomik  yarma aparı­
lır,  ayrı-ayrı  orqan  və  toxumalarda gedən dəyişikliklər yoxlanır. 
Hüceyrə  səviyyəsində  gedən  dəyişiklikləri  müəyyən  etmək 
üçün  histoloji  müəayinədən  istifadə edilir.  Bu  diaqnostika üsulu 
bəzi  xəstəliklərdə  həlledici  əhəmiyyətə  malikdir.  Məsələn, 
Nyukasl  xəstəliyində  kor  bağırsağın  iki  yerə  ayrılan  hissəsinin
61

S xem   3.  İnfeksion xəstəliklərin  kom pleks  diaqnostikası
əsasında,  düz  bağırsaqla  və  əzələli  mədə  ilə  vəzili  mədə  sər- 
həddində  qan  sızmalar  xəstəliyin  diaqnostikasında  ən  vacib  pa- 
toloji-anatomik  dəyşikliklər hesab edilir.
Ancaq  infeksion  xəstəliklərlə tək  patoloji-anatomik  diaqnos­
tika  üsulu  ilə diaqnoz qoyulması  çox  vaxt  dürüst olmur.
Epizootoloj,  kliniki  və patoloji-anatomik  diaqnostika  üsulla­
rı  köməkçi  diaqnostika  üsullarıdır  və  bunlar  əsasında  qoyulan 
diaqnoz  ilk və  ya natamam diaqnoz hesab  edilir.
Ona  görə  də  infeksion  xəstəliklərdə  diaqnozun  dəqiqləşdi­
rilməsi  üçün  bakterioloji,  vrusoloji,  mikroloji  və  immunoloji 
diaqnostika  üsullarından  istifadə  edilməlidir.
İlkin  diaqnoz  əsasında  bakterial  etiologiyalı  xəstəliklərə 
şübhə  yarandıqda  bakterioloji,  virus  etiologiyalı  xəstəliklərə 
şübhə yarandıqda virusoloji  və s.  diaqnostika üsullarına müraci­
ət edilir.  Bu  məqsədlə xəstə və ya ölməş quşlardan  patoloji  ma­
62
terial  götürülüb  baytarlıq  laboratoriyalarına  göndərilir.
Laboratoriyada  bakterioloji  diaqnostika  zamanı  göndərilmiş 
patoloji  materialdan  ümumi  qəbul  edilmiş  üsulla yaxma hazırla­
naraq mikroskopiya edilir, müxtəlif qida mühitlərinə ekib xəstə­
lik  törədicisinin  təmiz  kulturası  alınır və  ayrılmış  mikrob  kultu- 
ralarının  patogeliyini  yoxlamaq  üçün  laboratoriya  təcrübə  hey­
vanların  üzərində  bioloji  sınaq qoyulur.
Virus etiologiyalı  xəstəliklərə şübhə yarandıqda  laboratoriy­
ada virusoloji diaqnostika üsulundan  istifadə edilir.  Yəni  patolo­
ji  materialdan  müxtəlif canlı  sistemlərə əkərək virusun ayrılma­
sı  əldə  edilir,  lyuminisent  mikroskopiya  aparılır,  bioloji  sınaq 
qoyulur və müvafiq  serioloji  reaksiyalar qoyulur.
Mikroskopik  göbələklərin  törətdiyi  xətəliklərdə  mikroloji 
müayinə aparılır.
Qeyd  etmək  lazımdır  ki,  belə  diaqnostika  üsullarının  aparıl­
ması  nəticəsində  xəstəliyin  törədiciləri  əldə  edildiyi  üçün  bun­
lara dəqiq və ya etioloji diaqnostika üsulları da deyilir.  Bütün  in­
feksion  xəstəliklərdə dəqiq  diaqnozun  əldə edilməsi  bu  diaqnos­
tika üsullarından  istifadə  edilməlidir.
İnfeksion xəstəliklərin diaqnostikasında immunoloji  diaqnos­
tika üsulu dı  mühüm  əhəmiyyətə  malikdir.  İmmunoloji  diaqnos­
tika üsulu infeksion  xəstəliklər zamanı  orqanizmdə yaranan  ləng 
və  ani  tipli  hiperhəssaslıq  prosesinin  yaranmasına  əsaslanıbdır. 
İmmunoloji  diaqnostika  zamanı  müxtəlif  serioloji  reaksiyalar­
dan  və allergiya  diaqnostika  üsullarından  istifadə  edilir.
Bir çox infeksion xəstəliklərin diaqnostikasında serioloji  reak­
siyalar mühüm əhəmiyyətə malikdir.  Bu reaksiyalar əsasən hey­
vanların  qan  serumunda  antitelləin  müəyyən  edilməsi,  yaxud 
mikrob  və  ya  virusun  cins,  növ  və  tiplərinin  təyini  məqsədilə 
tətbiq  edilir.
Baytarlıqda serioloji  reaksiyalardan ən çox  AR /aqllütinasiya 
reaksiyası/  və  onun  müxtəlif şəkildəyişmələri,  PR  /prensipita-
63

siya  reaksiyası/,  KBR  /komplementin  birləşməsi  reaksiyası/, 
K.UMBR  /komplementin  uzun  müddətli  birləşməsi  reaksiyası/ 
NR  /neytrallaşma  reaksiyası/,  İFR  /immunoflüoresensiya  reak­
siyası/,  İFA  /immunoferment  analizi/,  RİA  /radioimmunoloji 
analiz/,  HAR /hemaqqlütinasiya reaksiyası/, HALP /hemaqqlüti- 
nasiyanın  ləngiməsi  reaksiyası/,  KOAR  /koaqqlütinasiya  reak­
siyası/,  HADR  /hemadsorbsiya  reaksiyası/  və  HADLR /hemad- 
sorbsiyanın  ləngiməsi  reaksiyası/ və  s.  istifadə  edilir.
Qeyd edilən reaksiyaların mahiyyəti  elektrolitik  mühitdə an­
tigen  və  antitellərin  qarşılıqlı  təsir  xüsusiyyətlərin  əsaslanmış­
dır.
A qqlütinasiva  reaksiyası,  /A R/.  Bu  reaksiya  ilk  dəfə 
1896-cı ildə Qruber və Durqam tərəfindən qeyd edilmişdir.  Reak­
siyanın  gedişi  üçün  antitel  /aqqlütinin/antigen/aqqlütinogen/  və 
elektrolitik  mühit  lazımdır.  Reaksiyanın  mahiyyəti  məlum  anti­
gen  əsasında  orqanizmdə  yaranmış  spesifik  antitellərin  axtarıl­
masıdır.
Antitel  kimi  qşuşların  qan  serumu,  antigen-xəstəlik  törədici­
sinin diri  və  ya öldürülmüş  mikrob  kulturasının yuyuntusu,  elek­
trolitik  mühit və  fizioloji  məhluldan  ibarətdir.
AR  -   iki  fazada  gedir.  Birinci  fazada  antigenlə  antitellərin 
birləşməsi,  ikinci  fazada  isə  birləşmiş  hissəciklərin  mixbər 
şüşəsi daxilində çökməsi və ya əşya şüşəsi  üzərində komalaşma 
/aqqlütinat/ əm ələ  gəlməsi  ilə  səciyyələnir.
AR  iki  üsulla  qoyulur.  Birinci  üsul  -  damla  AR  əşya  şüşəsi 
üzərində AR və ya Xedelson reaksiyası,  ikinci  üsul  klassik  Kayt 
və  ya  mixbər şüşəsi  daxilində  aqqlütinasiya reaksiyası  adlanır.
P resip itisiv a  reaksiyası  /AR/.  1897-ci  ildə  Kraus tərəfin­
dən müəyyən edilmişdir.  Bu reaksiyanın gedişi  üçün antitel-pre- 
sipitinin,  antigen-presipitogen  və  elektrolitik  mühit-fizioloji 
məhlul  lazımdır.
Presipitasya  reaksiyasında  məlum  antitel  əsasında  orqaizm-
64
də olan antigen  axtarılır.  Reaksiya yüksək  spesifikliyə malik  ol­
maqla  patoloji  material  köhnəldikdə  belə  bu  xüsusiyyətini  itir­
mir.  Bu  reaksiyadan  bir  çox  xəstəliklərin  diaqnostikasında,  tib­
bi-məhkəmə  ekspertizasında,  antigenin  növü  və  cinsinin  təyin 
edilməsində və s.  istifadə edilir.  Bü reaksiyanın xüsusi  bir şəkil- 
dəyişməsi olan aqamelində diffüz presipitasiya və ya ouxterloni 
reaksiyasından  daha çox  istifadə  edilir.
Aqar  qelində  diffuz  presipitasiya  reaksiyası  quşların  bir  çox 
virus etiologiyalı  infeksion xəstəlik törədilərinin diaqnostikasın­
da istifadə edilir.  Bu reaksiya 3  üsulla:  1) aqar gelində ikiqat dif- 
fuziya  metodı  /petri  fincanında/;  2)  aqar  lövhələrində  DPR;  3) 
aqarda  ikiqat diffuziyanın  kapilyar üsulu.
Reaksiyanın  spesifikliyinə  aqar  mühitinin  tərkibi,  orada  xö­
rək  duzunun  miqdarı,  mühitin  PH-ı,  reagentli  gözcüklər  arasın­
da  məsafə,  aqar  lövhəsinin  petri  fincanında  qalınlığı  və  s.  təsir 
göstərir.
Aqar gelində  kimyəvi  vasitələrinin  miqdarının  çoxluğu  pre­
sipitasiya  xəttinin  yaranmasına  mane olur.
Reaksiyanı  qoymazdan  əvvəl  aqarı  əridib  nazik  təbəqə  şək­
lində  petri  fincanına və  ya yağsızlaşdırılmış  əşya şüşəsi  üzərinə 
tökülür.  Aqar lövhəsinin qalınlığı 3-4 mm olmalıdır.  Aqar bərki- 
dikdən  sonra  xüsusi  ştamp  vasitəsilə  lövhə  üzərində  yuvacıqlar 
açılır.  Antigenlə  antitel  əlavə  edilmiş  gözcüklər  arasında  opti­
mal  məsafə  5-8  mm  olmalıdır.  Çünki  belə vəziyyətdə  presipita­
siya  daha yaxşı  və  tez yaranır.
Antigen  və anteli  gözcüklərə tökdükdən  sonra  bunları  370  S 
temperaturda  termostatda  48  saat  və  sonra  otaq  temperaturunda 
1  gün  saxladıqdan  sonra  nəticəs  yoxlanır.  Yoxlanılan  antigenlə 
spesifik  serum  arasında  aydın  nəzərə  çarpan  xətt  müşahidə  edi­
lirsə  reaksiya  müsbət hesab  edilir.
Komplementin  birləşməsi  reaksiyası  /KBR/ quşların  infeksi­
on  xəstəliklərinin  diaqnostikasında  geniş  şəkildə  tətbiq  olunan
65

serioloji reaksiyalardan biridir. Bu reaksiyanı  ilk dəfə  1901-ci  il­
də  Borde  və  Janqu təklif etmişlər.
Reaksiya  mürəkkəb  serioloji  reaksiyalara mənsub  olmaqla  2 
sistemdən:  1)  bakteriolitik və 2)  hemolitik sistemdən  ibarətdir.
Bakteriolitik  sistemdə  antigen,  yoxlanan  quşun  qan  serumu 
/antitel/  və  komplement,  hemolitik  sistemdə  isə  hemolizin  və 
qoç  eritrositləri  iştirak  edir.
Reaksiyanın  mahiyyəi  ondan  ibarətdir ki,  bakteriolitik  sistem­
də əgər antigenlə antitelin uyğunluğu varsa, yəni quş xəstədirsə bu 
zaman komplementi antien-antitel kompleks üzərinə əlavə etdikdə 
komlement bu  kompleks  tərəfindən  adsorbsiya  olunur  və  sərbəst 
halda qalmır.  Sonra hemolitik sistemi bakterioolitik sistemin üzəri­
nə əlavə etdikdə komplement səbəst halda olmadığı üçün o hemo- 
lizinlə  birləşib  onu  fəallaşdıra  bilmir  və  fəallaşmamış  hemolizin 
isə qoçun eritrositlərini  lizisə uğratmır. Nəticədə mixbər şüşəsinin 
dib hissəsində eritrositlərdən ibarət çöküntü əmələ gəlir.
Əgər  antigenlə  antitelin  uyğunluğu  yoxdursa  yəni  quş  sağ- 
lamdırsa  bu  zaman  komplement  antigen-antitel  kompleksi  tərə­
findən  adsorbsiya  olunmur  və  sərbəst  şəkildə  məhlulda  qalır. 
Hemolitik  sistemi  bakteriolitik  sistemin  üzərinə  əlavə  etdikdə 
məhlulda sərbəst halda olan komplement hemolizinlə birləşərək 
onu  fəallaşdırır  və  fəallaşmış  hemolizin  qoçun  eritrositlərini  li­
zisə  uğradır.  Nəticədə  mixbər şüşəsində qırmızı  rəngdə  məhlul 
nəzərə  çarpır.
Reaksiyanı  qoyduqda  əvvəlcə  hemolizin  işçi  titri,  sonra 
komplementin  işçi  titri  təyin edilməsi  və sonra  isə əsas reaksiya 
qoyulmalıdır.
Komplementin  birləşməsi  reaksiyası  4  müsbətlə  qiymətlən­
dirilir:
Müsbət  reaksiya:  ++++ / #) -75-100  %  eritositlərin  hemlizə 
uğramaması:
+++ 
Ф)
 -40-75  %  eritrositlərin  hemolizə  uğramaması;
66
++ / ) -şübhəli  reaksiya -20-40 % eritrositlərin hemolizə uğ- 
ramaması:
+ -10-20  %  eritrositlərin  hemolizə  uğramaması;  mənfi  reak­
siya:  0-eritrositlərin  tam  hemolizə  baş  verir.
K om p lem en tin   uzun  m üddəti  b irləşm əsi  reak siy asın ın  
/K U M B R /  əvvəlki  reaksiyalardafərqi  ondan  ibarətdir ki,  KBR- 
da  reaksiya  su  hamamında  37-38°S  temperaturda  getdiyi  halda, 
uzunmüddətli  birləşmə  reaksiyasında  nisbətən  aşağı  temperatu- 
rada  istifadə  edilir.  Nəticədə  reaksiyanın  gedişi  ləngiyir,  ancaq 
spesifikliyi  yüksəlir.
N ey trallaşm a  reaksiyası  /M R/  yüksək  spesifik  və  həssas 
reaksiya  olub  mahiyyəti  ondan  ibarətdir  ki,  virusların  və  bakte- 
riyaların  infeksion  təsirini  spesifik  immun  serumlar  neytrallaş- 
maq qabiliyyətinə malikdir.  Reaksiya ilk dəfə P.Erlix tərəfindən 
təklif edilmişdir.  Bu reaksiyadan virusların və bakteriyaların tip­
lərinin  müəyyən  edilməsi  üçün  istifadə  edilir.  Bundan  əlavə 
mikrobların  hasil  etdiyi toksinlərin tiplərinin təyinində də bu  re­
aksiya  yüksək  dərəcədə  spesifikliyi  ilə  səciyyələnir.
Neytrallaşma  reaksiyası  müxtəlif modellərdə:  TEF  kulturasın- 
da,  toyuq  embrionunun  xoriollantois  qişasında,  yaxud  cücələrdə 
qoyulur.  Reaksiya qoyulmazdan əvvəl  cücələr və ya embrionlarda 
titrləşdirilir və bu məqsədlə Rid və Menç üsulundan  istifadə edilir.
TEF  kulturasında  NR  qovulm ası.  Reaksiya  üçün  konta- 
minantlardan  azad  olan  ilkin  tribsinləşdirilmiş  TEF  kulturası 
götürülür.  24-28  saat  keçmiş  alınmış  yaxşı  təhqiqatlı  matrislər 
seçilir  və  1  ml.qida  mühitində  200-300  min  hüceyrə  konsentra- 
siyasında  subkultura  əldə  edilir.  Bu  subkulturaları  1,3  ml.  miq­
darında  pensilin  flakonları  və  ya mexbər şüşələrinə  tökülür.
Təfriq olunan  material  kimi  xəstəliyiin əvvəlində və bundan 
iki  həftə  keçmiş  quşlardan  götürülmüş qan  serumlarından  istifa­
də  edilir.  Bundan  əlavə  ölmüş  quşların  daxili  orqanlarının  sus- 
pensiyasında  istifadə  edilə  bilər.
67

Yoxlanılan materialın və hiperimmun spesifik  serumların  iq- 
la  mühitində  0,5ml.  həcmdə  olmaq  şərti  ilə  l:2-dən  l:128-dək 
müsbətində durultmalar hazırlanır.  Serumun  hər bir durultması- 
na  yoxlanılan  virus  suspenziyası  antibiotikli  iqla  mühitinə  də 
əlavə  edilir.  Qarışdırılır,  otaq  temperaturasında  saxlanılır  və  2 
saatdan  sonra  içərisinə  TEF  subkulturası  olan  pensilin  flakonla- 
rı  və  ya  mixbər  şüşələrinə  0,2  ml  dozada  tökülür.  Reaksiyanın 
nəticəsi  onun  qoyulmasından  5-6  gün  keçmiş  mikroskopiki  yol­
la  aparılır.  50 
%
  yoluxdurulmuş  hüceyrə  kulturasında  virusun 
10-100  LD50  dozasının  infeksion  təsirini  neytrallaşdıran  serum 
durultması  onun  titri  hesab  edir.  Bundan  əlavə  hüceyrə  kultura- 
sında neytrallaşma reaksiyasını onun virusa sitopatik təsiri  ilə də 
müəyyən  edilir.
Tovuq  em brionunda  NR  qovulm ası.  Mixbər  şüşəsinə 
tədqiq  olunan  qan  serrumu  0,13  ml,  199  mühiti  və  ya  fizioloji 
məhlul,  0,3  ml,  virus  antigeni  4  durultma  dərəcəsində  0,6  ml. 
töküb  otaq  temperaturasında  2  saat  saxlanılır.  Sonra  bu  qarışığı 
0,3  ml  dozada embrionları  xorioallantoriz qişasına  eneksiya edi­
lir.  Embrionları  370S  temperaturda  8  gün  inkubasiya  etdikdən 
sonra  nəticəsi  yoxlanılır.
N eytrallaşm a  reaksiyasını  cü cə lə rd ə   qovulm ası.  Reak­
siya  2  m ərhələdə qoyulur.  Birinci  mərhələdə  mixbər şüşəsi  da­
xilində  viruslar  qan  serumunun  2  saat  ərzində  kontaktı  həyata 
keçirilir,  2 -c i  mərhələdə  isə alınmış qarışıqla cücələr yoluxdu­
rulur.  Reaksiyanın  nəticəsi  əvvəlcə  8-ci  gündə,  sonra  isə 2  həf­
tə  ərzində  hər  3  gündən  bir  yoxlanılır.  Virus  cücələrdə  bioloji 
aktivlik  törətmirsə,  reaksiya  müsbət  hesab edilir.
Bakterial  etiologiyalalı  xəstəliklərdə neytrallaşma reaksiyası 
vasitəsilə ya məlum  antigen  əsasında antitelləri  müəyyənləşdir­
mək, ya da məlum antitel əsasında antigeni aşkar etmək üçün  is­
tifadə edilir.  Xəstəlik  törədicilərinin toksinlərinin və onların  tir­
lərinin  təyinində də  bu  reaksiya  mühüm  əhəmiyyətə  malikdir.
68
Reaksiyanı qoymaq üçün 2 ədəd sınaq şüşəsinin hər birinə təd­
qiq  olunan  materialdan  /  orqanların  fizioloji  məhluldan  ekstraktı, 
kültura və s.  / 0,5  və ya 0,3  ml  tökülür.  Sonra bu materiala  mikro- 
bun  tipinə məxsus olan diaqnostik serumdan  0,5  və ya 0,3  ml  əla­
və  olunur.  İkinci  nəzarət  mixbərindəki  tədqiq  olunan  materialın 
üzərinə serum  əvəzinə  fizioloji  məhlul  tökülür.  Qarışığı  möhkəm 
çalxaladıqdan  sonra  termostatda  370  S  temperaturda  45  dəqiqə 
saxlayıb bununla laboratoriya təcrübə heyvanlarının yoluxdurması 
aparılır. Tədqiq olunan  materialın xüsusiyyətindən  asılı  olaraq qa­
rışıq dəri  altı,  vena daxili  və qarın boşluğuna vurula bilər.
Nəzarət  qrupundakı  siçanların  100 % tə lə f olub,  digər qrup- 
dakıların  sağ  qalması  onu  göstərir  ki,  tədqiq  olunan  materialda 
seruma  müvafiq  antigen  və ya toksin vardır.
İmmunoflüoressensiva  reaksiyası  /İFR/  fluoroxrom  boyaları 
ilə  boyanmış  obyektlərin  lyuminissent  mikroskopiyasından  iba­
rətdir.
Reaksiya  2  üsulla  qoyulur.
Vasitəsiz və ya bir mərhələli üsul  və vasitəli  yaxud iki  mərhə­
ləli  üsul.  Vasitəsiz  üsul  baytarlıqda  daha  çox  istifadə  edilir.  Bu 
üsulda  əvvəlcədən  yağsızlaşdırılmış  əşya  şüşəsi  üzərinə  tədqiq 
olunan materialdan bir damcı qoyub, qurudurlar.  Sonra etil stpirtin- 
də  10-15  dəqiqə və ya  metil  spirtində 3-5 dəqiqə ərzində təsbi  et­
dikdən sonra bunun üzərinə  1  damla flüoroxrom boyası  ilə boyan­
mış serum əlavə edilir, 370 S temperaturda  15-30 dəqiqə saxladıq­
dan sonra bunu 0,01  molyar fosfar buferində 0,15  molyar natriym- 
xlorid  məhlulu  ilə  10-15  dəqiqə ərzində yuyub,  havada qurutduq­
dan  sonra  liiminissent mikroskop altında mikroskopiya edilir.
Mikrosikopiyanın nəticəsi visual qaydada işuq saçmasının in­
tensivliyinə görə  müəyyən  ediir və 4  müsbətlə qiymətləndirilir:
#  - güclü  parlaq  yaşıl  işıq  saçma;
* -  güclü  yaşılımtıl  işıq  saçma;
i   -
  hüceyrə  periferiyasında  sarımtıl-yaşıl  işıq  saçma;
69

+  -  hüceyrə  periferiyasında  zəif sarımtıl-yaşıl  və  ya  bozum­
tul  işıq  saçma.
İm m unoferm ent  analizi.  /İFA /.  İFA-  modifikasiya  qru­
pundan  ibarət olub  buna ELİSA  üsulu /enzimə-Linked  immuno­
sorbent  assay/ aiddir.  Bu  üsulun  mahiyyəti  antigen  və  antitellə- 
rin  nişalanması  üçün  fermentlərdən  istifadə  olunmasıdır.  Bu 
üsuldan  quşların  infeksion,  şiş  və  digər xəstəliklərinin  ilk  dövr­
lərinin  diaqnosikasında,  quşçuluq  təsərüfatlarda  epizootik  və­
ziyyətin  müəyyən  edilməsində,  postvaksinal  antitellərini  sə­
viyyəsinin  təyinində,  bioloji  və  mikrobioloji  sənayenin  məhsul­
larının  keyfiyyətinə  nəzarət  edilməsində  və  s.  istifadə  edilir.
Hal-hazırda  daha  çox  İFA-nın  bərkfazalı  variantı  və  o 
cümlədən  ELİSA  tətbiq  edilir.
ELİSA-nın  aşağıdakı  şəkildəyişmələri  mövcuddur:  rəqib 
ELİSA,  «sendviç»-ELİSA  /ikiqat  antitel  üsulu/  modofıkasiyası 
«sendviç»-ELİSA,  vasitəsiz  ELİSA  və  s.
Vasitəsiz  ELİSA  o  vaxt  tətbiq  olunur  ki,  tədqiqatçı  az  miq­
darda  antitellə  üzləşir.  Bu  variantda  növəleyhinə  nişanlanmış 
antitel  götürülür.  «Sendviç »  ELİSA  metodunun  əvvəlki  metod­
dan  bir çox  üstünlüyü  mövcuddur.  Birinci  müxtəlif antigenlərin 
aşkar  edilməsi  üçün  yalnız  bir  nişanlanmış  növəleyhinə  serum- 
dan  istifadə  edilir.  İkinci,  təmizləmə  və  markirovka  təcrübəsin­
də  çoxlu  miqdarda  nadir  spesifik  serum  sərf olunmur,  halbuki 
antiqlobulinlər  həmişə  kifayət  miqdarda  olur.  Üçüncü,  ikiqat 
«sendviç»  yüksək  dərəcədə  həssaslığa  malikdir,  çünki  spesifik 
antitelin bir malekulası bir neçə malckula nişanlanmış antiqlobu- 
Iinlə  reaksiya verir,  bu da siqnalın  güclənməsinə  səbəb  olur.
Nişanlanmış antitelləri  istifadə etməklə kəmiyyət  immunoa- 
nalizlərinin  bütün  variantları  aşağıda  göstərilən  üsütnlüklərə 
malikdir. 1)  Antigen  nişanlanmır,  ona  görə  də  onun  zədələnmə- 
si  və  ya  fiziki  kimyəvi  xüsusiyyətlərinin  dəyişməsi  qeyd  olun­
mur.  2)  Antitel  molekulları  daha  çox  stabildir,  nişanlama  zama­
70
nı  o  qədər  də  zədələnm ir  və  radiozitoplarla  nişanlanan  zamanı 
radiolizə daha çox davamlılıq göstərir. 3) Çətin nişanlanan və ya 
təm iz  halda  alınması  çətin  olan  antigenləri  təyin  etmək 
mümkündür.  4)  nişanlanmış  antitellərin  çox  istifadə  edilməsi 
nəicəsində  daha çox  həssaslıq  və spesifiklik  müşahidə  edilir.
Antitellər.  Serumların  qiymətləndirilməsi  göstəriciləri  bun­
lardır:  avidlik,  spesifiklik  və  əlverişlilik  KBR-da  istifadə  edilən 
aşağı titrli  serumlar çox vaxt İFA üçün kifayət qədər spesifik ol­
mur.
Bərk  fazalı  kəmiyyət  immunitestlərində  həm  bərk  fazanın 
hazırlanması  və  həm  də nişanlanma üçün ya -  qlobulin  fraksiya­
sını  və  ya  L  q  G.yaxud  da  immunosorbsiya  nəticəsində  alınmış 
təmiz antitellər  istifadə  edilir.
Bərk  cisimlər.  Nişanlanmış  reagentlər  istifadə  edilən  kə­
miyyət  immunoloji  metodlarla  azad  və  əlaqəli  nişanlanmanın 
ayrılması  mərhələsi  çox  vacibdir ki,  bura  da ən  sadə  üsul  bərk- 
fazalı  üsul  hesab edilir.  Bərk fazalı daşıyıcılar kimi  sintetik poli- 
merlər  -   polistirol,  polipropilen,  plivinil,  dakreil  və  s.  istifadə 
edilir.
Yuvulma  mərhələləri.  ELİSA  tip  heterogen  ferment  immu- 
noanalizləri  müxtəlif reagentlərin  bir sıra  seriyasından  ibarətdir 
və  burada  ardıcıl  şəkildə  yuylma  elə  aparılmalıdır  ki,  reagentin 
bir  mərhələdən  digərinə  keçilməsi  tam  təmin  edilmiş  olsun. 
Müxtəlif borucuqlar,  planşetlər  və  s.  məhluldan  azad  edilir  və 
tərkibində  tvin-20  olan  fosfat-bufer  məhlulunun  içərisində 
müəyyən qədər saxlanır.  Üç dəfə belə ardıcıl yuyulmadan  sonra 
planşet və  digər polimer daşıyıcılarını  qurudur  və  digər reagen- 
ti  əlavə edirlər.
Nəzarət nümunələri.  Yüksək  pozitiv  nümunənin  göstəricisi­
nin  JFA  vasitəsiz  variantında  neqativ  göstəriciyə  olan  nisbəti 
5:1-ə olmalıdır.  Serum  nümunəsinin  vasitəsiz nəzarətində digər 
serum  komponentləri  ilə  reaksiya  verən  sustansiyalar  ola  bilər
71

ki,  bu  zaman  xromotoqrafıya,  sentifıquraladınna  və  ya  hər  bir 
immunoqlobulinə  spesifik  olan  adsorbentlərdən  istifadə  etm ək­
lə  1  q  M  və ya  1  q  G-nin  ayrılması  meydana  çıxır.
Fennentlər və  substar sistemləri.  Marker kimi  götürülən  fer- 
mentlər  stabil,  yüksək  reaktiv,  təmiz,  ucuz  və  tətbiqi  zamanı 
ucuz olmalıdır.
Belə  təlabatlara  peroksidaza,  qələvi  fosfataza,  asetilxolines- 
teraza,  ribonukleaza  və  s.  cavab  verir.  Permentin  seçilməsi  təb- 
qiq  olunan  materialın  xüsusiyyətlərindən  və  onun  tədqiqi 
müddətindən  asılıdır.  Eyni  vaxtda  çoxlu  miqdarda  nümunənin 
analizi  zamanı  hansı  ki,  birinci  və  sont  nümunənin  tədqiq  olun­
ma müddəti tamamilə fərqlidir ELİSA metodun xətası arta bilər. 
Belə  hallarda  daha  çox  stabil  hidrolitik  fermentləri,  yəni  qələvi 
fosfatazanı  və -  qalaktozidazanı  götürmək  lazımdır.  Nümunədə 
olan  aktivator  və  ingibitorlardan  asılı  olan  ferm entlərin 
göstürülməsi  məsləhət  bilinmir.
Substraf kimi  qələvi,  fosfataza üçün  daha  çox  nitrofenolfos- 
fat  uyğun  gəlir.  Bu  həb  şəklində  buraxılır  və  bundan  asanlıqla 
və  həmiz  halda  işçi  məhlul  hazırlamaq  mümkündür.  Peroksida- 
zanı  aşkar etmək  üçün ən yaxşı  substar  ortofenilendiamin hesab 
edilir.
Ümumiyyətlə qələvi fosfataza və -  qalaktozidaza ilə nişanlan­
mış antitellərlə birlikdə ELİSA sistemi daha dəqiq nəticələr verir.
Fermentin  zülalla  konvuqasiva  metodu.  Fermentin  antigen 
və  ya  antitellə  birləşməsi  elə  həyata  keçirilməlidir  ki,  bunların 
hər  biri  maksimal  miqdarda  öz  aktivliyini  saxlaya  bilsin.  Bu 
məqsədlə ən azı  iki olaraq aktiv qrupla birləşə bilən agent tətbiq 
olunur.  Belə  agntlərə  misal  qluitaraldehidi,  natrium-peryodenti 
göstərmək  olar.
Nəticələrin vizual  şəklində təyini o vaxt tətbiq olunur ki, bu­
rada  «hə»  və  «yox»  cavabı  verilsin.  Nəticələrin  fotometrik 
üsulla  təyini  daha  dəqiqdir.  Burada  optiki  sıxlıq  /  M  +  )  göstə­
72
riciləri  styudet  kriterisinə  müvafiq  olaraq  müəyyənləşdirilir.
ELİSA-nın  avtomatlaşdırılması  məşədilə  «Dinatec»  tipli 
aparatlardan  istifadə  edilməsi  məqsədə  müvafiqdir.
Diaqnostik  dəst preparatları  bir neçə  tipə  bölünür:
1.  Virus  antigenləri  / orqan və ya  kulturalar  )
2. 
Peroksidaza  ilə  konyuqasiya  edilmiş  növ  əleyhinə  toyuq 
immunoqlobulini
3. 
Təyin  olunan  virusa  görə  təzə  və  ya  liofilizasiya  olunmuş 
nəzarət  hiperimmun  serum.
4. 
Toyuqların  təzə  və  ya  liofilizasiya  olunmuş  nəzarət  mənfi 
serumu.
5.  Nəzarət  mənfi  antigen.
Tədqiqat  işində  PH  7,4  olan  0,01  M  fosfat-bufer  məhlulun­
dan  istifadə edilir.  Bundan  yuma məqsədilə və  indikator sistemi 
üçün  2  bufer  hazırlanır.
Yuyucu  bufer  -   tərkibində  0,5  %  tvin-80  olan  fsfat-bufer 
məhluludur.
İndikator  sistemi  üçün  bufer  tətbiq  olunmazdan  əvvəl  tünd 
şüşə  daxilində  hazırlanır.hər  40  ml  fosfat-bufer  məhluluna  40 
mq  5-aminazalisil  turşusu  100  mq  əküz  serumu  albimini  əlavə 
edilir.
Reaksiyanın  gedişi  aşağıdakı  kimi  həyata  keçirilir.
1.  Peroksidaza ilə nişanlanmış növ əleyhinə tovuq embrionu- 
nun  titrləsdirilməsi.  l:10-də  ilk  durultma  hazırlanır  və  bundan 
isə planşetin gözcükləində  1:1000 və daha çox durultma dərəcə­
ləri  fosfat  bufer məhlulu  və normal  serumu  istifadə  etməklə ha­
zırlanır.  37° S  temperaturda 2 saat müddətində  inkubasiya etdiri­
lir.  Sonra  planşetin  gözcükləri  yuyucu  buferlə  3  dəfə  yuyulur. 
Sonra  hər  durultmaya  bərabər  həcmdə  indikator  sistemi  buferi 
tökülür.  37u  S  temperaturda  30  dəqiqə  inkubasiya  edildikdən 
sonra  nəticəsi  yoxlanır.
İntensiv  palıdı  rəng  və  bunun  qara  rəngə  çevrilməsi  baş  ve­
73

rirsə  reaksiya müsbət,  zəif palıdı  rəng -  şübhəli  və  rəngsizlik -  
mənfi  hesab  edilir.  Palıdı  rəng  qeyd  edilən  1  q  Ç-nin  maksimal 
durultması  onun  titri  hesab  edilir.
2.  Müsbət və  mənfi antigenlərin  1  g G-və qevri-spesifik əla­
qəsinin titrasivası.  Bu məqsədlə  1:2-dən  1:1024-ə qədər müsbət 
və mənfi  antigenlərin durultma dərəcələri  əldə edilir.  0,0125  ml 
həcmində  hər  bir  durultmadan  polistirol  gözcüklərinə  keçirilir 
və  adsorbsiya  məqsədlə  16-18  saat  ərzində  40°  S  temperaturda 
saxlanır.  Adsorbsiyadan  sonra  birləşmiş  antigen  gözcükdən  kə­
nar edilir və 3  dəfə yuyucu buferlə yuyulur.  Bundan  sonra bufer 
qalığını  kənar etmək üçün planşeti  çalxalayırlar.  Daha sonra ad­
sorbsiya  olunmuş  və  duruldulmuş  atigen  olan  gözcüyə  işçi  titr- 
dən götürülmüş  0,0125  mqlq  G əlavə  edilir və 45  dəqiqə  ərzin­
də 37°  S  temperaturda inkubasiya edilir.  Birləşmiş  IqG-ni  çalxa- 
lamaqla kənar edib, yuyucu buferlə 3  dəfə yuyulur.  Sonra bunun 
üzərinə  indikator  sistemi  buferi  əlavə  edilir.  30  dəqiqə  inkuba- 
siyadan  sonra nəticə  yoxlanır.
Hiperimmun  seruma  qarsı  müsbət  antigenlərin  titrləşdiril- 
məsi.  Kvadrat sxem əsasında atigeni  hiperimmun  serumla titrlə- 
dirirlər.  Müsbət  antigenin  l:2-dən  l :2048-ə  qədər  nisbətində 
durultmaları hazırlanır və şaquli  xətt boyunca  1-dən  10-cu sıraya­
dək 96  gözlüklü planşetin  gözcüklərinə əlavə edilir.  12-ci  şaqu­
li  sıraya  mənfi  antigenin  1:2-l:128-dək  durultmaları  tökülür. 
Bundan sonra adsorbsiya olunmaq məqsədilə planşet 4°S tempe­
raturda  16-18  saat saxlanır.  Birləşməmiş  antigenləri  adsorbsiya­
dan sonra  kənar edilir,  sonra  3  dəfə  yuyucu  buferlə  yuyulur.
Sonrakı  mərhələdə üfuqi  sıra gözcükləri hansı ki, A, B,  S, D, 
E,  F,  G,  H  hərfləri  ilə  qeyd  edilir  və  hiperimmun  serumun  du- 
rultmasından  0,0125  ml  miqdarında  l:10-dən  l:640-a  qədərdən 
başlayaraq  əlavə  edilir və  37°  S  temperaturda  1  saat  ərzində  in­
kubasiya  edilir.  İnkubasiya qurtardıqdan  sonra birləşməmiş  spe­
sifik  antitelləri  çalxalamaqla  kənar edilir.  Yuyucu  buferlə  3  də­
74
fə yuma apararaq, qalıq buferi kənar etmək üçün çalxalanır.  Sonra 
gözcüklərə  işçi  titrdə  IqG  hərəsinə  0.0125  ml  miqdarıda  əlavə 
edilir və yenidən 37° S temperaturda  1  saat inkubasiya edilir.  İnku- 
basiyadan  sonra  gözcüklərlər çalxalanmaqla  I q  G-dən  azad edi­
lir və 3  dəfə yuyucu buferlə yuyulur.  Bufer məhlul əvvəlki  qay­
da  üzrə  kənar  edildikdən  sonra  gözcüklərə  0,0125  ml  indikator 
sistemi  buferi  əldə  edilir,  37°  S  temperaturda  30  dəqiqə  inkuba­
siya edilir və  reaksiyanın  nəticəsi  yoxlanır.
Reaksiyanın  nəticəsi  yoxlanılan  zaman  ən  əvvəl  üfüqi  H 
hərfi  sırasına  və  Il-ci  şaquli  sıraya  diqqət  yetirilir.  Bu  sıraların 
bütün  gözciiklərində  boyanma qeyd  edilməməlidir.
Bundan  sonra  hiperimmun  serumun  mənfi  artigenin  durult- 
maları  ilə  birləşmə  dərəcəsi  müəyyən  edilməlidir.  l:2-dən  1:4- 
ə  qədər  reaksiyalarda  mənfi  və  ya  şübhəli  olmalı,  digər  mənfi 
antigenlərin  durultma  dərəcələrində  də  reaksiya  mənfi  olmalı­
dır.  Daha  sonra  müsbət  atigen  və  hiperimmun  serumun  litrləş- 
dirmə  nəticələrinin  tam  uçotu aparılır.
Müsbət  antigenin  titri  onun  elə  ən  böyük  durultma  dərəcəsi 
hesab  edilir  ki,  hiperimmun  serumun  maksimal  durultması  ilə 
müsbət  reaksiya  versin.
Əsas təcrübənin qoyulması. Gözcüklərin şaquli sırasını  A, B, 
S,  D,  E,F,  G, H  hərfləri  ilə, üfuqi  sırasını  isə  1-dən  12-dək  ərəb 
rəqəmləri  ilə  qeyd  edirlər.
Gözcüklərin  şaquli  А,  В,  C  sırasına  1:2  -   1:4  mənfi  antigen 
əlavə edilir,  gözcüklərin  üfüqi  D,  E,  F, G  sırasında  isə  işçi  titrdə 
müsbət antigen tökülür.  Sonra adsorbsiya məqsədilə planşeti  16- 
18  saat ərzində 4°  S  temperaturda  saxlayırlar.  Bundan  sonra  bir- 
ləməmiş antigeni  çalxalamaqla kənar edib 3  dəfə yuyucu  bufer­
lə  yuyurlar.  Buferin  qalığını  planşeti  süzgəc  kağızına  vurmaqla 
aradan  götürürlər.  Sonra  A,  D,  G  sıra  vertikal  gözcüklərə  1:10- 
də  tətbiq  olunan  serum  tökür В,  E  sıra gözcüklərinə  isə  1:10-də 
hiperimmun  müsbət  serum,  C,  F  sıra  gözcüklərin  isə  1:10-də
75

mənfi  serum  tökülür,  1  saat ərzində  37°  S  temperaturda  inkuba- 
siya  edilir.  Sonra  birləşməmiş  kompanentləri  sirkələm əklə  kə­
nar  edib  3  dəfə  yuyucu  buferlə  yuyurlar.  Gözcükləri  planşeti 
süzgəc  kağızına  vurmaqla  qurudurlar.  Bundan  sonra  1  q  G-ni 
gözcüklərə  töküb  yenidən  30-60  dəqiqə  ərzində  37°  S  tempera­
turda  saxlayırlar.  İnkubasiyadan  sonra  birləşməmiş  kompanent­
ləri  sirkələm əklə  kənar edib  3  dəfə  bufer  məhlulu  ilə  yuyurlar. 
Gözcükləri  əvvəlki  qayda  üzrə  qurulduqdan  sonra  gözcüklərə 
indikator sistemi  buferi  əlavə edib reaksiyanın  nəticəsi yoxlanır.
D sırası gözcüklərinə və E sıra gözcüklərinə məhlulda inten­
siv  boyanma  A,  B,  C,  F,  G  və  H  sıra  gözcüklərində  məhlulun 
boyanması,  E  sıra  gözcüklərində  isə  boyanma  və  A,  B,  C,  F,  G 
və  FI  sıra  gözcüklərində  boyanmanın  olmaması  isə  reaksiyanın 
mənfi  olmasını  göstərir.
Radioimmunoloji  analiz/RİA/.  Radioimmunoloji  analiz -  vi­
rus  və  antitellin  radioaktiv  yodla  nişanlanmasına  əsaslanmaqla 
kliniki  materiallardan  antitel  və  virus  agentlərinin  vasitəsilə  və 
vasitəsiz  ayrılmasının  sürətli  variasiyasından  ibarətdir.  Bundan 
əlavə  antitellərin  maye  fazada  adsorbsiyasının  rəqib  metodun­
dan  da  istifadə  edilir.  Bütün  bu  modifikasiyalar vasitəsilə  virus 
etiologiyalı  xəstəliklərə  görə  epizootik  vəziyyəti  öyrənilir.  Bu 
metod  ciddi  spesikfıkliyi,  yüksək  həssaslığı  və  xəstəliklərin  sü­
rətli  diaqnosikası  ilə  səciyyələnir.
Radioimmunoloji  analiz  3  üsulla  aparılır:  1)  bərkfazalı  vasi- 
təli  üsul,  2)  bərkfazalı  vasitəsiz üsul  və  3)  antitelin  maye  fazada 
adsorbsiyasının  rəqib  üsulu.
RİA-nın  bərk  yazalı  vasitəli  üsulu.  Yoxlanılan  materialda 
müxtəlif virus antigenlər təyin edilir.  Bu məqsədlə antitelləri bərk 
fazada  yəni  əvvəlcədən  duruldulma  titrində  qaramal  və  ya  yu­
murta  albumini  ilə,  selikonla  işlənmiş  polistinol  kiirəciklərində 
adsorsiya edirlər.  Adsorrbsiya olunmuş antellərin üzərinə antigen 
kim qanın  serumu, ağız suyu, tənəffüs yollarının  ifrazatları və  kal
76
istiffadə  edilir.  Qyed  olunan  axırıncı  3  materialı  əvvəlcədən  tə­
mizləyirlər,  yəni  N-asetilsisteyində  duruldub,  30  dəqiqə  ərzində 
sentrifuqadan  keçirirlər.  RH  6,0-10,0 olan  şəraitdə yaxşı  adsorb- 
siya gedir, fosfatlı və karbonatlı bufer məhlullarından istifadə edi­
lir. Otaq temperaturasında zülalın adsorbsiyası 6-10 saata başa gə­
lir,  ancaq  bir  qayda  olaraq  qeyd  olunan  inkubasiyanı  18-24  saat 
müddətində  həyata  keçirirlər.  Bundan  sonra  təyin  olunan  virusa 
spesifik və əvvəlcədən radioaktiv yodla/125/ nişanlanmış  indika­
tor  antitelləri  əlavə  edilir.  Hiperimmun  serumu  ada  dovşanlarını 
və ya hind donuzlarını  təmizlənmiş  virionlarla /Nyukasl  xəstəliyi 
virusu, qrip virusu/ və ya virus zülalları  ilə, xüsusilə adenovrusla- 
rın  nukleoproteinləri  ilə  immunizasiya etmək  yolu  ilə əldə  edilir. 
2  saylı  cədvəldə  heyvanların  immunizasiya sxemi  göstərilir.
Cədvəl 2.  Virus əleyhinə antitellərin  alınm ası üçün  heyvan­
ların  im m unizasiya sxem i
Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin