D a vam lılığı.
E. coli yüksək temperatura təsirindən tez məhv
olur. Beləki, bunlar 60°S Temeraturda 15 dəqiqəyə, 100°S-yə isə
ani olaraq inaktivləşir. Amil peyində 1 ay, su və torpaqda isə 2-
3 ay sağ qalır. Kimyəvi dezinfeksiya vasitələrindən karbol tur
şusu, formaldehid, xlorlu əhəng, natrium qələvisinin 2-3%-li
məhlulları amili qısa müddətdə məhv edir.
Müəyyən edilmişdir ki, xəstəliyin törədicisi bir çox antibio
tiklərin təsirinə həssasdır. Ancaq antibiotiklərin müalicə vasitə
si kimi uzun müddət istifadə edilməsi antibiotiklərə davamlı ir
qlərin yaranmasına səbəb olur.
E p izootoloji m əlum atlar.
Xəstəliyə 1-90 günlük quşlar və
yumurtlama dövürün başlancığında toyuqlar həssaslıq göstərir.
Toyuqlardan əlavə xəstəliyə hind quşlarının, qazların, ördəklə
rin cücələri, göyərçinlər də həsassdır.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş
quşlar hesab edilir. Amil orqanizmdən kal və tənəffüs orqanla
rından ayrılan seliklə ixrac olur. Yoluxma alimentar, aerogen və
transmissiv yolla baş verir. Transovarial yoluxma epizootoloji
cəhətdən mühüm əhəmiyyətə malik deyil.
Kolibakterioz sərbəst xəstəlik kimi A-hipovitaminoz və bir
çox stress-amillərin təsiri fonunda sporadiya halında müşahidə
283
edilir. Onu da qeyd etmək lazımdır ki, xəstəlik həm də miko-
plazmozla, pullorozla, infeksion bronxitlə, nyukasl xəstəliyi ilə,
infeksion larinqotraxeyitlə assosiasiyalı halda da müşahidə edi
lir. Kolibakteriozla xəstə quşlarda nyukasl xəstəliyinə, infeksi
on larinqotraxeyitə və infeksion bronxitə qarşı əldə edilmiş pos-
tvaksinal immunitet pozulur.
P atogenez.
M üxtəlif yollarla orqanizmə daxil olmuş E.coli
qana keçir və bütün orqan və toxumalara yayılır. Orqanizmə da
xil olmuş mikrobun dozasından, onun virulentlik dərəcəsindən,
adgeziv antigenin olmasından və quş orqanizminin rezistentliy-
indən asılı olaraq xəstəliyin kliniki əlamətləri və patoloji-anato-
mik dəyişdiklər müxtəlif tərzdə inkişaf edir.
Əgər təsərrüfatda adgeziv antigenli yüksək patogenliyə m a
lik olan ştamlar dövr ədirsə bu zaman amil nazik bağırsaq şöbə
sinin selikli qişasını işğal edir, bağırsaq xovlarının epiteli hücey
rələrinə yapışır, çoxalır və özündən toksin hasil edir. Orqa
nizmdə septisemiya və toksimiya baş verir.
Ə gər amilin patogenliyi zəifdirsə orqanizmin qoruyucu
qüvvələri E.coliinin inkişafına mane olur, iltihab yalnız bağır
saqların müəyyən şöbələrində gedir, həzm prosesi pozulur və
ishal başlayır. Amil xəstəliyin respirator, genital və bağırsaq for
malarını törədir. Kolibakteriozun patogenezində xəstəlik törə
dicisinin istehsal etdiyi endotoksin, ekzotoksin və enterotoksin
mühüm rol oynayır.
G ed işi və kliniki əla m ə tlə ri.
Xəstəliyin inkubasiya dövrü
bir neçə saatdan 1-2 günə qədər davam edir. Xəstəlik iti və xro
niki gedir, patoloji prosesin lokalizasiyasına görə isə bunun res
pirator, genital və bağırsaq formaları qeyd olunur.
Kolibakteriozun respirator formasında quşlarda konynktivit,
gözdən yaş axması, azqırma, tənəffüsün çətinləşməsi müşahidə
edilir. Genital formada cücələrdə sarı maddə kisəsinin iltihabı,
yaşlılarda isə yumurtalıq və yumurta yollarının iltihabı aşkar
edilir. Bundan əlavə quşlarda oynaqların iltihabı nəzərə çarpır.
284
Xəstəliyin bağırsaq formasında mədə-bağırsaq şöbəsinin funk
siya pozğunluqları, xüsusilə ishal, suya tələbatın güclənməsi, iş
tahın olmaması qeyd edilir.
Qeyd olunan formalarda qanın müayinəsi zamanı hemoqlo-
binin miqdarının azalması, ümumi zülalın aşağı düşməsi müşa
hidə edilir.
P atoloji antonom ik d əyişilik lər.
Xəstəlikdən ölmüş cücə
lərin cəsədi yarıldıqda qaraciyərin və dalağın doluqanlı olması
və bəzən enterit, ürək kisəsinə serozlu və ya serozlu-fıbrinozlu
eksudatın toplanması, hava kisələrinin iltihabı və onun daxilinə
serozlu-fıbrinozlu yaxud fıbrinozlu kütlənin yığılması müşahidə
edilir. Nisbətən yaşlı quşlarda fıbrinozlu perikardit, fıbrinozlu
aerosakkulit və perihepatit nəzərə çarpır. Çox vaxt pnevmoniya
görünür.
Yaşlı toyuq və ördəklərdə seozlu-fıbrinozlu peritonit və sal-
pingit müşahidə edilir. Oynaq boşluğuna fıbrinozlu kütlənin yığ
ılması nəticəsində sinovitlər aşkar edilir. Əksər hallarda fabrisi-
um kisəsinin atrofiyası və kor bağırsağın hemorroji iltihabı
görünür.
Hind quşlarında baş verən dəyişiliklər toyuqlarınkı ilə eyni
dir, ancaq kor bağırsağın hemorroji iltihabı daha xarakterik hal
da nəzərə çarpır. Qazlarda qaraciyər, dalaq və böyrəklərdə dur
ğunluq əlam ətləri, ördəklərdə qarın boşluğuna və perikarda fib-
rinozlu eksudatın toplanması, pnevmoniya və qaraciyərin dolu-
qanlı olması müşahidə edilir.
Histoloji müayinə zamanı daxili orqanların əksəriyyətində
və o cümlədən baş beyin və onurğa beyində distrofiki proseslə
rin getməsi, ağciyərdə qan damarlarının dolu qanlılığı, limfoid
və histositar hüceyrələrin proliferasiyası, proliferat hüceyrələri
arasında psevdoeozinlərin toplanması aşkar edilir. M üxtəlif or
qan və toxumalarda mikrob yığımları qeyd edilir.
D iaq n oz.
Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootolo-
ji xüsusiyyətləri kliniki əlamətləri və patoloji-anatomik dəyişi-
285
likləri nəzərə alınır və bakterioloji müayinə aparılır.
Bakterioloji müayinə aparmaq üçün patoloji materialdan
əşya şüşəsi üzərində yaxma hazırlanaraq mikroskopiya edilir,
müxtəlif qida mühitlərinə əkilərək təmiz kultura alınır və biolo
ji sınaq qoyulur. Əkmə üçün nümunələr borulu sümüklərdən,
ürəkdən və qaraciyərdən götürülür və ƏPB, ƏPA, Xottinqer
aqar və bulyonuna, Endo və Levin qida mühitlərinə əkilir.
Nümunələr termostatda 1-2 gün saxlandıqdan sonra yoxlanır.
Əgər Endo və Levin qida mühitlərində boy olmursa bulanmış
maye qida mühitlərindən təkrar həmin qida mühitlərinə əkm ə
aparılır və bir gün yenə tennostatda saxlanır. Əldə edilmiş kul-
turaların E.coli-yə mənsub olmasını müəyyən etmək üçün O-an-
tigeninə görə serotipizasiya tip spesifik aqqlyutininləşdirici se-
rumlarla aqqlyutinasiya reaksiyası qoyulur. Bundan əlavə ayrıl
mış kultura morfoloji, kultural, tinktorial, fennentativ və patog-
enlik xüsusiyyətlərinə görə yoxlanmalıdır.
Kulturanın patogenliyini yoxlamaq üçün cücələr və ağ siçan
lar üzərində bioloji sınaq qoyulur. Bu məqsədlə bir günlük aqar
kulturasının yuyuntusu ilə 30-35günlük cücələr qarın boşluğuna
yoluxdurlur. Yoluxdurmadan 5 gün keçmiş cücələrin ölməsi və
onların daxili orqanlarında perikardit, perihepatit, aerosakkulit,
fibrin kütləsinin qarın boşluğuna yığılması kulturanın patogen
olmasını göstərir.
16-18-qramlıq ağ siçanların qarın boşluğuna kultura ilə yo-
luxdurulma aparılır, 5 gün ərzində onların tələf olması bioloji sı
nağın müsbət olmasını göstərir.
T əfriq i diaqnoz.
Kolibakteriozu respirator mikoplazmoz-
dan, pasterellyozdan və pullorozdan təfriq etmək lazımdır.
Respirator mikoplazmoz quşlar qrupunda tədricən inkişaf
edir, cücələrdə ölüm ilk günlərdə, embrionlarda isə 18-21
günlükdə müşahidə edilir. Ən çox respirator orqanların zədələn-
mələri qeyd olunur.
Pasterellyoz geniş şəkildə yayılma və yüksək tələfatla səciy
286
yələnir. Daxili orqanlarda çoxlu miqdarda qan sızmaları, qarac
iyərdə distrofıya və üzərində nekroz ocaqları və bakterioloji
müayinə zamanı isə P.multocida aşkar edilir.
Pullorozda cücələrdə ağ ciyərlərdə ağ rəngdə ishal, yaşlılar
da yumurta follikullarının zədələnmələri bakterioloji müayinə
də isə S.pullorum-qallinarum mikrobu ayrılır.
M ü a licə.
Müalicə üçün nitrofuran birləşmələri, sulfanilamid
preparatları və antibiotiklərdən istifadə edilir. Furazolidon hər
baş yaşlı quşa 3-5 ımq yemlə 7-10 gün verilir. Furazolidonun sul
fanilamid preparatları və polimiksin ilə birlikdə tətbiqi daha yax
şı səm ərə verir. Bir günlük doza furazolidon 2 mq, polimiksin -
M - 0,4 mq, sulfanilamid preparatları 1 mq hesabı ilə götürülüb
yemlə verilir. Bu preparatlar səhər və axşam 10 gün verilməlidir.
Hind quşlarında müalicə üçün sulfatalidin 1 ton yemə 2 kq
qatılır və 7 gün istifadə edilir. Streptomisin hər başa 25 mq əzə
lə içinə, xloramfenikol yemlə 0,05% və su ilə 0,02% konsentra-
siyada tətbiq edilməlidir.
Vitaminli preparatların quşlara verilinəsi onların müalicəsi
nin səmərəliliyini artırır.
Son zamanlar quşların kolibakteriozunda tetrasiklin toyuqla
ra, ördəklərə və hind quşlarına hər kq canlı kütləyə 25-50 mq
gündə 2 dəfə 3-5 gün, novobiosin hər kq canlı kütləyə 0,02-0,03
qrum 5-6 gün yemlə verilir. Furazolin yemə 0,04% konsentra-
siyada qatılıb 7-10 gün tətbiq edilir.
Biofuzol və ya pifulin 40 günlük cücələrə hər ton yemə 2 kq
qatıb 5-7 gün yemləndirilir. Miks-10 40 günlük cücələrə 1 ton
yemə 3 kq qatıb 7-10 gün verilir.
Sulfadimetoksin və ya sulfapiridozin yemlə hər kq canlı
kütləyə 75-120 mq hesabı ilə qatıb gündə 1 dəfə 4-6 gün daxilə
verilir.
Terravetin-500 toyuq və ördək cücələrinə hər kq canlı
kütləyə 40-100 mq suda məhlul halında yemə qatıb gündə 2-3
dəfə 5-7 gün tətbiq edilir.
287
Furasillinin suda l:10000-də məhlulu quşlara 7 gün içirmə
halında istifadə edilir.
İm m unitet.
Xəstəliyə qarşı xızdərili vəhşi heyvanların, quş
ların, buzovların və çoşqaların kolibakteriozu və salmonellyozu-
na qarşı hazırlanmış formoltiomersan vaksindən istifadə edilir.
Profilaktika və m übarizə təd birləri.
Quşların kolibakteri-
ozla xəstələnməsinin qarşısını almaq üçün optimal zoogigiyeni-
ki şərait yaradılmalı və yemləmə düzgün təşkil edilməlidir. Quş
binalarının hava mühiti müntəzəm şəkildə nəzarətdə olmalı,
vaxtaşırı havanın fiziki-kimyəvi parametrləri və xüsusilə mik-
robla çirklənmə dərəcəsi yoxlanmalıdır. İnkubasiya edilən yu
murtalar və yumurtadan çıxmış cücələr heksaxlorafenin dieti-
lenqlikolda 5%-li məhlulu ilə dezinfeksiya edilməlidir. Doza hər
m3 həcmə 16 ml, ekspozisiya yarım saatdır. Quş bnalarında ha
vanın E.coli ilə çirklənməsi müşahidə edildikdə quş olan şərait
də aerozol dezinfeksiya aparılması mühüm əhəmiyyətə malik
dir. Bu məqsədlə xlor-skibidar buxarından istifadə edilir. Xlor-
skibidar buxarını əldə etmək üçün 2 qram xlorlu əhəng və 0,2
ml skibidar hər m3 həcmə götürülür, qarışdırılır və reaksiya nə
ticəsində buxar yaranır. Ekspozisiya 30 dəqiqədir. Binanın ha
vasının zərərsizləşdirmək üçün rezorsin və üçetilenqlükolun
20%-li məhlullarından, xloraminin 1%-li məhlulundan, asetilsa-
lisil turşusunun 5%-li məhlulundan və süd-turşusunun 50%-li
məhlullarından istifadə edilir.
Təsərrüfatda xəstəlik baş verdikdə məhtutlaşmalar qoyulur,
bütün quşlar müayinədən keçirilir, kliniki xəstə və yoluxmaya
şübhəli cücələr öldürülür, hələlik sağlamlara isə nitrofuran bir
ləşmələri, antbiotiklər və sulfanilamid preparatları verilir.
Xəstəliyin profilaktikası və quşların ümumi rezistentliyini
yüksəltmək məqsədilə basitrasin preparatları (basilixin-10, basi-
lixin-20, basilixin-30) hər ton yemə 1-30 günlük cücə və broy
lerlərə 30 qram, 31-90 günliiulərə 20 qram, toyuqlara 20 qram,
ördək cücələrinə (1-30 günlük) 15 qram, 31-60 günlüklərə 10
288
qram, ana ördəklərə 10 q, 1-6- günlük hind quşu cücələrinə 50
q, yaşlı hind quşlarına 20 q, 1-20 günlük qaz cücələrinə 15 q, 21-
120 günlüklərə 10 q, qazlara 5 q götürülür və yemləmə şəklin
də verilir. Bundan əlavə qrizin preparatları da (kormoqrizin-5,
kormoqrizin-10, kormoqrizin-40) 1 ton yemə 1-30 günlük cücə
və broylerlər üçün 4 qram, 31-90 günlük toyuq cücələrinə - 2 q,
31-70 günlük broylerlərə isə 2 q hesabı ilə götürülür və yemlə
mə şəklində tətbiq edilir.
İnkubatorda cücələr sortlaşdırıldıqdan sonra müalicə-profi
laktika məqsədilə onları gentomisin aerozolu ilə hər m3 həcmə
200mq dozada həmçinin gentomisinin ampisilinlə qarışığı ilə
hər m3 həcmə 125mq hesabı ilə işləyirlər. Hər iki preparatlarda
ekspozisiya 45 dəqiqədir.
Xəstəliyin profilaktikası üçün yem payına vitamin konsent-
ratları, yaşıl yem, ABK, PABK qatılması mühüm əhəmiyyətə
malikdir.
Xəstəliyin təsərrüfatdan ləğv edilməsindən 1 ay keçmiş və
yekun
dezinfeksiya aparıldıqdan
sonra m əhtutlaşm alar
götürülür.
Salm onellyoz
Salmonellyoz (Salmonellosis avium) müxtəlif növ quşların
infeksion xəstəliyi olub, körpələrdə septisemiya və diareya, yaş
lılarda isə gizli bakteriyadaşıcılıqla səciyyələnir.
TARİXİ MƏLUMAT. İlk dəfə 1892-ci ildə göyərçinlərdə
salmonellyoz Löffler tərəfindən qeyd edilmiş və xəstəliyin törə-
dəcisi olan s.typhi murium ayrılmışdır. Sonralar salmonellaları
başqa növ quşlardan da əldə etmişlər. Keçmiş SSRİ-də xəstəliy
in öyrənilməsində V.M.Sadovski, M.P.Prokofyeva, İ.S.Zaqay-
evski və başqalarının böyük xidmətləri olmuşdur.
XƏSTƏLİYİN TÖRƏDİcİSİ. Xəstəlik s.typhi murium tərə
findən törədilir. Bəzən xəstə və ölmüş quşlardan həm də S. es-
289
sen, S. anatum, S. enteridis və başqa salmonella qrupuna m ən
sub olan mikroblar da ayrılır.
Salmonella cinsi amerikan tətqiqatçısı Salmonen şərəfm ə
adlandırılmışdır. Salmonellalar kənd təsərrüfatı heyvanlarının
körpələrinin və quşların salmanellyozunu törətməklə yanaşı
həm də bəzi bakterial və virus etiologiyalı xəstəlikləri mürək
kəbləşdirir.
Salmonellalarla yoluxmuş heyvan mənşəli yeyinti məhsulla
rından istifadə etdikdə insanlarda toksikoinfeksiyalar baş verir.
Hal-hazırda salmonellaların 1500-dən çox variantları qeyd
edilmişdir ki, bunlar da antigenlik quruluşuna və fermentativ fəal
lığına görə bir-birindən fərqlidir. Quşların salmonellyozunun tö
rədicisi çöp şəkilli mikrob olub, ucları ovoid formadadır, uzun
luğu 2-4mkm, eni isə 0,2-0,6mkm-dir. Köhnə kulturalarda çox
vaxt sapvari formaları da müşahidə edilir. Amil hərəkətlidir,
anilin boyalarını asanlıqla qəbul edir, qramla mənfi boyanır. Sal
monellalar aerob və ya fakültativ aerobdur, adi qida mühitlərin
də 370S temperaturda mühitin PH-1 7,2-7,6 olan şəraitdə asan
lıqla boy verir. Bunların identifıkasiyası üçün çoxlu miqdarda
xüsusi qida mühitləri hazırlanmışır.
DAVAMLILIĞI. Salmonella typhi murium qurumaya və xa
rici mühitin digər əlverişsiz faktorlarına davamlıdır. O, təzə quş
peyinində 90-120 gün, quru peyində 1,5 ilə qədər yaşayır.
A.U.Xaşimov müəyyən etmişdir ki, quşların salmonellyozunun
törədicisi daş, kərpic, taxta səthlərində 5 aya qədər sağ qalır.
Kimyəvi dezinfeksiya vasitələrinin təsirinə davamlıdır. Be-
ləki, salmonella typhi murium mikrobunu 5-6%-li kreolin emul-
siyası, 3,5%-li natrium qələvisi məhlulu, tərkibində 5% fəal xlor
olan xlorlu əhəng məhlulu bir neçə saatdan sonra öldürücü təsir
göstərir.
EPİZOOTOLOJİ MƏLUMATLAR. Salmonellyoza əksər
növ kənd təsərrüfatı və vəhşi sərbəst yaşayan quş növləri həs
sasdır. Xəstəlik daha çox ördək və qazlarda müşahidə edilir. Da
2 9 0
ha çox 1-20 günlük körpələr xəstəliyə tutulur. Xəstəliyi keçir
miş yaşlı quşlar uzun müddət bəzən isə ömrü boyu salmonella-
daşıyan olur.
İnfeksiya törədicisinin mənbəyi xəstə və salmonella daşıyan
quşlar hesab edilir. Bunlar amili xarici mühitə kal və yumurta ilə
ixrac edilir. Xəstəliyin törədicisi üfüqi və şaquli yolla yayıla bi
lir. Daha doğrusu alimentar və transovarial yoluxma yolu müşa
hidə edilir. İnkubatorlarda baytarlıq-sanitariya qaydalarına əməl
etmədikdə xəstəlik geniş şəkildə yayılır. Xəstəliyin yayılmasın
da gəmiricilər də böyük rola malikdir. Xəstəlik törədicisinin
transovarial yolla verilməsi zamanı embrionlar öz inkişaflarının
m üxtəlif dövrlərində tələf olur. Bəzən cücə çıxımı 10-15% olur.
Epizootik ocaqlar adətən stasionarlığa malikdir, çünki xəstə
liyi keçirmiş quşlar uzun müddət salmonella daşıyan kimi özünü
göstərir. Təsərrüfatlarda salmonellyozun təkrar baş verməsi quş
ların ümumi müqavimət qüvvəsinin aşağı düşməsi və onların
saxlanma texnologiyasının pozulması ilə əlaqədardır. Qaz və ör
dək fermalarında salmonellyozun yayılmasına onların helmint
və koksidiyalarla yoluxması kifayət dərəcədə təsir göstərir. Əl
verişsiz şəraitdə saxlanması, avitaminozlar, aspergillyoz və di
gər infeksion xəstəliklərin baş verməsi ilə əlaqədar olaraq sal-
monellyozda letallıq kəskin şəkildə artır. Xəstəlik ilin bütün fə
sillərində qeyd olunur. Ancaq ördək və qazlarda kütləvi xəstə
lənmə və ölüm ilin yaz və yay aylarında müşahidə edilir.
Yaxşı yemləmə və saxlama şəraitində olan quşlarda xəstəlik
bəzən subklinik formada gedir. Müəyyən edilmişdir ki, qaz və
ördək balalarını 15°S temperaturdan aşağı olan su mühitinə ke
çirdikdə xəstəliyə həssaslıq güclənir.
Quşların saxlanma şəraitindən, xəstəlik törədicisinin viru-
Ientliyi və orqanizmə daxil olma dozasından, eləcə də mikroor-
qanizmin rezistenlik dərəcəsindən asılı olaraq infeksion proses
sporadiya halında, yaxud ümumi qrupun 40-50%-nin prosesə tu
tulması halında özünü göstərir. Letallıq 5-80% arasında dəyişir.
2 9 1
PATOGENEZ.Salrnonellyozun gedişi quşların yaşından ası
lıdır. 40-45 günlük qaz və ördəklərdə salmonellyoz iti və yarı-
miti, bundan yuxarı yaşlarda isə xroniki gedir. Bu onunla izah
olunur ki, körpə vaxtı quşlarda orqanizmə daxil olmuş mikroor-
qanizmlərə qarşı spesifik antitellər yaranmır. Bundan əlavə bu
dövrdə quşlarda tük örtüyünün inkişafı sürətlənir ki, bu da orqa
nizmin rezistenliyini müəyyən qədər aşağı salır, ona görə də
müxtəlif faktorlara qarşı orqanizmin baryer funksiyası asanlıqla
pozulur. Ördək və qaz balaları hətta s.typhi muriumun kiçik do
zaları ilə də asanlıqla yoluxur. Bu da onunla izah olunur ki, mər
kəzi sinir sisteminin struktur və funksional inkişafı hələ tam şə
kildə başa çatmayıb və bunula da əlaqədar olaraq onların orqa
nizmi öz qoruyucu qüvvələrini müxtəlif faktorlara və o cümlə
dən də salmonellaların inaktivləşdirilməsinə yönəldə bilmir.
Orqanizmə daxil olmuş amil qan vasitəsilə qaraciyərə, dalağa,
böyrəklərə və digər orqanlara toplanır, onların iltihabını törədir.
Xəstəliyin patogenezinin inkişafında onun termostabil endotok-
sinləri çox böyük rol oynayır. Salmonellalarla yoluxmuş yumur
taları inkubasiya etdikdə amil sürətlə çoxalaraq toksin hasil edir
ki, bu da embrionların kütləvi halda tələfatına səbəb olur.
GEDİŞİ VƏ KLİNİKİ ƏLAMƏTLƏRİ. İnkubasiva dövrü 12
saatdan 7 günə qədərdir. Xəstəlik iti, yarımiti və xroniki gedir.
45 günlüyədək ördək və qazlarda salmonellyoz iti gedir və bu
zaman iti septiki prosesə məxsus əlamətlər nəzərə çarpır. Onlar
da ümumi zəiflik, hərəkətsizlik, gözlərindən yaş axması və
gözün qapalı və yaxud yarıqapalı olması, qanadların sallanması,
tüklərin pırpızlaşması, iştahın itməsi, səndələmə hərəkətləri,
suya meyliyin annası müşahidə edilir. Xəstəliyin inkişaf dərəcə
sindən asılı olaraq serozlu-selikli konyunktivit, kipriklərin bir-bi
rinə yapışması, burun yolundan əvvəlcə selikli, sonra isə selikli-
irinli axıntı nəzərə çarpır. Xəstə quşlarda çox vaxt ishal və
ölümdən qabaq arxası üstə çevrilir və ayaqları ilə üzmə hərəkə
ti edir. İti gediş 1-4 gün davam edir, ölüm 70% və daha artıq olur.
292
Yarım iti gediş 7-14 gün davam etməklə kliniki əlamətlər iti
gedişdə olduğu kimidir, ancaq nisbətən zəif tərzdə nəzərə çarpır.
Xəstəliyin əvvəlində sürətli selikli-serozlu və sonra isə selikli-irin
li konyuktivit inkişaf edir. Göz bucağında selikli-irinli kütlətən
ibarət olan qartmaq müşahidə edilir. Dimdiyin əsasını sıxdıqda bu
run yolundan serozlu-irinli maye ayrılır. Tüklər kloaka ətrafında
bir-birinə yapışmış nalda olur. Bəzən ağ ciyərin iltihabı nəticəsin
də tənəffüsün çətinləşməsi, qaz balalarında çox vaxt ətraf oynaq
ların iltihabı görünür. Yarım iti formada ölüm 40%- dən çox olur.
Xroniki gediş nisbətən yuxarı yaş qrupunda müşahidə edilir,
onlarda arıqlıq, inkişafdan qalma, ağ ciyərin funksiya pozğun
luqları, bəzən mərkəzi sinir sisteminin zədələnmələrinə məxsus
əlam ətləri, yəni başın yerə qatlanması, ayaqların və qanadların
parezi və iflisi nəzərə çarpır. Nadir hallarda qarın boşluğuna
suyun yığılması qeyd olunur. Salmonella daşıyan ördəklərdə
bəzən sarılıqlı peritonit və kloasit aşkar edilir.
P atoloji-anatom ik d əy işilik lər.
Ölmüş embrionlarda allan-
toisin şişi, daxili orqanlarda nekroz osaqları və çoxlu miqdarda
hemoragiyalar müşahidə edilir. İnkubasiyanın son dövründə
ölmüş embrionda sarı maddənin sorulmaması, qisasının iltihablı
olması, kütləsinin bərkiməsi və ya boşalması, sarımtıl yaşıl rəng
də olması nəzərə çarpır. Qaraciyərdə nekroz ocaqları, öd kisəsi
nin qatı ödlə dolu olması və böyüməsi, ürək əzələsində nekroz
ocaqları qeyd edilir.
Ölmüş cücələrdə bağırsaqların selikli qişasının kataral ilti
habı, divarlarının qalınlaşması bütün bağırsaq şöbəsində çoxlu
miqdarda qan sızmaları görünür. Xəstəliyin xroniki gedişindən
ölmüş quşlarda perikard boşluğunda serozlu və ya serozlu-fabri-
nozlu ekssudat toplanır. Dalaq qırmızı-bənövşəyi rəngdə olmaq
la böyümüş halda qeyd olunur.
Xəstəlikdən ölmüş ördək və qaz cəsədlərində yumurtalıq və
yumurta yollarının iltihabı, qaraciyərdə distrofıki dəyişiklər,
kloasit və xolisistit müşahidə edilir.
293
Diaqnoz.Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji
xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişdik
ləri nəzərə alınır və bakterioloji müayinə aparılır. Bakterioloji
müayinə aparmaq üçün 3-4 quş cəsədi baytarlıq labaratoriyasına
göndərilir.
Labaratoriyada daxili
orqanlardan
universal
(ƏPA,ƏPB) və təfiiqi-diaqnostiki qida mühitlərinə (Endo, Levin,
Ploskirev) əkilir. Bundan əlavə yaşlı ördəklərdə xəstiliyi m üəy
yən etmək üçün aqqlyutinasiya reaksiyasından istifadə edilir.
Dostları ilə paylaş: |