İnfeksion xəstəliklər zam anı quşların müalicəsi
İnfeksion xəstəliklərdə müalicə epizoodiya əleyhinə təd
birlər sisteminin tərkib hissəsi olub, məqsədt xəstəliyin törət
diyi səbəbləri aradan götürmək və onların məhsuldarlığını bər
pa etməkdən ibarətdir.
İti gedişli infeksion xəstəliklərdə müalicə yardımının ləngi
məsi quşlarda kütləvi tələfata səbəb olur. Bundan əlavə bəzi in
feksion xəstəliklər zamanı müalicənin ləngidilməsi ilə əlaqədar
olaraq sonradan müalicəsi çətinləşən hər cür mürrəkəbləşmələr
baş verir. Ona görə də infeksion xəstəliklərin müalicəsində ən
əsas şərt diaqnozun dəqiq olması və müalicənin vaxtında aparıl
masıdır.
İnfeksion xəstəliklər zamanı quş orqanizminin tez və tam şə
kildə patogen mikroorqanizmlərdən azad etmək heç də həmişə
mümkün olmur. Xəstəlik keçirmiş quşlar uzun müddət infeksiya
törədicisinin mənbəyi kimi özünü göstərərək amil daşıyan olur
və patogen mikroorqanizmləri xaricə ixrac edir.
Xəstəliyin müalicə edilməsi o zaman məqsədəuyğundur ki,
müalicə səmərəli olsun, yəni infeksiya törədiciləri orqanizmdə
tamamilə məhv edilsin. Əgər xəstəliyin müalicəsi üçün uzun
müddət vaxt və xeyli miqdarda maddi vəsaitin xərclənməsi tə
ləb olunursa, bu zaman müalicə aparılmasına icazə verilmir.
Müalicə dövründə xəstəlik uyğun zoogigiyeniki şəraitdə
saxlanmalı, asan həzm olunan yüksək keyfiyyətli yemlərlə tə
min edilməlidir.
Müalicənin nəticəsi dərman maddələrinin vaxtında tədbiqi
və düzgün dozalaşdırılmasından, dərmanın təsir dozasının orqa
nizmdə müəyyən sabitliyinin təmin edilməsindən, dərman mad
dələrinin düzgün növbələşdirilməsi və şairədən asılıdır. Müa
licə fərdi və qrup şəklində aparıla bilər. Quşçuluqda qrup şək
lində müalicədən daha çox istifadə edilir. Müalicə dövründə or
90
qanizmin ümumi rezistenliyi aşağı salan foktorlar, xüsusilə
stress-amillər aradan götürülməlidir.
Müxtəlif infeksion xəstəliklərə qarşı universal müalicə üsu
lu və vasitəsi yoxdur. Ona görə də hr bir xəstəlik üçün konkret
müalicə üsulu onun epizootoloji xüsusiyyətləri, amilin orqaniz
mə daxil olma yolu və xəstəliyin patogenezi nəzərə alınmaqla
aparılmalıdır.
Bəzi infeksion xəstəliklərdə xəstəliyi keçirmiş quşlar
müəyyən müddət ərzində patogen amili öz orqanizmində gəzdi
rir və şübhəsiz infeksiya törədicisinin mənbəyinə çevrilir. Zoo-
antroponozlar zamanı quşlar insanları da yoluxdura bilər. Ümu
miyyətlə, xəstə quşlar o vaxtlar müalicə edilir ki, bu tədbir iqti
sadi cəhətdən səmərəli olsun, bununla əlaqədar olaraq, quşların
bir çox xətəliklərində və xüsusilə qripdə, nyukasl xəstəliyində,
ornitozda, quşların inyeksion larenqotlaxeyitində xəsətələ
öldürülür və cəsədlər isə yandırılmaqla zərərsizləşdirilir. Bir
çox infeksion xəstəliklərdə isə səmərəli müalicə vasitəsi olma
dığına görə, onlarda da müalicə aparılmır və profilaktiki tədbir
lərə üstünlük verilir.
Quşların infeksion xəstəlikləri ilə mübarizə aparılmasının
çoxillik nəticələrinə əsaslanaraqa, hazirda epizootiya əleyhinə
tədbirlər kompleks xarakterə malik olmalı və epizootik zəncirin
hər üç elementinə, yəni infeksiya törədicilərinin mənbəyinə,
amilin xəstələrdən sağlamlara verilmə yollarının ləğv edilməsi
nə və quşların ümumi və spesifik davamlılığının yüksəldilməsi
nə yönəldilməlidir.
Alimentar infeksiyalarda quşların ayralması, yeməlnmənin,
suvarmanın və təsərrüfatda baytarlıq-sanitariya vəziyyətinin
yaxşılaşdırılmasıayumlərin və auyün xəstəlik törədiciləri ilə çir
klənməsinin qarşısının alınması, spesifik müalicə və profilaktik
vasitələrin tədbiqi xəstəliklərlə mübarizədə ən əsas şərtdir.
Respirator infeksiyalar zamanı amilin orqanizmə aerogen
91
yolla daxil olması ilə əlaqədar olaraq epizootiya əleyhinə təd
birlərdə xəstələrin ayrılması, quş binalarının dizenfeksiyası, qu
şlar üçün optimal mikroiqlim şəraitinin yaradılması, müalicə-
profilaktika vasitələrinin tətbiqi mühüm hesab edilir.
Transmassiv infeksiyaladrda dezinfeksiya və dizensreksiya
tədbirlərinin yerinə yetirilməsi vacibdir.
Quşların infeksion xəstəliklərinin müalicəsində spesifik, qey-
ri-spesifık və simptomatik müalicə vasitələrinjən istifadə edilir.
Spesifik müalicə. Müalicə vasitələrinin təsiri yalnız infek-
siya törədicilərinə qarşı yönəldilməklə aparılan müalicəyə spe-
siik müalicə deyilir. Bu məqsədlə spesifik serumlardan, qammaqlo-
bulinlərdən bakteriofaqlardan, antoqonist mikrob preparatların
dan, antibiotiklərdən və kimyəvi müalicə vasitələrindən istifadə
olunur.
Serumla müalicə baytarlıq təcrübəsində mühüm əhəmiyyətə
malikdir. Bu məqsədlə müxtəlif spesifik serum və qamma qlo-
bilinlər işlədilir. Serumların təsir mexanizmi ondan ibarətdir ki,
bunların tərkibində olan antitellər infeksiya törədicilərinə spesi
fik təsir göstərir, orqanizmin hüceyrə və toxumalarının aktivli
yini yüksəldir.
Müalicə serumları 3 qrupa bölünür: spesifik hiperimmun se-
rumlar, rekonvalisent serumlar və qamma-qlobilinlər.
Spesifik hiperimmun serumlar infeksion xəstəliklərə tutul
muş heyvan və quşların müalicəsi üçün daha çox işlədilir. Bun
ların təsir mexanizmi ondan ibarətdir ki, hazır şəkildə orqaniz
mə kifayət dərəcədə immun cisimlər yeridilir, bunlar isə infek
siya törədicilərinin və onların etdikləri toksinləri neytrallaşdırır.
Bundan əlavə serumun tərkibində olan qeyri-spesifik kompa-
nentləri orqanizmin hüceyrə və toxumalarını fəallaşdırır ki, bu
da mikroorqanizmlərin ümumi rezistentliyini yüksəldir.
Tərkibindəki antitellərin xüsusiyyətlərindən asılı olaraq, spe
sifik serumlar antimikrob və antitoksik olmaqla 2 yerə bölünür.
92
Antimikrob serumlar xəstəlik törədicisinə, antitoksin serumlar
isə onların toksinlərinə təsir göstərir. Alınma xüsusiyyətinə görə
serumlar monovalent və polivolent olur. Monovalent serumları
əldə etmək üçün heyvanların yalnız bir infeksiya törədicisinin
ştamları ilə hiperimmunizasiya edilir. Polivolent serumları hazır
lamaq üçün heyvanlar müxtəlif infeksiya törədicilərinin ştamları,
yaxud onların toksinləriilə hiperimmunizasiya olunur.
Son zamanlar bəzi infeksion xəstəliklərin müalicəsi üçün
spesifik qamma-qobulinlərdən istifadə edilir. İmmunoqlobulin-
lərin üstünlüyü preparatda atitellərin konsentrasiyasının yüksək
olması, anafılaktogen və antigen xüsusiyyətlərinin aşağı düşmə
si ilə səciyyələnir.
Quşların faqla müalicəsində spesifik bakteriofaqlardan isti
fadə edilir. Pulloroz, stafilokokkoz və streptokokkozda spesifik
faqlar müalicəvi xüsusiyyətə malikdir.
Antoqonist-mikrob preparatları madə-bağırsaq sistemi xəs-
təlikərində yüusək müalicə xassəsi ilə özünü göstərir. Eşerixiya
və samonella qrupu mikroorqanizmlərinin inkişafının qarşısını
almaq üçün pasterizasiya edilmiş südlə və ya ət-peptonlu bulyon-
da becərilmiş asidofil çöplərinin kulturasından və propion-asido-
fil bulyon kulturasından istifadə edilir.
Quşların infeksion xəstəliklərinin müalicəsində kimyəvi maddə
lər daha çox istifadə edilir. Bunların tərkibi üzvi və qeyri-üzvi bir
ləşmələrdən ibarətdir. Kimyəfı preparatlar etiotrop xüsusiyyətə ma
lik olub, müəyyən qrup mikroorqinimzlərə seçici təsir göstərir.
Kimyəvi maddələrin mikroblara təsir mexanizmi ondan ibarətdir ki,
bunlar mikroblarda maddələr mübadiləsini pozur və yaxud onların
həyatları üçün zəruri olan strukturasını zədələyir. Nəticədə mikrob
hüceyrəsinin divarının keçiriciliyi yüksəlir, tənəffüs prosesi dəyişi
lir, nuklein turşularının replikasiyası və zülal sintezi pozulur.
Kimyəvi müalicə vasitələrindən baytarlıqda sulfanilamidə-
lər və nitrofuran birləşmələri işlədilir.
93
Sulfanilamidlər sulfanil turşusunun törəmələrindən ibarət
olub əksər növ mikroorqanizmlər, aktinomisetlər və digər mik-
roorqanizmlər üçün aktivdir. Onlar eyni zamanda quş orqaniz
mində iltihab reaksiyasını söndürür, faqositozu stimullaşdırır,
intoksikasiyanı aşağı salır.
Sulfanilamidlərin təsir mexanizmi ondan ibarətdir ki, bunlar
mühitdən mikrobun həyatı üçün zəruri olan vasitələri, xüsusilə
paraaminobenzoy turşusunu sıxışdırıb çıxarır və özü onun yerini
tutur, nəticədə mikrobun inkişaf! dayanır.
Sulfanilomid preparatlarından düzgün istifadə etmədikdə
mikroorqanizmlərdə onlara qarşı uyğunlaşma baş verir və nəticə
də sulfanilamidlərə davamlı mikrob irqləri yaranır.
Sulfanilamlərin təsir gücü müalicə kursunun düzgün aparıl
masından asılıdır. Preparatlardan istifadə etdikdə mikroorqa-
nizmlərin onlara həssaslıq dərəcəsi, müalicə aparılmasının
müddəti, makroorqanizmin fizioloji vəziyyəti nəzərə alınmalıdır.
Orqanizmdə sorulma, təsir etmə və ixrac olunma tezliyindən
asılı olaraq sulfanilamidlər 5 qrupa bölünür:
1)
Həzm orqanlarından pis sorulan sulfanilamidlər. Belə re-
paratlar bağırsaq infeksiyalarında işlədilir. Bu qrupa misal ola
raq ftalazol, ftazin, sulgin və s. göstərmək olar.
2)
Ümumi təsirə malik olan sulfanilamidlər. Bunlar həzm
traktından asan sorulur və orqanizmdən gec ixrac olunur. Bu
qrupun nümuyəndələrəri norsulfazol və sulfadimezindir.
3)
Asan sorulan, sidikçıxarıcı yollarla yığılan və burada
böyük konsentrasiyada toplanan sulfanilamidlər. Bu qrupa uro-
sulfan aid olmaqla böyrək və sidik çıxarıcı yolların xəstəlikləri
zamanı tətbiq olunur.
4)
Prolonqasiya təsirli sulfanilamidlər. Bunlar orqanizmdə
zülalla möhkəm birləşmə əm ələ gətirir və uzun müddət orqa
nizmdə qalır. Əsasən respirator orqanların zədələnmələrini tö
rədən xəstəliklərdə işlədilir. Bu qrupa sulfapiridazin, sulfalen,
94
sulfadimetoksin və başqaları aiddir.
5)Yerli olaraq işlədilən sulfanilamidlər. Bunlar əsasən yara
ların müalicəsində işlədilir və nümayəndəsi isə streptosiddir.
Sulfanilamidləri antibiotik və vitaminlərlə birlikdə işlətdik
də daha yaxşı nəticə verir.
Nitrofuran birləşmələri geniş təsir dairəsinə malik olmaqla
əksər növ mikroblara, habelə bəzi viruslara təsir göstərir. Bun
ların təsir mexanizmi ona əsaslanmışdır ki, mikrob hüceyrələ
rində oksidləşdirici prosesləri dayandırır, eritopoyezi sürətlən
dirir və nəticədə qanda şəkərin, ümumi zülalın, qalıq azotun və
fosforun miqdarı artır. Nitrofuran birləşmələrində furazolidon,
furazilin, furagin və s. infeksion xəstəliklərin müalicəsi üçün iş
lədilir. Bunlar daha çox pullorozla, salmolnellyozla və kolibak-
teriozlarla xəstə quşları müalicəsində tətbiq olunur.
Antibiotiklər bioloji aktiv maddələr olub, müxtəlif orqa-
nizmləin həyat fəaliyyəti zamanı meydana çıxır. Bunlar bakterio-
sid, funqisid, bakteriostatik və funqiostatik təsirə malikdir. An
tibiotiklərin həmçinin mikoplazmalar, ıikketsiyalar, bəzi ibtidai
lər və helmentlərə də təsir göstərir.
Təsir dərəcəsinə görə antbiotiklər 2 qrupa bölünür:
ljM əhdud təsir dairəsinə malik olan antibiotiklər. Bu qrupa
yalnız qram-miisbət təsir göstərən penisillin və onun törəm ələ
ri eritromisin, oleandomisin və s. və qram mənfi mikroorqa-
nizmlərə təsir göstərən polimiksinlər daxildir.
2)Geniş təsir dairəsinə malik olan antibiotiklər. Bu qrupa tct-
rasiklin və onun törəmələri, xlortetrasiklin, oksitetrasiklin, levo-
misetin, streptomisin, monosimin və s. daxildir.
Qrizeofulyin, nistatin, levorin antibiotikləri isə yalnız mikro-
skopik göbələklərə təsir edir.
Antibiotiklərin yüksək effektliliyi onun düzgün işlədilmə-
sindən asılıdır. Xüsusilə xəstəlik törədicilərinin hər hansı anti
biotikə həssaslığı, müalicə zamanı antibiotiklərin düzgün qrup-
95
laşdırılması və növbələşdirilməsi, orqanizmə yeridilmə üsulu,
düzgün terapevtik doza, infeksiyalar arasındakı fasilə və müa
licə müddətinin düzgün təyin edilməsi antibiotiklərin müalicə
efeektliyini yüksəldir.
İnfeksion xəstəliklər zamanı antibiotikləri tətbiq etməklə
xəstəliyin tez aradan götürülməsinə və infeksion prosesin yayıl
masının qarşısının alınmasına səbəb olur.
Adətən penisillin və onun törəmələrinin tədbiqindən 1 gün,
tetrasiklin qrupu və polimiksinin tətbiqindən 3 gün, streptomi-
sin, monomisin və kanamisinin tətbiqindən 7 gün, bitsilin qrupu
antibiotiklərinin tətbiqində 6giin, ditetrasiklinin tətbiqindən 25
gün və dibiomisinin tətbiqindən 30 gün sonra quşlar vaksinasiya
edilə bilər. Antibiotiklərin fasiləsiz işlədilmə müddəti müalicə
məqsədilə 7 gündən artıq olmamalıdır.
Peroral yolla antibiotikləri tətbiq etdikdə bunları yem və su
ilə həyata keçirirlər. Mədə-bağırsaq şöbəsində parçalana bilə
cək antibiotikləri (penisillin və onun törəmələri) peroral yolla
işlətmək olmaz. Bundan əlavə həzm şöbəsindən orqanizmə so
rulmayan antibiotiklərin, xüsusilə streptomisin, kanamisin, mo
nomisin, nistatin, polimiksin və s. peroral yolla tətbiqi əhəm iyy
ətsizdir.
Son zamanlar quşların mədə-bağırsaq şöbəsinin pozuntusu
ilə özünü göstərən xəstəliklərin müalicəsi üçün kompleks neo-
misin və polimiksin preparatlarından istifadə edilir.
Kompleks neomisin preparatının tərkibi neomisin, xlortetra-
siklin, furazolidon və askorbin turşusu qarışığından ibarətdir.
Kompleks polimiksin preparatının tərkibinə isə polimiksin-M,
xlortetrasiklin, furazolidon və askorbin turşusu daxildir.
Bu qeyd edilən kompleks preparatların tərkibi kimyəvi və
farmakoloji xüsusiyyətlərinə görə uyğundur, biri digərini ta
mamlayır və yüksək müalicəvi xassə ilə özünü göstərir.
Quşların ət üçün kəsilməsindən müəyyən müddət əvvəl on
96
larda antibiotiklərdə müalicə aparılmamalıdır. Belə ki, penisillin
və onun törəmələri, həmçinin oleondomisinlə müalicə aparılıb-
sa
I
gün, tetrasiklin qrupu və polimiksinlə 3 gün, streptomisin,
kanamisin və monomisinlə 7 gün, dibiomisinlə 30 gün və ditet-
rasikliknlə müalicə aparılıbsa 25 gün keçmiş həmin quşların ət
üçün kəsilməsinə icazə verilir.
Qeyri-spesifik müalicə.
Quşçuluq təsərrüfatlarında orqaniz
min ümumi rezistentliyini yüksəldilməsinə yönəldilən vasitələr
lə aparılan müalicəyə qeyri-spesifik müalicə deyilir. Bu məq
sədlə qeyri-spesifik stimuledici preparatlar və fizioterapiya üsul
larından istifadə edilir.
Stimuledici təsirə malik olan preparatlar təsir xüsusiyyətlə
rinə görə şərti olaraq 2 yerə bölünür: qeyri-spesifik və nisbi-spe-
sifık preparatlar. Qeyri-spesifik preparatlar bütün orqanizmə,
nisbi-spesifik preparatlar isə müəyyən orqana daha çox təsir gö
stərir.
Stimuledici preparatların təsiri bir çox faktorlardan, xüsusilə
orqanizmin ümumi vəziyyətindən, fərdi xüsusiyyətlərindən, iş
lədilən preparatın fəallığından, dozasından və s. asılıdır.
Qeyri-spesifik vasitələri əsasən kənd təsərrüfatı heyvanla
rında daha çox tətbiq olunur ki, bunlara misal olaraq süd, prote
in, qan, histolizatlar, toxuma preparatları, antiretikulyar sitotok-
sik serum və interferonla müalicəni göstərmək olar.
Simptonıatik müalicə.
Kənd təsərrüfatı heyvanları və quş
ların infeksion xəstəlikləri zamanı orqanizmin müxtəlif funksiya
larının normallaşmasına yönəldilən müalicəyə simptomatik
müalicə deyilir. Xəstəlik nəticəsində yaranmış simptomların
aradan götürülməsi üçün ürək-damar sisteminin fəaliyyətini ni
zamlayan, temperaturam aşağı salan, büzüşdürücü və s. vasitələr
işlədilir. Ümumiyyətlə infeksion xəstəliklərə tutulmuş quşların
müalicəsin üçün kompleks mübarizə aparılmalı, eyni zamanda
onların yemləməsi və saxlanma şəraiti yaxşılaşdırılmalıdır.
97
Son zamanlar müalicə vasitələri aerozol halında geniş şəkil
də istifadə edilir. Bu üsulun üstünlüyü onun istifadə cəhətdən
daha effektli olmasıdır. Müalicə vasitələri aerozol halında orqa
nizmə tez və asanlıqla daxil olur. Müəyyən edilmişdir ki, müa
licə vasitələri aerozol halında ağciyərə daxil olduqda çox tez qa
na keçir və qısa müddətdə qan vasitəsilə əksər orqan və toxu
malara yayılır. Aerozol üsulun digər mühüm üstünlüyü ondan
ibarətdir ki, müalicə vasitələri bu üsulda ağçiyərdən kiçik qan
dövranına daxil olur. Demək müalicə vasitələri qaraciyərə daxil
olub parçalanmazdan əvvəl bütün orqanizmə yayılır. Antibiotik
lərin aerozol halında tətbiqi daha yaxşı nəticə verir. Ayrı-ayrı
müəlliflər göstərirlər ki, aerozol üsulla ağciyərdə antibiotiklərin
istənilən konsentrasiyasını yaratmaq mükündür.
Quşların bir çox iti gedişli septiki və respirator xəstəlikləri
zamanı antibiotiklərin və digər müalicə vasitələrinin aerozol ha
lında işlədilməsi yüksək müalicə effektinə malikdir.
Hazırda quşların pasterellyozu, Nyukasl xəstəliyi, infeksion
larinqotraxeiti, respirator mikroplazmozu və kolibakteriozu za
manı müalicə vasitələri aerozol halında tətbiq edilir. Quşçuluq
təsərrüfatları və fabriklərində müxtəlif xəstəlik törədicilərinin
aerogen yolla orqanizmə daxil olmasının qarşısını almaq üçün
havanın aerozol yolla zərərsizləşdirilməsi böyük əhəm iyyətə
malikdir. Bu zaman həm havanın mikroflorasının bəzi nümayən
dələri məhv olur, həm də quşların tənəffüs yolları mikroorqa-
nizmlərlə yoluxmadan qismən azad olur.
DEZİNFEKSİYA
Dezinfeksiya - xarici mühit obyektlərində patogen və şərti
patogen mikroorqanizmlərin müxtəlif üsul və vasitələrlə məhv
edilməsinə deyilir. Quşçuluq təsərrüfatlarının müxtəlif obyekt
lərinin vaxtında və keyfiyyətli dezinfeksiyası təsərrüfatda stabil
98
və davamlı epizootik statusun saxlanmasında ən mühüm tədbir
lərdən biridir. Xarici mühit obyektlərində patogen mikrobları
məhv etməklə epizootik prosesin baş verməsinin qarşısı alınır.
Ona görə də epizootiya əleyhinə tədbirlərdə, ən əsas işlərdən
biri dezinfeksiyanın aparılmasıdır.
Dezinfeksiya anlayışını sterilizasiya və zərərsizləşdirmə an
layışlarından fərqləndirmək lazımdır. Belə ki, dezinfeksiya in-
feksiya törədicilərinə qarşı aparılan qırıcı tədbir olduğu halda,
sterilizasiya həm patogen, həm də şərti patogen, həm də sapro-
fıt mikroorqanizmləri məhv edir. Zərərsizləşdirmə zamanı isə
patogen mikroblarla yanaşı onları toksinləri də inaktivləşdirilir.
Ancaq praktiki olaraq dezinfeksiya, sterilizasiya və zərərsizləş
dirmə anlayışları arasında kəskin sərhəd qoymaq düzgün deyil.
Çünki dezinfeksiya zamanı obyektlər üzərində olan saprofıt mi-
kroblar da məhv olur, yaxud sterilizasiya aparıldıqda mikroblar
la yanaşı onların həyat fəaliyyəti məhsulları, yəni toksinləri də
zərərsizləşdirilir.
Dezinfeksiyada bir-birini tamamlayan 2 mühüm iş yerinə ye
tirilir, yəni əvvəlcə mexaniki təmizlik aparılır, sonra dezinfek
siya vasitələri tətbiq edilir. Mexaniki təmizlik nəticəsində dezin
feksiya vasitələrinin xəstəlik törədicilərinə təsiri üçün əlverişli
şərait yaranır və onların üzvi maddələr tərəfindən adsorbsiyası
baş vermir.
Müəyyən olunmuşdur ki, quşçuluq binaları və onların ətraf
larında mexaniki təmizlik pis aparıldıqda kimyəvi dezinfeksiya
vasitələri obyektlərin səthini örtən həmin üzvi maddələrlə qarşı
lıqlı əlaqəyə girir və onlar tərəfindən adsorbsiya olunur. Nəticə
də bu vasitələrin bakterisid təsiri azalır, yaxud tam şəkildə itir.
Dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarla
rın aşağı hissələrinin, arakəsmələrin təmizliyinə diqqət yetiril
məlidir. Mexaniki təmizliyin asan və yaxşı getməsi üçün hər m2
sahəyə 0,5 litr 1%-li kalsiumlu soda məhlulu ilə çiləmə aparıl
99
malı, sonra isə su ilə peyin tam təmizlənə qədər təzyiqlə yuyul
malıdır. Mexaniki təmizlikdən sonra ventilyasiya qurğusu işə
salınır və obyektlər quruyana qədər gözlənir.
Aerozol və qaz halında dezinfeksiya vasitələrindən istifadə et
dikdə obyektlərin qurudulmasının daha böyük əhəmiyyəti vardır.
Ancaq obyektlərin səthini dezinfeksiyadan əvvəl zəif dərəcədə
nəmləndirdikdə dezinfeksiyanın effektliliyi güclənir. Hazırda tə
sərrüfatın tipi və quşların saxlanma texnologiyasından asılı olaraq
dezinfeksiya vasitələri məhlul, aerozol və qaz halında tətbiq edilir.
Məhlul halında dezinfeksiya üsulundan daha çox istifadə
olunur. Bu üsulda mühitin temperaturu çox mühüm əhəm iyyətə
malikdir. Aşağı temperatur şəraitində bir çox dezinfeksiya vasi
tələrinin məhlullarının dissosiasiyası zəifləyir, bu isə kimyəvi
maddələrin mikrob hüceyrəsinə diffuziyasının çətinləşdirir.
Temperaturun yüksəlməsi kimyəvi reaksiyaları bir neçə dəfə
sürətləndirir. Dezinfeksiya məhlulları nə çox aşağı, nə də çox
yüksək qatdıqda istifadə edilməlidir. Çünki aşağı qatdıqda dezin
feksiya məhlulu mikroba bakteriosid təsir göstərmir, yüksək qa
tdıqdan istifadə isə artıq xərcə səbəb olur.
Sərf olunan dezinfeksiya məhlulu mikrobun olduğu mühitin
xüsusiyyətindən və onun həmin maddəyə həsaslıq dərəcəsində
asılıdır. Dezinfeksiya məhlulları obyektlər üzərinə güclü axın
halında, yaxud xırda damlalar şəklində aparılır. Güclü axın za
manı məhlul daha çox sərf olunur, digər üsulda isə məhlul xırda
damlalar şəklində obyektin səthini hərtərəfli isladır.
Quşçuluq təsərrüfatlarında aerozol üsulla dezinfeksiya daha
çox tətbiq olunur. Aerozollar bərk və ya maye hissəciklər olub,
havada asılı halda qalır və belə vəziyyətdə hər cür obyektlə tə
masda olur, obyektdən əlavə həm də quş binalarının havasını da
zərərsizləşdirir. Dezinfeksiya vasitələrinin məhlul halında tətbi
qinə nisbətən aerozol üsulla məhlul bir neçə dəfə az zərf olunur.
Bundan əlavə aerozol üsulla dezinfeksiya vasitələri çox xırda
100
hissəciklər halına salındığına görə onların səthləri çoxalır, bu
isə dezinfeksiyanın səmərəliliyini yüksəldir.
Aerozol üsulla dezinfeksiya binada quş olan şəraitdə aparılır.
Bu zaman bina daxilində hermatiklik yaradılmalı, bina daxilində
temperatur 17-22°S həddində, nisbi nəmlik isə 60-95% olmalı
dır. Əgər obyektlərin səthi çox nəmlidirsə aerozol dezinfeksiya
nın keyfiyyəti pisləşir, çünki həmin səthlər üzərinə çökən aero
zol hissəciklər əlavə olaraq buradakı nəmli mühitdə həll olur və
preparatın konservasiyası zəifləyir.
Qazla dezinfeksiya hermetik qapalı binalarda poliamid plyon-
kalar altında aparılır. Qazlar yalnız nəmli şəraitdə mikroblara
öldürücü təsir göstərir. Belə ki, onlar nəmli mühitdə həll olaraq
mikroorqanizmlər üçün toksiki olan birləşmələr əmələ gətirir.
Ona görə də qazla dezinfeksiya aparmazdan əvvəl binalar kifayət
qədər su ilə isladılır. Dezinfeksiyaedici qazlar tətbiq edildikdən
sonra binanın bütün sahələrinə bərabər nisbətdə yayılır və obyekt
lərin uduculuq qabiliyyətindən asılı olaraq onlar tərəfindən ad-
sorbsiya olunur. Dezinfeksiyadan sonra binaların qapı və pəncərə
ləri açılmalı, ventilyasiya qurğuları işə salınmalıdır ki, qaz halında
olan zəhərli birləşmələr buradan təmizlənsin. Xüsusiyyətlərindən
asılı olaraq bəzi obyektlər qazlı birləşmələri az, digərləri isə çox
saxlayır. Qazla dezinfeksiya məqsədilə baytarlıqda OKEBM pre
paratı, bromlu metil, formaldellid və xlordan istifadə edilir.
Dostları ilə paylaş: |